Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Untitled Document
 
T Ə D B İ R L Ə R
 
 
 
 

"17 noyabr Milli Dirçəliş günüdür" u7y

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.
Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. 
Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 
Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi.

 
 

"12 Noyabr – Konstitusiya Günü" u7y

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasının oxu zalında 12 Noyabr – Konstitusiya Günü mövzusunda sərgi -söhbət keçirilmişdir. Oxu zalının kitabxanaçısı Əliyeva Günel tədbir iştirakçılarına Azərbaycan Konstitusiyasının yaranma tarixi haqqında ətraflı məlumat verilmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli qərarına əsasən ulu öndər Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası yaradılmışdır. Çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənilərək təhlil edilmiş və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Sonra tədbir iştirakçıları kitabxanada təşkil edilmiş sərgiylə tanış oldular. 12 noyabr – Konstitusiya Günü münasibətilə Gəncə şəhər MKS-nin 1 nömrəli filialında “Kostitusiya – Qanunların ən alisi”, 6 nömrəli filialda “Müasir Azərbaycan Konstitusiyası”, 9 nömrəli filialda “Konstitusiyamız xalqa xidmət edir”,24 nömrəli filialda “Azərbaycanın Ali qanunu” kitab sərgiləri və s.filiallarda müxtəlif tədbirlər təşkil edilmişdir.

 
 

"12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür" u7y

1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı 1995-ci ilin noyabrın 12-də keçirilmiş referendumda öz konstitutsiyanı qəbul edib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

 
 

"Yaşıl donlu,mavi gözlü, al duvaqlı sevdiyim."  u7y

7 noyabr 2015 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Bülbül adına 3 saylı musiqi məktəbi ilə birgə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Yaşıl donlu,mavi gözlü, al duvaqlı sevdiyim” başlıqlı ədəbi – bədii gecəkeçirdi. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra, Azərbaycan tarixinin müstəqillik salnaməsi, Dövlət Bayrağının yaranma tarixinin unudulmaz səhifələri birdaha yada salındı. Fəal oxucuların ifasında vətənə,bayrağa həsr olunmuş şerlər səsləndi.Tədbir müəllim və şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirildi. Tədbirin sonunda iştirakçılar “Bizim bayraq gözəldir” adlı sərgi ilə tanış oldular.

 
 

"Səmaya nur saçan üçrəngli bayraq."  u7y


MKS- nin 6 saylı Gənclər kitabxana filialında 06.11.2015- ci il tarixində “Səmaya nur saçan üçrəngli bayraq” başlığı altında Dövlət Bayrağı günü ilə bağlı dəyirmi masa keçirildi.
Tədbiri Gənclər kitabxanasının kitabxanaçısı Hüseynova Təmarə açaraq tədbir iştirakçılarını salamladı və Bayraq günü ilə bağlı qısa məlumat verdi,qeyd etdi ki,Prezident İlham Əliyev 2009-cu il 17 - noyabr tarixli Sərəncamla noyabr ayının 9- nu Azərbaycanda Dövlət Bayrağı Günü elan etmiş və bu bayram ölkədə qeyri iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Tədbirdə iştirak edən Gəncə kitab kulubunun rəhbəri Ülviyyə Mahmudova qeyd etdi ki, Milli bayrağımızdakı Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
Sonra söz GDU-nun tarix fakultəsinin tələbəsi Əbdürrəhimov Sabirə verildi: Azərbaycan bayrağının dalğalandığı dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. “Ginnes” in dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Kitabxananın müdiri Məryəm xanım qeyd etdi: Biz arzulayırıq ki, hər zaman Azərbaycan bayrağı dünyanın hər yerindən görülə biləcək yüksəkliyə qalxsın. Xalqımın mərd və qəhrəman övladları bütün ölkələrdə üçrəngli bayrağımızı fəxrlə dalğalandırsın.


 
 

"Azərbaycan bayrağı -qürurum, şərəfimdir"  u7y


Bu gün Gəncə şəhər Mərkəzi kitabxanada Bayraq gününə həsr olunmuş "Azərbaycan bayrağı -qürurum, şərəfimdir"adli dəyirmi masa keçirildi .Tədbirdə şəhər 5 saylı orta məktəbin müəllimləri və şagirdləri GDU - nin tələbələri və fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə oxu zalının kitabxanaçısı Günel Əliyeva açaraq Azərbaycan bayrağı haqqında ümumi məlumat verərək sözü MKS -nin direktoru Elmira xanım Əliyevaya verdi. Elmira xanım bayrağımızın tarixindən danışdı.Direktor müavini Fəridə xanım Qədimova Azərbaycan Bayrağının şərəfimiz kimi necə qorunduğunu, onun müqəddəslik rəmzi kimi uğrunda qeyrətli Vətən balalarının şəhid olmasından danışdı. 5 saylı tam orta məktəbin tarix müəllimi Sahibə Həsənova bayrağımızın idmançılarımız tərəfindən qürurla xarici dövlətlərdə yüksəklərə qaldırılaraq dalğalanmasını qeyd etdi. ADAU nun tələbəsi,Gəncə Kitab klubunun rəhbəri Ülviyyə Mahmudova bayraq günü münasibətilə iştirakçıları təbrik etdi və şagirdlərə bildirdi ki 8 noyabrda 17 saylı məktəbdə bayraq gününə həsr olunmuş müsabiqə təşkil olunmuşdur, onların müsabiqədə iştirakını təklif etdi.5 saylı məktəbin 8 -2 şagirdlərinin ifasında bayrağa həsr olunmuş şeirlər səsləndi. Sonda tədbir iştirakçıları mövzuya həsr olunmuş kitab sərgisi ilə tanış oldular. u7yu7yu7y

 
 

"Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın"  u7y


04 Oktyabr 2015-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin Məhsəti Gəncəvi adına filialı və Səyyar şöbəsi Mehti Mehtizadə adına 4№li tam orta məktəbdə “Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın” başlığı altında kitab sərgisi təşkil etdilər. Məhsəti Gəncəvi adına kitabxananın müdiri Züyelxa xanım sərgidə iştirak edən uşaqları salamladı, və sərgini təşkil olunmağında uşaqların kitab oxumağa, mütaliəyə marağını artirmaq, və kitabı sevdirmək məqsədini daşıdığını açıqladı . Kitabxanaçılar sərgidə nümayiş olunan kitablarla uşaqları tanış etdilər. Sərgidə müxtəlif mövzulu uşaq kitabları, nağıllar, Azərbaycan və dünya klassiklərin ədəbiyyatı nümayiş olundu. Nümayiş olunan kitablar həm kiçik yaşlı məktəblilər ücün, həm yuxarı sinif şagirdləri nəzərdə tutulub. Sərgi on gün davam edəcəkdir. u7yu7y

 
 

"Zəngilanın işğalından 22 il keçir"  u7y


Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.

 
 

"Gəncə şəhər Mərkəzi Kitabxanasında Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib"  u7y

Dəyirmi masa Prezident İlham Əliyevin Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 2 aprel 2015-ci il tarixli sərəncama əsasən təşkil olunub. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemini Oxu zalında təşkil edilən dəyirmi masada böyük sərkərdənin şəkillərindən, onun haqqında yazılan kitablardan, qəzet və jurnallar məqalələrindən ibarət sərgiyə baxış keçirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolundan və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıb. O, istedadlı hərbi xadimin Azərbaycan hərb tarixində mühüm iz qoyduğu, istər çar Rusiyası ordusunda, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Sovet hakimiyyəti illərində hərbi anda sadiq qalaraq mövcud hakimiyyətə şərəflə xidmət göstərdiyi, yüksək ixtisaslı hərbi kadrların hazırlanmasında fəal mövqe tutduğunu qeyd edib.

 
 

"Kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcək" 

u7y

Gəncə şəhərində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcəkdir.
Müşavirə 2015-ci ilin 21 oktyabr tarixində, saat 12:00-da Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində öz işinə başlayacaqdır.
Müşavirədə kitabxanaların rolu, inkişaf perspektivləri, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemindən (ALİSA) istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri müzakirə olunacaq.
Eyni zamanda kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair müxtəlif mövzularda fikir və təcrübə mübadiləsi aparılacaqdır..

 
 

"Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın" 

u7y

19 oktyabr 2015-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin Səyyar şöbəsi 27 saylı məktəbdə “Kitab sənin silahdaşın, sədaqətli yol yoldaşın” başlığı altında növbəti kitab sərgisi təşkil olundu. Kitabxananın kitabxanaçısı Verdiyeva Mahirə sərgidə iştirak edən uşaqları salamladı, və nümayiş olunan kitabları təqdim etdi. Sərgidə müxtəlif mövzulu uşaq kitabları, nağıllar nümayiş olunmuşdu. Nümayiş olunan kitablar həm kiçik yaşlı uşaqlar ücün, həmçinin orta yaşlı uşaqlar üçün nəzərdə tutulub.Uşaqlar sərgiyə böyük maraqla baxırdılar. Sərgini keçirtməkdə məqsəd uşaqların kitablara, kitabxanaya maraqlarını artırmaq və mütaliəni gücləndirməkdir. Sərgi on gün davam edəcəkdir.

 
 

"Müstəqillik yollarında" 

u7y

18 .10.2015-ci il tarixində MKS-nin 2 saylı  kitabxana filialında  Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Müstəqillik yollarında” adlı söhbət keçirildi. Tədbiri filialın müdiri Firuzə Yunusova acdı və qeyd  etdi ki, bugün – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü kimi  qeyd olunur. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir.Xalqımız XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalqımız bu tarixi  hər il bayram kimi qeyd edir. Tədbirdə GDU-nin tələbələri iştirak edirdilər....

 
 

"Daimi Əbədi Müstəqilliyim" 

u7y


MKS- nin 6 saylı Gənclər kitabxana filialında 16.10.2015- ci il tarixində “Daimi Əbədi Müstəqilliyim” başlığı altında dövlət müstəqilliyi günü ilə əlaqədar sərgi keçirildi.
Kitabxanaçı Hüseynova Təmarə tədbir iştirakçılarını salamladı və Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verdi. O, bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. 1918-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi altında qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-ci il Oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuş, bununla da, Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulmuşdur. Təmarə xanım tədbir iştirakçılarına “Daimi Əbədi Müstəqilliyim” başlığı altında tərtib olunmuş sərgidə əks etdirilən kitablar və digər materiallar haqqında ətraflı məlumat verdi.


 
 

"Gözün aydın, Azərbaycan, taleyinə günəş doğdu" 

u7y

15.10. 2015-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə “ Gözün aydın, Azərbaycan, taleyinə günəş doğdu” baslığı altında şer gecəsi keçirdi. Gecəni Uşaq şöbəsinin müdürü Atlas Cəfərova açdı. O, Azərbaycanın müstəqilliyi, inkişaf yolları , onu qoruyub saxlayan amillər haqqında məlumat verdi. Sonra söz 27 saylı lissey məktəbinin tarix müəllimi Bayramova Qönçəyə verildi. O, “Müstəqilliyimizə gedən yol” başlığı altında, həmin məktəbin tarix müəllimi İradə Sadıxova isə “Müstəqilliyimiz əbədi, daimi, dönməzdir” mövzusunda ətraflı çıxış etdilər. Tədbirin sonunda məktəbin 5 və 7-ci sinif sagirdləri Müstəqqiliyə aid şerlər söylədilər. Tədbirdə 27 saylı lissey məktəbinin şagirdləri iştirak etdilər.

 
 

"Azərbaycanda hansı turizm bölgələrini tanıyırıq" 

u7y

23.09.2015-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialı 24 saylı orta məktəbin altıncı sinif şagirdləri ilə 27 sentyabr Beynəlxalq turizm gününə aid “Azərbaycanda hansı turizm bölgələrini tanıyırıq” adlı sual-cavab gecəsi keçirdi. Tədbiri böyük kitabxanaçı Rahilə Qasımova açaraq beynəlxalq turizm günü haqqında məlumat verdi və iştirakçılara uğurlar arzuladı. Sonra 24 saylı orta məktəbin coğrafiya müəllimi Xanımzər Tabıyeva mövzu haqqında geniş məlumat verdi. Azərbaycanın səfalı təbiətindən, əsrarəngiz bölgələrində turizmin inkişafından danışdı. Tədbirdə iştirak edən GDU-nin tarix-coğrafiya fakultəsinin tələbələri Abbasava Arifə, Fərzəliyeva Həmayıl da mövzu haqqında öz fikirlərini bildirdilər və iştirakçılara uğurlar arzuladılar.

Sual-cavab gecəsində iki komanda iştirak etdi. Yarış böyük coşqunluqla keçdi. Tədbirdə 24 saylı orta məktəbin 6 sinif şagirdləri iştirak etdilər. Xanımzər müəllimə və kitabxanaçı sonda şagirdlərin çox saylı maraqlı suallarını cavablandırdılar.

 
 

"Akkordlara köklənən Üzeyir ömrü" 

u7y

17 Sentyabr 2015-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Musiqi not fonoteka şöbəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130-cu ildönümü və 18 sentyabr Milli Musiqi günü münasibətilə “Akkordlara köklənən Üzeyir ömrü” başlığı altında kitab xülasəsi təşkil olundu.

Tədbirdə 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UHESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işıq üzü görmüş “Üzeyir dünyası” layihəsi üzrə nəşr olunan kitablar və bəstəkarın latın qrafikası ilə cap olunmuş əsərləri,Azərbaycan və ingilis dillərində nəşr olunan klavirləri haqqında Musiqi-not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova oxuculara geniş məlumat verdi.Tədbirdə fəal oxucular iştirak edirdi.
u7y u7y

 
 

"Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 16 sentyabr 2015- cü il tarixində saat 11.00-da balaca fidanların nağıl dünyasına həsr olunmuş “Göydən üç alma düşdü” başlığı altında nağıl saatı keçirildi." 

u7y

Nağıl saatı kitabxananın Nağıl otağında təşkil olunmuşdu. Tədbirdə Pendik Uşaq İnkişaf Mərkəzinin müəllimələri və uşaqları iştirak edirdi.Tədbiri giriş sözü ilə acan MKS-nin direktoru Elmira xanım Əliyeva gül kimi acılmış körpə balalara nağılların gözəlliyindən və həmçinin kitabların insanların həyatında necə rol oynadığından bəhs etdi.O,qeyd etdi ki,fondumuzda bir birindən maraqlı, rəngarəng, sevimli, şirin nağıl kitablarımız var.

Hər tərəfə maraqla baxan uşaqlar səbirsizliklə nağıl gözləyirdilər. Bu zaman nənə obrazında olan filial müdiri Əsmər Zeynalova tədbirə daxil oldu.O,uşaqlarla salamlaşaraq maraqlı nağıllar söyləməyə başladı. Əsmər nənə “Çınqıdı-çınqıdı bala sərçə” və ”Dəmirci və padşah”nağıllarını özünə məxsus şirinliklə söylədi. Uşaqlar cox həvəslə və diqqətlə dinləyirdilər. Nağıl bitdikdən sonra Əsmər nənə fidanlara nağıl haqqında suallar verdi.Balaca Gülbəsti, Aygün,İnci və Tamara suallara cox fəal cavab verdiklərinə görə kitabxana tərəfindən hədiyyə aldılar. Sonra uşaqlar bildikləri nağılları söylədilər.Uşaqlar kitabxanada təşkil olunmuş “Körpələrin nağıl dünyası” başlığı altında sərgi ilə tanış oldular.

u7y u7y

 
 

“Sülh, azadlıq, bərabərlik" 

u7y

14 sentyabr 2015-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Beynəlxalq Sülh Günü münasibətilə “Sülh,azadlıq,bərabərlik” başlığı altında sərgi təşkil olundu.

Tədbirdə fəal oxucular, kitabxana işçiləri iştirak edirdi. Şöbə müdiri Saidə Museyibova Beynəlxalq Sülh Günü haqqında çıxış edərək bildirdi ki, 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi umumdünya atəşgah günü elan edib.Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi Ümummilli lider Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqabilə imzaladı, müharibəni dayandırdı, sabitliyə nail oldu. Sonra tədbir iştirakçılarını sülhə dair kitablarla tanış etdi. Sərgidə sülhə dair kitablar və dövrü mətbuat materialları nümayiş olunmuşdur.

 
 

"Nağıl saatı" 

u7y

10.09. 2015-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Gəncə şəhər 2 saylı Uşaq bağçasında Rus xalq nağıllarından -“Tри медведя”, “Царевна-Лягушка” , “Кот в сапогах” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-inin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-nin Uşaq şöbəsinin təşkil etdiyi nağıl saatı 2 saylı Uşaq Bağçasının rus bölməsinin böyük qrup uşaqları tərəfindən rəğbətlə qarşılandı.

 
 

Üzeyir Hacıbəyli – 130 

u7y

9 sentyabr 2015 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar “Üzeyir Hacıbəyli – 130” başlıqlı sərgi keçirildi.

Sərgidə bəstəkarın həyat və yaradıcılığını özündə əks etdirən əsərləri, xarici dildə çap

olunmuş kitabları və dövri mətbuatda bəstəkar haqqında nəşr olunmuş məqalələr, məcmuələr nümayiş olundu.

 
 

Uşaqlara çiçək, dünyaya sülh gərəkdir 

u7y

6.09.2015 ci il tarixdə 24 saylı kitabxana filialında “Uşaqlara çiçək, dünyaya sülh gərəkdir” mövzusunda ədəbi bədii gecə keçirildi. Gecəni giriş sözü ilə filialın müdiri Aslanova Təranə açdı. O, Beynəlxalq Sülh Günü ilə bağlı çıxışında qeyd etdi ki, BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə təsis edilib və hər il sentyabr ayının 21-də qeyd olunması müəyyənləşdirilib. Əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan Azərbaycan xalqı, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüb. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb.

Əhməd Cavad adına 2 saylı tam orta məktəbinin müəllimi Musayeva Dürdanə qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu.GDU-nin tarix fakultəsinin məzunu Fidan Əliyeva və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirdilər, müharibənin dəhşətləri və terror pisləndi.

Tədbirdə uşaqlar Azərbaycana ,Vətənə ,Sülhə aid şerlər və mahnılar ifa etdilər.

 
 

Azərbaycan sülh və əmin - amanlıq tərəfdarıdır. 

u7y

4 sentyabr 2015- ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxanafilialında 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar “Azərbaycan sülh və əmin -amanlıq tərəfdarıdır” adlı ədəbi-bədii kompozisiya keçirildi. Kitabxananın müdiri Natella Hacıyeva, 25 saylı məktəbin tarix müəllimi Atlas Tağıyeva, 3 saylı musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərova mövzu ilə bağlı çıxışlar edərək, xalqımıza sülh, əmin -amanlıq, gələcəyimiz olan uşaqlara daim açıq səma altında yaşamağı arzuladılar. Tədbir boyu kitabxananın fəal oxucuları sülh, vətən, Qarabağ haqqında şeirlər və mahnılar səsləndirdilər, rəqslər ifa etdilər, “Qoy həmişə Günəş olsun” adlı kompozisiyanı təqdim etdilər.

 

 
 

"Dünyaya Sülh gərək" 

u7y

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 31 avqust 2015-ci il tarixində saat 10.00-da Beynəlxalq Sülh gününə həsr olunmuş “Dünyaya Sülh gərək” başlığı altında Səhərcik keçirildi.
Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Səkinə Tahirova açaraq, bildirdi ki, bu gün dünyada yüz milyonlarla insanın böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu söz ana sözü kimi sadə, həyat sözü kimi, şirin azadlıq sözü kimi əzəmətli və yüksəkdir.

Filial müdiri Əsmər Zeynalova "SÜLH" - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır, sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır,yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamalıdırlar, 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq edilməsini vurguladı.

Səhərcikdə Sülhə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi. Uşaqlar “Qoy həmişə sülh olsun” mahnısını xorla səsləndirdilər. “ Mən ki, ağ göyərçinəm” şeirini fəal oxucu İsmayılov Rüfət söylədi. Şair Hüseyn Arifin “Biz sülhə səs veririk” şeirini Aysel Hüseynova söylədi. “Göyərçinim, sülh quşum” şeirini Zümrüd İsayeva və Hüseynov Yusif söylədilər. “Göyərçinik biz Sülhdür adımız” mahnısı uşaqlar xorla ifa etdilər.

Tədbirdə 1, 16, 23 saylı məktəbin şagirdləri, kitabxananın fəal oxucuları iştirak etdilər.

 
 

"Sehrli dünya" 

u7y

15 avqust 2015 – ci il tarixdə Gəncə şəhər Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində yerləşən 11 saylı kitabxana filialında “Sehrli dünya” başlığı altında nağıl saatı keçirildi. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Zərifə Xasayeva açaraq tədbir iştirakçılarını və uşaqları salamladı. 
“Tıq Tıq xanım” cizgi filmi nümayiş olundu. Cizgi filimdən sonra uşaqlarla cizgi film haqqında suallar verildi. 
Sonda nağıl kitablarından təşkil olunmuş sərgi uşaqların marağına səbəb oldu.Tədbirin keçirilməsində məqsəd uşaqlara kiçik yaşdan mütaliə mədəniyyəti və vərdişini aşılamaqdan ibarət idi. Tədbirdə 5-12 yaş arası uşaqlar iştirak etdi.

 

Ad günün mübarək!

 
 
15 aprel Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal və bacarıqlı işçisi, hamının sevimlisi olan Sevda Baxşıyevanın ad günüdür. Bu münasibətlə onu, kollektivin bütün üzvləri ürəkdən təbrik edirlər.

Gözəl mehriban Sevda,
Şad günün mübarək olsun!
Bəxtin üzünə gülsün,
Ad günün mübarək olsun!

Həyatdan güc alasan,
Daim işıq saçasan,
İşində ucalasan,
Ad günün mübarək olsun!

Qəm – kədər görməyəsən,
Böyük uğur qazanasan,
Sən! Ucalasan, ucalasan!
Ad günün mübarək olsun!

 
 
 
 
14 aprel 2010-cu il tarixdə saat 12-00 da Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Təbiət haqq-hesab istəyir” başlığı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Sərxan Musayev açaraq tədbir iştirakçılarını salamladı və sözü Ərazi Təbii Sərvətlər şöbəsinin Ekoloji təbliğat üzrə baş məsləhətçi Bağırov Əlikram müəllimə verdi. Əlikram müəllim öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 Sentyabr 2006-cı il “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncam əsasında kitabxanalarda oxucular arasında fəal iş aparılmalıdır.
Sonra söz 6 saylı məktəbin direktoru Vəfa Abbasovaya verildi. Vəfa xanım gənclərin ekoloji biliklərinin və ekoloji tərbiyənin gücləndirilməsi haqqında orta məktəblərdə görülən işlər haqqında danışdı. Tədbirin sonunda şəhərimizin yaşıllaşdırılması, yaşıllıqların qorunması, ağac və gül kollarının əkilməsi ilə bağlı aksiya keçirilməsi fikri irəli sürüldü.
Sonda həmçinin “Ekoloji” mövzuda sənədli filmlər, animasiyalar göstərildi.
 
   
 
 
 
30 Mart 2010 – cu ildə Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar “Bəşəriyyətə və insanlığa qarşı cinayət-31 Mart” başlığı altında dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə Gəncə yazıçılar birliyinin sədri, Respublikanın Əməkdar İncəsənət Xadimi Məmməd Alim açdı. “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov Ermənilərin Azərbaycanlılara qarşı zaman – zaman törətdikləri soyqırım haqqında çıxış etdi. Mövzu ətrafında Gəncə Mədəniyyət və Turizm idarəsinin baş İnspektoru Bəxtiyar Muradov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Veysov, “Gənc Vətənpərvərlər” birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov, həmin birliyin üzvləri və Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin müəllimi Afət Cəmilova və rəhbərlik etdiyi şagird qrupu çıxış etdilər. Tədbirdə “31 Mart Soyqırımı” ilə bağlı sənədli film nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılar “Bəşəriyyətə və insanlığa qarşı cinayət -31 Mart” başlığı altında sərgi ilə tanış oldular.
 
   
 
 
 
Novruz bayramı təntənəli şəkildə qeyd ediləcək
Bu il Novruz bayramı münasibətilə Gəncədə bayram şənlikləri təşkil olunacaq. Bayram üçün Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə nəhəng paxlava hazırlanır. Artıq 12 mart tarixindən şəhər sakinləri Gəncənin mərkəzi meydanında, içərisində nəhəng paxlavanın hazırlanma işlərinin aparıldığı çadırı böyük maraqla izləyirilər. O, qeyd etdi ki, nəhəng Gəncə paxlavası artıq MDB məkanında rekordu vurub. Paxlavanın uzunluğu 15 metr, eni 6 metr cəkisi 6 ton. Həmçinin meydanda, nəhəng paxlavanın yaxınlığında səməni də qoyulacaq. Həmin gün meydanda quraşdırılmış bayram çadırlarında milli nağılların personajları ilə də qarşılaşmaq olacaq. ətraflı
 
 
 
 
09.03.2010-cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Uşaq hüquq mərkəzi” uşaq şöbəsi ilə birlikdə “Siz öz hüquqlarınızı bilirsinizmi?” mövzusunda sual-cavab gecəsi keçirdi. Tədbiri giriş sözü ilə Uşaq filialları üzrə direktor müavini, Şəfiqə Hacıyeva açaraq uşaqları salamladı və uşaq hüquqları haqqında Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması ilə bağlı müvafiq normativ aktlar qəbul olunduğundan və bu məsələlərin Azərbaycan Respublikası Konstitutyasında öz əksini tapmasından danışdı. Sonra söz 1 saylı məktəbin müəllimi Nübar Qoşqarovaya verildi o, “Uşaqların məktəbdəki hüquqları” mövzsunda çıxış etdi. Uşaq şöbəsinin kitabxanaçısı Əliyeva Elza “Uşaq hüquqları Konvensiyası” haqqında məlumat verərək konvensiyanın 54 maddədən və 4 geniş kateqoriyadan ibarət olduğunu ətraflı qeyd etdi. “Uşaq hüquqlarının pozulması” haqqında 1 saylı məktəbin ibtidai sinif müəllimi Vəliyeva Mərziyə uşaqlara məlumat verdi. Tədbir uşaq hüquqlarına dair suallar əsasında təşkil edilmişdir. Uşaqların əksəriyyəti suallara düzgün cavab verdilər. Sual-cavab gecəsi çox maraqlı keçdi. Tədbirdə müəllimlər və orta məktəb şagirdləri iştirak edirdilər.
 
 
 
 
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhər mərkəzi kitabxanasının oxu zalında “ Sənə urəyimdə heykəl qoymuşam-Ana ” adlı sərgi təşkil olunmuşdur. Məlumat-biblio-qrafiya şöbəsinin müdiri Məmmədova Tamella 5.03.2010-cu il tarixdə Beynəlxalq Qadınlar gününün dünyada və respublika-mızda keçirilmə tarixindən , bu gün müstəqil dövlətimizin yeritdiyi qadın siyasətindən, qadınlarımızın qazandığı uğurlardan danışmış, sərgidə nümayiş etdirilən “Azərbaycan qadınları” kitabının I, II , III cildlərinin, S.Gəncəlinin Qadın, gözəllik və ülviyyət”, M.Mirnəsiroğlunun “Xalqın Mehribanı” və s. kitabların xülasəsini vermişdir.
 
 
 
 
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22-26 fevral 2010-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında kitabxanaçılar üçün treninqlər keçirildi. Treninqə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin dəstəyi ilə Rusiya Federasiyasından Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinski dəvət olunmuşdur. Treninqə mədəniyyət və turizm nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova rəhbərlik etmişdir.
Treninqdə WEB-İRBİSİN əsas funksiyaları, Apache proqramının quraşdırılması, elektron kataloq və elektron resuslarının internet beynəlxalq şəbəkəyə çıxarılması, biblioqrafik bazaların yaradılması, Z39,50 Şlyuzunun tətbiqi və s. məsələləri tədris edilmişdir. Treninqdə Rusiya Federasiyasından Beynalxalq EBNİT Assosiasiyasının vitse-prezidenti Kirill Sokolinskidən əlavə mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun əməkdaşı Samir Abbasov və kitabxananın əməkdaşı Günay Həsənova da məruzəçi kimi çıxış etmışlər. Treninqdə şəhər və rayon kitabxalarının əməkdaşlarıda iştirak etirdi. O cümlədən Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 nəfər əməkdaşı, komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Gülnaz İsgəndərova, oxu zalının müdiri Aidə Abdullayeva, not- foleteka şöbəsinin kitabxanaçısı Sevda Baxşıyeva iştirak etmişdir.Treninqin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
 
 
 
 
19 fevral tarixində Gəncə şəhər Mərkəzi Kitabxanada Xocalı faciəsi ilə bağlı “Tariximizin qan yaddaşı-Xocalı” adlı dəyirmi masa keçirildi. Tədbirdə “Gənc Vətənpərvərlər” birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov və birliyin üzvləri Elnur Rüstəmov, İmamverdi Vəliyev, Mikayıl Cəfərov, Gəncə Elmi Regional mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi Ruziyyə Quliyeva, “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov, GDU-nun Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, Mərkəzi Kitabxananın direktoru Elmira Əliyeva və kollektivi, GDU-nun tələbələri, M.C.Paşayev adına 39 saylı məktəbin direktor müavini Afət Cəmilova, həmin məktəbin şagirdləri iştirak edirdilər. 39 saylı məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa etdilər. Tədbirdə həmçinin Xocalı faciəsi ilə bağlı sərgi təşkil olunmuşdu. Tədbirdə “Xocalı harayı” adlı sənədli film də nümayiş olundu.
 
 
 
 

15 Yanvar 2010-cu ildə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar Milli Matəm günü ilə bağlı “Azadlıq uğrunda mərd mübarizlər” adlı anım günü keçirildi. Tədbirdə “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov, Gəncə Elmi Regional Mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi Ruziyyə Quliyeva, M.C. Paşayev adına 39 saylı orta məktəbin direktor müavini Afət Cəmilova, Gəncə Özəl Türk litseyinin direktoru Sərhat Aktaş, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Veysov, “Gənc Vətənpərvərlər birliyi”nin qərb bölgəsi üzrə nümayəndəsi Elçin Axundov, GDU-nun tələbəsi Pərvin Quliyev, 39 və 2 saylı orta məktəbin şagird və müəllim kollektivi, MKS-nin direktoru Elmira Əliyeva və kitabxana kollektivi iştirak edirdi.
“Mənəvi dayaq” uşaq və gənclər birliyinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri-2 saylı orta məktəbin şagirdləri “20 Yanvar” faciəsinə həsr olunmuş səhnəciklə çıxış etdilər.
Vahid Quliyev, 39 saylı məktəbin şagirdləri, GDU-nun tələbəsi Pərvin Quliyev matəm gününə həsr olunmuş serlər ifa etdilər. F.Əmirov adına 1 saylı musiqi məktəbinin musiqi müəllimləri və şagirdlərinin ifasında mahnılar səsləndi.
Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş sərgiylə tanış oldular.

 
 
 
 
 
 
13.12.2009-cu il tarixində Gəncə şəhər Mərkəzi Kitabxanasında yazıçı Gülafət Bayramovanın “Qəlbə daş bağlayanda”, “Ölümün acığına”, “Tut ağacı” kitablarının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Yazıçının qələm dostları yazıçı Qərib Mehdi, Bahadur Fərman, Gəncə şəhər Elmi Mərkəzin şöbə müdiri, filologiya elmləri namizədi, şairə Ruziyə Quliyeva, Rəfiqə Sadıqova, Sahib İbrahimli, Aydın murovdağlı, İnqilab İsaq, Zoya xanım, Fərruxə Pərişan, Mikayıl Yanar, Solmaz Şəms, Fəridə Əliyarbəyli, 28 saylı orta məktəbin müəllim kollektivi, Gənc Vətənpərvərlər Birliyinin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov, MKS-nin direktoru Elmira Əliyeva və kollektivi iştirak edirdilər.
İştirakçılar yazıçı Gülafət xanımı yeni kitablarının ərsəyə gəlməsi münasibətilə təbrik edərək, kitab haqqında öz dəyərli fikirlərini söylədilər.
Müəllifin “Qəlbə daş bağlayanda” kitabında müəllifin son dövrlərdə qələmə aldığı povest və hekayələr toplanmışdır. Gülafət xanımım qəhrəmanları ya Qarabağ cəbhəsində vuruşan, ya da əmək meydanında çalışan çağdaş dövrümüzə məxsus insanlardır.
Bu kitabın əxlaqi, mənəvi etik və estetik cəhətdən mühüm əhəmiyyəti var.
“Tut ağacı” povestində yazıçı yüksək vətəndaş mövqeyi, vətənpərvərlik məramı hiss olunur.
“Ölümün acığına” povesti, “Çığıran papaq” hekayəsi real həyat hadisələrinin bədii müstıviyə keçirilmiş gözəl nümunələridir. Kitaba daxil edilən “Güldanın göz yaşları” hekayəsi eyni zamanda qadın dünyasının təsviri baxımından diqqətəlayiqdir.
 
   
 
   
 
 
 
  11.12.2009-cu il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Məlumat-Bibloqrafira şöbəsininin müdiri Tamella Məmmədova oxuculara kitabxananın fonduna hədiyyə olunan yeni əbiyyatların – “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan kulinariyası”, “Azərbaycan arxeologiyası”, “Naxçıvan xanlığı”, “Azəbaycan tarixi 1-VII cildlər”, “Uşaqlar üçün ensiklopediya-İnformatika”, “Uşaqlar üçün ensiklopediya-Geologiya”, “Uşaqlar üçün ensiklopediya-Kimya”, “Azərbaycan etnoqrafiyası”, “Mədəni yətimizin və mədəni incilərimizin hamisi”təqdimatını keçirdi.
Tamella xanım yeni kitabları oxuculara təqdim edərək hər bir kitabla bağlı geniş məlumat verdi.
Kitablar haqqında olan məlumatlar oxucu qruplarının diqqətini cəlb etdi. Tamella xanım fonda daxil olan yeni, dərin məzmunlu kitablardan oxucuların artıq istifadə edə biləcəyini, bu kitablar vasitəsilə daha dərin, geniş və əhatəli elmə yiyələnə biləcəklərini xüsusi vurğuladı.
Artıq MKS-nin oxucu qrupları fondda olan digər kitablarla yanaşı təqdim olunan yeni ədəbiyyatlarla dərindən maraqlanır, bu kitablara geniş oxucu kütləsi müraciət edir. Hədiyyə olunan kitablardan oxuculara hədiyyə verildi.
 
 
 
 
 
  17 Noyabr 1992-ci ildən Milli Dirçəliş günü kimi qeyd olunur. Bu gün ilk oyanmış, xalqın öz hüquqlarının müdafiyəsinə çıxdıqları gün kimi tarixə düşmüşdür. Bununla əlaqədar olaraq 19 saylı kitabxana filialında “Ayağa qalx Azərbaycan” başlığı altında ədəbi-bədii gecə keçiriləcək. ətraflı

 
 
 
 

07.11.2009-cu il tarixdə Gəncə şəhər Mətkəzi Kitabxana və 1 saylı kitabxana filialı birlikdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Gəncə şəhər SOS uşaq kəndində uşaqlarla görüş keçirdi. Görüşdə MKS-nin metodisti Rüstəmova Rəqibə, Oxu zalının müdiri Abdullayeva Aidə, kitabxana filiallarının müdirləri, GDU və ADAU-nun tələbə və gəncləri iştirak edirdilər. Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq uşaqları Uşaq ili münasibətilə təbrik etdi. Və sözü 1 saylı filialın müdiri Züleyxa xanıma verdi. Züleyxa xanım ölkə prezidenti Ilham Əliyevin 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncamı, YNESKO və İSESKO-nun xoşməramlı səfiri, prezidentin xanımı Mehriban xanım Əliyevanın uşaqlara olan geniş diqqət və qayğısı ilə bağlı çıxış edərək uşaqları təbrik etdi. Sonra uşaqlarla maraqlı oyunlar təşkil edildi. Şerlər, mahnılar, rəqslər uşaqların könlünü açmaq və günlərini maraqlı etmək üçün geniş zəmin yaratdı. Sonda SOS Uşaq Kəndinin direktoru Nəsimi müəllim və uşaqlarla xatirə şəkilləri çəkildi.

 
 
 
 
 
 

5.11.2009 – cu il tarixdə Mərkəzi Kitabxananın Amerika Mərkəzində istifadəçilərlə ABŞ-ın Azərbaycandakı səfirinin Içtimayyətlə əlagədər şöbəsinin müdiri Terri Devidsonla görüşü oldu. Görüş də Terri Devidsonla birlikdə Amerika Mərkəzlərinin koordinatoru Aydan Əsgərova və Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva iştirak edirdilər. Kitabxanada qonaqları Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikova, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva qarşıladılar. Dəirmi masa arxasında qonaqlarla və istifadəçilərə mərkəzin treneri Gülnaz İsgəndərova Amerika mərkəzində aparılan işlər haqqında məlumat verdi. Burda ki, xidmət növlərindən, keçirilən tədbirlərdən danışdı. Terri Devidson istifadəçilərin fikirlərini dinlədi və onların Amerika haqqında maraqlandıran suallarını cabalandırdı. Tədbirin sonunda qonaq Mərkəz üçün 3 ədəd komputer, printer, ingilis dilində kitab və jurnalları hədiyyə etdi.

 
   
 
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva