Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Untitled Document \
 
T Ə D B İ R L Ə R
 
 
  “20 Yanvar"

19 yanvar 2018-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi Gəncə şəhərində ki, Şəhidlər xiyabınını ziyarət etdilər.

 
  “20 Yanvar - milli tariximizin unudulmaz səhifəsidir"

Gəncə şəhər MKS-nin Uşaq şöbəsi 19.01.2018-ci il tarixində 27saylı məktəblə birlikdə 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq “ 20 Yanvar - milli tariximizin unudulmaz səhifəsidir” baılığı altında anım günü keçirildi.

Tədbiri Uşaq kitabxanasının müdiri Ellada Dəhazi- Rəhimova açaraq bildirildi ki, 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş çox dəhşətli bir əməldir. 1990-cı il 20 Yanvar yalnız hüzn deyil , həmdə qürur günü kimi əsrlər boyu yaddaşlarda qalacaqdır. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Anım günündə məktəblilərin ifasında Bəxtiyar Vahabzadənin ”Şəhidlər”, Ülvi Bünyadzadənin “Vətən üçün ölməliyik”, R. Həsənlinin “Od vurub qəlbimə 20 Yanvar ” və s. şeirləri səsləndi. M. Aslanın “Ağla qərənfil, ağla” şeirindən hazırlanmış kompozisiya ilıə çıxış etdilər.

 
  “Tarixə qərənfillərlə yazılmış qara gün"

1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Gəncə şəhər MKS-nin 4, 8, 13, 20 №-li kitabxana filiaları Gəncə şəhərindəki 8, 23 və 41№-li orta məktəbin şagirdlərinin iştirakı ilə “Tarixə qərənfillərlə yazılmış qara gün” başlıqlı ədəbii-bədii kompozisiya keçirilmişdir . İlk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəblərin direktorları çıxış edərək qeyd ki, 20 Yanvar faciəsindən 28 il ötsə də, şəhidlərimizin öz canları bahasına bizə qoyub getdikləri azadlığımızı, istiqlaliyyətimizi və müstəqilliyimizi qoruyub saxlamalı, daim onların ruhlarını yad etməli və gələcək nəslə təbliğ etməliyik, bu hüznun içərisində bir məğrurluq hissi duymalıyıq ki, “Vətən uğrunda ölən varsa vətəndir”. Tədbirin davamında şagirdlərin iştirakı ilə ədəbii-bədii kompozisiyalar və kitabxanaçıların hazırladıqları videoçarxlar göstərildi.

 
  “Şəhidlər - istiqlalı, azadlığı qanları ilə qazananlar"

19.01.18-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 və 22 №-li kitabxana filiaları 24 və 38 №-li orta məktəblə birgə 20 yanvar Ümumxalq hüzn gününə aid “Şəhidlər - istiqlalı, azadlığı qanları ilə qazananlar” adlı ədəbi-bədii kompazisiya keçirmişdir. Tədbirdə Azərbaycanın şəhidləri bir dəqiqə sükutla yad edildi. 24№-li Məktəbin xoru “Şəhidlər” və “Leytenant” mahnısını ifa etdilər və B.Vahabzadənin, N. Kəsəmənlinin, A. Mustafayevin, H.Abbasın, N. Həsənzadənin, Hidayətin şeirlərindən, bayatılardan misralar səsləndirdilər.38 № li məktəbin şagirdlərinin ifasında “Ana fəryadı” adlı ədəbi-bədii kompazisiya söylənildi. Hər iki tədbirin sonunda kitabxanaçıların hazırladığı “20 Yanvar qanlı gecə” adlı sərgi ilə tanış oldular və tədbir boyunca videoçarx təqdim olundu.

 
  “20 Yanvar - Unudulmaz qan yaddaşımız"

18.01.2018-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar “20 Yanvar - Unudulmaz qan yaddaşımız” adlı anım günü keçirildi.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Elmira Əliyeva açmışdır. Elmira xanım 1990 cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən 28 il keçdiyini, qeyd etmişdir. Sonra Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə aparıcılıq edən oxu zalının və 1 mömrəli kitabxana filialının kitabxanaçıları Əfsanə Bağırova , Mənzər Adıgözəlova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd etdərək. Hazırladıqları tədbiri ardıcılıqla təqdim etdilər.

Tədbirdə Gəncə Yazıçılar Birliyinin üzvləri Aləmzər Əlizadə və yazıçı publisist Ramiz Təmkin, AMEA Gəncə bölməsinin böyük elmi işçisi dosent Aləmzər Tağıyeva, Gəncə Dövlət Universitetin müəllimi Hüseyn Bəxtiyarov, Mərkəzi kitabxananın Kitabxanalar arası abonement şöbəsinin müdiri Vüsalə Hüseynova, 26 nömrəli orta məktəb lisey-kompleksinin gənc müəlliməsi Təbəsüm Əlizadə çıxış etdərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmasını qeyd etdilər.

Tədbirin sonunda Gəncə şəhər 5, 14, 25, 32 nömrəli orta məktəblərin şagirdlərinin ifasında kompazisiya səsləndi və oxu zalının hazırladığı video- çarx nümayiş etdirildi.

 
  “Şəhidlikdir uca zirvə"

16.01.2018-ci il tarixidə Gəncə şəhər MKS- nin 6 saylı Gənclər kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədova həsr olunmuş, “Şəhidlikdir uca zirvə” başlığı altında anım günü keçirildi.

Gənclər kitabxanasının müdiri Məryəm Məmmədova iştirakçılarını salamlayaraq, şəhidlərimizin ruhunu bir qəqiqəlik sükutla yad etməyi xahiş etdi. Sonra o, Azərbaycanın Milli qəhrəmanları haqqında məlumat verdi.

1 saylı tam orta məktəbin tarix müəllimi Cəbərrüd Haqverdiyeva çıxışında bildirdi ki, Azərbaycanın Milli qəhrəmanları haqqında danışmaq bir vətəndaş kimi insana qürur verir Nə qədər ki, uğrunda təmənnasız rəşadət göstərməyi, hətta ölməyi bacaran övladların var, sən yaşayacaqsan, Azərbaycan!

Kitabxanamızın daimi oxucusu Alı Həsənov, Eldar Harun oğlu Məmmədovun keçdiyi həyat və döyüş yolu haqqında danışdı.

Texnologiya Universitetinin kafedra müdiri Mahirə Xəlilova söylədi ki, Eldar Məmmədov Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirərək 24 fevral 1993–cü il tarixdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Eldar Məmmədov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hazirda Dövlər Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı Eldar Məmmədovun adını daşıyır.

Tədbirdə məktəblilər “Şəhidlikdir uca zirvə” başlığı altında Milli qəhrəmanlarımıza həsr olunmuş ədəbi bədii kompozisiyanı təqdim etdilər.

 
  “Vətən fədaisi"

14.01.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı vətənpərvərlik mövzusunda Qarabağ döyüşlərində həlak olan Milli Qəhrəmanlarımızı tanıtmaq üçün 24 saylı məktəbdə 9 sinif şagirdləri ilə “Vətən fədaisi” adlı anım günü keçirdi. Anım gününü kitabxana filialının müdiri Rahilə Qasımova açdı. Tədbir iştirakçıları Qarabağ döyüşlərində həlak olanların xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.Sonra kitabxanaçı Milli Qəhrəman Əhmədov Mübariz Əlizadə oğlunun 01.01.2018-ci ildə anadan olmasının 55 illiyi münasibətilə təşkil etdiyi bu tədbirdə Mübarizin həyatı və keçdiyi döyüş yolunda göstərdiyi qəhrəmanlıqdan danışdı.

Tarix müəllimi Şəfa xanım vətənpərvər əsgərlərimizin ,2016-cı ilin aprel ayında ön cəbhədə döyüşlər zamanı, Azərbaycan xalqı ilə birgə həqiqi mənada öz vətənpərvərliyini və həmrəyliyini göstərə bildiyindən danışdı.

Tarix müəllimi Qumru xanım ”Qarabağ bizim əzəli və əbədi torpağımızdır” mövzusunda qeyd etdi ki, tarixi faktlar göstərir ki, Qarabağ hər zaman Azərbaycan torpağı olmuş, olacaq da. Müəllimə çıxışının sonunda dedi:qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir.

Tədbirdə məktəblilər Z.Yaqubun , H.Abbasın və başqa şairlərin şeirlərini söylədilər.

 
  “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına aid olan “Nuşirəvan və bayquşların söhbəti” hekayəsinin müzakirəsi keçirildi"

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 13.01.18-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına aid olan “Nuşirəvan və bayquşların söhbəti” hekayəsinin müzakirəsi keçirildi.

Tədbirin əvvəlində şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva şair haqqında iştirakçılara geniş məlumat verdi. Bildirdi ki, Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Şairin hələ sağlığında ikən əsərləri möcüzə sayılırdı. Nizami əsərlərini elə bil əlşaltmaz yüksəklikdə yazmışdır ki, sonradan gələn sənətkarlar da onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar.

Şairin “Nuşirəvan və bayquşların söhbəti” hekayəsində real həyatın eybəcərlikləri çox doğru şəkildə əks olunmuşdur. Əvvəlcə uşaqlar hekayə haqqında yaxından tanış oldular . Sonra onlar əsərdə Nuşirəvan şahın ədalətsizliyini, qətlin, qarətin həddini aşdığını və bütün bunları quş dili bilən vəzirin köməyi ilə bayquşların söhbətini dinləyən şahın öz əməllərindən xəcalət çəkib, peşman olmasından, sonda isə ədalətli işlər görüb adil şah kimi taninmasını müzakirə etdilər.

Tədbirin sonunda iştirakçılar Nizami Gəncəvinin yaradıcılığını əks etdirən slayda tamaşa etdilər.

 
  ““Nağıl güşəsində” növbəti nağıl saatı keçirildi"

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 08-13 yanvar tarixində “Nağıl güşəsində” növbəti nağıl saatı keçirildi. Möcüzəli nağıllar aləminə səyahət edən uşaqlar haqqın- nahaqq üzərində qələbəsini, nağıl qəhrəmanlarının hər cür çətinliklərə sinə gərərək, sonda öz arzusuna çatmağının bir daha şahidi oldular. Tədbiri keçirtməkdə məsdədimiz uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini bir daha artırmaqdır. Hər bir nağılın sonunda şagirdlərin nağılı daha dərindən dərk etməsi və yadda saxlaması üçün , buradakı qəhrəmanlar və hadisələr haqqında müzakirələr aparılır, ilk dəfə eşitdikləri sözlərin mənası onlara aydın şəkildə izah edilir.

Nağıl saatında müxtəlif yaş qruplarından olan uşaqlar iştirak etdilər. Onlara “Azərbaycan nağılları”ndan “Kiçik Şahzadə”, “Yeddi qardaşlar”, “Dəmirdiş qız”, “100 Sevimli nağıl” seriyasından isə “Sehirli sandıq”, “ Qaz otaran çoban”, “Şahın sehrli paltarları” nağılları oxundu.

 
  “Elza İbrahimova"

Dəyirmi masa bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilib. Tədbirdə şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkarın yaradıcılığı haqqında iştirakçılara məlumat verərək, qeyd edib ki, Elza İbrahimova ilk mahnılarını Dağıstan şairlərinin sözlərinə rus və ləzgi dillərində yazıb.

Elza İbrahimova Azərbaycan dilində ilk “Yalan ha deyil” mahnısını bəstələyib. Mahnının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın “Qurban verərdim”, ”Sən mənə lazımsan”. “Bağçadan keçmisən” və sair musiqiləri bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığında təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın vətənpərvərlik mövzusunda yazdığı, Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biridir.

Tədbirdə iştirakçılar Elza İbrahimovanın kitabları ilə yaxından tanış olub. Sonda bəstəkarın mahnıları səsləndirilib.

 
  “Nağıl saatı"

12.01.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Rus xalq nağıllarından -“Три медведя”, “Девочка и лиса”, “Koт в сапогах” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-inin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-nin 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 27 saylı Lisey məktəbinin uşaqları tərəfindən rəğbətlə qarşılandı.

 
  “Zamanın Böyük bəstəkarı - Qara Qarayev"

10.01.2018 –ci il tarixdə Gəncə şəhər MKS-nin 9 saylı kitabxana filialında görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Qara Qarayevin anadan olmasının100 illiyi ilə əlaqədar olaraq “Zamanın Böyük bəstəkarı - Qara Qarayev” adı altında musiqi saatı kecirildi.Tədbirdə kitabxananın oxucuları iştirak etdilər. 9 saylı filialın kitabxanaçısı Sabirə Səfərova iştirakçıları salamladı . 37 saylı orta məktəbin musiqi müəllimi Elza İbrahimova Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Onun, musiqimizdə bir bəstəkar pedaqoq kimi gələcəyə yeni yollar açan novator sənətkarlığından, yaradıcılığında Vətən və vətənpərvərlik mövzusunun bir sıra əsərlərinn özəyini təşkil etməsindən danışdı. Cövdət Haciyevlə yazdığı “Vətən “operası , ”Ürək mahnısı”kantatası, ”Bizim partiya”, ”Səadət mahnısı”, ”Azərbaycan “süitası belə əsələrindəndir. Qara Qarayevin yüksək hümanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir. Qara Qarayev irsi ölməzdir ,həmişəyaşardır.

Tədbir iştirakçıları Qara Qarayev haqqında söhbətlə bərabər, həm də onun simfonik musiqilərindən parçaları dinlədilər.

 
  “Aleksey Nikolayeviç Tolstoy-135"

9.01.2018-ci il tarixdə MKS-nin 24 saylı kitabxana filialı rus ədəbiyyatının görkəmli yazıçılarından biri Aleksey Nikolayeviç Tolstoyun anadan olmasının 135 illiyi münasibətilə “Aleksey Nikolayeviç Tolstoy-135” adlı sərgi – söhbət keçirdi. Böyük kitabxanaçı Təranə Aslanova əvvəlcə Aleksey Tolstoyun həyat və yaradıcılığı, sonra isə sərgiyə qoyulmuş kitablar haqqında məlumat verdi. Aleksey Tolstoyun yaradıcılığı öz hərtərəfliliyi, janr zənginliyi, fikir və problem dərinliyi, irəli sürdüyü məsələlərin çox orijinal bədii həlli baxımından fərqlənərək, müəllifə böyük şöhrət qazandırıb sovet ədəbiyyatı klassikləri sırasına yüksəlmişdir. Müəllifin yaradıcılığı inqilabdan əvvəl və sonrakı dövrləri əhatə edir. İnqilabdan sonrakı dövrdə yaradıcılığı daha yüksək olmuşdur. Ən çox da yaradıcılığında vətənpərvərlik mövzusu geniş yer tutur.

Bu gün A. Tolstoy kitabxanamızda rus dilində kitabları oxunan müəlliflərdəndir.

Sərgidə müəllifin öz əsərləri ilə yanaşı, haqqında yazılmış kitablar, sitatlar, dövrü mətbuatdan qəzet və jurnal materialları nümayiş etdirilirdi..

Tədbirdə kitabxananın oxucuları iştirak etdilər və sərgidən bir çox oxucular müəllifin əsərlərini oxumaq üçün götürdülər.

 
  “Oara Oarayev- 100"

08 yanvar 2018-ci il tarixdə MKS-nin Musiqi-not fonoteka şöbəsində XX əsr Azərbaycan musiqi mədəniyyətimizin inkişafında əvəzsiz rolu olan SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, bəstəkar, ictimai xadim və pedaqoq Oara Oarayevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Dahilər bütün dünyaya məxsusdur” başlığı altinda sərgi təşkil edildi.

Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkar Oara Oarayevin həyat və yaradıcılığına nəzər salmaqla, yetişməkdə olan gənc nəslə geniş məlumat verdi. Onun novator sənətkar kimi çoxşaxəli musiqi fəaliyyətinin , alovlu publisistikasının Azərbayanın, eləcə də Sovet musiqisinin inkişafına təsirindən danışdı. Qarayevin musiqisi sözün əsl mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Qara Qarayev bir sıra kinofilmlərə və dram əsərlərinə parlaq musiqi yazmışdır. “Tarixin dərsi”, “Bir məhəlləli iki oğlan”, “Don Kixot”, “Uzaq sahillərdə”, “Xəzəri fəth edənlər” kimi filmlərə...

Qara Qarayevin yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir, dünyanı şəhər-şəhər, ölkə-ölkə gəzir, milyonlarla qəlbləri qürur və iftixar hissi ilə doldurur. Qara Qarayevin irsi ölməzdir, həmişəyaşardır!”

 
  “Kitab ən böyük sərvətimizdir”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 2 Aprel Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş H. X. Andersenin nağılları əsasında Andersenin "Noxud üstündə yatan şəhzadə qız ",”Düyməcik”, “Çirkin ördək balası”, “Bülbülün nağılı” başlığı altında nağıl saatı keçirildi.

Şöbənin kitabxanaçısı Kifayət Sadıqova ilk öncə Uşaq Kitabxanasına qonaq gələn məktəblilərə Beynəlxalq Uşaq Kitabı günü haqqında ətraflı məlumat verdi. Bildirdi ki,məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olmuşdur. Beynəlxalq Uşaq Kitabı gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lerman təklif etmişdir. 1967-ci ildən başlayaraq uşaq kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd olunmağa başlayıb. Sonra Kifayət xanım H.X. Andersenin "Noxud üstündə yatan şəhzadə qız " nağılını uşaqlara oxudu. Nağıla diqqətlə qulaq asan uşaqlar tədbiri maraqlı müzakirələrlə daha da canlandırdılar. Sonra uşaqlar hərəsi öz bildiyi nağıldan bir parça danışdılar. Tədbirin sonunda şagirdlər kitabxanada olan maraqlı nağıl kitabları ilə tanış oldular və H.X.Andersenin " Çirkin ördək balası" cizgi filminə tamaşa etdilər. Tədbirdə Şəmkir şəhər məktəbliləri iştirak etdilər.

 
  “Kitab ən böyük sərvətimizdir”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 2 aprel tarixdə Beynəlxalq Uşaq Kitab Günü münasibətilə “Kitab ən böyük sərvətimizdir ” mövzusunda söhbət-sərgi keçirildi.

Tədbirdə 12 saylı orta məktəbin müəllim ,şagirdləri və kitabxanan fəal oxucuları iştirak edirdi.

Tədbiri açıq elan edən kitabxanın müdiri Lyudmila Axundova qeyd etdi ki, hər il 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü uşaq kitabları üzrə Beynəlxalq Şüranın təşəbüsüilə bütün dünyada “ Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunmağa başladı.

12 saylı orta məktəbin müəlliməsi Zəhra Əliyeva çıxış edərək bildirdi ki, bu bayramın əsəs məqsədi uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılama və diqqəti uşaq kitablarının nəşrinə yönəltməkdir.

Sonra kitabxananın fəal oxucusu Cəmilov Həmid qeyd etdi ki, Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə hər il qeyd olunur. Hər il bununla bağlı müxtəlik rəsm və kitab sərgiləri təşkil edilir.

Kitabxanamızda təşkil olunmuş sərgi tədbir iştirakçıları olan uşaqları daha çox sevindirdi.

 
  “Beynəlxalq Uşaq kitabı günü”

2.04.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Beynəlxalq Uşaq kitabı günü ilə əlaqədar Danimarka yazıçısı H. K.Andersenin “Düyməcik”,”Dəcəl oğlan”,Qar Kraliça” nağıllarından ibarət nağıl saatı keçirdi.

Kitabxana filialının müdiri Atlaz Cəfərova oxunan nağıl qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

Kitabxananın təşkil etdiyi nağıl saatı 32 saylı uşaq bağçasının uşaqları tərəfindən maraq və rəğbətlə qarşılandı

 
  “Yerə enməm də, səma şairiyəm”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı görkəmli şair,dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar “Yerə enməm də, səma şairiyəm” adlı ədəbiyyat saatı keçirdi. Böyük kitabxanaçı Könül Mirxudayeva şagirdlərə görkəmli şair,dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edərək bildirdi ki,yazıçı Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcını qoyan,qəlbinin dediklərini yazan,ömrü boyu həqiqətin əsiri olan, bir mütəfəkkir idi. Cavidin axtardığı həqiqətin bir mənası vardı – milləti azad və birlikdə görmək.Kitabxanaçı qeyd etdi ki, H.Cavid əsərlərində həyatı da, insanın yaxşılıq,həqiqət, doğruluq haqqındakı arzularını da yüksək bir aləm kimi tərənnüm etmişdir.Sonra şagirdlər onun şeirlərindən parçalar oxudular.Tədbirdə “Cavid dünyasının ucalığı” başlığı altında sərgi nümayiş olundu.

 
  “Ecaskar uşaq aləmində ”

02.04.18 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə “ Ecaskar uşaq aləmində ” adlı səhərcik keçirildi.Tədbirin aparıcısı kitabxanaçı Vüsalə Mustafayeva öz kiçik yaşlı oxucularını bayram münasibətilə təbrik etdikdən sonra, onlara bu bayramın maraqlı tarixi, tədbirin keçirilməsinin əsas məqsədi haqqında məlumat verərək bildirdi ki, hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.Sonra tədbirin iştirakçısı 39 saylı məktəbin şagirdləri Vətənə,kitaba,elmə,biliyə həsr edilmiş şeirlər söylədilər, “ Tıq-tıq xanım” , “ Tülkü həccə gedir ” əsasında hazırlanmış səhnəciklər, “ Nazeləmə ” rəqsi,

“ Soruşsanız mən kiməm” mahnısı tədbir iştirakçılarına nümayiş etdirildi.Düzənlənmiş böyük kitab sərgisi ilə tanışlıq balacaların və valideynlərin çox xoşuna gəldi.

 
  “Vətən oğullarının qəhrəmanlıq salnaməsi”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 2 aprel tarixdə Aprel şəhidlərinin xatirə günü ilə əlaqədar “Vətən oğullarının qəhrəmanlıq salnaməsi” mövzusunda anım günü keçirildi.

Tədbirdə 25 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdi.

Tədbiri kitabxanaçı Ayşən Bəhramlı açaraq, Aprel şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O, qeyd etdi ki, Azərbaycan xalqı Aprel şəhidləri ilə qürur duyur. Bu igidlər həlledici qəhrəmanlıq göstərərək, dünyaya subut etdi ki, Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir..

25 saylı orta məktəbin müəlliməsi Azadə Həsənova ,Aprel şəhidləri- onların keçdiyi döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Onların igid, qəhrəman, Vətəni sevən, lazım gəldikdə canlarını Vətən yolunda qurban verməkdən cəkinməyən oğullar olduğunu bir daha vurğuladı. 25 saylı orta məktəbin şagirdləri Vətənə , şəhidlərə, qəhrəmanlara həsr olunmuş şerlərdən nümunələr söylədilər

 
  “Tariximizin qan yaddaşı- mart qırğını”

MKS-nin 24 №li kitabxana filialı 24№li orta məktəbdə 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın 100 illiyinə aid “Tariximizin qan yaddaşı- mart qırğını” adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 1918-ci il 31 mart soyqırımı haqqında məlumat verdi və dövlətimiz tərəfindən 1998-ci ildən başlayaraq 31 mart hər il soyqırım günü kimi qeyd edildiyini söylədi. Tədbir iştirakçıları 1918-ci il 31 mart soyqırımımda və torpaqlarımız uğrunda həlak olan bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Məktəbin tarix müəllimi Xanımzər Tabıyeva 1918-ci il mart qırğınından əvvəl və sonra bu günə kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınlar, bir sözlə desək, soyqırımlar haqqında ətraflı məlumat verdi: Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. XX əsrdə azərbaycanlılar 4-dəfə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-ci ildə həmin dəhşətləri yaşadıq. 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir.

Tədbirdə şagirdlərn ifasında kiçik kompozisiyalar, Hacı Səlim Səyyahın “Mart ayı”, Cəfər Cabbarlının “Dur, ey xar olan millət”, M.Arazın “Ayağa dur, Azərbaycan” və başqa şeirlər səslənildi.

Tədbir iştirakçıları sonda iştirakçılar soyqırıma aid sərgi ilə tanış oldular.

 
  “Qan yaddaşımız”

30.03.2018 ci il tarixdə Mərkəzi kitabxananın Abonement şöbəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı”Qan yaddaşımız”adlı geniş tərtibatda sərgi keçirildi.Tədbir Azərbaycanda baş vermiş soyqırımlar zamanı öldürülmüş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Sonra Mərkəzi kitabxananın direktor müavini Fəridə Qədimova 1918-ci ilə törədilmiş hadisələr haqqında geniş məlumat verdi. Kitabxanaçı Tünzalə Rəhimova sərgidə nümayiş olunan “Soyqırım analardan başlayır”, “Mirəli Vəkiloğlunun Soyqırım”, ”Cəlal Əliyevin Türklər, azərbaycanlılar,ermənilər: tarixi həqiqətin soyqırımı”, “Eldar İsmayılın Ermənistan türklərinin1988 –ci il soyqırımı” və s kitabları və eyni zamanda sərgidə nümayiş olunan dövrü mətbuatda mövzu ilə bağlı nəşr olunan məqalələr haqqında ətraflı xülasə ilə çıxış etdi.

 
  “Tariximizin qan yaddaşı”

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı “ Tariximizin qan yaddaşı “ başlığı altında söhbət keçirildi. Tədbirdə kitabxananın fəal oxucuları, 16 saylı Gəncə və 5 saylı Kəlbəcər orta məktəbin müəllim və şagirdləri və iştirak edirdi.

Tədbiri böyük kitabxanaçı Fidan Rəcəbova açaraq iştirakçıları salamladı və bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi yad edildi. !6 saylı məktəbin tarix müəllimi Afaq Məmmədova cıxışını , ulu öndərimiz Heydər Əliyevin sözləri ilə başladı : “ Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq , böyüyən nəslı bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq – sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”... və soyqırım haqqında , erməni faşistlərinin təkrar – təkrar vəhşilikləri haqda danışdı.

Kəlbəcər məktəbinin müəllimi Xalidə Şahverdiyevaya bildirmişdir ki,Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə həyata keçirilmiş, genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunmuş, minlərlə azərbaycanlı görülməmiş qəddarlıqla qətlə yetirilmişdir.Ermənilərin Azərbaycana qarşı uzun illər apardığı etnik təmizləmə,soyqırım və təcavüz nəticəsində neşə-neçə insan evindən-obasından didərgin düşmüşdür.

Tədbirdə iştirak edən şagirdlər mənfur ermənilərə,onlara bu vəhşiliklərin törənməsində havadar olanlara nifrətlə öz fikirlərini bildirdilər.

31 Mart Azərbaycanlıların soyqırımına dünya miqyasında siyasi-hüquqi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin rolu böyük olmuşdur.Dahi şəxsiyyətin xalqımızın dədə-baba yurdundan kütləvi deportasiyası və 1998- ci il martın 26-da “ Azərbaycanlıların soyqırımı haqqında “ verdiyi sərəncamlar həm hüquqi, həm siyasi cəhətdən xalqımıza qarşı törədilən cinayətlərin aşkara çıxarılması və beynəlxalq hüquq baxımından mühakimə olunması üçün zəmin yaratmışdır.

 
  “Ruhumuzu oxşayan səs”

27.03.2018 - ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana

filialı Bülbül adına 3 saylı musiqi məktəbi ilə birlikdə, Xalq artisti, müğənni Rübabə Muradovanın anadan olmasının 85 illiyinə həsr olunmuş “ Ruhumuzu oxşayan səs ” adlı musiqi saatı keçirtdi. Musiqi duyumlu fəal oxucular və musiqi məktəbinin kollektivinin iştirak etdiyi tədbiri kitabxananın müdiri Natella Hacıyeva açdı. O, XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindən olan Rübabə Muradovanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, öz ecazkar səsi ilə könülləri fəth edən Rübabə Muradova 1933 – cü il martın 22 – də Ərdəbildə molla Xəlilin ailəsində dünyaya göz açmış və yeniyetmə yaşlarında sənəti ilə əlaqədar ailəsiylə birlikdə Bakıya köçmüşdür. Müğənni Azərbaycan musiqi ifaçılığı sənətindəki xidmətlərinə görə “ Şərəf nişanı ” ordeni ilə təltif edilmiş, “Xalq artisti” adına layiq görülmüşdür, 28 avqust 1983 – cü ildə Bakıda vəfat etmişdir. Musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərova, vokal müəllimi Samirə Məmmədova çıxış edərək, müğənni Rübabə Muradovanın yanıqlı səsi, acı taleyi,vətən nisgilli mahnıları haqqında danışdılar. Tədbirdə musiqi məktəbinin vokalistləri “Qaragilə”, “Heydərbaba” , “Anacan” və s. mahnılarını ifa etdilər. Tədbirin sonunda Natella xanım qeyd etdi ki, payına cəmi 50 il ömür düşən müğənninin bizə verdiyi bəxşiş - yanıqlı səsi, avazı daha uzunömürlü oldu.

 
  “Kitabsevər uşaqlar”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirli yinin "Kitabsevər uşaqlar" layihəsinin təbliği ilə əlaqədar olaraq, azyaşlı uşaqlara bu layihənin rəsmi Youtube səhifəsi ilə tanış edir, onlara müxtəlif nağıllar təqdim edirik. Bu xidmətimiz balacaların çox xoşuna gəlir, marağına səbəb olur.

Növbəti tədbirimizi şəhər 31 saylı uşaq bağçasında keçirdik.

 
  “Ruhumuzu oxşayan səs”

27.03.2018 - ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Bülbül adına 3 saylı musiqi məktəbi ilə birlikdə, Xalq artisti, müğənni Rübabə Muradovanın anadan olmasının 85 illiyinə həsr olunmuş “ Ruhumuzu oxşayan səs ” adlı musiqi saatı keçirtdi. Musiqi duyumlu fəal oxucular və musiqi məktəbinin kollektivinin iştirak etdiyi tədbiri kitabxananın müdiri Natella Hacıyeva açdı. O, XX əsr Azərbaycan musiqisinin ən güclü səslərindən olan Rübabə Muradovanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, öz ecazkar səsi ilə könülləri fəth edən Rübabə Muradova 1933 – cü il martın 22 – də Ərdəbildə molla Xəlilin ailəsində dünyaya göz açmış və yeniyetmə yaşlarında sənəti ilə əlaqədar ailəsiylə birlikdə Bakıya köçmüşdür. Müğənni Azərbaycan musiqi ifaçılığı sənətindəki xidmətlərinə görə “ Şərəf nişanı ” ordeni ilə təltif edilmiş, “Xalq artisti” adına layiq görülmüşdür, 28 avqust 1983 – cü ildə Bakıda vəfat etmişdir. Musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərova, vokal müəllimi Samirə Məmmədova çıxış edərək, müğənni Rübabə Muradovanın yanıqlı səsi, acı taleyi,vətən nisgilli mahnıları haqqında danışdılar. Tədbirdə musiqi məktəbinin vokalistləri “Qaragilə”, “Heydərbaba” , “Anacan” və s. mahnılarını ifa etdilər. Tədbirin sonunda Natella xanım qeyd etdi ki, payına cəmi 50 il ömür düşən müğənninin bizə verdiyi bəxşiş - yanıqlı səsi, avazı daha uzunömürlü oldu.

 
  “Soyqırım davam edir –Xocalı faciəsi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialında 1918 – ci il Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş , ”Soyqırım davam edir –Xocalı faciəsi” adı altında ədəbi - bədii kompozisiya keçirdi. Tədbirdə kitabxananın oxucuları və 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbiri açıq elan edən kitabxananın müdiri Məsmə İsgəndərova 31 mart Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.O qeyd etdi ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1998- ci il martın 26-sı “Azərbaycanlıların Soyqırımı”haqqında fərman imzalanmışdır. Həmin günlərdən başlayaraq 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

37 saylı orta məktəbin tarixi müəlliməsi Könül Rzayeva öz çıxışında Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirildiyindən, bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsindən, yandırılmış kəndlər , milli mədəniyyət abidələrinin dağıdılıb, məhv edilməsindən danışdı.

Kitabxananın oxucusu Rüstəmov Sabir qeyd etdi ki, mənfur erməni faşıstlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırım kimi tarixə yazıldı. Tədbirin sonunda 37 saylı orta məktəbin 6 sinif şagirdləri ədəbi –bədii kompozisiya ilə çıxış etdilər.

 
  “Müasir yeniyetmələr və narkomaniya”

Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sistemini 3 saylı kitabxana filialında 27. 03. 2018 ci il tarixdə Narkomaniya və Narkobiznesə qarşı mübarizə ilə bağlı “Müasir yeniyetmələr və narkomaniya”başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə kitabxananın fəal oxucuları, həkim-psixoloq Rüstəm Kərimov, Mədəniyyət Mərkəzinin müəllim və tələbələri və 15 saylı orta məktəbin təqaüdçü pedaqoqu Salahov Fəxrəddin müəllim iştirak edirdi

Kitabxanaçı Nəsibova Xəyalə iştirakçıları salamladıqdan sonra Narkomaniya haqqında məlumat vermək üçün sözü həkim-psixoloq Rüstəm Kərimova verdi.O, narkomaniya insan həyatının faciəsi, ümüd və arzuların məhvi, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün dünyanı narahat edən başlıca problemlərdən biri olduğundan danışdı.

Təqaüdçü pedaqoq Fəxrəddin Salahov: - Bəli biz hamımız Narkomaniya ilə mübarizəyə ilk növbədə, kiçik dövlət olan ailədən başlamalıyıq. Əgər hər hansısa bir ailədə əxlaqi qaydalara rəyət edilərsə, körpəlikdən övlada, vətənə, ata-anaya məhəbbət olarsa yaşadığı gözəl mühit onları pis vərdişlərdən çəkindirər, deyərək çıxış etdi.

Tədbirdə iştirak edən Mərkəzi Mədəniyyət evinin müdiri Afina xanım Ələkbərova, Lalə Hacıyeva mövzu ətrafında fikirlərini söylədilər.

Sonda kitabxanaçı Xəyalə Nəsibova bildirdi ki, ölkə başçısı İlham Əliyevin 2007-ci il 28 iyun tarixli Sərancamı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” haqqında 2013-2018-ci il üçün dövlət proqramı imzalamışdır. Biz də bir vətəndaş kimi gənclərimizi marifləndirmək üçün kitabxanalarda orta məktəblərdə bu mövzularda çıxışlar edir, bir çox tədbirlər keçiririk.Gəlin cəmiyyətimizi sağlam olması üçün pis vərdişlərdən uzaq olaq, ağ ölümün pəncəsinə atılmayaq. Dəyirmi masa şagirdlərin və tələbələrin suallarına cavabla sona çatdı.

 
  “Saflığın, bərəkətin timsalı Novruz”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialı 19 mart tarixdə Novruz bayramı münasibətilə “Saflığın, bərəkətin timsalı Novruz” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə 39 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbiri kitabxananın müdiri Lyudmila Axundova açaraq iştirakçıları salamladı və bu bayram münasibətilə onları təbrik etdi. O, qeyd etdi ki, Bahar bayramı yazın gəlişi , xoş hislərin və təbiətin oyanışı deməkdir. Bu bayramda baharın ilk nəfəsi duyulur, torpaq oyanır, boynu bükük bənövşələr , nərgiz çiçəkləri ətir saçır.

39 saylı orta məktəbin müəlliməsi Sevda Məmmədova bildirdi ki, Novruz bayramını Ümummilli liderimiz Heydər Əliyev xalqımızı tarixən birləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran ünsür kimi qiymətləndirmişdir. Elə buna görə də Ulu Öndərimizə verilən “Siz hansı bayramı daha çox sevirsiniz,” sualına cavab olaraq söyləmişdir: “Mən Novruz bayramını daha çox sevirəm, çünki Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigarlarından biridir.”

Sonda söz məktəbin şagirdlərinə verildi. Şagirdlər Bahar bayramına aid ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

 
  “Novruz Milli Birlik bayramı uşaqların gözü ilə”

19.03.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 21 saylı kitabxana filialında Novruz Bayramı ilə əlaqədar “ Novruz Milli Birlik bayramı uşaqların gözü ilə“ başlığı altında rəsm müsabiqəsi keçirildi.Tədbirdə Uşaq Rəssamlıq Məktəbinin,1 Saylı orta məktəbin şagird və müəllim kollektiləri,kitabxananın fəal oxucuları iştirak etdilər.Kitabxanaçı Sahilə Şabanova Novruz bayramının Azərbaycan xalqının ən əziz, ən sevimli bayramlarından biri olduğu haqqında məlumat verdi.Sonra Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin Novruz Bayramına həsr etdikləri əl işləri nümayiş etdirildi.

 
  “Bizə miras qoyub ərən babalar,Dilimiz,torpağımız, qeyrətimiz”

19.03.2018 – ci tarixdə Gəncə  şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Bizə miras qoyub ərən babalar,Dilimiz,torpağımız, qeyrətimiz” adlı ədəbi-bədii kompozisiya keçirtdi.Tədbirdə ilk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.Kitabxananın müdiri Natella Hacıyeva çıxış edərək,1918 – ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışdı və bu soyqırımı Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirdi.25 saylı orta məktəbin tarix müəllimi Rəfiqə Məmmədova çıxış edərək,soyqırıma hüquqi siyasi qiymət verilməsində ümummilli liderin müstəsna rolu olduğunu, 26 mart 1998 – ci il tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildiyini qeyd etdi.Sonra kitabxananın fəal oxucuları ardıcıl olaraq 3 dildə: azərbaycan, rus, ingilis dilində çıxış edərək qeyd etdilər ki,1918 – ci ilin mart – aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlı qətlə yetirdilər.Bakıda 30 min azərbaycanlı öldü, Şamaxı qəzasında 58 kənd dağıdıldı,7 min insan o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirildi.Quba qəzasında 122 kənd tamamilə məhv edildi, Qarabağın dağlıq hissəsində 150 kənd, Zəngəzur qəzasında 115 kənd, İrəvan quberniyasında 211 kənd, Qars vilayətində 92 kənd yandırılıb qarət edildi.Sonra tədbirdə erməni vandalizmindən bəhs edən videoçarxa baxıldı.Tədbir kitabxananın əməkdaşları və fəal oxucularının hazırladıqları tarixi faktlara əsaslanan ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.

 
  “Bahar bayramın mübarək Azərbaycan!”

16.03.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 №li kitabxana filialı 24№li orta məktəblə birgə Novruz bayramı münasibətilə “Bahar bayramın mübarək Azərbaycan!” adlı musiqili ədəbi-bədii gecə keçirdi.

Tədbirdə iştirak edən məktənin direkroru Şərafət Məmmədova Novruz bayramı münasibətilə hamını təbrik etdi, xalqımıza əmin-amanlıq, bol ruzulu süfrə arzuladı. Kitabxanaçı Rahilə Qasımova isə iştirakçılara Novruz bayramının adət-ənənələrindən, gözəl xüsusiyətlərindən danışdı: Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.

Tədbirin bədii hissəsində məktəblilər bahara, Novruza həsir olunmuş şeirlər, mahnılar oxudular və halay qurub, haxışda deyib yallı ifa etdilər. El ağsaqlı əli qopuzlu “Ozan” oğuz elinin övladlarını Novruzun gəlişi münasibətilə təbrik etdi. Tədbirdə Novruz bayramının atributları olan “Kosa və Keçəl”, “Bahar qız” öz çıxışları ilə tədbir iştirakçılarına xoş əhval ruhiyyə bəxş etdilər, məktəblilərlə birgə rəqs etdi.


 
  “Bayram gəlir elimə”

Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialı 16.03.2018-ci il 22 saylı körpələr evi ilə birlikdə “Bayram gəlir elimə” başlıqlı səhərcik təşkil etdi. Tədbiri təbrik ilə açan kitabxanaçı Günel Əliyeva Milli Bayramımız Novruz bayramı haqqında uşaqlara məlumat verdi. Bildirdi ki, Milli Bayramımız əsrdən-əsrə keçərək, əcdadlarımızdan bizə yadigar qalmış Novruz bayramı çətinliklərdən keçsə də bu günümüzə qədər gəlib çıxmışdır. Hər il milli adət-ənələrimizi özündə əks etdirən 20-21 Mart yazın gəlişını, təbiətin canlanmasını bayram kimi qeyd edirik. Bu gündə adət-ənənəlirimizi qoruyub saxlamışıq.

Tədbirin davamında körpə fidanlar bir-birindən maraqlı şeirlərlə, musiqi və rəqslərlə çıxışlar etdilər. Keçəl və kosanın məzəli oyunları uşaqları daha da əyləndirdi. Sonda bağçanın müəlliməsi Günel Həsənova tədbir iştitakçılarını təbrik edərək, öz təşəkkürünü bildirdi.

 
  “31 Mart xalqımın soyqırım faciəsi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 14.03.2018-ci il tarixdə Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar “31 Mart xalqımın soyqırım faciəsi” başlığı altında film günü təşkil olundu.

Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, iki əsrdi erməni millətçi-şovinistləri xalqımıza qarşı işğalçılıq siyasəti yürütmüş, amansızlıqla, vəhşicəsinə qətllər törətmişdilər.1918-ci ilin martında 3 gün ərzində Bakıda, Şamaxıda, Qubada on minlərlə dinc əhali məhv edilmiş, məscidlər, məktəblər, memarlıq abidələri dağıdılmışdır. O bildirdi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə apardığı soyqırım siyasəti ifşa olunmuş. Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Sonda uşaqlar 31 mart soyqırımından bəhs edən filmə tamaşa etdilər. Tədbirdə 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

 
  “Küllücənin əhvalatları”

14.03.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Küllücənin əhvalatları”,”Balaca qırmızı papaq” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-in 15 saylı kitabxana filialının kitabxanaçısı Esmira Məlikova hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-in 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 32 saylı bağçanın uşaqları tərəfindən rəğbətlə qarşılandı.

 
  “31 mart – Tarixin unudulmayan səhifəsi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 1918 – ci il azərbanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018 – ci il 19 yanvar sərəncamına əsasən ” 31 mart – Tarixin unudulmayan səhifəsi” mövzusunda söhbət keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi və Texnologiya Univerisitetinin tələbələri iştirak edirdi.

Tədbiri açıq elan edən kitabxananın müdiri Lyudmila Axundova 31 mart Azərbayclıların soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O, qeyd etdi ki, bəşəriyyət öz mövcudluğu ərzində saysız- hesabsız basqınların və dəhşətli faciələrin şahidi olub. Bunların bəşəri kütləvi şəkildə dinc, silahsız əhalinin , o cümlədən qocaların, uşaqların və qadınların məhv edilməsi ilə nəticələnib. Xalqımız da dəfələrlə erməni daşnaqlarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb.

Texnologiya Universitetinin müəlliməsi Natəvan Hacıyeva öz çıxışında qeyd etdi ki, təkzibedilməz faktlar sübut edir ki, erməni millətcilərinin Azərbaycan xalqına qarşı görünməmiş bir qəddarlıqla törətdikləri vəhşiliklər əsil genosiddir, soyqırımdır. Onlar törətdikləri bu qanlı cinayətlərə görə tarix qarşısında cavab verməli olacaqlar.

Sonra Texnologiya Universitetinin tələbəsi Əlizadə Günel çıxış edərək bildirdi ki, tarix boyu Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik iş birliyinin nəticəsi olub.

Sonda tədbir iştirakçıları soyqırımla bağlı təşkil olunmuş sərgi ilə tanış oldular.

Sonda tədbir iştirakçıları “İstiqlalın şanlı yolu” mözusunda təşkil olunmuş sərgi ilə tanış oldular.

 
  “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm”

13.03.2018-ci il tarixdə Gəncə şəhər MKS-in 1-saylı kitabxana filialında “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm” adlı dəyirmi masa keçirildi. Tədbirdə GDU-in tələbələri, 4№ li orta məktəbin 8-9-cu sinif şagirdləri və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Züleyxa Məlikova bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi olaraq daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

Tədbirdə çıxış edən GDU in 4-cü kurs tələbəsi Günay Əliyeva Azərbaycan Cümhuriyyətinin liderlərindən və qurucularından, biri olan tanınmış dövlət xadimi Fətəli Xan Xoyski haqqında çıxış edərək qeyd etdi ki, Fətəli Xan Xoyski Cənubi Azərbayca- nın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur Xoyskilər nəslindəndir.

Gəncə Dövlət Universitetin tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov öz çıxışında, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuş - "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsinin müəllifi Məhəmməd Əmin Rəsulzadənin müstəqillik yollarında fəaliyyətindən danışdı.

GDU-in tarix fakültəsinin III kurs tələbəsi Anar Axundov Azərbaycan Xalq Cümhuriyyətinin ən fəal üzvlərindən biri olan Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov haqqında məlumat verərək bildirdi ki, AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır.

 
  “Tariximizin şanlı salnaməsi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 13 mart 2018- ci il tarixidə Azərbaycan xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə “Tariximizin şanlı salnaməsi” başlığı altında dəyirmi masa keçirildi.

Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi, Texnologiya Universitetinin tələbələri və kitabxanın fəal oxucuları iştirak edirdi.

Tədbiri açıq elan edən 16 saylı filialın müdiri Lyudmila Axundova Azərbaycan Xalq Cumhuriyyətinin tarixindən söz açdı: O qeyd etdi ki, Xalq Cumhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə yazılıb.

Sonra Texnologiya Universitetinin müəlliməsi Ələkbərova Ramilə öz çıxışında bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz , ən qiymətli sərvətimizdir, eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Azərbaycan respublikasının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək “ Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dölət müstəqilliyimizi, əbədi etməkdən ibarətdir.”

Tədbir iştirakçılarından Aydın Fərzəliyev, Nicat Abdullayev və başqaları mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Sonda tədbir iştirakçıları “İstiqlalın şanlı yolu” mözusunda təşkil olunmuş sərgi ilə tanış oldular.

 
  “Həyat, sevgilimsən sevirəm səni”

Gəncə şəhər MKS-nin 24 №li kitabxana filialı 12.03.2018-ci il tarixdə 24 №li orta məktəbdə Azərbaycanın Xalq şairi Cabir Novruzun anadan olmasının 85 illiyi münasibətilə “Həyat, sevgilimsən sevirəm səni” adli şeir gecəsi keçirdi. Şeir gecəsini kitabxana filialının müdiri Rahilə Qasımova açdı və şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra söz direktor müavini Qiymət xanıma verildi. Qiymət xanım Cabir Novruz yaradıcılığının və mahnılarının pərəstişkarı olduğunu söylədi.

Tədbirdə iştirak edən ədəbiyyat müəllimi Afaq Seyidova şairin yaradıcılığı haqqında ətraflı məlumat verdi: Cabir Novruz yaradıcılığı xalqa vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Həm də o gözəl, zərif məhəbbət şairidir. Buna görə də onun şeirlərinə çoxlu mahnılar bəstələnmiş və dillər əzbəridir.

Tədbirin bədii hissəsində məktəblilər Cabir Novruzun “Bir ana qucağında bir körpə aparırdı”, “Cavanlığım”, “Səni unutmaqdan ötrü...”, “Gecikmiş məhəbbət” mahnılarını ifa etdilər.

Tədbirdə məktəblilər şairin” Azərbaycanı sevin, sevin Azərbaycanı”, “Daha dəhşət”, “Düz yaşadaın Cabir Novruz”, “Sağlığında qiymət verin insanlara”, “Füzuli”, “Yuxumda o taya keçdim bu gecə”, “Ay ana” və. şeirlərini söylədilər.

Sonda isə tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış oldular

 
  “Tarixi gerçəklərin acı həqiqəti”

12.03.2018-ci il Gəncə şəhər MKS-nin 11saylı kitabxana filialında 31 mart Azərbaycanlıların soyqrımının 100 illiyi ilə əlaqədar “Tarixi gerçəklərin acı həqiqəti” başlıqlı dəyirmi masa keçirildi.

Tədbirdə filialın kitabxanaçısı Nailə Məmmədova tədbir iştirakçıları ilə birlikdə ilk öncə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi. soyrımın dəhşətlərindən danışdı.

Daha sonra Mərkəzi Mədəniyyət evinin müdiri Pərvin Nəzərəliyeva, Tarix Diyarşünaslıq muzeyinin bələdçisi Aytən Cəfərova soyqrım dəhşətlərindən danışdı. İştirakçılar da soyqırım dəhşətləri, erməni vandalizmi haqqında öz fikirlərini söylədilər.

Tədbirdə kitabxanın fəal oxucuları ilə yanaşı Mərkəzi Mədəniyyət evinin işciləri və ziyalılar iştirak etdi.

 
  “Bir kərə yüksələn bayraq, bir daha enməz”

12.03.2018-ci il tarixində Gəncə şəhər MKS-nin Oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş“Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı sərgi təşkil edilmişdir. Tədbirdə tələbə və şagirdlər, kitabxananın fəal oxucuları iştirak edirdi. Kitabxanaçı Əfsanə Bağırova tədbiri açaraq bildirdi ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. ...

İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir. Sonra Əfsanə xanım mövzu ilə bağlı sərgidə nümayiş olunan kitablar və dövrü mətbuatda çıxan məqalələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

 
  “Dünya xalq nağıllarından”

06.03.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Dünya xalq nağıllarından” -“Çirkin ördək balası”, “Küknar ağacı”,”Çaxmaq” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-inin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-nin 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 32- saylı bağçanın uşaqları tərəfindən rəğbətlə qarşılandı.

 
  “Qadın – o sevimli, şüurlu bir sona”

05.03.2018 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “ Qadın – o sevimli, şüurlu bir sona ” adlı şeir dəqiqələri keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Natella Hacıyeva iştirakçı qadınları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Sonra kitabxananın fəal oxucuları ardıcıl olaraq onlara həsr olunmuş gözəl şeirlərlə: B.Vahabzadənin “Anama”, “Ana hədiyyəsi”, M.Qurbanqızının “Ana laylası”, T.İlhamın “Anaların bayramı” çıxış etdilər. Sonra kitabxanaçı Vüsalə Mustafayeva “ Dünyanın tacı – analar ” adlı sərgidə nümayiş olunan kitab və dövri mətbuatda qadınlara həsr olunmuş şeirlər, məqalələr haqqında oxuculara geniş məlumat verdi.

 
  “Ölməz Qəhrəman”

05.03.2018-сi tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Əhədov Elşadın anadan olmasının 50 illiyi ilə əlaqədar “Ölməz Qəhrəman” başlığı altında söhbət keçirdi.

Kitabxanaçı Vəliyeva Zərnigar Milli Qəhrəmanın xatirəsiini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Zərnigar xanım Elşad Əhədovun keçdiyi həyat və döyüş yolundan iştirakçılara geniş məlumat verdi.

Elşad Əhədov erməni işğalçılarına qarşı Füzulidə, AşağıVeysəlidə , Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.

Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Sayad oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir. Təzə Alvadı kənd orta məktəbi və parkı Qəhrəmanın adını daşııyır.

Sonda Vətənpərvərlik haqqında keçirilən tədbir iştirakçıları belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdilər.

 
  “Axtar, tap”

Gəncə şəhər MKS-nin 15-saylı kitabxana filialında 05.03.2018-ci il tarixdə fəal oxucular arasında ”Axtar, tap” başlığı altında kreativ-oyun keçirildi.

MKS - nin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova oyunun gediş qaydasını uşaqlara başa salaraq, oyuna başladı. Oyun 3-başlıq altında “Axtar tap”, ”Ağıllı və müdrük”, ”Tez-tez” oyunlarından ibarət keçirildi. Oyunda iki nəfər iştirak edir. Birinci oyunçu 10-əşyanı stola düzür. 10-sayana qədər ilinci oyunçu əşyalara baxır, sonra üzünü çevirir. 1-ci oyunçu əşyalardan birini götürür və dəyişdirir. 2-ci oyunçu hansı əşyanın dəyişdirildiyini və ya itdiyini tapmalıdır. 2-oyundan sonra qalib kimin olduğu məlum olur.

Oyunun gedişi uşaqların çox xoşuna gəldi və həvəslə iştirak etdilər. Onlar belə oyunların tez-tez keçirilməsini arzu etdilər. Tədbirdə Gəncə şəhər 15-saylı kitabxana filialının fəal oxucuları iştirak etdilər.

 
  “Film günü”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində hər həftənin şənbə günü “Film günü” təşkil olunur. Ənənəvi olaraq keçirilən Film günündə Şəmkir məktəbliləri böyük sevinc və maraqla iştirak etdilər. Onlara Azərbaycan cizgi filmlərindən “Şir və Siçan” cizgi filmi nümayiş olundu. Şagirdlər bir dafa əmin oldular ki, düzgünlük, dara düşənə kömək etmək, dostluğu uca tutmaq insan üçün ən böyük şərtlərdən biridir

 
  “İnsanlığa qarşı ən böyük cinayət – Xocalı Faciəsi”

26.02.2018-ci il tarixində Gəncə şəhər MKS-nin Oxu zalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq, “İnsanlığa qarşı ən böyük cinayət – Xocalı Faciəsi” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

Tədbiri MKS-nin oxu zalının müdiri Səidə Müseyibova açıq elan edərək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

MKS-nin direktor müavini Fəridə Qədimova Xocalı faciəsini törədənlərdən,bu vəhşiliyin bənzərsiz, görünməmiş dəhşətlərindən danışdı. Fəridə xanım qeyd etdiki bu gün biz yeniyetmələrə ,gənclərə bu vəhşiliklər haqqında çox dərin, qana, iliyə hopan tərzdə təbliğ etməliyik ki, onlar bilsinlər ki, mənfur erməni bizim günahları bağışlanmayan qan düşmənimizdir.Biz bunu unutmamalıyıq.

ADAU-nun Baytarlıq kafedrasının baş müəllimi Vəliyev Şəmşir də öz növbəsində Xocalı haqqında geniş məlumat verərək bildirdi ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim xatırlamalıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

ADAU-nun tələbəsi Yusifov Onur, kitabxanamızın fəal oxucuları Məmmədov Qəlbinur, Əliyeva Mehin, Mirəliyeva Səlbinaz, Süleymanova Həmidə, Şərifov Allahverdi və başqaları Xocalı haqqında tarixi faktlara əsaslanaraq çıxış etdilər. Daha sonra 5, 20 və 32 saylı məktəblərin şagirdləri “Yaralı Azərbaycana daşan qan gölü” adlı kompozisiya ilə çıxış etdilər. 24 və 37 saylı məktəb şagirdəri - Cəfər Məmmədov və Yeganə Abbasovanın cıxışları tədbir iştirakcılarını təsirləndirən çıxışlar etdilər.

Tədbirin sonunda Xocalıya həsr edilmiş videoçarx nümayiş etdirildi.

 
  “Günəşin batdığı yer - Xocalı”

Gəncə şəhər MKS - nin 7 saylı kitabxana filialı 25 saylı orta məktəblə birlikdə Xocalı faciəsinin 26 illiyi ilə əlaqədar “ Günəşin batdığı yer - Xocalı” adlı xatirə günü keçirtdi. Tədbirin əvvəlində Xocalıda faciəli surətdə həlak olanların, eləcə də torpaqlarımızin azadlığı və suverenliyi yolunda şəhid olan Vətən oğlanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq Xocalı faciəsi haqqında məlumat verərək vurğuladı ki, faciədən 26 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Sonra 25 saylı məktəbin tədris hissə müdiri Nailə Məmmədova, tarix müəllimi Rəfiqə Məmmədova, ehtiyatda olan mayor Oruc Orucov çıxış edərək bildirdilər ki, Xocalı faciəsinin ağır nəticələrini hamı bilməli və daima yadda qalmalıdır, Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatmalıdırlar. Tədbirdə kitabxananın və məktəbin fəal oxucuları musiqi alətlərinin müşayiəti ilə F.Hacıyevanın “Xocalı gedən gündən”, Z.Yaqubin “Şəhid qanı”, N.Kəsəmənlinin “Xocalı”, S.Rüstəmxanlının “Xocalıdan sonra” və s. şeirləri söylədilər. Tədbir çərçivəsində iştirakçılar mövzu ilə əlaqədar “Tarixin Xocalı dərsi “ adlı sərgi ilə tanış oldular. Tədbirin sonunda N.Hacıyeva üzünü iştirakçılara tutub səsləndi: “Harada yaşamağından asılı olmayaraq, Xocalı həqiqətlərinin, Qarabağ müharibəsinin təbliğ edilməsini istəyiriksə, hər kəs öz fəaliyyətini ortaya qoymalıdir. Bugünki tədbirimiz də bu məqsədi daşıyır.

 
  “Xocalı soyqırımı bəşəri cinayətdir ”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Gəncə Uşaq Evi ilə birlikdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşəri cinayətdir” adlı anım günü keçirildi.

İlk öncə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

MKS-nin Uşaq şöbəsinin müdiri Ellada Rəhimova Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi.

Gəncə Uşaq Evinin müəllimi Günay Əliyeva isə iştirakçılara Xocalının mərd və qeyrətli oğulları və eləcə də Əlif Hacıyev haqqında geniş məlumat verdi. Bildirdi ki, Xocalının igid oğulları qeyri-bərabər döyüşdə düşmənlə sonadək vuruşaraq müqavimət göstərmişlər.

Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda iştirakçılar Xocalı faciəsini əks etdirən video-çarxa tamaşa edərək, kitab sərgisı və fotostendlə tanış oldular.

 
  “Xocalı soyqırımı ”

23.02.2018-cil tairixdə saat 12-00-da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Xocalı soyqırımı günü ilə əlaqədar “Biz almasaq bu qisası,Haqqımız yox yaşamaga”- başlığı altında ədəbi bədii kompazisiya keçirdi.

Xocalı soyqırımına həsr edilmiş tədbirdə kitabxana işçiləri, 27 saylı Lisey məktəbinin müəllim və şagirdləri iştirak etdilər.

Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə 15 saylı kitabxana filialının müdiri Atlaz Cəfərova açmış, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verdi. O, ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə 27 saylı Lisey məktəbinin müəllimi Bayramova Qönçə “Xocalı-Bəşəriyyətə qarşı ən böyük cinayət” , Yusifzadə Pərvanə “Əsrin ən böyük faciəsi”, Nağıyeva Aynurə “Xocalı soyqırımı” mövzuları ətrafında çıxış etdilər. Şagirdlərdən Yusifzadə Aygün, Həsənzadə Nərmin, Hüseynova Nurcan, Namazova Fatimə, Musayev Həmid, Həsənov Rəcəb və başqalarının söylədikləri şeirlər və bayatılar tədbir iştirakçılarının marağına səbəb oldu.

 
  “Ana dilim, bal dilim ”

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 21.02.2018-cü il tarıxdə “Ana dilim, bal dilim “ başlığı altinda Beynəlxalq ana dili günü münasıbəti ilə əlaqədar 27 saylı Lisey məktəbinin 2-ci sinif şagirdləri ilə şəhərcik keçirdi.

MKS-nin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova Azərbaycan əlifbasının bu günki günümüzə qədər keçdiyi çətin yolllardan danışdı.

27-saylı məktəbin ədəbiyyat müəllimi Züleyxa Məmmədzadə sözlərini Ümummilli Lider H.Əliyevin sözləri ilə başladı ”Millətin Milliliyini saxlayan onun dilidir” - o, Azərbaycan Əlifbasının latın qrafikasına keçməsinin tarixini tədbir iştirakçılarının nəzərinə çatdırdı.MKS-nin 15-saylı kitabxana filialının kitabxanaçısı Məlikova Esmira Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabxanalara latın qrafikalı kitabların hədiyyə etməsini Prezidentimizin xalqına olan böyük qayğı və diqqətin təzahürü kimi qiymətləndirdi .

Məktəbin şagirdləri Süleymanlı Tuqay, Qurbanova Leyla, Məmmədov Mail, Piriyev Qurban, Həsənova Zümrüd, Axundlu Türkan və başqaları Ana dilinə aid “Azərbaycan”, ”Ana dili”, ”İsti ana qucağında” və s. şeirləri söylədilər.Tədbir kiçik yaşlı məktəblilərdə xoş təəssürat yaratdı.

 
  “Dünya şöhrətli Azərbaycan bəstəkarı”

19.02.2018-ci il tarixdə MKS-nin 24 saylı kitabxana filialı 19 saylı orta məktəbdə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə “Dünya şöhrətli Azərbaycan bəstəkarı” adlı oxucu konfransı keçirdi.Oxucu konfransını kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, Qara Qarayevin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Məktəbin direktoru Elçin Alıyev bəstəkarın yaradıcılığının janr müxtəlifliyindən və əsərlərinin dünya şöhrətli olmasından danışdı.

Məktəbin musiqi müəllimi Aygün Əliyeva “Qara Qarayev, musiqiləri ilə həmişə müasirimizdir”adlı mövzuda çıxış etdi. Aygün xanım onu da qeyd etdi ki, bəstəkarın yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinə əvəz olunmaz töhfədir.

24 saylı məktəbin musiqi müəllimi Yeganə Məmmədova “Qara Qarayev yaradıcılığı Azərbaycan mədəniyyətinin sərvətidir” adlı mövzuda danışaraq dedi ki, bəstəkar nəinki Azərbaycanda hətta vətən sərhədlərindən çox-çox uzaqlarda yazdığı musiqilərlə dünyanı fəth etdiyindən bəhs etdi.. 24 saylı məktəbin musiqi müəllimi Aminə Səmədova isə “Qara Qarayev və Azər-baycan baleti” mövzusundan söhbət açdı. Aminə xanım öz çıxışında qeyd etdi ki, bəstəkar Azərbaycan baletini yaratmaqla mədəniyyətimizdə yeni bir səhfə açdı.40 il pedaqoji failiyyətlə məşğul olmuş bəstəkarın tələbələrinin uğurları dünyanın bir çox ölkələrindən gəlir.

Sonda məktəblilər bəstəkarın “Əhmədin mahnısı”nı ifa etdilər.

 
  “Bir şeir istədim səndən”

2018 cı il tarixində Gəncə Şəhər Mərkəzi Kitabxanasında Respublika Elmi Tibb Kitabxanasının Kitab saxlayıcı şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəlliməsi, AMEA- nin M.Füzuli adına Əlyazmalar institutunun dissertantı, tanınımış Içtimaətçi, şairə -publisisit İradə Əlilinin ”Bir şeir istədim səndən” kitabının kitabxananın oxucuları ilə birlikdə təqdimatı oldu. “Bir damla göz yaşında torpaq həsrəti”, “Vətənin cəsur döyüşçüləri”, “Döyüşçü qadının səngər xatirələri”, “Güllə səsindən doğulan kitab”,”Benim aşk dünyam” adlı kitabların müəllifidir. Şeir kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər , esseler ,bayatılar, uşaq şeirləri öz əksini tapır. Bu şeir kitabının motivini ana xətini doğma yurd, Vətən sevgisi, saf məhəbbətin tərənnümü, gözəl dostluq təşkil edir. Təqdimatda kitabxanada işləyən kitabxanaçıların müəllimləri İradə Əlili ilə görüşməyi böyük marağa səbəb oldu.

 
  “Unudulmuş kitablar”

Son vaxtlar kitabxanalarda oxucularla işin aktiv forması kimi mütaliəyə dəstək olmaq, kitab oxumamağa etiraz əlaməti olaraq, əhalinin mütaliəyə cəlb edilməsi, yeni kitabların, eyni zamanda unudulmuş kitabların mütaliəsi ilə əlaqədar olaraq “ Birgə mütaliə edirik ”aksiyası keçirilir. Bizim kitabxana da bu aksiyaya qoşularaq, sərgi təşkil etdik. Təşkil olunmuş universal sərgidə “ Unudulmuş kitablar ” başlıgi altında toplanmış ədəbiyyat haqqında böyük kitabxanaçı Könül Mirxudayeva məlumat verdi. O, qeyd etdi ki, fondumuzda olan bu kitablar oxucular tərəfindən unudulsa da, məzmunca öz əhəmiyyətini, dəyərini itirməyib. Belə kitablar latın qrafikası ilə hələlik nəşr olunmayıb. Bu məqsədlə biz 40 - a yaxın kitab sərgiləmişdik.Tədbir iştirakçıları onlar üçün maraqlı kitablardan oxumaq üçün götürdülər.

 
 

16 fevral 2018 ci il tarixində,Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə, Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd olunması ilə əlaqədar, Nəsiminin yaradıcılığına həsr olunmuş uşaq və məktəblilər arasında keçirilən “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin ilk turu keçirildi. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov regional idarənin rəisi Sənan Hacıyevin adından müsabiqə iştirakçılarını salamladı və onlara uğurlar arzuladı.

Müsabiqəyə Gəncə şəhəri üzrə bütün orta məktəblərdən, Uşaq Yaradıcılıq İnkişaf Mərkəzindən,Xarici Dil Təmayüllü Gimnaziyadan,P. Hüseynov adına gimnaziyadan 107 nəfər iştirakçı uşaq qatılmışdı.

 
  “Qəhramanlar unudulmur”

Gəncə şəhər MKS-nın 9 saylı kitabxana filialının təşkilatçılığı ilə “Qəhramanlar unudulmur” adı altında Qarabağ müharibəsində, 1994-cü ildə Ağcabədi rayonunun Xocavənd kəndi uğrunda şəhidlik zirvəsinə ucalmış Rövşən Duman oğlu İbrahimovun ailəsi ilə görüş keçirilmişdir.

Vətənpərvərliyinin təbliği ilə bağlı keçirilən bu görüşdə kitabxana kollektivi, oxucular və Gəncə şəhər 37 saylı orta məktəbin VII sinif şagirdləri iştirak etdilər.

Şəhidin anası Dilbər İbrahimova, bacıları Südabə İbrahimova Tərlan İbrahimova qardaşları Rövşən İbrahimov haqqında öz xatırələrini söylədilər. Onlar üçün oğul itkisi, qardaş itkisi ağır olsa da həmin gün baş verən hadisələri sanki yenidən yaşadıqlarını gənc nəslə çatdırdılar. Bu da gənclərdə vətənə məhəbbət hissini dahada yüksək səviyədə olduğunu bildirdi. Sonra filialın müdiri Məsmə İsgəndərova şəhid Rövşən İbrahimovun həyatı və döyüşdə göstərdiyi qəhrəmanlıqlar haqqında danışdı. İbrahimov Rövşən Duman oğlu 1975-ci ilin mart ayının 26-da Qərbi Azərbaycanda dünyaya göz açmış, 1988-ci ildə öz ata baba yurdundan köçkün düşərək ailəsilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Vətənmizdə gedən ağır döyüşlər onuda bərk sarsıtmışdı. O, könüllü olaraq cəbhə bölgəsinə yola düşür. Cəbhədə olarkən komandirlərin, əsgərlin böyük hörmətini qazanmışdır. O, məhşur topçu idi. Ağcəbədi rayonun Xocavənd kəndindi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid oldu. Rövşən Duman oğlu İbrahimov 1994-cü ildə fevralın 6-da Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Daha sonra tərbir iştirakçıları şəhidin ailəsilə birlikdə Şəhidlər Xiyabanınında, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərmizin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Rövşən İbrahimovun məzarı ziyarət edilmiş, gül – çıçək dəstləri qoyulmuş, şəhidlərin ruhlarına dualar oxunmuşdur. Sonda, kitabxananın oxucuları Cəfər Məmmədov, Zərifə Abbasdova, Yeganə Abbasova “Şəhid balaların ölən çağıdır” şeirini söyləmişlər.

 
 

 

 
  “Milli Qəhrəmanım, Vətən qürurum”

07.02.2018-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında, əbədiyaşar qəhrəmanımız, Azərbaycanın Milli Qəhrəmanı-Mübariz İbrahimovun doğum günü münasibətilə “Milli Qəhrəmanım, Vətən qürurum” adlı anım günü keçirildi. Tədbiri Gəncə şəhər Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi,Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov açıq elan edərək, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyevin adından iştirakçıları salamladı və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməyi xahiş etdi. Hörmətli Bəxtiyar müəllim Milli Qəhrəmanın həyatı və göstərdiyi qəhrəmanlıqdan söhbət açdı. Daha sonra tədbir iştirakçılarımız, AYB üzvü, Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şairə Xəzangül xanım Hüseynova,AYB-nin üzvü Sahib İbrahimli, şair Ramiz Təmkin, GDU-nin tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, MKS-nin direktoru Elmira Əliyeva, MKS-nin direktor müavini Fəridə Qədimova, “N” saylı hərbi hissə zabitləri mayor Bəyəliyev Rəcəb və baş leytenant İsmayılov Arif qəhrəmanımız haqqında öz ürək sözlərini bildirdilər və 5, 24 və 37 saylı tam orta məktəb şagirdlərinin ifasında Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş şeirlər səsləndirildi. “N”saylı hərbi hissənin əsgər klubunun rəisi Verdiyev Müşfiq müəllimin, hərbi hissə əsgərləri ilə birgə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdikləri “Şəhidim” kompozisiyasını təqdim etdilər. Sonda tədbir iştirakçılarına Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş kitab sərgisi və video çarx təqdim olundu.

 
  “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavid”

Gəncə şəhər MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kiitabxana filialında

07.02.2018-ci il tarixdə şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135-illiyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavid” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada kitabxanın fəal oxucuları, Hacıkənd qəsəbəsi 35 nömrəli orta məktəbin müəllimləri iştirak etdilər. .

Tədbirdə məktəbin tarix müəllimi Rauf Qocayev çıxışında qeyd etdi ki, tarixi mövzularda möhtəşəm əsərlər yaradan Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün gözü ilə baxaraq işlədiyi mövzunu elə qüdrətlə mənalandırırdı ki, ədib bütün ədəbi döyüşlərdən qalib çıxırdı. Bu səbəbdən də onun əsərlərində yalnız Azərbaycan deyil,bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçılırdı. Cavidin axtardığı həqiqətin bir mənası vardı: milləti azad, xoşbəxt və birlikdə görmək! Gənclik illərində dostlarına yazdığı məktubların birində oxuyuruq: "...Əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir".

Sonda tədbir iştirakçıları H.Cavidin yaradıcılığını əks etdirən “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavid” başlığı altında təşkil edilmiş kitab sərgisi tanış oldular.

 
 

06.02.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin oxucuları Gəncə Dövlət Tarix və Diyarşünaslıq Müzeyində ekskursiyada oldular.

Muzeydə uşaqlara Daş dövründən tutmuş XVIII əsrə qədər olan qədim eksponatlar və qədim tariximiz, mədəniyyətimiz haqqında geniş məlumat verildi.

 

 
  “Gəlin birgə mütaliə edək"

06.02.2018-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15-saylı kitabxana filialı “Gəlin birgə mütaliə edək” başlığı altında Gülzar İbrahimovanın nağıllarından ibarət mütaliə saatı keçirdi.Tədbirdə Gəncə şəhər 27 saylı lisey məktəbinin 3-cü sinif şagirdləri iştirak etdilər.

Həmin məktəbin şagirdi Nəsirova Ayan Gülzar İbrahimovanın ”Su pərisi” nağılını , Pirizadə Əli ”Göy qurşağı” nağılını, Qaqarova Mədinə ”İki qurbağa” nağıllarını mütaliə edərək uşaqların nəzərinə çatdırdı. Sonra 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.Bu tədbiri keçirməkdə əsas məqsəd kitabxanaya yeni oxucu cəlb etmək,və uşaqlarda zehni və nitq qabiliyyətini daha da inkişaf etdirməkdir.Tədbirin sonunda uşaqlar uşaq kitabxanası və minüatür muzeyi ilə tanış oldular.

MKS-nin 15-saylı kitabxana filialının təşkil etdiyi tədbir kiçik yaşlı uşaqlar tərəfindən rəğbətlə qarşılandı.

 
  “Adları tarixə yazılan oğullar"

03. 02.18 - ci il tarixdə Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “ Adları tarixə yazılan oğullar ” adlı şeir saatı keçirildi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş 8 nəfər Gəncənin Milli Qəhrəmanına həsr edilmişdi. Əvvəlcə onların timsalında bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı böyük kitabxanaçı Könül Mirxudayeva qeyd etdi ki, tarixin hər dönəmində gəncəlilər hünərlə , qeyrətlə öz sözlərini deyiblər , həmişə öndə gediblər, döyüş meydanında şəhid olublar. Sonra kitabxanaçı 8 Milli Qəhrəmanın – Ənvər Arazov, Elbrus Allahverdiyev , İlham Əliyev , Rəfail Əsədov , Şahlar Hüseynov , Adil Məmmədov , İqor Makeyev və Pərviz Səmədovun gənclərimizə örnək olan həyat və döyüş yolundan bəhs etdi. Kitabxananın fəalları vətən , vətənpərvərlik , qəhrəmanlıq mövzusunda yazılmış şeirlərlə çıxış etdilər. Tədbirdə iştirak edən 39 № li məktəbin ədəbiyyat müəllimi Minayət Məmmədova tədbirin əhəmiyyətindən bəhs edərək milli qəhrəmanlarımızın həyat və döyüş yolunun gənclərə örnək olmasını və onların xatirəsinin daim ürəklərdə yaşayacağını bildirdi.

 
 

Gəncə şəhər MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana filialı qəsəbədə yaşayan, kitabxanaya gələ bilməyən fiziki qüsurlu insanlara vaxtaşırı olaraq kitabxana xidməti göstərir. 05 yanvar 2018-cı il tarixdə 17 saylı filialın işçiləri fiziki qüsurlu olan Firuzə Babayevanın ailəsində olmuş, onun üçün xüsusi maraq kəsb edən bir sıra kitablar aparmışdır. Qeyd edək ki, Firuzə rus dilində olan kitablara daha çox maraq göstərdiyinə görə kitabxanaçı ona “Русские народные сказки” , А.С.Пушкин “Сказка о рыбаке и рыбке” nağıllarını oxudu. Firuzənin özü və ailəsi göstərilən bu xidmətdən razı qaldıqlarını bildirmiş, kitabxanaçılara öz təşəkkürünü bildirmişdir.

 
  “Film günü"

Gəncə şəhər Mərkəzləşdirilmiş K itabxana Sisteminin Uşaq şöbəsində hər həftənin şənbə günü “Film günü”ənənəvi olaraq davam edir. Növbəti film günündə “Gülzar nənənin nağılları” seriyasına daxil olan “Şəhzadə və mələk” cizgi filmi nümayiş olundu.Uşaqlar cizgi filmində acgözlüyün,yalançılığın necə pis əməl olduğunu, düzgünlüyün isə hər zaman qələbə çaldığını bir daha öyrəndilər.

 
  “Gəncliıkdir Vətənimin yanan çırağı"

Gəncə şəhər MKS- nin 6 saylı Gənclər kitabxana filialı 02.02.2018- cı il tarixində “Gəncliıkdir Vətənimin yanan çırağı” başlığı altında Gənclər günü ilə bağlı dəyirmi masa keçirildi.

Tədbiri Gənclər kitabxanasının müdiri Məryəm Məmmədova açaraq tədbirdə iştirak edən gəncləri təbrik etdi və tədbirin mövzusu haqqında məlumat verdi. Tədbirdə iştirak edən GDU-nun II kurs tələbəsi, Gəncə Kitab Klubunun üzvü Həsənov Alı gəncləri Gənclər gününü münasibəti ilə təbrik etdi və qeyd etdi ki, bu gün Azərbaycanda 170-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir.

Kitabxananın fəal oxucusu Sabir Əbdürəhmanov qeyd etdi ki, “ Azərbaycan gəncləri- sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Inanırıq ki, bu gənclik ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək daha işıqlı gələcəyə aparacaq.

Sonda tədbirdə iştirak eden gənclər onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirdilər.

 
  “Gənclik ömrün qızıl çağı"

Bu gün Gəncə şəhər  MKS - nin 7 saylı kitabxana filialı Bülbül adına 3saylı musiqi məktəbi ilə birlikdə 2 fevral - Gənclər Gününə həsr olunmuş “Gənclik ömrün qızıl çağı” adlı ədəbi – bədii gecə keçirtdi. Gecəni kitabxananın müdiri Natella Hacıyeva açaraq qeyd etdi ki, bu bayram Müstəqil Azərbaycan Respublikası gənclərinin bayramıdır və bayram münasibətilə Azərbaycan gənclərini təbrik etdi. Sonra söz musiqi məktəbinin müəllim kollektivinə verildi. Onlar da öz çıxışlarında qeyd etdilər ki, bizim bu günkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, vətənini sevən gənclikdir və gənclərimizin sevimlisi olan prezident İlham Əliyevin gənclərimizə göstərdiyi böyük qayğidan söz açdılar .Gecə musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladıği konsert proqramı ilə davam etdi. Azərbaycanin müstəqilliyinə, milli qəhrəmanlara , gəncliyə və s.həsr olunmuş şeirlər, mahnılar, rəqs kollektivinin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 
  “Gənclər gələcəyimizin təminatçısıdırlar"

2.02.2018-ci il tarixdə MKS-nin 24 saylı kitabxana filialı 19 saylı məktəbdə 2 fevral Gənclər günü münasibətilə “Gənclər gələcəyimizin təminatçısıdırlar” adlı dəyirmi masa keçirdi. Dəyirmi masanı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, gəncləri 2 fevral Gənclər günü münasibətilə təbrik etdi. Kitabxanaçı Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğının bir təzahürü kimi fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri günü elan olunduğunu qeyd etdi.

Tədbirdə iştirak edən 19 saylı məktəbin direktor müavini Məlahət Əhmədova gənclərə öz xoş arzularını bildirdi və Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu söylədi.

Tədbirdə iştirak edən məktəbin uşaq təşkilatı birliyinin rəhbəri Kəmalə İsrafilova isə dövlətimizin gənclər üçün yaratdığı böyük imkanlardan və dövlət proqramlarından danışdı.

Müəllimlərdən Səkinə Məsimova, Arifə Əhmədova da bu gün Gənclər gününün qeyd edilməsi dövlətimizin gənclərə göstərdiyi böyük qayğının təzahürü olduğunu dedilər. Bu gün Azərbaycan gəncləri ölkəmizdə böyük qüvvədir. Ona görə də gənclər Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olmalıdır..

Tədbirdə iştirak edən məktəblilər də Azərbaycan dövlətinin çiçəklənməsi və xoşbəxt gələcəyi naminə var qüvvələri ilə çalışacaqlarını söylədilər.

 
  “2 fevral gənclər günü "

02.02.2018-ci il tarixdə MKS-nin 11saylı kitabxana filialında 2 fevral gənclər günü münasibətilə “Gənclər gələcəyimizdir” başlıqlı disput keçirildi.

Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova Ümummilli lider Heydər Əliyevin sözləri ilə açdı: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Və sonra Ümumilli liderimizin Azərbaycan gənclərinin inkişafında olan böyük rolundan danışdı.

Daha sonra 5 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Raziyə Həsənova, kitabxananın gənc oxucuları, Elmir Yusibov, Sərxan Abdullayev, Sədaqət Qulamova da bu mövzuda fikirlərini bildirərək, Azərbaycan gənclərinin bu günkü təhsilindən,problem və uğurlarından danışdılar.

Tədbirdə kitabxananın gənc fəal oxucuları ilə yanaşı 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak etdi.

 
  “Balalara hədiyyə” kitabının təqdimatı"

Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin Uşaq şöbəsi 01. 02. 2018-ci il tarixdə 5 nömrəli tam orta məktəbdə görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist Köçərli Firidun bəy Əhməd bəy oğlunun anadan olmasının 155 illiyi ilə əlaqədar “Balalara hədiyyə” kitabının təqdimatını keçirdi.

Tədbiri kitab haqqında giriş sözü ilə şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq bildirdi ki, Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş xalq kütləsinin savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyır. Bu kitabda müəllifin Azərbaycan folkloruna aid materiallar, uşaqların çox sevdiyi “Göyçək Fatmanın nağılı”, “Pıspısa xanım və Siçan bəy”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. kimi məşhur xalq nağıllarını, sayaçı sözləri və s.toplanmışdır. Kitabdan , uşaqlarla ayrı – ayrı qısa hissələr oxundu və müzakirələr aparıldı.

Uşaqlara elan edidi ki bu kitablı əldə edib oxumaq üçün kitabxanamıza üzv olun.

Tədbir çox canlı və maraqlı keçdi.

 
  “Oxu saatı"

Bu gün MKS-nin 11saylı kitabxana filialında Oxu saatı keçirildi.

Tədbirdə Mark Tvenin “Şahzadə və dilənçi”, Süleyman Sani Axundovun “Qorxulu nağıllar” “Bostançı və Şah Abbas” nağılları kitabxananın balaca oxucuları tərəfindən ifadəli oxu şəkilində oxundu.

Daha sonra 11 saylı filialın müdiri Esmira Həsənova uşaqlarla sual-cavab şəklində viktorina keçirərək daha hansı nağılları bildiklərini, nağıl qəhrəmanlarını tanıyıb, sevdiklərini öyrəndi.

Tədbirdə 8 saylı orta məktəbin 3-cü sinif şagirdləri iştirak etdilər.

 
  “Tikanlı məftillər"

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı, 31 Yanvar 2018-ci il tarixdə imzaladığı sərəncamının icrasını təmin etmək məqədi ilə Gəncə şəhər MKS-nin oxu zalında 1 fevral 2018-ci il tarixdə kinorejissor Kamil Rüstəmov tərəfindən 1967-cı ildə çəkilmiş, "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılmış “Dağlarda döyüş”filmi nümayış olundu.

Tədbiri giriş sözü ilə oxu zalının müdiri Səidə Müseyibova açaraq film haqqında qısaca məlumat verərək bildirdi ki, filmdə sərhədçilərin gündəlik fəaliyyətlərindən, sərhəddə necə ayıq-sayıq durmalarından, Vətənləri üçün öz canlarını təhlükəyə atmaqdan belə çəkinmədiklərindən çətin, lakin şərəfli vəzifələrindən, valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsi olduğunu bildirdi

Sonda isə film nümayiş olundu. Filmin nümayişində 28 nəfər iştirak etdi.

 
  “Mütaliə günü"

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “Gəlin birlikdə mütaliə edək” layihəsi əsasında növbəti mütaliə günü həyata keçdi. Məqsədimiz uşaqları kitaba, mütaliəyə həvəsləndirmək, kitabxanaya cəlb etmək və onların asudə vaxtlarının səmərəli keçməsidir.

 
  “Karyeranın planlaşdırılması və inkişafı"

ABŞ Səfirliyinin nümayəndəsi tərəfindən “The American Roadshow”proqramı çərçivəsində 29 – 30 yanvar tarixlərində Gəncə şəhər Mərkəzi kitabxanasındakı “Amerika Mərkəzində” gənclərə “Karyeranın planlaşdırılması və inkişafı” mövzusunda səfirliyin nümayəndəsi Fərqani Əliyev tərəfindən seminar keçirilmişdir.

 
  “İstiqlalın şanlı yolu"

23.01.18 – ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirdi. Böyük kitabxanaçı Könül Mirxudayeva “ İstiqlalın şanlı yolu ” adlı məruzə ilə çıxış etdi. Məruzədə ilk əvvəl dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı günün tarixinə nəzər yetirildi , bu dövlətin yaranmasında xidmətləri olan Məmməd Əmin Rəsulzadə , Fətəli xan Xoyski , Nəsib bəy Yusifbəyli , Əlimərdan bəy Topçubaşovun göstərdiyi xidmətlərdən bəhs edildi. Tədbirin sonunda tədbir iştirakçıları mövzu ilə əlaqədar videogörüntüyə baxdılar.

 
  “Gəlin birlikdə mütaliə edək"

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 21 yanvarda “Gəlin birlikdə mütaliə edək” layihəsi uğurla həyata keçirildi. Həmin gündə kitabxanaya gələn uşaqlara sərbəstlik verildi və onlar günlərini kitab oxuyaraq, rəsm çəkərək, musiqi dinləyərək keçirdilər. Layihənin təşkil olunmasının əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli və maraqlı keçməsi üçündür.

     
 
 
 
“Azərbaycan təbiəti-dünya incisi”
Dünən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı kitabxana filialında Ekologiyaya həsr olunmuş “Azərbaycan təbiəti-dünya incisi” başlığı altında ədəbi-bədii gecə keçirildi.
Giriş sözü ilə 10 saylı kitabxananın baş kitabxanaçısı Tağıyeva Zöhrə tədbir iştirakçılarını salamlayaraq çıxışını ulu öndər H.Əliyevin müdrik sözləri ilə açdı: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca fəzifədir”
Tədbirə dəvət olunmuş Ekologiya idarəsinin nümayəndəsi Əlikram Hümbətov “Gəncənin ekologiyası” mövzusunda çıxış etdi. Sonra isə söz 23 saylı orta məktəbin coğrafiya müəllimi S.Nahidəyə verildi. O, müasir dövrdə ekologiyanın vəziyyəti ilə əlaqədar çıxış edərək tədbir iştirakçılarına belə fikirlə müraciət etdi.”Gəlin hamılıqla təbiətin , şəhərimizin təmizliyi qeydinə qalaq”. Bununla həm özunuzun həm də yaxınlarımızın həyatını qorumuş olarıq.
MKS-nin Metodiki işlərin təşkili şöbəsinin müdiri Abbasova İradə kitabxana filiallarda ekologiyaya dair silsilə tədbirlərin keçirilməsini tövsiyyə etdi Tədbirdə təbiətə dair müdriklərin dedikləri sözlər səsləndi.23 saylı orta məktəbin şagirdləri və fəal oxucular təbiətə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər .
Sonda tədbirdə ümumi bir fikir səsləndi : ”Təbiətə qayğı göstərmək hər birimizin borcudur.Gəlin insanların sağlamlığına xidmət edən təbiəti qoruyaq” Sonda tədbirə dəvət olunmuş qonaqlar ekologiyaya dair öz fikirlərini bildirdilər və tədbirə həsr edilmiş “Dünyanı,təbiəti,insanları qoruyaq” adlı sərgi ilə tanış oldular.
 
 
 
 
ABŞ kitabxanalarına səfər
May ayının əvvələrində Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikova və Mərkəzi kitabxananın komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri həmçinin “Amerika mərkəzi” nin koordinatoru Gulnaz İsgəndərova Amerika Birləşmiş Ştatlarının Açıq Dünya Proqramının çərçivəsində iki həftəlik ABŞ-ın Vaşinqton, Şimali Karolinanın Şarlotte, habelə ABŞ-ın Massaçusets ştatının Boston, Vorçester şəhərlərində olmuşlar. Onlar bir sıra rəsmi görüşlərdə iştirak etdilər: ABŞ Nümayəndələr Palatasının üzvü Ceyms Mkqovern və başqaları ilə görüşlər keçirdilər.
Onlar Vaşinqton də olarkən ABŞ-ın və dünyanın ən böyük kitabxanası Konqress kitabxanasında olmuşlar. Sonradan Güinaz İsgəndərova kitabxanaçılar qrupu ilə birlikdə ABŞ-ın Massaçusets ştatının Boston, Vorçester şəhərlərinə yolanmışlar. Bu səfər zamanı onlar, şəhərin muzeylərində, kitabxanalarında olmuş bir sıra kitabxanaçıları ilə iş təcrübələrini bölüşmüşlər. Onlar şəhərin bir sıra rəsmi dairələri ilə də görüşlərdə iştirak etmişdilər, bu görüşlər zamanı kitabxanaçılarımız amerikanlılara Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, incəsənəti, adət - ənənələri haqqında yetərincə məlumat verirdilər və azərbaycan haqqında kitab, jurnal və elektron nəşrləri sözügedən təşkilatlara hədiyyə etmişdirlər.

 
 
 
 
 
 
"III Kitab bayramı"
26 may 2010-cu il tarixdə Gəncə şəhərində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” haqqında sərəncamının təmin edilməsi ilə əlaqədar, şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi III-cu kitab bayramı təşkil etdi. Kitab bayramının kecirildiyi İncəsənət mərkəzi tədbirin ruhuna uyğun olaraq bəzədilmişdir.
Gəncədə kecirilən III-kitab bayramı Azərbaycan Reaspublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə şəhərini 2010-cu il üçün Azərbaycanın Əfsanələr Paytaxtı elan etməsinə həsr olundu.
Kitab Bayramını giriş sözü ilə Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mina xanım Məlikova açaraq kitabın, kitabxananın insan həyatında rolundan, ulu öndərimiz Heydər Əliyevin, onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin kitaba verdiyi dəyərlərdən danışdı.
Çıxış üçün söz Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini cənab Akif Ələkbərova verildi. O tədbir iştirakçılarını şəhər rəhbərliyi adından salamladı. Möhtərəm prezidentimiz İlham Əliyevin Nizami yurdu gədim Gəncəyə göstərdiyi diqqət və qayğıdan, kitabın insan həyatında böyük əhəmiyyətindən bəhs etdi.
Gəncə Dövlət Dram Teatrının aktyoru, respublikanın əməktar artisti Məmmədəli Balayev Nizami Gəncəvinin kitaba həsr olunmuş şeirinı oxudu. Tədbirin bədii hissəsində şair publisist Bəxtiyar Muradovun “Bura qədim Gəncədir” adlı ədəbi-bədii kompozisiyası Gəncə Dövlət Dram teatrı aktyorlarının ifasında təqdim edildi.
Kitabxananın fəal oxucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” respublika müsabiqəsinin qalibi Ənvər Ənvərzadə şair Əhməd Cavadın “Gəncəm hey” şeirini söylədi.
Göy-göl Dövlət Mahnı və Rəqs ansanblı solistlərinin ifasında Azərbaycana, Gəncəyə, vətənpərvərliyə həsr olunmuş mahnılar səsləndi, ansanblın rəqs qrupunun ifasında rəqslər ifa olundu.
Tədbirdə Gəncə Şəhər Uşaq İncəsənən məktəbinin “Gəncə Göncələri” rəqs ansanblı da iştirak etdi.
III-cü kitab bayramında “Dünyanın hər yerindən görünən zirvə”, “İlham Əliyev və Gəncə”, “Gəncədən ucalan yollar”, “Gəncə yazarları”, “Gəncəm mənim-qüdrətim mənim”, “Klassik Azərbaycan ədəbiyyatı”, “Müasir ədəbiiyyat”, “Ana dilimiz-milli sərvətimiz”, “Əfsanələr, rəvayətlər” və sair adda kitab sərgisində 1000-ə yaxın kitab nümayiş etdirildi.
III-cü kitab bayramı tədbir iştirakçılarinin böyük sevincinə səbəb oldu.
Tədbir yerli və respublika televiziyaları tərəfindən nümayiş üçün lentə alındı.
 
 
 
 
 
 
 
 
 
 
"Bir kərə yüksələn bayraq, bir daha enməz"
Dünən Gəncə şəhər MKS-nin Səyyar şöbəsi 47 saylı körpələr evində 28 may Raspublika günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında şeir gecəsi keçirildi.. Tədbir şəhidlərin ruhunun anılmasıyla başladı. Uşaqların ifasıda Azərbaycanın himni səsləndi. Müstəqilliyimizə həsr olunmuş şeirlər söylənildi, “Azərbaycan”, “Sarı gəlin” rəqsləri ifa olundu. Tədbirdə Səyyar şöbəsinin kitabxanaçısı Hüseynova Elnarə mövzuyla cıxış etdi. Sonda körpələr evinin müdüriyyətinə minnetdarlıq bildirildi. Tədbirdə bağçanın müəllim kollektivi və uşaqlar iştirak edirdilər
 
 
 
 
 
 
"Şəmkirdə Kitab bayrami"
Bu gün Şəmkir rayon mərkəzində Əhməd Cavad adına şəhər Mədəniyyət evinin ətrafındakı Kitab bayramı keçirildi. Bayram tədbirində rayon icra hakimiyyəti başçısının Humanitar sahə üzrə müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və başqa məsul şəxslər, rayonun Füzuli, Nizami, Əhməd Cavad, Cahangir Rüstəmov adına məktəbləri, 2 saylı şəhər uşaq bağçası, səhiyyə işçiləri, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, musiqi məktəbinin kollektivləri və digər təşkilatlar iştirak etmişlər.
ətraflı
 
 
 
 
 
 
"Tovuz rayonunda Kitab bayramı"
Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminın təşkilatçılığı ilə Tovuz rayonunda Kitab bayramı keçirilmişdir.
Kitab bayramı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, Böyük Vətən Müharibəsində əldə olunan qələbənin 65 illiyinə həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açaraq respublikada son zamanlar aparılan quruculuq işlərinin Tovuz rayonunda da uğurla həyata keçirildiyini və Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin respublikamızın inkişafında yeni imkanlar açdığını qeyd etdi.
Kitab bayramında “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”, “Doğma Azərbaycanımızı öyrənək”, “Tovuzun şair və yazıçıları”, “Təbiət rəhm diləyir”, “Azərbaycan tarixini öyrənək”, “ Müstəqil Azərbaycan Respublikasının Qanunları”, ”Sənin ilk kitabın” və s. başlıqlarda kitab sərgiləri nümayiş olundu.
Tədbirdə Xalq Teatrı, Musiqi məktəbinin kollektivləri, N.Tusi adına, M.Ələkbərov adına və A.S.Puşkin adına Tovuz şəhər orta məktəblərinin şagirdləri rəngarəng proqramlarla çıxış etdilər.
“Misri “aşıqlar qrupunun ifasında konsert, məktəblilər tərəfindən hazırlana “Nağıllar aləmi” adlı səhnəciklər iştirakçılara təqdim olundu.
Tədbirdə Tovuz rayon İcra Aparatının, Təhsil, Səhiyyə və digər idarə, müəssələrin işçiləri, Gəncə şəhər MKS-nin əməkdaşları iştirak etmişlər.
 
 
 
 
 
 
"Rəsul Rzanin söz dünyasi"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən və şairin keçdiyi həyat yolunu dərindən, diqqətlə öyrənmək, onun daxili aləminin nə qədər zəngin olduğunu, hansı arzularla yaşadığını, qarşısına nə kimi məqsədlər qoyduğunu daha aydın hiss etmək, həyat yolunu qayğı ilə, məhəbbətlə, dərindən öyrənmək üçün 13.05.2010-cu il saat 14:00-da Mərkəzi Kitabxananın oxu zalında “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri Gəncə şəhər MKS-nin direktoru Əliyeva Elmira xanım açaraq qeyd etdi ki, bu gün ədəbiyyatımızın qudrətli sənətkarlarından olan R.Rza poeziyasının işığına yığışmışıq. Azərbaycan xalq şairi R.Rzanın yaradıcılığı bu günkü və gələcək nəsillərimizin tərbiyəsində mühüm əhəmiyyəti olacaq, yaddaşlarda qalacaqdır. Sonra söz Gəncəbasar Yazarlar birliyinin sədri Məmməd Alimə verildi. Məmməd Alim Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rzanın yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirdiyindən, respublikamızın elmi-mədəni həyatında yaxından iştirakından, dolğun və səmərəli ictimai fəaliyyətindən danışdı.
Professor, folklorşünas, əməkdar mədəniyyət və təhsil işçisi Sədnik Paşa Pirsultanlı xalq şairi Rəsul Rza ilə bağlı xatirələrindən maraqlı fikirlər söylədi.
Mövzu ətrafında Gəncə Mədəniyyət və Turizm idarəsinin baş İnspektoru Bəxtiyar Muradov, 27 saylı məktəbin müəllimi, Gəncəbasar Yazarlar birliyinin şairləri çıxış etdilər. Şairin şerləri və sözlərinə yazılmış mahnılar tələbələr və fəal oxucular tərəfindən ifa olundu.
Manitorda Gəncənin görüntüləri və Rəsul Rzanın Gəncə şerinə bəstələnmiş mahnı səsləndirildi.
Tədbirin sonunda iştirakçılar “R.Rzanın həyat və yaradıcılıq səlnaməsi” başlığı altında sərgi ilə tanış oldular.
 
 
 
 
 
 
"Tarixin daş yaddaşı – Qızıl Gədəbəy"
12.05.2010 –cu il tarixdə Gədəbəy rayonunda təşkil olunmuş “Tarixin daş yaddaşı – Qızıl Gədəbəy” başlığı altında "III Kitab bayramı" keçirildi.
Bayramı giriş sözü ilə Gədəbəy rayon MKS-nin derektoru Duman Nağıyev açaraq sözü rayon İcra Hakimiyyəti başçısının I müavini Qüdrət Paşayevə verdi. Q.Paşayev bayram iştirakçılarını təbrik etdərək, rayonda gedən mədəni quruculuq işlərindən danışdı. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Fazilə Məmmədova çıxış edərək bayram iştirakçılarını təbrik etdi.
Gədəbəy şəhər 3 saylı orta məktəbin şagirdlərinin ifasında vətənə, anaya, dilimizə həsr olunmuş şerlər səsləndi. Müxtəlif mövzulara həsr olunmuş kitab sərgilərinə baxış keçirildi. Bayramada həm də rayonun gədim tarixi eksponatları nümayiş etdirildi. Rayon Mədəniyyət evinin musiqi kollektivləri bayrama xüsusi rövnəq verdi.
Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, direktor müavini Qədimova Fəridə, biblioqrafiya şöbəsinin müdiri Məmmədova Tamella, sistem inzibatçısı Baxşiyeva Sevda və Şəmkir rayon MKS – nin rəhbərliyi iştirak edirdilər.
 
 
 
 
 
 
"Dahilər ölmür, əbədi yaşayır"
08.V.2010-cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı və 21 saylı kitabxana filialliallarında Heydər Əliyevin anadan olmasının 87 ci il dönümünə həsr olunmuş “Dahilər ölmür, əbədi yaşayır” başlığı altında şeir gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə 21 saylı kitabxana filialının böyük kitabxanaçısı Şabanova Sahilə açdı. 31 saylı orta məktəbin tarix müəlliməsi Alnağıyeva Təhminə “Müstəqil dövlətimizin xilaskarı” adlı çıxışında qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev bütün şüurlu həyatını, bilik və bacarığını Azərbaycanın çiçəklənməsi işinə həsr etmişdir.
Mövzu ətrafında 31 saylı məktəbin tarix müəlliməsi Nuriyeva Kifayət, 2 saylı klubun müdiri Abbasov Sirac, 11saylı kitabxana filialının müdiri Nağıyeva Amalya, 14 və 31 saylı orta məktəbin şagirdləri çıxış etdilər.
Sonunda Heydər Əliyevin 87-ci il dönümünə həsr olunmuş “Dahilər ölmür, əbədi yaşayır” başlığı altında təşkil olunmuş sərgi ilə tanış oldular.
 
 
 
 
 
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 1526



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva