Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document













Untitled Document
T Ə D B İ R L Ə R
 
  "Kitab müəllifin bəşər nəslinə hədiyyəsidir"

23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları günü münasibəti ilə “Kitab müəllifin bəşər nəslinə hədiyyəsidir” mövzusunda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə sərgi keçirdi.

Tədbirdə Gəncə şəhər 8 və 32 №-li orta məktəblərin müəllim və şagirdləri iştirak etdi.

Sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümayəndələrinin əsərləri sərgiləndi.

Tədbirdə kitabxananın müdiri Lyudmila Axundova 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları günü haqqında məlumat verdi. O, qeyd etdi ki, kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Kitab özünüzə və başqalarına hörmət etməyi öyrədir, ürəyi və ağlı dünya və insanlıq sevgisi ilə doldurur.

Sonra Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar barədə şagirdlərə məlumat verdi.

Sərgi şagirdlərin böyük marağına səbəb oldu və onları maraqlandıran kitablarla yaxından tanış oldular.

 
  "Aprelin 18-də “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb."

Aprelin 18-də “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb. Şəhərdə yerləşən Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. Dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib. Sərgidə oymaçı rəssam Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay evi” və Ağdam məscidi, Hökumət evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçilərin diqqətini çəkib. Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər. Sərgidə Qarabağ və Qazax xalçaları da nümayiş olunub. Hərbçilərin xüsusi göstərdikləri nömrələr maraqla qarşılanıb. Tədbirin zəngin proqramını yadda qalan edən anlardan biri də el havasının sədaları altında meydana Qarabağ atlarının gəlişi olub. Qarabağ atları Heydər Əliyev Parkının ətrafında bir neçə dəfə dövrə vurublar. Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də təşkil olunub. Kitab guşəsində ədibin əsərlərindən əlavə olaraq Prezident İlham Əliyevin sərəncamları ilə cari il ərzində yubileylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların da kitabları sərgilənib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. Tədbirdə mədəniyyət işçilərinin təqdimatında “Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Kompozisiyada oğuz elinin ağsaqqalı, ozanların atası olan Dədə Qorqud obrazının gəlişi ilə Azərbaycan mədəniyyətinin qədim dövrlərdən ta indiki zamanımıza kimi inkişaf mərhələsini əks etdirən epizodlar əyani şəkildə qonaqlara göstərilib. Yaradıcılıq Festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tərtər sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Kürdəmir Regional Mədəniyyət İdarəsinin təmsil edən İxtiyar Məhəmmədli deyib: “Festivalın keçirilməsi imkan yaradır ki, bölgəyə məxsus mədəniyyət nümunələrini, əl işlərini gətirib nümayiş etdirək. Biz də bu gün əsasən uşaqların hazırladıqları əl işlərini sərgiləyirik. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanır. Onlar sərgiyə tamaşa etməklə, respublikamızın hər bir bölgəsinin mədəniyyəti, tarixi, ənənələri, məişəti barədə məlumatlanırlar”. Şəmkir Regional Mədəniyyət İdarəsini təmsil edən Əfsanə Məmmədzadə isə deyib: “Festivalda əsasən əl işləri, müxtəlif toxuculuq məhsullarını sərgiləyirik. Təşkil etdiyimiz sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. Biz özümüz də Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə maraqla baxdıq. Festivalın ən yaxşı cəhətlərindən biri odur ki, müxtəlif regionlardan gəlmiş insanlar arasında dostluq, əməkdaşlıq münasibətləri yaranır”. Tərtər sakini Adikə Zeynalova festivalda iştirakdan məmnunluğunu ifadə edib: “Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi bizi çox sevindirir. Mən də ailəmlə bu festivalda iştirak edirəm. Sərgilərə tamaşa etdik. Xüsusən Şəkidən gətirilmiş şəbəkə, toxumalar, ustaların əl işləri daha çox xoşuma gəldi. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Mədəniyyət Nazirliyinin iş planına əsasən, respublikamızda ikinci dəfədir keçirilən, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.

 
  "Zərif və güclü qadın"

Bu gün Gəncə şəhər Mərkəzi kitabxanasında, Qəlbində və qələmində hər şeydən əvvəl İnsan və insanlıq amili duran, “Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist - Rəfiqə Sadıqovanın 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, peşəkar jurnalistlər, şair və yazıçılar, şəhər ziyalıları iştirak edirdi. Gecə, geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə Sadıqovanın həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi ilə başladı. Yaradıcılıq gecəsinə Gəncə Dövlət Filarmoniyasının solistləri Xəyal Əliyevin, Şirxan Cahangirovun, 4 və 5 saylı musiqi məktəblərinin yetirmələrinin ifasında səslənən xalq və bəstəkar mahnıları xüsusi rövnəq verdi. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın direktoru Elmira  Əliyeva Rəfiqə Sadıqovaya öz xoş sözlərini,arzularını söylədi, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 
  "“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu oldu. "

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu oldu.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və yüzlərlə ağcabədililər də iştirak ediblər.

Eyni zamanda tədbirə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli da qoşulub.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalın zəngin proqramını yadda qalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında biri-birindən maraqlı rəqslərin nümayiş olunması olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərin marağına səbəb olub. Daha sonra digər sənətkar Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökümət Evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçiləri təəcübləndirib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Daha sonra regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.


 
  "Dünya tibb elminə əvəzolunmaz töhfələr"

Gəncə şəhər Heydər Əliyev Mərkəzi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialı ilə birlikdə, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anım gűnű ilə əlaqədar dəyirmi masa keçirdi. Akademik Zərifə xanım Əliyevanin həyat səlnaməsi qűrurverici duygularla yad edildi. Çıxışlarda Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri qeyd olundu. Zərifə xanım nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olundu.

 
  "Mənim nağıllı dünyam"

Nağıllar uşaqların inkişafında çox böyük əhəmiyyət kəsb edir. Kitablar uşağın istiqamətinin düzgün müəyyənləşdirilməsində mühüm rola malikdirlər. Nağıla qulaq asan uşaqlar humanizm, cəsurluq, qayğıkeşlik, özündən böyük və kiçiklə necə davranmaq lazım olduğunu öyrənir. Bütün bu keyfiyyətləri uşaqlara aşılamaq üçün Gəncə şəhər Uşaq Kitabxanasında hər həftənin I və VI günləri nağıl saatı təşkil olunur. 15.04.2019-cu il saat 11.00-da Gəncə şəhər Uşaq Kitabxanasında keçirilən “Mənim nağıllı dünyam “adlı növbəti nağıl saatının qonaqları 31 saylı bağçanın müəllim və kiçikyaş qrupunun fidanları oldu.

 
  "Səs, sənət dünyasında bir yarpaq"

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respubli-kanın Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi ilə əlaqədar ölkə Prezidentinin 22.02.2019 – cu il sərəncamına əsasən 12.04.19 – cu il tarixdə MKS – nin 7 saylı kitabxana filialı 3 saylı musiqi məktəbi ilə birlikdə “ Səs, sənət dünyasında bir yarpaq ” adlı musiqi saatı keçirtdi. Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular və musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir zamanı ustadın ifasında video – çarxlar nümayiş olundu.

 
  "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Muğan düzü - Neftçalada"

Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Muğan düzü - Neftçalada “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Neftçala rayonu oldu. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Neftçala şəhərinin Heydər Əliyev Mərkəzində keçirilib. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də iştirak edib. İki hissədən ibarət olan “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib. Yaradıcılıq festivalı sərgiyə gələn balaca ziyarətçilərinin də zövqünə oxşaya bilib. Festival iştirakçıları uşaqlar üçün sərbəst janrda bədii kompozisiyalar da hazırlayıblar. Buna misal olaraq Milli Qəhrəman Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Cırtdan Kukla Teatrının “Kilimarası” tamaşasını misal çəkmək olar. Bundan başqa, festival çadırlarının ətrafında milli geyimli xanımların nümayiş etdirdikləri sacda yuxa bişirilməsi, yun əyirilməsi, corab toxuması kimi milli məişət həyatımıza xas olan elementlər nümayiş etdirilib. Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının konsert proqramında bölgələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışları yer alıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.

 
  "“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Saatlı rayonu olub"

. Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə növbəti“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Saatlı rayon Olimpiya İdman kompleksinin qarşısında keçirilib. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı cənab, Siraqəddin Cabbarov da iştirak edib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının budəfəkizəngin konsertproqramınıregional idarələrin özfəaliyyət dərnəkləri, mədəniyyət işçiləri, folklor kollektivləri, rəqs qrupları və musiqiçilərinin ifaları rəngarəng edib. Yeri gəlmişkən bildirək ki, Saatlıda keçirlən festivalın konsert proqramında ötən il mükafatlandırılan incəsənət ustalarının da çıxışlarına yer verilib. Saatlı rayonununda keçirilən festivala rəng qatan anlardan biri isəSabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Saatlı rayonunun “Muğan”instrumental ansamblının çıxışları, Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi filialının "Adıgün" Türk Xalq Folklor kollektivinin rəqs nümunələri olub. Bundan başqa, Sabirabad Rayon Mədəniyyət Mərkəzinin Həşimxanlı kənd Mədəniyyət evinin "Cəngavər" Pəhlivanlar qrupu maraqlı və cəsarətli çıxışları ilə festivalı ziyarət edənləri heyrətləndirə biliblər. Əlavə olaraq qeyd edək ki, sərgidə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab güşəsi də qurulub. Həmçinin, festivalın sərgi hissəsini isə metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırlanan məişət qabları, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, mürəkkəb həndəsi ölçməli şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri kimi digər sənət əsərləri bəzəyib. Bundan başqa, sərgini dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri göz oxşayan edib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki,“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.


 
  "Çağdaş Azərbaycan dedektivi"

11.04.2019 – cu il tarixdə xalq yazıçısı, kitablarının ümumi tirajı 20 milyondan artıq olan və romanları əsasında filmlər və teleseriallar çəkilən Çingiz Abdullayevin anadan olmasının 60 illiyi münasibətilə “ Çağdaş Azərbaycan dedektivi ” adlı sərgi təşkil olundu. Böyük kitabxanaçı Könül Mirxudayeva yazıçının həyat və fəaliyyəti haqqında oxuculara qısa məlumat verdi. Dünya şöhrətli yazıçının kitabları 27 dildə tərcümə, MDB, ABŞ, Fransa, İsveç, Türkiyə və.s ölkələrdə nəşr edildiyini bildirdi. Sonra kitabxanaçı yazıçınn sərgilənmiş 10 kitabının icmalını verdi.

 
  "Ev tərbiyəsinin bir şəkli"

10.04.2019-cu il tarixdə, MKS-nin 24№li kitabxana filialı kitabxananın bir qrup məktəbli oxucuları ilə birgə, dramaturq, publisist Nəcəf bəy Vəzirovun anadan olmasının 165 illiyi münasibətilə “Ev tərbiyəsinin bir şəkli “ adlı pyesinin müzakirəsini keçirdi.

 
  " Saatlı “Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı olub"

Hər kəsi MƏDƏNİYYƏTLƏRİN QOVUŞDUĞU festivala dəvət edirik.

Əziz izləyicilər, "Böldən Bölgələrə" Yaradıcılıq Festivalının növbəti ünvanı Saatlı rayonu olacaq. Festival 11 Aprel tarixində Saatlı rayon Olimpiya İdman kompleksinin qarşısında baş tutacaq.

 
  "Uşaq şöbəsinə ekskursiya "

10.05.2019-cu il tarixdə Gəncə şəhər 38№-li tam orta məktəbin bir qrup şagird və müəllim kollektivi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə ekskursiya etdilər.

Öncə Kitabxananın şöbə müdiri Ellada Rəhimova uşaqları salamladı və şagirdlərə kitabın insan həyatındakı əhəmiyyətli rolundan danışdı. Sonra uşaqları kitabxana fondu və kitabxana qaydaları ilə, tanış etdi. Onlara Uşaq Kitabxanasında keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Məktəblilər kitabxanada təşkil olunmuş müxtəlif mövzulardan bəhs edən kitab sərgiləri və fonda daxil olan yeni uşaq ədəbiyyatı ilədə tanış oldular. Ekskursiyanın sonunda şagirdlər kitabxanaya üzv yazıldılar

 
  "Ağdaş “Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı olub"

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında keçirilib.

Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Qarabağ şikəstəsi”, “Üç rəngli bayrağım” kimi vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajı verən mahnılar səsləndirilib.

Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları sərgilənib.

Eyni zamanda, regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibana, kvillinq, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanan əsərləri də nümayiş etdiriblər.

Çoxsaylı insanın iştirak etdiyi festivala rəng qatan anlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar Folklor Kollektivinin rəhbəri, tanınan kəndirbaz Məhəmməd Paşayevin kəndir üzərində müxtəlif maraqlı hərəkətlər nümayiş etdirməsi olub.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Habelə bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızda ikinci dəfədir keçirilir. Festival iki ay davam edəcək.

 
  Gözəl yurdumuzu uşaqkən gəzək

06.04.2019 - cu il tarixdəMərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı poeziyamızın sönməz günəşi dahi Nizami Gəncəvinin məğbərəsinə gəzinti təşkil etdi. Məqsəd həm gözəl diyarımız Gəncənin tarixi abidələri, həm də böyük mütəfəkkirin zəngin irsinin təbliği ilə bağlı oxucuları məlumatlandırmaq idi. Bələdçi Nizami Gəncəvi məğbərəsinin yaradılması və onun abadlaşdırılmış geniş sahəsi haqqında danışdı. Nizami Gəncəvinin böyük dahi olduğunu dünyaya göstərən şairin əvəzsiz irsinin qorunması və təbliğinə xidmət edən bu böyük şəhərciyə gəzinti uşaqlarda yeni, xoş bir təəssürat oyatdı. Gəzintidə 15 - 16 nəfər iştirak etdi. Onlar bu gəzintiyə görə kitabxananın əməkdaşlarına öz dərin təşəkkürünü bildirdilər.

 
  Nəsillərə yadigar əfsanəvi qəhrəman.

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 05.04.2019-cu il tarixdə Azərbaycanın Milİ Qəhrəmanı Atakişiyev İntiqam Vahid oğlunun 46 illiyi münasibətilə “Nəsillərə yadigar əfsanəvi qəhrəman” başlığı altında söhbət keçirildi. Tədbiri şöbənin kitabxanaçısı Nərmin Həsənova açaraq bildirdi ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Azərbaycan xalqı qəhrəman xalqdır. Qəhrəmanlığın əsas amili isə vətənpərvərlikdir. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır,apardığı mübarizədə onda inam hissini gücləndirir. Torpaqlarımızın azadlığı uğrinda minlərlə Azərbaycan oğulları mübarizə qalxmış, misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini isə hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməlidir. Belə qəhrəmanlardan biridə Azərbaycanın Milİ Qəhrəmanı Atakişiyev İntiqam Vahid oğludur. Kitabxanaçı Nərmin Həsənova iştirakçılara qəhrəmanın həyatı və keçdiyi şücaətli döyüş yolu haqqında ətraflı məlumat verdi. Tədbirdə kitabxananın müxtəlif yaş qrupundan olan oxucuları iştirak etdilər.

 
  "Biz torpaqlarımıza Aprel döyüşlərində şəhid olmuş polkovnik - leytenant , Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin nümayişi"

2016 - cı il 2 - 4 aprel tarixində Azərbaycan Ordusunun göstərdiyi şücaət , əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında çoxlu kitablar yazılıb , filmlər çəkilib. 04. 04 .19 - cu il tarixdə MKS - nin 7 saylı kitabxana filialında aprel döyüşlərində şəhid olmuş polkovnik – leytenant Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli film nümayiş olundu. Böyük kitabxanaçı Könül Mirxudayeva əvvəlcə Azərbaycan Ordusunun qələbə sorağı ilə yadda qalan , tariximizə şanlı səhifə kimi yazılan Aprel döyüşləri haqqında məlumat verdi və qeyd etdi ki, Murad Mirzəyev sənədli filmi xüsusi mükafata layiq görülüb. Sonra film nümayiş olundu. Filmin süjet xəttini qəhrəmanımızın keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi təşkil edir. Filmdə şəhidin doğmaları ,müəllimləri onunla bağlı xatirələrini bölüşüblər. Allah Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət eləsin.

 
  "Biz torpaqlarımıza qayıdacağıq"

02.04.2019-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialında Azərbaycanın dilbər güşəsi olan Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq “Biz torpaqlarımıza qayıdacağıq “ başlığı altında anım günü keçirildi.

Tədbirdə Gəncə şəhər 13 saylı orta məktəbin şagirdləri və 19 saylı kitabxana filialının işçiləri iştirak etdilər.

 
  "Aprel döyüşləri bizim şanlı qələbəmizdir"

Gəncə MKS-nin Uşaq şöbəsində 02.04.2019-cu il tarixində  Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş ”Aprel döyüşləri bizim şanlı qələbəmizdir” başlığı altında tədbir keçirildi. Tədbirdə 42№-li tam orta məktəbin bir qrup müəllim və VI sinif şagirdləri iştirak etdilər.Öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edil.

Tədbirdə iştirak edən Gəncə şəhər 42№-li tam orta məktəbin tatix müəlliməsi Yolçuyeva Vüsalə aprel döyüşləri haqında geniş məlumat verdi və çıxışında Azərbaycan xalqının erməni işğalı ilə heç vaxt barışmıyacağını, Azərbaycan əsgərinin daim döyüşə hazır olaraq, torpaqlarını nəyin bahasına olur olsun azad edcəyini Aprel qələbəsində sübut etdiyini bildirdi.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, aprel döyüşlərində qəhrəmanlıq göstərmiş, yaralanmış, şəhid olmuş əsgər və zabitlərin fotolarından hazırlanmış "Aprel döyüşləri bizim şanli qələbəmizdir" adlı fotostendlə tanış oldular. Tədbirdə həmçinin aprel döyüşlərini əks etdirən sənədli filmdə təqdim olundu.

 
  "Balacaların kitab sevinci "

01.04. 2019 – cu il tarixdə MKS – nin 7 saylı kitabxana filialında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “ Balacaların kitab sevinci ” adlı sərgi təşkil edildi. Kitabxananın müdiri Natella Hacıyeva uşaqları bayram münasibətilə təbrik etdikdən sonra onlara bu günün maraqlı tarixi , tədbirin keçirilməsinin əsas məqsədi haqqında qısa məlumat verdi. Sərgidə 50 - yə yaxın Azərbaycan və dünya uşaq ədəbiyyatı sərgilənmişdi və kitabxananın əməkdaşları bu kitablar haqqında qısa xülasə ilə çıxış etdilər.

 
  "Dünyanı tanıdır kitablar bizə"

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 01.04.2019-cu il tarixində 2 Aprel Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş “Dünyanı tanıdır kitablar bizə” başlığı altında kitab sərgisi təşkil olundu.

Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq iştirakçılara salamladı və bu günün mahiyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 2 Aprel tarixi məşhur Danimarka yazıçısı H.X.Andersenin döğum günü ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Leman təklif etmişdir. 1967-ci ildən başlayaraq uşaq kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Sərgidə “Nağıllar aləminə səyahət” “Dünya ədəbiyyatından incilər” “Sirli, sehrli nağıllar” ,“Sizin sevimli yazıçılarınız” başlığı altında 100-ə yaxın müxtəlif mövzularda uşaq kitabları sərgiləndi. Məqsədimiz uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaqdır. Tədbirdə kitabxananın oxucuları, 42 və 44 saylı məktəbin şagirdləri və valideynlər iştirak etdilər. Qeyd olundu ki, sərgi 2 gün davam edəcəkdir.

 
  "Beynəlxalq Uşaq kitabı"

01.04.2019-cu il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Beynəlxalq Uşaq kitabı”günü ilə ələqədar Danimarka yazıçısı Hans Xristan Andersenin ”Çirkin ördək balası”,”Dəcəl oğlan”,”Bülbül”,”Kibrit satan qiz”,”Düyməcik”,”Qar kraliça”nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-in 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 23 saylı məktəbin 2 ci sinif şagirdləri tərəfindn rəğbətlə qarşılandı

 
  "Bu gün Beynəlxalq Gülüş Günüdür"

1 aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla xatırlanır. Aprelin 1-nə aldatma günü, hiylə günü, gülüş günü deyənlər də var. Bu gün dünyanın ən ciddi insanı belə ona edilən zarafatı xoş qarşılayır. Məhz bu gün aprelin 1-i insanlar bir-biriləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısacası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın.

 
  "Qanla yazılan Tarixin qanlı səhifəsi"

31.03.2019-cu il tarixdə Mərkəzi kitabxananın oxu zalında 1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar “Qanla yazılan Tarixin qanlı səhifəsi” adlı oxucu konfransı keçirildi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin direktoru Elmira Əliyeva xalqımızın tarixən yaşadığı faciələrdən danışaraq bir əsr ərzində mənfur ermənilər tərəfindən azərbaycanlılara qarşı 4 dəfə törədilmiş soyqırım haqqında məlumat verdi. GDU-nun tarix müəlliməsi Xəyalə Əsgərova 1918-ci ilin siyasi-ictimai vəziyyəti, Azərbaycan xalqına qarşı törədilən soyqırımın səbəbləri, nəticələri, soyqırımın tarixi kökləri və mahiyyətindən bəhs edərək fikirlərini tarixi faktlarla əsaslandırdı. ATU –nun tələbəsi Natiq İsgəndərov “Şamaxıda törədilən mart qırğınları”, ADAU –nun tələbəsi Səlbinaz Məmmədova isə bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin əsrin sonunda yenidən təkrarlanaraq Xocalıda törədilmiş faciədən bəhs edən “Xocalı soyqırımı erməni terrorunun davamıdır” adlı məruzələrlə çıxış etdilər. Daha sonra çıxış edən Kitabxanalararası abonement şöbəsinin müdiri Vüsalə Həsənova erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən,analoqu olmayan vəhşiliklərdən olduğunu bildirdi.. Tədbirdə soyqırıma aid kitab sərgisi və video çarx nümayiş olundu.

 
  "Azərbaycan tarixinin  ən qanlı səhifəsi – Matr soyqırımı"

29.03.2019-cu il tarixdə MKS-nin 24№li kitabxana filialı 31 mart azərbaycanlıların soyqırım gününə aid   “Azərbaycan tarixinin  ən qanlı səhifəsi – Matr soyqırımı” adlı dəyirmi masa keçirdi.  31 Mart Soyqırımda həlak olan insanların xatirəsi bir dədiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən 19№li məktəbin taix müəllimləri Aygün Salmanova  və Dilbər Bəhlulova, TTİÜDM   Məlahət Əhmədova  31 mart soyqırımı haqqında tədbir iştikçılarına tarixi faktlarla geniş məlumat verdilər. Müəllimlər onu da qeyd etdilər ki, faktlar, dəlillər  olduğu bir halda  azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” dövründə görünməz olmuşdur.
Kitabxananın fəal oxucuları Cəfər Cabbarlının vəHacı Səlim Səyyahın 31 mart qırğınına aid yazdıqları “Dur, ey xar olan millət” , “Mart ayı”” adlı şeirləri söylədilər.
Tədbirdə 31 mart soyqırımına aid videoçarx nümayiş  etdirildi.

 
  "Millətin qan yaddaşı"

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Millətin qan yaddaşı” başlığı altında kitab sərgisi təşkil olundu.

Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verdi.

Sonra tədbir iştirakçıları tarix boyu erməni təcavüzkarlığı nəticəsində baş vermiş Azərbaycanlıların soyqırımını əks etdirən kitablardan ibarət sərgi ilə tanış oldular.


 
  "31 mart Azərbaycanlıların Soyqırımı günü"

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16№-li kitabxana filialında 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Unudulmaz faciə” mövzusunda anım günü keçirildi.
 Tədbirdə 38№-li orta məktəbin müəllimləri və 6-7 sinif şagirdləri iştirak edirdi.
  Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova  qeyd etdi ki, 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımının 101 ili tamam olur. Ümumilli lider  Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı  fərmanla hər il erməni daşnak silahlı quldur və terrorçu birləşmələri tərəfindən Azərbaycanda törədilmiş bu faciə özünün tarixi qiymətini aldı. Elə həmin ildən başlayaraq  31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunmağa başladı.
  38№-li məktəbin tarix müəllimi Təranə İbrahimova,  kitabxananın fəal oxucusu, GDU-nun tələbəsi Sevda Məmmədova soyqırımla bağlı çıxış etdilər.
Sonra şagirdlər Vətən məhəbbətini, şəhidləri, qəhrəmanlığı tərənnüm edən şeirlər söylədilər.
  Sonda soyqırım ilə bağlı video görüntülər nümayiş etdirildi.

 
  "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafada

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağstafa şəhəri olub. Əsl mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. Ağstafa Rayon Heydər Əliyev Parkında keçirilən tədbirdə mədəniyyət nazirliyinin təmsilçiləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən qonaqlar iştirak ediblər. Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir. Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, Basqal kəlağayıları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, muncuqlardan hazırlanmış bəzək əşyaları, Xaçmaz bölgəsindən olan daşyonanların çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi ölçülü şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, təkəlduz sənəti nümunələri, həmin bölgəyə aid şirniyyatlar, biləsuvarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti, Masallı regional idarəsi tərəfindən təqdim olunan, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb. Bundan başqa, digər regional idarələr tərəfindən dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərlər, qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin təəssürat yaradıb. Sonra Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Konsertdə bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edib, təqdim etdikləri musiqilərlə simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər. Ağstafa Regional Mədəniyyət İdarəsinin müdiri Vüqar Qədirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycanın qərb bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yaz mövsümündə, Novruz bayramından sonrakı günlərdə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə Vüqar Qədirov bildirib. Festivalda Gəncə Regional Mədəniyyət İdarəsini təmsil edən Məhbubə Həsənova deyib: “Bu festivalın iştirakçısı olmaqdan məmnunam. Öz bölgəmizi təmsil etmək, festivala qatılan qonaqlara rayonumuz haqda, sərgidə təqdim olunan mədəni irs nümunələri barədə məlumat vermək olduqca xoşdur”. Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.


 
  Gəncədə Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalını keçirilib.

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub. Əsil mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər. Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

 
  Gəncə şəhərində "Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.

 

Mart ayının 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək.

Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.

İki hissədən ibarət olan Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.

Sərgidə  festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək.

Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq. Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Beləki, festivalın mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.

Tədbirin bədii hissəsi şagirdlərin söylədikləri Novruzun ilk gəlişi olan dörd çərşənbə haqqında şeirlərlə başladı. Maraqlı və əyləncəli keçən bayram tədbirində məktəblilər bayram adət-ənənələrinə uyğun səhnəciklər göstərdilər. Novruz Bayramına həsr olunmuş şeirlər, mahnılar və rəqslərl ifa etdilər. Kosa ilə Keçəlin gəlişi isə tədbiri daha da şənləndirdi. İştirakçılar bayram tədbirindən gözəl əhval-ruhiyyə ilə ayrıldılar.



 
  Ata sevgisi.

 

Gəncə MKS-nin Uşaq şöbəsində 27.03.2019-cu il tarixində “Ata sevgisi” hekayəsindən ucadan oxu təşkil edildi. Tədbirdə kitabxananın kiçik yaşlı oxucuları iştirak etdilər. Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva əvvəlcə hekayə haqqında uşaqlara məlumat verdi. Sonra uşaqlar növbə ilə hekayəni çox böyük həvəslə oxumağa davam etdilər. Sonda oxucular mətndəki hadisələr və qəhrəmanlar haqqında maraqlı müzakirələr etdilər. İlk dəfə rastlaşdıqları sözlərin mənasını araşdıraraq öyrəndilər. Məqsədimiz uşaqları kitabxanaya cəlb etmək,onları mütaliə etməyə həvəsləndirmək,eləcədə nitq və sərbəst oxu qabiliyyətlərini inkişaf etdirmək, mətndəki sözlərin düzgün tələffüz qaydasını öyrətməkdir.

 
  “Azərbaycana Novruz gəlir”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 18.03.2019-cu il tarixində Azərbaycanın milli-mənəvi dəyərlərini özündə qoruyub saxlayan ,ən qədim ümumxalq bayramı olan Novruz Bayramı münasibətilə “Xonçalı Növruz gəlir başlığı altında səhərcik keçirildi.

Bayram tədbiri “Azərbaycana Novruz gəlir” adlı vido-çarxla başladı.

Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva tədbir iştirakçılarını salamladı və iştirakçıları qarşıdan gələn bayram münasibətilə təbrik etdi. Bildirdi ki, insanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz ən qədim dövrlərdən bəri xalqımızın sevinc və şadlıq bayramı olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Tədbirin bədii hissəsi şagirdlərin söylədikləri Novruzun ilk gəlişi olan dörd çərşənbə haqqında şeirlərlə başladı. Maraqlı və əyləncəli keçən bayram tədbirində məktəblilər bayram adət-ənənələrinə uyğun səhnəciklər göstərdilər. Novruz Bayramına həsr olunmuş şeirlər, mahnılar və rəqslərl ifa etdilər. Kosa ilə Keçəlin gəlişi isə tədbiri daha da şənləndirdi. İştirakçılar bayram tədbirindən gözəl əhval-ruhiyyə ilə ayrıldılar.



 
  “NOVRUZ”

Əsrlərin sınağından çıxmış birlik, bərabərlik,oyanış,mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Xalqımız üçün bütün bayramların tacı olan NOVRUZ artiq evlərimizin lap astanasındadır,öz gözəl ətri,xoş rahiyəsi, isti -

ilıq nəfəsiylə.Qədim tarixə malik olan NOVRUZ bütün türkdilli xalqlar tərəfindən bir bayram kimi kimi qəbul olunsa da, biz azərbaycanlılar qədər bu bayramı əziz, bütün atributlarına uyğun qarşılayan, daha təmtəraqlı, yüksək səviyyədə keçirən xalq yoxdur desəm, məncə yalan olmaz. İndi hər yerdə yüksək bayram əhval ruhiyyəsi var.Bütün şəhər və rayonlarımızda ,qəsəbə və kəndlərimizdə bu bayram qeyd olunur.

16.03. 2019 tarixdə MKS-nin 1 saylı kitabxanası şəhər 4 saylı tam orta məktəblə birlikdə bu bayramı geniş qeyd etmişlər.Şənlikdə Novruzun bütün adətləri əks olunaraq nümayiş etdirilmişdir. Tədbirdə məktəbin və kitabxananın bütün kollektivi,şagird və valideynlər, oxucular iştirak edi



 
  “Almaz”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15- saylı kitabxana filialında 13.03.2019 -cu il tarixdə Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlının anadan olmasının 120- illiyi ilə əlaqədar “Almaz”əsərinin müzakirəsi keçirildi.Tədbiri 15 saylı kitabxananın müdiri Atlaz Cəfərova açdı.23 saylı məktəbin dil-ədəbiyyat müəllimi Mursaqulova İradə C.Cabbarlının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Sonra bildirdi ki,C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının klassik sənətkarlarından biridir.Qələmini həm şeirdə,həm də nəsirdə sınayan sənətkarın yaradıcılığının zirvəsi dram əsərləri sayılır.Dramaturqun1930-cu ildə ildə qələmə aldığı”Almaz”əsərində kənddə gedən kollektivləşmə uğrunda mübarizənin təsvir olunmasından,.əsərin baş qəhrəmanı Almazın çox mübariz,inadkar,qorxmaz,ağıllı,daim yeniliyə can atan müəllimə olmağından danışdı.Məktəbin 8-ci sinif şagirdi Abdullahi Elcan mənfi obrazlardan biri olan Şərif haqqında, fəal oxucu Abdinova Aynur, çox qorxulu sinfi düşmən,Hacı Əhməd obrazı , onun meyvə bağının əlindən çıxacağını görüb hər vasitəyə əl atmasından bəhs etdi...Böyük Kitabxanaçı Tahirova Səkinə, kitabxananın fəal oxuculardan Mərdanova Fatimə,Əliyeva Şəlalə və başqaları əsər haqqında öz fikirlərini bildirdilər. Müəllimə İradə Mursaqulova oxucuları maraqlandıran suallara ətraflı cavab verdi.

 
  “Dəli Kür”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 12.03.2019-cu il tarixində Azərbaycan xalq yazıçısı,ədəbiyyatşünas,nasir İ.Şıxlının anadan olmasının 100 illiyi münasibətilə “Dəli Kür” kitabının təqdimatı keçirildi. Tədbirdə kitabxananın oxucuları iştirak etdilər.

Şöbənin müdiri Ellada Rəhimova yazıçının həyat və yaradıcılığı,eləcədə tədbirin məqsədi və məramı haqqında ətraflı məlumat verdi.Bildirdi ki, İsmayıl Şıxlı XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olub. Həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür.

Yazıçının təqdim olunan “Dəli Kür” romanı 96 səhifədən ibarətdir. Bakıda “Qələmnəşrdə” çap olunmuşdur. Hadisələr Azərbaycan kəndi olan Göytəpə kəndində cərəyan edir. Yazıçı bu əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələrini göstərir. Romanda ailə-məişət məsələləri geniş təsvir olunmuşdur. Ellada Rəhimova qeyd etdi ki, “Nəsrimizin inciləri“ seriyasına aid olan kitab məktəblilər üçün nəzərdə tutulmuşdur. Onlar kitabı istədikləri vaxt uşaq kitabxanasından əldə edib oxuya bilərlər.



 
  “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16№-li kitabxana filialında Daxili Qoşunlar günü münasibətilə “N” saylı hərbi hissənin zabit və əsgərləri ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” mövzusunda görüş keçirildi.

Kitabxananın müdiri Lyudmila Axundova iştirakçıları salamlayaraq, əsgər və zabitləri Daxili Qoşunlar günü münasibətilə təbrik etdi. “N” saylı hərbi hissənin mayoru Natiq Qafarov, komandir Əli Hüseynli öz çıxışlarında ordu quruculuğundan və Azərbaycan Ordusunun göstərdiyi böyük şücaətdən danışdılar. Tədbiri 32№-li məktəbin 3a sinif şagirdləri öz çıxışları ilə davam etdirdilər.

“N” saylı hərbi hissənin mayoru Samir Fərəməzov keçirilən bu görüşü çox yüksək səviyyədə qiymətləndirdi və qeyd etdi ki, bu gün belə tədbirlərin keçirilməsi Azərbaycanın qəhrəman övladlarının, uşaqlarımız və gənclərimiz tərəfindən tanınması baxımından çox gərəklidir.

Sonda Lyudmila Axundova tədbirdə iştirak edən “N” saylı hərbi hissənin əsgər və zabitlərinə, 32№-li məktəbin müəllim və şagirdlərinə, həmçinin tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirdi



 
  “Vətən sənə güvənir Azərbaycan ordusu”

12.03.2019-cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialında “Vətən sənə güvənir Azərbaycan ordusu” başlığı altında Daxili Qoşunlar günü ilə əlaqədar söhbət keçirdi.

 
  “Cəfər Cabbarlının 120 illiyi”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16№-li kitabxana filialında 11 mart 2019-cu il tarixdə Azərbaycanın görkəmli yazıçısı, dramaturqu Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Firuzə”, “Dilarə” hekayələrinin xülasəsi keçirildi.

Tədbirdə 28№-li orta məktəbin müəllim və 7-8-ci sinif şagirdləri, kitabxananın oxucuları iştirak edirdi.



 
  “Eşq və azadlıq müğənnisi”

11.03.19 - cu il tarixdə MKS - nin 7 saylı kitabxana filialında, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Eşq və azadlıq müğənnisi” adlı şeir saatı keçirildli. Tədbirdə kitabxananın fəal oxucuları, məktəbli şagirdlər iştirak edirdi. Kitabxanaçı Könül Mirxudayeva şairin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verdi, onun şeirlərinə bəstəkar T. Quliyev ,Z. Xanlarova və başqaları tərəfindən musiqilər bəstələndiyini bildirdi.. Sonra söz oxuculara verildi. Onlar bir - birinin ardınca, əsərlərində daim insan əzəməti , insan məhəbbəti və şəxsiyyət azadlığı tərənnüm edilən şairin - “Sığmazam “, “İstəmə”, “Qafil oyan”, “Neynədi” və s.şeirlərini söylədilər. Sonda kitabxanaçı ,ölkəmizdə şairin anadan olmasının 650 illiyinin qeyd olunması ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirdi və “Eşq günəşi – İmaməddin Nəsimi” adlı sərği ilə iştirakçıları tanış etdi.

 
  “Nəsimi ili”

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan ediməsi haqqında 11 yanvar 2019-cu il Sərəncamının icrasını təmin etmək, dahi İmadəddin Nəsimi irsini təbliğ etmək məqsədilə bu gün, Mərkəzi kitabxananın oxu zalında “Ədəbiyyat üfüqümüzdə doğmuş eşq günəşi-İmadəddin Nəsimi” adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdə GDU-nin baş müəllimi Bəxtiyar . Məhərrəmov., AYB Gəncə bölməsinin üzvləri şair Aləmzər Əlizadə, Ramiz Təmkin, jurnalist, kitabxanamızın fəal oxucusu İmamverdi Vəliyev, Gəncə Dövlət Dram Teatrının aktyorları, Rəşad Hüseynov ,Emin Salmanov , kitabxananın oxucuları iştirak edirdi.

 
  “Uşaqların sevimli şairi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 07.03.2019-cu il tarixdə şair, dramaturq Sahib İbrahimli ilə “Uşaqların sevimli şairi” başlığı altında görüş keçirildi. Tədbirdə 27 saylı məktəb-liseyin bir qrup müəllim, şagird və valideynləri iştirak etdilər. Uşaqların sevimlisi şair Sahib İbrahimli və onunla gələn şair qonaqlar uşaqlarlar tərəfindən böyük sevinclə və alqışlarla qarşılandı. Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi. O, şairin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdi. Görüşdə şair öz fikirlərini və düşüncələrini uşaqlarla bölüşərək yeni şeirlərindən də səsləndirdi. Tədbirdə iştirak edən AYB Gəncə bölməsinin şair və yazıçılarından Ramiz Təmkin, Zaur Quliyev və Aləmzər Əlizadə şairin ədəbi fəaliyyətindən geniş söhbət açdılar. Bildirdilər ki, onun şeirlərinin əsas qayəsini doğma yurdumuza,tarixi keçmişimizə, təbiətə məhəbbət, vətənpərvərlik, ata-babalarımıza hörmət, düzgünlük, əməksevərlik və başqa bu kimi keyfiyyətlər təşkil edir. Şagirdlər şairin yzdığı şeirlərdən “Azərbaycan əsgəri”,”Dənizlə dost olmuşuq”,”Nərgiz”, “Qar yağır”, “Məni döy”, “Babama oxşayan dağ” və s şeirlərini səsləndirdilər. Şeirlərdən ibarət dialoq və kompozisiyalar təqdim etdilər. Rəqs nömrələri ifa etdilər. Tədbirdə 27 saylı məktəb-liseyin tədris hissə müdiri Əzizzadə Şahin müəlim və ibtidai sinif müəlliməsi Sevil Verdiyeva öz ürək sözlərinidə bildirdilər. Görüşdə şagirdlərin suallarını cavablandıran Sahib İbrahimli bu görüşdən məmnunluq hissi keçirdiyini qeyd etdi. Sonda xatirə şəkilləri çəkildi.

  Arxiv...1. .2. .3. .4. .5. .6. .7. Əvvələ

 

 

Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 1526



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva