Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
   
 

Gəncə arxitekturası

 

Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir – bir sözlə ölkənin ədəbiyyat mərkəzidir. Çoxlu sayda küçə və yollarl, gözəl tərtib olunmuş parklar Gəncə şəhərini ölkənin bir çox şəhərlərindən daha cazibədar və gözəl edir. Gəncə şəhərinin arxitekturasında ciddi mənada Alman arxitekturasının izləri görünür.

Xətai küçəsinin yanında əsas meydandan cənubda, parkda yerləşən XVII əsrə aid iki uzun minarəli və günbəzi dekorativ bəzədilmiş Şah Abbas vəya Cümə məscidini qeyd etməmək mümkün deyil. Qırmızı-kərpicli bina alim, arxitektor Şeyx Bagauddin tərəfindən tərtib edilib və gözəl şəbəkəylə bəzədilib. Burda həmçinin digər balaca məscidlər vardır.

Gəncə gecələri.

İkimərtəbəli təvazökar karvansaraya biz Gəncə Mehmanxanasının yaxınlığında rast gələ bilərik. Digər bir nişanə isə qısa ömürlü “Azərbaycan Demokratik Respublikasının” ilk parlamenti, əslində isə bu bələdiyyə binası olub, hal hazırda Azərbaycan Aqrar Universiteti kimi istifadə olunur. Binanın yanında geniş və gözəl “Xan bağı”, XVI əsrin qalıqları olan qala divarları və çayxana yerləşir.

Şah Abbas məscidinin yaxınlığında yerləşən hamamlar valeh edici rəng çalarlarına və diqqəti cəlbedici. Hamamların arxasında XIX əsrə aid Cavad xanın sərdabəsi və Gəncə küçəsini keçsəniz özünüzü Gəncə kinoteatrının qarşısında görəcəksiniz.

Bu yerin qəribə tikililərindən isə iki mərtəbəli təxminən 50,000 şüşə butulka ilə bəzədilmiş butulka evi nümunə göstərmək olar ! ( Hüseynli və qaria küçələrinin kəsişməsində ) Yeni tikilən arxitektura nümunələrinə isə təzə tikilmiş yerli bankları misal göstərmək olar.

Nizami Gəncəvinin məqbərəsi Gəncə şəhərinin girəcəyində yerləşir. Məqbərə zərif mərmərlə örtülü strukturaya sahib olub, 20 m hündürlüyündədir. Məqbərənin arxasında isə Nizaminin əsərlərindən səhnə mənzərələrinin təsvir edildiyi dəmirdən yonulmuş nümunələrlə dolu açıq sahə vardır.

Gəncədən 15 km şimal-şərqdə, Aznixi kəndindən sonra siz İmanzadəyə rast gələcəksiniz. Bu gözəl kərpicdən tikili göy qümbəzli bina, VIII əsrə aid İmam Bağır ibn İbrahim məqbərəsinin qurulduğu qəbirstanlıqla əhatə olunub. Binanın həqiqi tikilmə tarixi məlum deyil, amma mövcud dizayn XIX əsrdə aparılan bərpa işlərindən qalma bir yadigardır.

«Heydər Əliyev Xatirə Muzeyi» klassik üslubda milli kaloritdən istifadə olunaraq tikilmiş bir kompleksdir. Muzey kompleksi 612,6 kv m-dən ibarətdir. Abidənin arxitektoru Məmməd İbrahimovdur. Bina Gəncənin tarixi memarlıq abidələrinə uyğun olaraq kərpicdən və gülbəxt daşından tikilmişdir. Binanın qarşısında yerləşən heykəlin müəllifi isə heykəltəraş Şərif Şərifovdur. Heykəlin hündürlüyü 5 metrdir. Muzeyin əsas vəzifəsi Ulu öndərin həyat və fəaliyyətini gənc nəsillərə çatdırmaq və təbliğ etməkdən ibarətdir. 2005-ci ilin iyun ayından fəaliyyətə başlayan muzeydə 400-ə yaxın eksponat toplanmışdır. Muzey eksponatlarının əsas hissəsi Heydər Əliyevin foto şəkilləri və onun haqqında yazılmış kitablardan ibarətdir. Eksponatlarımızın sırasınada «Heydər Əliyev Fondunun» hədiyyəsi olan Ulu öndərin şəxsi geyimi muzeyin ən maraqlı eksponatlarındandır. Muzeyi hər il 20 mindən artıq tamaşaçı ziyarət edir ki, bunların da çoxu gənclərdən ibarətdir. Həmçinin xarici vətəndaşların da muzeyə marağı böyükdür.

   
   
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva