Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
 
A B İ D Ə L Ə R
 
 
 
 
GƏNCƏNİN MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

 

Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.

 

   
ŞAHSEVƏNLƏR MƏSCİDİ

 

Məscid 1882-ci ildə tikilmişdir. Binadan vaxtilə dövlət kitabxanası kimi istifadə edilib. Hal-hazırda məscid kimi fəaliyyət göstərir. Ünvan: Şahsevənlər küçəsi.

   

MÜRSƏL OCAĞI TÜRBƏSİ

Əttarlar küçəsindəki köhnə qəbirstanlıqda tikilmişdir. Sovet dövründə qəbirstanlığın ərazisində şəhər Mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir.

   

XAN BAĞI - SƏRDAR BAĞI

 

Rəsmi sənədlərdə belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar Bağı"dır. Sərdar Bağı 1847-ci ildə carın Qafqazdakı canişini ("sərdarı") knyaz M. S. Voronsovun təşəbbüsü ilə salındığı üçün bu adı almışdır.
Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas istirahət guşələrindəndir.

   

ALMAN KİLSƏSİ

 

Kilsə XIX əsrdə tikilmişdir. Tikintidə əsasən tuf daşından istifadə edilmişdir. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilmişdir. Binada indi Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.

   
 

MİXAİLOV SƏNƏT MƏKTƏBİNİN BİNASI

 

XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən İnzibati bina kimi istifadə olunur.
Ünvan: Ozan küçəsi 6.

   

SİNEMA BİNASI


XIX əsrin II yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması» adlandırılmışdır.
Ünvan: Adil İsgəndərov küçəsi 60.

   

«VƏTƏN» KİNOTEATRININ BİNASI

 

XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Bina əvvəllər «Zaryadie» adı ilə tanınmışdır.
Ünvan: Cavad xan küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi.

   

COMƏRD QƏSSAB TÜRBƏSİ

 

VII-VIII əsrlərdə tikilmiş Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində, Qədim Gəncə hasarının I km.-də, indiki dəmir yolunun cənubunda yerləşirdi. Türbə XX əsrin 70-ci illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir.

   

ALBAN MƏBƏDİ

 

VI-VII əsrlərdə tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Bina yeddi sütunludur. Hazırda burada Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi.

   

YUSİFBƏYLİLƏR MÜLKÜ

 

Əsas materialı kərpicdən olan ev, 1877-ci ildə inşa edilmişdir. Evin tikilməsində Şərq və Qərb memarlıq uslubuna üstünlük verilmişdir. Ev hazırda əvvəlki görkəmini saxlayır.
Ünvan: Nəsib bəy Yusifbəyli küçəsi 21.

   

DİVANXANA

 

Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir. Ünvan: Atatürk prospekti 260.

   

UĞURLU BƏY KARVANSARASI

 

XVIII əsrdə tikilmişdir. Ünvan: Şeyx Bahəddin küçəsi 59.

   

 
     
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva