Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
     

İctimai Hüquqi İnformasiya Mərkəzi

İctimai Hüquqi İnformasiya Mərkəzi 28 fevral 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayının 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imzaladığı sərəncama əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şəhər və rayon kitabxanalarında İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılması planlaşdırıldı. Bu yönümdə bir sıra tədbirlər həyata keçirildi. Əsas məsələlərdən biri bu mərkəzin hansı kitabxananın nəzdində yaradılacağı problemi idi. Uzun illər gənclərin həyatında mühüm rol oynayan, onların hərtərəfli inkişafına köməklik göstərən gənclərlə yüksək səviyyəli, uzunmüddətli iş təcrübəsinə malik olan C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində yaradılacağı müəyyənləşdirildi.


İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılmasında məqsəd

  • Azərbaycan vətəndaşlarını Rusiya Federasiyasının qanunvericiliyinə dair məlumatlandırılmasını təmin etmək.
  • Onlara lazım olan məlumatı tez və operativ onlara çatdırmaq.
  • Rusiya Qanunvericilik toplusundan yararlana bilən 35 məntəqə üçün metodiki mərkəz rolunu oynamaq.

“İnformasiya hamı üçün” YUNESKO proqramının Rusiya Komitəsi ilə danışıqlar aparmış və bir sıra nazirlik, idarə və kitabxanalarda ictimai hüquqi informasiya mərkəzlərinin yaradılmasına nail olmuşdur. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyi “İnkişaf naminə təşəbbüs - Qlobal” İctimai Birliyi ilə birlikdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında ilk dəfə İctimai Hüquqi İnformasiya Mərkəzinin (İHİM) yaradılmasına nail oldu. Beləliklə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına sözügedən bazaya açıq daxilolma və istifadə hüququ verildi. Bundan əlavə də 35 məntəqənin həmin mərkəzdən idarə olunması nəzərdə tutuldu.

PROQRAMLAR

Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı

Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı özündə aşağıdakıları cəmləyir:
1.Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2.Federal icraçı hakimiyyət orqanlarının icraçı aktlarının bülletenlərini.
3. Rusiya Federasiyası hökümətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını.
5. Beynəlxalq sazişlərin bülletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bülletenləri.

Hüquqi İnformasiya Sistemi “Hüquqi informasiyanın ictimai və dövri nəşrləri elektron variantda” proqramı

Hüquqi İnformasiya Sistemi özündə aşağıdakıları cəmləyir:
1.Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2.Federal icracı hakimiyyət orqanlarının icracı aktlarının bulletenlərini.
3. Rusiya Federasiyası hokumətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını.
5. Beynəlxalq sazislərin bulletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bulletenləri.

Proqramların istifadəcilərə verdiyi imkanlar.

1. Nəsrlər sistemində qeydiyyata alınmıs sənədləri gozdən kecirmək..
2. Gərək olan sənədi onun mətninə, baslıgına nomrəsinə əsasən axtarmaq.
3. Axtarısın nəticəsinə əsasən sənədlərə secmələr tərtib etmək.
4. Sənədlərin daxilinə ayrıclar yerləsdirmək və onlarla isləmək.
5. Secilmis sənədləri, onların baslıqlarını və mətnlərini cap etmək imkanı.
6. Sənədlərin kartockaları ilə isləmək imkanı.
7. Sənədləri Microsoft WinWord və ya DOS formatənda olan fayla kocurmək imkanı.

Baş ofis:
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Unvan: Bakı şəh., N.Nərimanov kuc., 203
Tel.: (012) 510 66 17 Fax.: (012) 510 66 19
e-mail: ihim@inbox.ru

   
 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva