Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
 

Ölkə rəhbərimiz İlham Əliyev Gəncə şəhərinə növbəti dəfə səfər edib

İlham Əliyev Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar.

Məlumat verildi ki, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, bu ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən 2 dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyevə və xanımına məlumat verildi ki, kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, mükəmməl infrastruktur yaradılır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.

Dövlətimizin başçısı və xanımı beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldular. Burada dua oxundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim bağışlandı.

Bildirildi ki, 200 kvadratmetr ərazini əhatə edən qurbangahda da işlər tamamlanır. Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir işləri başa çatır. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb.

Dövlət başçısına və xanımına ziyarətgahın digər sahələrində, həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxanada hazırda davam etdirilən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev kompleksdə təmir-bərpa işlərinin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəliblər.

Dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

İlham Əliyev “Stadler” Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlət başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

“Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında bağlanılan bu müqavilə son illər ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Prezident İlham Əliyev ölkədə nəqliyyat-logistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.

Dövlət başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Bildirildi ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır.

İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.

Dövlət başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək.

Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib.
Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlətimizin başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoydu.


İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.
Dövlət başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

İlham Əliyev Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması və yenilərinin tikilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu prosesdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun təhsillə bağlı layihələrində məktəbəqədər müəssisələrin yenidən qurulmasına, yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı regionlarda da xeyli iş görülüb. Bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurlar əldə edilib. Bu layihələrdən əsas məqsəd son illərədək bir çox problemləri mövcud olan məktəbəqədər təhsildəki bütün çatışmazlıqların aradan qaldırılması idi. Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində artıq bu məqsədə nail olunub. Eyni zamanda, Heydər Əliyev Fondu bu sahədə hələ də mövcud olan problemlərin aradan qaldırılması üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı ictimaiyyətə təqdim edilib.

Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular. Məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Burada da uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.

İlham Əliyev Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.

Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.

Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Bölgələrdə yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Gəncə şəhərindəki 4 nömrəli tam orta məktəbdir. Təhsil ocağının yeni korpusunda təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

İlham Əliyev Gəncənin Cavad Xan küçəsində sakinlərlə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində olublar.

Dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.

Məlumat verildi ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.

Dövlət başçısı və xanımı elektromobillə parkın ərazisini gəzdilər.

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2013 - cü ildə Gəncə səfəri

İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Qeyd olundu ki, parkda yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Orjinal layihə əsasında inşa olunan bu istirahət ocağında muzey və kafe də fəaliyyət göstərəcəkdir. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə biləcəklər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilmiş və burada istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərəcəkdir.

Hazırda parkda Gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. Həmin ağaclar parka xüsusi gözəllik verir.

Daha sonra Prezident İlham Əliyev Gəncədə möhtəşəm layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzlə tanış olan Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verildi.

Bildirildi ki, Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir. Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, “IDEA” İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları vardır. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da muzeyin layihəsinin orijinallığına dəlalət edir.

İlham Əliyev Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına respublika əhəmiyyətli, o cümlədən Gəncə bölgəsi üzrə idman yarışlarının keçirilməsi məqsədilə müasir tələblərə uyğun tikiləcək Olimpiya Parkının eskiz layihəsi haqqında geniş məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Nəhəng idman qurğusunun layihələndirmə işləri qısa müddətdə başa çatdırılmışdır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, əsas korpus çevrə və onun ətrafında yığılmış qövs, həmçinin digər əyri xətlərdən quraşdırılmış konfiqurasiyadan ibarətdir. Olimpiya Parkında atıcılıq tiri və stolüstü oyun zalı fəaliyyət göstərəcəkdir. Burada idmanın boks, ağırlıqqaldırma və aerobika növləri üzrə məşqlər və yarışlar üçün hərtərəfli şərait yaradılacaqdır. İdmançı və mütəxəssislərin səmərəli fəaliyyəti və istirahəti də layihədə maksimum nəzərə alınmışdır. Universal salonda yarışların gedişini 1500 tamaşaçı izləyə biləcəkdir.

Respublikamızda, o cümlədən Gəncədə idmanın üzgüçülük növünə maraq ilbəil artır. Olimpiya Parkında da ən yüksək səviyyəli üzgüçülük yarışlarının keçirilməsi və idmanın bu növü ilə məşğul olmaq üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Güləş və gimnastika zalları da müasirliyi ilə seçiləcəkdir. Ümumilikdə, gələcəkdə bu kompleksdə keçiriləcək müxtəlif idman yarışları zamanı tamaşaçılar üçün ən müasir standartlara cavab verən şərait yaradılacaqdır.

İdman yarışlarının informasiya təminatı üçün bütün lazımi tədbirlər görüləcək və bu məqsədlə müasir infrastruktur formalaşdırılacaqdır. Bütün otaqlar təyinatından asılı olaraq, yüksək keyfiyyətli inventar və avadanlıqla təchiz olunacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Olimpiya parkında beynəlxalq standartlara uyğun futbol stadionu inşa ediləcəkdir.

Basketbol, voleybol və tennis meydançaları da ən son elmi-texniki yeniliklərə əsaslanacaqdır. Olimpiya Parkında mehmanxana tikintisi də nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevə inşaat işləri zamanı istifadə olunacaq tikinti materialları haqqında da məlumat verildi. Qeyd olundu ki, tikinti işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.

Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu.
Dövlətimizin başçısı Olimpiya Parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etmişdir.

Qədim İpək Yolunun əsas mərkəzlərindən sayılan Gəncənin abadlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu tarixi şəhərin simasına maraqlı elementlərin əlavə olunması ilə yadda qalır. Bu gün Gəncə həm də öz tarixini yaşadır, yetişdirdiyi şəxsiyyətləri təbliğ edir, onların xatirəsini əbədiləşdirir. Prezident İlham Əliyev 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncam çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil edilmişdir. Sənədə əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunmuşdur. Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi Mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulmuş, Məhsəti bağı salınmışdır.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanılmışdır. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və yardımçı otaqlar yerləşir. Oxu zalında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətini işıqlandıran kitablar yer almışdır. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Məhsəti və Nizaminin ədəbi irsini, Azərbaycan xalçaçılığının zənginliyini işıqlandıran kitablar da burada sərgilənir. Azərbaycanın zəngin mədəniyyətini Fransada yaxından tanıtmaq məqsədi ilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin noyabr və dekabr aylarında bu ölkənin qədim Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi və konsertlər təşkil edilmişdir. Həmin tədbirləri əks etdirən fotolar da Mərkəzdə nümayiş olunur.
Mərkəzdə milli musiqi alətləri sərgisi yaradılmışdır. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri və musiqisi haqqında geniş elmi məlumatlar əldə etmək mümkündür.

Mərkəzin milli geyimlər sərgisində əsas diqqət Məhsəti dövrü, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılmışdır. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı vardır.

Prezident İlham Əliyev Mərkəzin ətrafını və Məhsəti parkını gəzdi.

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi və müvafiq tapşırıqlarını verdi.

İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olmuşdur.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.

Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.

Məhəlləyə gələn dövlətimizin başçısı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış oldu.

İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Dövlətimizin başçısı muzeyin binasında yaradılan şəraitlə tanış oldu. Muzeydə ulu öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılmışdır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı mərhələdə respublikamızda gənc nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə olunması, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bütün bunları nəzərə aldıqda Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti olduqca böyükdür.

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yüksək zövqlə toxunmuş xalça portretləri diqqəti cəlb edir.

İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan Gəncədə “DET-AL Alüminium” MMC-nin Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları da Azərbaycan iqtisadiyyatına mühüm töhfədir. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi” haqqında Sərəncamına əsasən bu zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsi, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılması sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin olunmasına xidmət edir.

Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu.

İlham Əliyev Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılmışdır. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunmuşdur. Kompleksin sol cinahının yol istiqamətinə yönəlmiş hissəsində ulu öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk olunmuşdur. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat Monastırında saxlanılır.

Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır. Burada xronoloji ardıcıllıqla Gəncənin hərb tarixinin qədim vaxtlarından başlayaraq 1918-1920-ci illərədək olan dövrü əhatə edilmişdir. “1918-1920-ci illərdə Gəncənin hərb tarixi”nə aid vitrində o dövrün silah-sursatı və 1919-cu il Gəncə qarnizonu döyüşçüsünün fotoşəkli nümayiş olunur. Ekspozisiyanın sonunda tərtib edilmiş rəmzi bölmədə Vətən uğrunda həlak olanların şərəfinə “Əbədi məşəl” və döyüşçülərin təsvirləri nümayiş etdirilir.

Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Tarix boyu sənətkarlıq mərkəzi olmuş Gəncədə 30-dan çox sənət sahəsinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verən nümunələr öz nəfisliyi ilə göz oxşayır. Etnoqrafik muzeydə xalça məmulatları, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq məhsulları, misgərlik sənəti nümunələri və digər etnoqrafik əşyalar təqdim olunur.

Qalanın dördüncü mərtəbəsində Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılmışdır. Muzeydə, həmçinin Gəncə şəhərində mövcud olmuş Azərbaycanda ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir. Dördüncü mərtəbədən qalanın bürclərinə qalxmaq mümkündür. Buradan şəhərin mənzərəsi göz oxşayır. “Azərbaycan milli geyimləri” sərgisində ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilmiş “Azərbaycan – qədim sivilizasiya məkanı” sərgisində müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurur.

İlham Əliyev yeni inşa olunmuş Gəncə dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Yevlax-Gəncə və Gəncə dairəvi, eləcə də Ağstafa-Poylu–Gürcüstan dövlət sərhədi avtomobil yolları ilə bağlı stendlərə baxdı.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, uzunluğu 37 kilometr olan yolda kifayət qədər piyada və mal-qara keçidləri, suötürücülər inşa olunmuşdur. Azərbaycan Prezidentinin sərəncam və göstərişləri ilə regionlarda icra olunan çoxsaylı mühüm layihələrdən biri əhalinin rahatlığının təminatında böyük əhəmiyyətə malik yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncə şəhərinə daxil olmadan hərəkət edəcəkdir.

Daha sonra Prezident İlham Əliyevə Ağstafa-Poylu–Gürcüstan dövlət sərhədi avtomobil yolunun sxemi təqdim olundu.

Qeyd edildi ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil magistralının bir hissəsi olan bu yolun uzunluğu 59 kilometrdir. Daxili investisiya hesabına salınan yolun tikintisinə 2011-ci ilin oktyabrında başlanılmış, ötən ilin sonunda başa çatdırılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdi ki, Gəncədəki “ASAN xidmət” mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlamışdır. Gəncə “ASAN xidmət” mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.

Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulmuşdur. Parkda qurulmuş led-paneldə “ASAN xidmət” mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında informasiyalar daim nümayiş olunur. “ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin həyətində “YARAT” Müasir İncəsənət Məkanının guşəsi də qurulmuşdur.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulmuşdur. Burada tətbiq edilən yeniliklərdən biri “Exit poll” rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların “ASAN xidmət”də olduqdan sonra göstərilən xidmətlə bağlı münasibətini öyrənir. Bu yenilik göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən elektron müraciət köşkü barədə məlumat verildi. Bildirildi ki, vətəndaşlar elə Mərkəzin özündən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı ilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.

Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, mərkəzin işçilərinin ümumi sayı 165 nəfərdir, onlardan 55-i könüllüdür.

Gəncə “ASAN xidmət” mərkəzi bu şəhərin, eləcə də Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərir. Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş Mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb olunan sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün yüksək şərait yaradılmışdır.

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri ilə tanış olmuşdur.

 

.

Dövlət başçısı filarmoniya binasının layihəsini əks etdirən stendə baxdı.

Gəncə Dövlət Filarmoniyası binasının təməli 2012-ci il yanvarın 21-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur. Filarmoniya binasında hazırda tikinti işləri sürətlə davam etdirilir.

Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaqdır. Binada iaşə xidməti obyektləri, həmçinin yeraltı qaraj və yardımçı otaqlar fəaliyyət göstərəcəkdir.

Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri ucaldılacaqdır.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “VEGO” otelində yaradılmış şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.

“VEGO” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir. Otelin ətrafında Şah Abbas məscidi və Çökək hamam yerləşir. Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilmişdir. Bina günbəzlidir. Hamamda yenidənqurma işləri aparılarkən tarixi görkəm olduğu kimi saxlanılmışdır. Gəncənin tarixi memarlıq abidəsi sayılan Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa yeraltı tunel vardır.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2012 - ci ildə Gəncə səfəri

 


Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Sonra Azərbaycan Prezidentinə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verilib. Dövlət başçısının diqqətnə çatdırılıb ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunub. Gəncənin inkişaf proqramı işlənib hazırlanmışdır və bu proqram hazırda uğurla icra edilir.
Dövlət başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə edib. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunub.

İlham Əliyev Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak etmişdir.  İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.
 Məlumat verildi ki, filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilmişdir. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaqdır. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur.
 Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoydu.
 Dövlət başçısı beton qarışığı tökən qurğunu işə saldı.


İlham Əliyev Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.Dövlət başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxdı.  Məlumat verildi ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır.



İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir. Dövlət başçısı kompleksin maketinə baxdı.
 Məlumat verildi ki, “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.


İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Prezidenti İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
 Dövlət başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxdı. Məlumat verildi ki, dahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuşdur. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir.
 Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanmışdır.
 Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaqdır. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaqdır.
 Prezident İlham Əliyev Nizami Gəncəvinin məzarı üzərinə gül dəstəsi qoydu.
 Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
 Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması istiqamətində xeyli iş görülmüş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensivləşməsi əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmişdir. Lakin İkinci Dünya müharibəsinin baş verməsi ilə əlaqədar yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. Həmin illərdə Gəncədə dəfn olunduğu yerdə böyük filosof-şair Nizaminin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. Prezident İlham Əliyevin ötən ilin dekabrında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Sərəncam Nizami yaradıcılığının daha mükəmməl tədqiqinə stimul verərək şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımdır.


Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak etmişdir.
 Dövlət başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı, burada yaradılmış şəraitlə tanış oldu.
 Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yeni fəvvarə inşa edilmişdir. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulmuşdur. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirmişdir.
 Bildirildi ki, Gəncədə park və xiyabanların əsaslı təmiri və yenidən qurulması, o cümlədən Nəriman Nərimanov parkının gözoxşayan görkəmə qaytarılması bölgələrimizin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Parkın dizaynına özünəməxsus elementlər əlavə edilmiş, zövqlü formalarla zənginləşdirilmişdir.
 Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.


İlham Əliyev Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir.

 Dövlət başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürdü, önünə gül dəstəsi qoydu.
 Məlumat verildi ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilmişdir. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılmışdır. Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulmuşdur. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlmişdir.
;Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham ƏIiyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan “Xəmsə” abidə kompleksi də dövlətimizin başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.


İlham Əliyev Gəncədə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.  Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış oldu. Qeyd edildi ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcəkdir. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaqdır. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.

 Bildirildi ki, mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaqdır. Prezident İlham Əliyev mərkəzin təməlini qoydu. Dövlət başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.



Ilham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur.
 Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dövlətimizin başçısına müqəddəs “Qurani-Kərim” təqdim etdi.
 Prezident İlham Əliyev ölkəmizdə ziyarətgahlara, müqəddəs ocaqlara, dini abidələrə göstərilən dövlət qayğısından danışdı.
 Prezidentin orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə bağlı Sərəncamı imzalaması və Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılması dövlətin bu işlərə qayğısını bir daha təsdiq edir.
 “İmamzadə” kompleksində ötən ilin aprelində başlanmış bərpa işlərini bu ilin sonunadək tamamlamaq nəzərdə tutulur. Kompleksin yerləşdiyi 2,5 hektara yaxın ərazidə 10 min kvadratmetrdən çox asfalt, 4400 poqonometr bəzəkli səki daşları döşənmişdir. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilir, burada 5 böyük, 36 kiçik günbəz tikiləcəkdir, müasir işıqlandırma sistemi quraşdırılacaqdır. İnşaat işlərində əsasən yerli materiallardan istifadə edilir. Kompleksin keçmiş giriş qapısı tarixi abidə kimi bərpa olunacaqdır.  “İmamzadə”, yaxud “Göy imam” türbəsi 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir.
 “İmamzadə” türbəsinin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə və digər türbələrin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanmışdır. Sonuncu dəfə 1878-79-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmiş “İmamzadə” türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı.
 “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
 Prezident İlham Əliyev İbrahimin məzarını ziyarət etdi, tikinti işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.


İlham Əliyev Gəncədə “Qala” kompleksinin tikinti işlərinin gedişi ilə maraqlanmışdır.Mərkəzin layihəsi ilə tanış olan ölkə başçısına məlumat verilib ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcək. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaq. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.
Bildirilib ki, mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub, mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.


Sonra Prezident İlham Əliyev Gəncədə yeni salınan bayraq meydanın açılış mərasimində iştirak edib. Məlumat verilib ki, Gəncə çayının sağ sahilində, Gəncə Dövlət Universitetinə yaxın ərazidə salınan meydanda Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq. Türkiyədə hazırlanan bayrağın uzunluğu 50, eni isə 25 metrdir. Hündürlüyü 4 metr nəzərdə tutulan postament qranitlə üzlənib. Qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub.



Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2003-2011 ci il Gəncə səfərləri

Azərbaycana üz tutan səyyahların maraq dünyasını zənginləşdirən Gəncə Qafqazın ən qədim və fisunkar guşələrindən biri kimi tanınmışdır.
Özünün 2500 ildən artıq enişli-yoxuşlu tarixi ərzində Gəncə dəfələrlə ağır sınaqlara, qəsbkarların basqınlarına, qırğın və talanlarına məruz qalmış, var-yoxdan çıxmış, lakin heç vaxt sınmamış, əyilməmişdir. Hər dəfə o, yenidən dirçəlib ucalmış, mühüm mədəniyyət, iqtisadiyyat və ticarət mərkəzi kimi regionun inkişafına güclü təsir göstərmişdir. Ayrı-ayrı vaxtlarda bu şəhərin adını üç dəfə dəyişməklə Gəncənin zəngin və şanlı tarixini unutdurmağa, şəhəri öz qədimliyindən qoparıb, əcnəbiləşdirməyə çalışmışlar. Lakin hər dəfə Gəncə doğma və əzəli adnı özünə qaytarmışdır.
Bütün bu dövrlərdə Gəncə ictimai-siyasi proseslər mərkəzi hakimiyyət orqanları barəsində ortaya öz fikrini çox hallarda müxalif fikrini qoyan bir şəhər olmuşdur. Buna görə də Gəncənin çoxəsrlik tarixi, silahlı üsyanları əhatə edir. Bu baxımdan vəziyyət XX-ci əsrin 70- ci illərində ciddi şəkildə dəyişdi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ötən əsrin 80-ci illərinin əvvəllərində müasir Gəncənin güclü iqtisadi potensiyalının təməli qoyulmuşdur.
Gəncənin növbəti dirçəlişi 2002-ci ildə ulu öndərimiz Heydər Əliyevin bu şəhərə səfərindən sonra başlandı. O, Gəncəyə böyük qayğıkeşliklə yanaşırdı. Bu şəhərə onun sevgisini bütün genişliyi ilə nümayiş etdirən sözlər heç vaxt unudulmayacaq: “Gəncə hər bir vətənpərvər azərbaycanlı üçün doğma və əzizdir” Gəncənin dirçəliş illərini fəal surətdə cənab İlham Əliyev davam etdirdi. Gəncəyə hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında dərin iz qoydu. Bilavasitə onun köməyi və şəxsi nəzarəti sayəsində Gəncənin yollarını yenidən inşa etdirmək mümkün oldu.
Prezident Gəncənin qədimliyini, onun tarixi simasını qorunub saxlanmasına da böyük önəm verir və xüsusi qayğı göstərir.
5 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Gəncəyə ilk səfəri.
Baş nazir İlham Əliyev Şah Abbas Cümə məscidinə gəlmiş, Cavad xanın məzarını ziyarət etmiş, sonraGəncənin gözəl guşələrindən biri olan Xan bağına gələrək, burada şəhər ictimaiyyəti ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanmış, Gəncə Gil-Torpaq zavodunda nitq söyləmişdir.
16 iyun 2004- cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfəri. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin məzarını, İmamzadə türbəsini, Cavad xanın məzarını ziyarət etmiş və Xan bağı Mədəniyyət və İstirahət parkına gələrək Şəhər sakinləri ilə görüşmüşdür.
Prezident İlham Əliyev Gəncədə tikiləcək yeni yaşayış binalarını, ümummilli liderimiz Heydər Əlıyevə ucaldılacaq abidənin və Gəncə Beynəlxalq Hava Limanının yenidən qurulması üçün hazırlanmış layihələr ilə tanış olmuşdur. Daha sonra “Gəncə şərab-2” Səhmdar Cəmiyyətinə gəlmiş və “N” saylı Hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
19 may 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Azərbaycan Pezidenti İlham Əliyev Azəralüminium İstehsalat Birliyinin Gil-torpaq İstehsalat Sahəsi ilə və Qapalı üzgüçülük hovuzunun tikintisi ilə tanış olmuşdur. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti binasına gəlmiş, Gəncə Beynəlxalq Hava Limanının layihəsi, yenidən qurulacaq və inşa ediləcək binanın foto-şəkilləri, eləcə də tikintidə istifadə ediləcək materiallardan ibarət sərgi ilə tanış olmuşdur. Nizami Gəncəvi məqbərəsini, Cavad xan məqbərəsini və Şah Abbas Cümə məscidini ziyarət etmiş. “Çökək hamam” da tarixi eksponatlarla tanış olmuş, sonra Gəncə Beynəlxalq Hava Limanının yenidən qurulmasına həsr olunmuş müşavirə keçirmişdir.
11 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Prezident İlham Əliyev Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə maraqlanmış, Gəncə Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirak etmiş və Heydər Əliyev Xatirə Muzeyinə gələrək buradakı xatirə kitabına ürək sözlərini yazmışdır.
31 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Gəncə Beynəlxalq Limanı, Qapalı üzgüçülük hovuzu və”Jarden Röyal” şirniyyat müəssəsinin açılış mərasimlərində iştirak etmiş, Gəncə Müalicə Diaqnostika Mərkəzinin tikinti işlərinin gedişi, musiqili fəvvarə və Gəncə gerbinin bərpa olunması şərəfinə ucaldılmış monumental abidə ilə tanış olmuşdur.
30 may 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Prezident İlham Əliyev bütövlükdə baş meydanın və ətraf ərazinin yeni işıqlandırma sisteminin layihəsi ilə tanış olmuş, sonra qədim Gəncə darvazasının ilkin şəkildə bərpası üçün görülən işlərlə və Cəfər Cabbarlı adına 6 saylı orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
3 mart 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə səfəri. Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, bərpa olunmuş Qədim Gəncə Darvazası ilə tanış olmuş, sonra Gəncə Polat Kompleksi və Det-Aı Alüminum zavodunun təməl qoyma mərasimində iştirak etmiş, “Gəncə Sənaye Cihaz” Açıq Səhmdar Cəmiyyətində olmuş, Gəncə Müalicə-Diaqnostika Mərkəzində gedən tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

24 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Prezident İlham Əliyev Gəncə Müalicə Diaqnostika Mərkəzinin açılışında iştirak etmiş, əsaslı təmir və bərpa olunmuş Şah Abbas Cümə Məscidinə gəlmiş, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, şəhər ictimaiyyəti nümayəndələri ilə görüşmüş və Nizami Gəncəvi Məqbərəsini ziyarət etmişdir.
25 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra şəhər ictimaiyyəti ilə görüşmüş, Gəncə Şəhər Polis İdarəsinin yeni binası və Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində zabit yataqxanasının açılış mərasimlərində iştirak etmişdir. Sonra dövlət başçısı Gəncədə tikilən “Ramada-Plaza” mehmanxanasında gedən tikinti işlərinin gedişi və Nizami Gəncəvi abidəsində aparılan yenidənqurma işləri ilə tanış olmuş. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökumətinin yerləşdiyi binada – Azərbaycan Aqrar Univeristetində xatirə lövhəsinin açılışında iştirak etmişdir.
2010-cu il 11 mart tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünya standartlarına cavab verən “ Ramada Plaza” mehmanxanasının açılışında iştirak etmişdir.
 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva