Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
     
 

Gəncə bu gün

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, Gəncə, bütün ölkə kimi,heç də çox yaxşı vaxtlarını yaşamır. Ölkədə baş verən hadisələr gəncəliləri e'tinasız tamaşaçı simasında qoymadı. Hər bir gəncəli ayrılıqda, eləcə də şəhər bütünlüklə, dəfələrlə Azərbaycanın əsas hadisələr axımına tə'sir göstərmişlər.

Bu gün investisiya qoyuluşu baxımından Gəncə Bakı ilə müqayisəedilməzdir.Lakin Gəncə olduğu kimi yenə də bütün sahələrdə Azərbaycan tarixində ən mühüm mövqelərindən birini tutur.

Tədricən Gəncədə qəlblərə ümid verən dəyişiklər baş verir. Gəncənin prospektləri və küçələri, meydanları və xiyabanları düşünülməmiş tikililər nəticəsində itirilmiş keçmiş gözəlliyini tədricən özünə qaytarır. Şəhərin bütün rayonlarına gaz verilməsi bərpa olunub.

Özəl sektor və özəlləşdirmə hesabına təzə iş yerləri açılır, əvvəllər xaricdən gətirilən məhsullar istehsal edilir.

Böyük intellektual, kadr və elmi potensiala malik olan Gəncə son zamanlar ölkənin iş adamları və xarici investorlar üçün cəlbedici olmuşdur. Əvvəllər yalnız Bakıda fəaliyyət göstərən firma və kompaniyalar tədricən öz nəzərləriniregionlara və xüsusən Gəncəyə yönəldirlər.

Hər yerdə olduğu kimi, Gəncə bazarında ilk növbədə ölkənin aparıcı banklarının filialları mənimsəməyə başlayıblar.

Bu gün respublikada Bakıdan kənarda fəaliyyət göstərən yeganə bank (filial və bölmə yox!) - Səhmdar-Kommersiya Bankı, "Gəncəbank", Gəncədə fəaliyyət göstərir. Şəhərin mərkəzində isə öz ofisi bankın ilə "Kəpəz" filialı fəaliyyətdədir. Bank 200 sifarişçiyə, o cümlədən, Gəncə Əlvan Metalların E'malı zavodu, Gəncə Aviatə'mir zavodu, Xalça kombinatı, "Elco" BM, "Şəmkir-konyak" ATSC-nə, dünyanın aparıcı banklarından ABŞ-nın "Citibank"ı, Almaniyanın "Commerzbank"ı, Russiyanın "Yunastrum", "Roskredit" bankları, Azərbaycanın "Beynəlxalq Bank"ı və "Mostbank"ı ilə müxbir münasibətləri vardır. Bankın şəhərdə 22 valyuta dəyişmə məntəqələri var.

Şəhərdə Gəncə şəhər Milli Bank İdarəsi, "BeynəlxalqBank"ın, "Poçtbank"ın, SK "Aqroprombank"ın, "Parabank"ın, "Dəmiryolbank"ın, "Turanbank"ın, "Azal-bank"ın "Respublika" SKB-nin, "Mostbank"ın, "Atabank"ın, və s. filial və bölmələri fəaliyyət göstərir.

Gəncə regionunda respublikanın Milli Bankın islahatlarının icraçısı olan Gəncə şəhər Milli Bank İdarəsi - Xanlar, Goranboy, Samux, Daşkəsən rayonları və Naftalan şəhərini əhatə edir. Özəl biznes öz fəaliyyətinə başladığı ilk dövrlərdən keçmiş Sovet İttifaqının mühasibat və pul köçürmələri sistemi əliəyri işbazların fəaliyyətində kredit və saxta avizolar hesabına ən kiçik rayon banklardan belə milliardlar köçürmək üçün çox yaxşı və asan mexanizm idi. Yəqin ki, əksərriyətimiz üçün nağd və nağd olmayan manatın münasibəti 95% qədər qalxan zaman, 94-95-ci illərin sonu üçün əlamətdar olan - "çeçen avizo", "MFO","obnaliçka" - sözləri ilə tanışdır. Bu, o deməkdir ki, vasitəçi-firmaya 100 manat köçürəndə, siz nağd yolla ancaq 5 manat alırdınız (indiki zamanda bu rəqəmlər sün'i görünür). 1994-cü il iyul ayında hər bank üçün müxbir hesab açan zonalı Hesablaşma-Kassa Mərkəzi kimi əsaslandırılmış idarəetmə respublikanın bank sferasında özbaşınalıq və nəzarətsizliyə qarşı sədd oldu. Faktiki olaraq bir ildən sonra bütün yuxarıda qeyd olunan qanunsuz əməliyyatlara son qoyuldu.

Xüsusi olaraq, beynəlxalq ekspertlərin qiymətlərinə görə MDB-nin ən təchiz edilmiş bankı, "Euromoney" jurnalının "Bank" nominasiyasında laureat olan, "Beynəlxalq Bank"ın fəaliyyətini qeyd etmək istərdik ........ .

Mə'lumdur ki, banklar bütün iqtisadiyyat vəziyyətinin əksi hesab olunurlar, lakin iqtisadiyyatın əsası yenə də istehsalat sayılır. Sovet İttifaqın dağılması nəticəsində, vaxt ilə ittifaq miqyaslı müəssisələr olmuş, bütün ölkənin bazar və xammal bazasına uyğunlaşdırılan, şəhərin sənaye müəssisələrin əksəriyyəti öz bazarını və xammal bazasını itirmişdir. Bunun nəticəsində nəhəng alüminiy, farfor, qənnadı, cihazqayırma, poladtökmə, konserv, mebel, dəmir-beton zavodları, əlvan metallar e'mal zavodu, "Billur" zavodu, pivəzavodu, xalça və tekstil kombinatları və şəhərin başqa müəssisələri dayandılar. İşsizlik səviyyəsinin kəskin qalxması və müvafiq surətdə şəhər əhalisinin həyat səviyyəsinin aşağa düşməsi oldu. Əhalinin əksəriyyəti şəhəri tərk elədi və iş axtarışında respublikanın paytaxtına və qonşu ölkələrə üz tutdular.

İttifaqın dağılmasından sonra anarxiya, özbaşınalıq və qanunsuzluq dövrləri əməkqabi-liyyətli olan şəhər əhalisinin mühacirət səviyyəsinə tə'sir elədi, onlardan bəziləri başqa ölkələrin vətəndaşları olmaq, öz bacarıqlarına və iste'dadlarına orada tətbiq tapıb, daha çox üstün tutublar. Biz çox ümüdvarıq ki, gəncəlilər öz vətənindən üzünü çevirməyiblər və onların hər biri könlündə öz doğma şəhərinə qayıtmaq, burada öz biznesini əsaslandırmaq, iş yerləri yaratmaq və doğma şəhərin firavanlığına öz töhvələrini vermək arzusundadır.

"Həyat - arabanın təkəridir. Bəzilərini o, yuxarı qaldırır, başqalarını isə aşağı endirir". Zərdüşt sözlərinin təsdiqliyinə, Gəncə kataklizmlərdən keçən hadisələrdən sonra dərindən nəfəs alıb, öz çox əsirlik yolunu davam etdirir. Şəhərdə kiçik - çörəkxanalar, qənnadı sexləri açılmağa başladı, kommersiya mağazalar zirzəmilərdən daha cəlb edici yerlərə köçdülər. Yanacaq doldurma məntəqələrinin, kiçik müəssisələrinin, mağazaların, mehmanxanaların özəlləşdirilməsi müvəffəqiyyətlə keçdi.

Bizcə, xüsusi sektor inkişafının ən parlaq nümunələrindən biri kimi marketinq, istehsalatın təşkili və idarəetmə sahələrində təqlidə layiq olan "Metal-Plastik" açıq tipli Səhmdar cəmiyyəti nümunə göstərmək olar. Yeni əsrin menecerləri ilə idarə olunan müəssisə 75 addan çox məhsul, təhsil sistemi üçün avadanlıq (partalar, masalar, lövhələr və s.), ofis mebeli, uniforma, gündə-lik tələbat malları (40mm-120mm) mismarlardan - akkumulyatorla (60, 100 və 180 amperə kimi) başlayaraq, plastik mallar (1 qramdan 5 kq-dək) kimi istehsal edir. İstehsal edilən məhsullar ətraflı düşünülmüş qiymət qoyma siyasəti və güclü marketinq nəticəsində heç vaxt yığılıb qalmır. Soldakı şəkildə müəssisənin rəngli və informativ bukletindən ancaq kiçik hissəsi göstərilir. Bir hektardan artıq istehsalat sahəsin, 100 nəfərdən çox işçisi olan Sovet dövründə əsasən elektronikada ixtisaslanan, kalkulyatorlar, elektron oyunlar və SSRİ-nin HSK üçün məhsulları bu-raxan "Billur" zavodu, bu gün ildə 900 milyon manatdan yuxarı məbləğdə dünyanın məşhur markaları ilə rəqabət apara bilən "Mercury" televizorları buraxır.

700 nəfərdən artıq işçisi olan və şəhərin ən qabaqcıl müəssisələrindən sayılan Cihazqayırma zavodu ildə 4 mlrd. manatlıq qaz və su sayqacları istehsal edir ki, bunlar da öz texniki göstəricilərinə görə qərb kompaniyalarının istehsal etdikləri analoq məhsullardan keyfiyyətcə geri qalmır və Bakıda bunlara tələbat duyulur, eyni zamanda xarici ölkələrə ixrac edilir.

Keçmiş Alüminiy zavodu, indi "Gil-torpaq" İstehsalat birliyi xüsusi diqqətə layiqdir. 1976-cı ildə tikilən və 1986-cı ildə boksit istehsalı sahəsinin istismara verilməsi hesabına ge-nişləndirilmiş müəssisə ildə 450 min ton alüminiy oksidantları, o cümlədən, 300 min ton boksit və 150 min ton alunit istehsalatı gücünə malikdir. Əsas istehsalı ilə yanaşı müəssisə bu məhsul-lardan 390 min ton sulfat turşusu və 103 min ton kalium sulfat istehsal etmişdir. Müxtəlif za-manlarda istehsalatda 2000-dən 3000-dək işçi işləyən bu müəssisə indiki dövrdə öz tədarükçüləri və istehlakçıları ilə əlaqələrini itirdiyindən öz istehsal gücünü yalnız 5-10% istifadə edir. Ya-ranan vəziyyətdən çıxmaq və gələcək inkişafı üçün çıxış yolları axtaran kollektiv gələcək inve-storlar və alıcılar qarşısında öz simasını göstərmək və üzü qara çıxmamaq üçün indi ofislərdə ciddi tə'mir işləri aparır. Aydın məsələdir ki: "İnsanı paltarına görə qarşılayır, ağlı ilə yola salırlar." Müəssisə menecerlərinin isə ağlına heç şübhəmiz yoxdur.

   
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva