Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
 

2010 - cu ilin Fəal kitabxanaçıları

 
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nda kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi və müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Proqramı çərçivəsində kitabxanaların cəmiyyətin həyatında rolunun artırılması, kitabxana işçilərinin peşə ustalığının qiymətləndirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, kitabxanaçı peşəsinin nüfuzunu artırılması və s. işlərin həyata keçirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsi haqqında Əsasnamə hazırlanmış və təsdiq edilmişdir.
Müsabiqə Komissiyasına kitabxanaçı mütəxəssislər tərəfindən təqdim olunan innovasiya proqramları, kitabxananın informasiya resurslarının təbliğatının təşkili, qarşıda duran aktual problemlərin həllinə dair təkliflər, kitabxanaçı mütəxəssislərin fərdi keyfiyyətləri, habelə onların şəhər, rayon, respublika əhəmiyyətli tədbirlərdə və Nazirlik tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakları və s. üstünlüklər nəzərə alınmışdır.
Müsabiqə komissiyasının yekun rəyinə əsasən I mükafata - Gəncə şəhər MKS-nin şöbə müdiri Gülnaz İsgəndərova, II mükafata - Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, III mükafata - Bərdə rayon MKS-nin kitabxanaçısı Fəxriyyə Quliyeva layiq görülmüşdür.
Müsabiqədə qalib gəlmiş kitabxanaçı mütəxəssislər “İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsi haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin Fəxri Fərmanı və pul mükafatları ilə mükafatlandırılacaqlar.
 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva