Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
     
 

Gəncə darvazası

1139-cu ildə baş verən dağıdıcı zəlzələ nəticəsində Gəncə şəhəri demək olar ki, yerlə yeksan olmuş, şəhərin cənub qərbində yerləşən Kəpəz dağının üst hissəsi qoparaq Ağsu çayının qabağını kəsmiş, nəticədə «Göy göl» və bir necə digər göllər yaranmışdır.

Faciəvi zəlzələnin nəticələrindən faydalanmaq fikrinə düşən Gürcü çarı I Demetri müdafiəsiz Gəncəyə basqın edərək xeyli qənimətlə geri dönür. O, Gəncə qalasının dəmir darvazasını da özü ilə apararaq Kutaisidəki Gelati monastırına qoyur. Bu gün də həmin darvazanın bir tayı sözügedən monastırın həyətində çar IV Davidin qəbri qarşısındakı divara bərkidilib.

Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yavzılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə!

Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.

Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il).

Maraqlıdır ki, Gelati monastırına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi. Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur».

Gəncə darvazaları bərpa olunub

1063-cü ildə qurulan Gəncə darvazaları bərpa edilib. Artıq bu ildən Gəncənin girişini bu möhtəşəm darvaza bəzəyəcək.

«Rəhimli və mərhəmətli Allahın adı ilə! Həşəmətli mövlamız və əmirimiz Seyyid Yavuz ibn Əl-Fəzl-Allah onun hökmdarlığını uzun etsin- bizə bu qapını qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi. Allah ona da müvəffəqiyyət versin». Bu kəlmələr qədim Gəncə darvazasının üzərində həkk olunub. 1063-cü ildə Şaddadilər sülaləsindən olan Şəvur qərara alır ki, Gəncə ətrafında möhtəşəm qala tikdirsin və şəhərin müxtəlif istiqamətlərindən girişinə altı böyük darvaza qoydurur. Onlardan birini Gəncə Regional Elm Mərkəzi bərpa edib. Elm Mərkəzinin direktoru Fuad Əliyevin sözlərinə görə, akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntıları zamanı Gəncə darvazalarının qalıqlarını tapıb. Sonralar Elm Mərkəzi bu qalıqları toplayıb və hazırda bərpası ilə məşğuldur.

«Köhnə tapılmış arxeoloji materiallar əsasında, qədim Gəncə darvazası bərpa olunmuşdu. Bu qapıların hündürlüyü 3m 70 sm, eni isə 3m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da biri-birinə çarmıxlarla möhkəm bağlanıb» - deyən Fuad Əliyev, bu il bu darvazanın öz tarixi yerində, Gəncə-Bakı-Gəncə yolunun şəhərə giriş istiqamətindən quraşdırılacağını bildirdi. Darvazanın ətrafında isə Naxçıvandan gətirilən və XI əsrdə də tikintidə istifadə olunan kərpiclərdən 20 metr hündürlüyündə möhtəşəm qalanın nümunəsi tikiləcək. Qeyd edək ki, Gəncə darvaza qapılarının biri hazırda Gürcüstanın Kutaisi yaxınlığındaki Gelati monastırında saxlanılır. Bu qapılar 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələdə gürcü çarı I Dmitri tərəfindən qarət edilib. Tarixçilər isə gürcülərin qənimət adlandırdığı sözügedən darvaza qapısını oğurluq kimi qiymətləndirilər. Çünki savaşsız əldə olunan qənimət yox, quldurluq hesab edilir.

   
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva