Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
     
 

«İmamzadə» türbəsi

«İmamzadə», yaxud «Göy imam» türbəsi VIII əsrə aid tarixi abidədir. Burada şiə müsəlmanların 5-ci imamı Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Bu faktı məqbərənin günbəzinin daxili səthindəki yazılar da təsdiq edir: "Bu şərəfli cənnət bağcası babasının hicrətindən 120 il sonra vəfat etmiş İmam Məhəmməd Bağır oğlu – ona salam olsun – Mövlanə İbrahimin türbəsidir". Hicri tarixi ilə 120-ci il milad təqviminin 740-741-ci illərinə uyğundur.

«İmamzadə» Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. Xüsusən "aşura" mərasimləri zamanı bura on minlərlə müsəlman toplaşır.

Son iki əsrdə «İmamzadə» də bərpa işləri 1878-79-cu illərdə polkovnik İsrafil bəy Yadigarzadənin və 1993-cü ildə Hacı Vaqif Vəliyevin xeyriyyəçilik təşəbbüsləri ilə aparılmışdır.

Gəncə xüsusən yerli əhali tərəfindən «İmam Hüseyn» şəhəri də adlandırılır. Bu ifadənin «İmamzadə» türbəsi ilə əlaqədar olduğu bildirilir. Tarixçi-alim F. Əhmədov «Gəncənin tarixi yaddaşı» kitabında sözügedən ifadə haqqında maraqlı mülahizələr irəli sürüb. Müəllif 1803-cü ilin dekabrından 1904-cü ilin yanvarınadək Gəncəni mühasirəyə almış rus qoşunları komandanlığının şəhərin müdafiəçilərinin əzmini qırmaq üçün qalaya gedən yer altı su borularının qarşısını kəsməsi haqqında göstəriş verməsindən yazır. İşğalçı tərəf bu «tədbiri» həyata keçirdikdən sonra şəhərdə susuzluq başlayır və bu səbəblə vəfat edənlərin sayı günü-gündən artır.

Əhali «Gəncədə Kərbala faciəsi təkrar olunur» deyə öz şəhərini haqq yolundan dönməyən İmam Hüseynin adı ilə bağlayır.

   
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva