Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Untitled Document
 
T Ə D B İ R L Ə R
 
 
 
 
"Böyük Qələbənin şahidləri”
MKS-nin 9 saylı kitabxana filialı, Səyyar şöbə 37 saylı orta məktəbdə 07.05.2010-cu il tarixdə Faşizm üzərində Qələbənin 65 illiyi münasibəti ilə “Böyük Qələbənin şahidləri” başlığı altında müharibə veteranları ilə görüş keçirdi. Tədbirdə 37 saylı məktəbin direktoru Əliyev Mehti müəllim giriş sözü ilə tədbiri açıq elan etdi. Tədbir Azərbaycanın himni ilə açıldı.
Tədbirdə müharibə veteranları MKS-nin metodisləri, 9 saylı kitabxana, Səyyar şöbə və məktəbin müəllim və şagird kololektivi iştirak etdilər. Müharibə veteranları Sabir Rüstəmov, Hüseynov Saleh, Sabir Rüstəmov tədbirə dəvət olundular. Veteranlar kecdiyi döyüş yollarından söhbət açdılar. Onlar gəc nəslə vətənə, torpağa, xalqına qarşı vətənpərvər olmalarını arzu etdilər.
Azərbaycan bu gun də müharibə şəraitindədir. Arzu edirik ki, xalqımız bu müharibəni də böyük qələbə ilə başa vursun.
Səyyar kitabxananın kitabxanaçısı Hüseynova Elnarə sərgidə nümayiş etdirilən kitabların qısa xülasəsini etdi.
 
 
 
 
 
 
"41-dən 45-ə od yara-yara"
07 May tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Böyük Vətən Müharibəsinin 65-ci ildönümü münasibətilə kitabxananın kollektivi müharibə veteranları ilə görüş keçirdi. Tədbiri giriş sözü ilə MKS-nin 6 saylı Gənclər kitabxana filialının müdiri Məryəm Məmmədova açdı.
Görüşdə Hacıyev Saləddin, Məmmədov İbrahim, Həsənov Kərəm, Həsənov Misir və Mirzəyeva Manya qanlı illərlə bağlı xatirələrini bölüşdü, qəhrəman oğul və qızlarımızın şücaətindən söhbət açdılar.
Görüşdə həmçinin vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.
Kitabxananın direktoru Elmira Əliyeva kollektiv adından veteranları qələbə bayramı münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim etdi. Sonda 41-45-ci il Böyük Vətən Müharibəsilə bağlı “41-dən 45-ə od yara-yara” başlığı
altında təşkil edilmiş sərgiylə iştirakçılar tanış oldular.
 
 
 
 
 
 
"Vətən oğullarının qəhrəmanlıq salnaməsi"
7.05.2010-cu il tarixində Mərkəzləşmiş kitabxana sisteminin 25, 22 saylı kitabxana filialarinin birgə təşkil etdikləri Qələbənin 65 illiyi münasibəti ilə “Vətən oğullarının qəhrəmanlıq salnaməsi” adlı şer müsabiqəsi keçirildi. Bu tədbirdə 19 və 24 saylı orta məktəblərinin müəllim və şagirdləri, MKS-nin metodistləri, kitabxananın fəal oxucuları iştirak edirdilər.
Faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə təşkil edilmiş şer müsabiqəsini 25 saylı kitabxana filialının böyük kitabxanaçısı Qasımova Rahilə açıq élan etdi. O, qeyd ki, bu qələbəni qeyd etməkdə məqsədimiz həmin illərdə Azərbaycanın mərd, igid, vətənpərvər, cəsur oğlan və qızlarının göstərdiyi qəhrəmanlığı yeniyetmə, gənclərə çatdırmaq və onların həyatını özlərinə örnək seçmələrini tövsiyə etməkdən ibarətdir. Azərbaycan həmişə öz qəhrəman övladları ilə fəxr etmişdir.
Sonra söz müsabiqə iştirakçılarına verildi. Məktəblilər bir-birinin ardınca müharibəyə həsr olunmuş şerlər söylədilər. Ən yaxşı şer söyləyən məktəblilər kiçik hədiyyələrlə mükafatlandırıldı.
Tədbirin sonunda 24 saylı orta məktəbin tarix müəlliməsi Lətifə xanım Azərbaycanın bu gün də müharibə şəraitində yaşamasından, bu müharibədə də xalqımızın milli qəhrəmanlarını olmasından və bu qəhrəmanlarımızın hər bir azərbaycanlı tərəfindən tanınmalı, xatirəsinin əziz tutulmasının vacib olduğunu məktəblılərə çatdirdı.
 
 
 
 
 
 
"Qələbə bayramı"
5 may 2010-cu il tarixdə İnternat tipli xarici dillər təmayüllü gimnaziyada MKS-nin 4-8-14 saylı filialları Faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə veteranlarla görüş keçirdi. Tədbirdə Silahlı Qoşunların komandanı olmuş verteran Saləddin Hacıyev, Silahlı Qoşunların veteranı Kərəm Həsənov, gimnaziyanın müəllim və şagird kollektivi, 4-8-14 saylı kitabxana filiallarının kollektivi və oxucuları iştirak edirdi.
Tədbirdə IX və X sinif şagirdləri aparıcılıq edirdi. İlk öncə söz gimnaziyanın direktoru Pənah Səmədova verildi. O, II Dünya müharibəsində xalqımızın göstərdiyi şücaətdən danışdı.Qeyd etdi ki, bu savaşda xalqımızın qəhramanlığı danılmazdır, Məhz buna görə də bu cür tədbirlərin keçirilməsi labüddür və şagirdlərin maariflənməsində mühüm rol oynayır.Sonra o, veteranları bu bayram münasibətilə təbrik etdi və onlara uzun ömür, can salığı arzuladı.
Sonra gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz müəllimə də çıxış edərək veteranları təbrik etdi.
Gimnaziyanın şagirdləri və kitabxanaların oxucuları Qələbəyə aid şerlər söylədilər. V-VI-VII sinif şagirdləri S.Rüstəmin “Ana və poçtolyon”şerini səhnələşdirdilər.Gimnaziyanın V sinif şagirdi Ceyhun sazda ifa etdi. IV və VII sinif şagirdləri”Lalələr”, II sinif şagirdləri “Nəlbəki”, I sinif şagirdləri isə “Naz eləmə rəqslərini ifa etdilər.”Katyuşa” və “Azərbaycan əsgəri “mahnılarını rəqslə birlikdə ifa etdilər.
Veteranlar çıxış edərək onları yad etdikləri üçün minnətdarlıqlarını bildirdilər və hər kəsi Qələbə bayramı münasibətilə təbrik etdilər.
4 saylı kitabxana fılialının böyük kitabxanaçısı Mirvari Cəfərova çıxış edərək , veteranları təbrik etdi və gimnaziyanın müəllim və şagird kollektivinə tədbirin hazırlanmasında , ərəyə-ərsəyə gəlməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirdi.
Sonda veteranlara 4-8-14 saylı filialların və gümnaziyanın adından hədiyyə və gül dəstələri verildi, xatirə şəkilləri çəkildi.
Tədbir şagirdlərin və veteranların rəqsləri ilə başa çatdı.
 
 
 
 
 
 
"Dünyanın hər yerindən görünən zirvə"
05 May tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında əbədiyaşar prezident, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Dünyanın hər yerindən görünən zirvə" adlı ədəbi-bədii kompozisiya keçirildi.
İştirakçılar ilk öncə Heydər Əliyevin abidəsini ziyarət edərək aidə önünə gül dəstəsi qoydular.
Tədbir ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" səs yazısı ilə açıldı.
Sonra Oxu zalının müdiri Aidə Adullayeva dahi şəxsiyyətlə bağlı çıxış etdikdən sonra sözü Heydər Əliyev işığına toplaşmış qonaqlara – "Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi" nin sədri Almaz Aşurova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Veysova, Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradova, "Gənc Vətənpərvərlər Birliyi" nin qərb regionu üzrə nümayəndəsi Elçin Axundov, jurnalist Mikayıl Əlizadəyə çıxış üçün söz verdi. M.C.Paşayev adına 39 saylı orta məktəbin direktor müavini, M.C.Paşayev adına "Bahar" uşaq ictimai birliyinin sədri Afət Cəmilova və onun rəhbərlik etdiyi şagird qrupları Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə çıxış etdilər.
Sonra Heydər Əliyevin həyatı və siyasi görüşləri ilə bağlı sənədli film təqdim olundu. Daha sonra 31 saylı uşaq bağçasının körpələrinin ifasında şerlər, milli rəqslər ifa olundu.
Oxu zalının kitabxanaçısı Şəbnəm Məhərrəmova "Heydər Ata" şeri ilə çıxış etdi.
Sonra söz Heydər Əliyev muzeyinin direktoru Aynur xanıma, M.C.Paşayev muzeyinin direktoru İradə xanıma verildi.
27 saylı orta məktəbin şagirdləri "Heydər Əliyevin kəlamları" ndan ibarət kompozisiya ilə çıxış etdilər.
Sonda iştirakçılar "Dünyanın hər yerindən görünən zirvə" adı altında təşkil olunmuş sərgiyə baxış keçirdilər.
 
 
 
 
 
 
"Tarixə qızıl xətlə yazılan bayram"
"Tarixə qızıl xətlə yazılan bayram" 04.05.2010-cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı Nizani adına kitabaxana filialında "Tarixə qızıl xətlə yazılan bayram" başlığı altında Böyük Vətən müharibəsində qələbənin 65 illiyi ilə əlaqədar ədəbi bədii kompozisiya keçirdi.
Gecəni giriş sözü ilə 19 saylı Nizami adına kitabxananın müdiri Orucova Rəna açaraq bildirdi ki, mayın 9-da Böyük Vətən müharibəsinin 65 illiyi tamam olur. O öz çıxışında müharibə dövründə böyük döyüş şücaəti göstərmiş, qəhrəmanlardan, onların döyüşlərdə göstərdiyi igidliklərdən danışdı.. "Dünyaya sulh gərəkdir" mövzusunda çıxış edən kitabxananın kitabxanaçısı Verdiyeva Yeganə bildirdi ki, azərbaycan xalqı həmişə sülh tərəfdarı olub və insanları sülhə səsləyir.Sonra 27 saylı orta məktəbin müəllimi Sevda Əliyeva "9 may haqqın -ədalətin qələbəsi" adlı mövzu ilə çıxış etdi. "Tarixə qızıl xətlə yazılan bayram " adlı ədəbi kompozisiyada fəal oxuculardan Səmədli Ayaz, Məmmədzadə Sübhan, Ələkbərova Ruqiyə böyük qələbəyə həsr olunmuş şerlər söylədilər. Tədbirə dəvət olunmuş qonaqlar qələbənin 65 illiyi haqqında öz fikirlərini bildirdilər və sonda tədbirə həsr edilmiş sərgi ilə tanış oldular.
 
 
 
 
 
 
30 aprel 2010-cu il tarixli Gəncə şəhər Mərkəzi Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qərb regionunda yerləşən kitabxanalara metodiki köməkliyin həyata keçirilməsi haqqında , 26 aprel 2010-cu il 208 sayli əmrlə tanışlıq məqsədilə direktoryanı şuranın üzvləri ilə müşavirə keçirildi.
Müşavirədə əmrin surəti oxundu və şuranın üzvləri ilə birlikdə əmrdən irəli gələn vəzifələri yerinə yetirmək üçün 4 rayonun Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuz rayonlarının rəhbərləri və şöbə müdirləri ilə görüşmək və gələcək vəzifələri yerinə yetirilməsi məqsədilə iş planının tərtibi qarşıya qoyuldu.
 
 
 
 
 
 
Gəlin kitab oxuyaq
Gəncə şəhərində Gəlin kitab oxuyaq devizi altında keçirilən kitab aylığı ilə əlaqədar 23.04.2010 “ cu il saat 14:00 - da Mərkəzi kitabxananın oxu zalında növbəti tədbir: “Müasir gənclik kitab oxuyurmu? adlı dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakultəsinin tələbə və gənclər təşkilatının sədri Vahidzadə Ülkər və həmin fakultənin I, II, III kurs tələbələri, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının prorektoru Qasımova Afaq, riyaziyyat-informatika fakultəsinin dekan müavini Əmiraslanova Hicran və həmin fakultənin I,II kurs tələbələri və kitabxana işçiləri iştirak edirdi.
Tədbiri MKS-nin direktoru Əliyeva Elmira xanım açdı. O, insan həyatında kitabın və mütaliyənin əhəmiyyətindən danışdı və tələbələri dəyirmi masanın mövzusuna uyğun tərtib olunmuş suallar ətrafında fəal münasibət bildirməyə çağırdı. Sonra Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Qasımova Afaq xanım çıxış etdi. Mövzu ətrafında o da öz fikirlərini bildirdi və tələbələrə qoyulan məsələyə fəal münasibət bildirmələrini tövsiyyə etdi.
Dəyirmi masanın sualları ətrafında AMİ " nun riyaziyyat " informatika fakultəsinin II kur tələbələri Novruza Pərvanə, Əliyeva Roza, Əliquziyeva Günel, Bəkirova Gülminə, Baxışəliyeva Tamara, Seyidova Aysel, Abidova Könül, Rəhimova Çinarə, ADAU-nun Aqronomluq fakultəsinin I kurs tələbəsi Quliyev Sahib, Bayramov Vüsal, Əhmədov Azad və başqaları maraqlı fikirlər bildirdilər.
Məlumat biblioqrafiya şöbəsinin müdiri Məmmədova Tamella Gəncəm " qüdrətim mənim, Azərbaycan tarixi bədii ədəbiyyatda adlı sərgidə nümayiş etdirilən ədəbiyyatların xülasəsini verdi.
Tədbirin sonunda MKS-nin direktoru müavini Qədimova Fəridə xanım tədbir iştirakçılarına dəyirmi masada fəal iştiraklarına görə təşəkkürünü bildirdi və onlara öz mütaliyə dairələrini genişləndirmək üçün kitabxananın imkanlarından istifadə etməyi tövsiyə etdi.
 
 
 
 
Xanımana Əlibəylinin 90 illiyi
20.04.10-cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı filialında Uşaqların sevimlisiâ başlığı altinda Xanımana Əlibəylinin 90 illiyi ilə əlaqədar şeir gecəsi keçirildi.
Gecəni giriş sözü ilə 22 saylı filialın böyük kitabxanaçısı İsmaylova Tünzalə açaraq bildirdi ki, Aprel ayında yazıçı Xanımana Əlibəylinin 90 illk yubileyi şəhərimizin orta məktəblərində və kitabxanalarda da qeyd olunur. Uşaqların sevimli yazıçısı olan Xanımana Əlibəyli onlar üçün gözəl şerlər yazmış, körpə balalarımızı sevindirmişdir. Tədbirdə kitabxanaçı Quliyeva Günel X.Əlibəylinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi və qeyd etdi ki, gözəl yazıçımız Xanımana Əlibəyli əsərlərində vətənə məhəbət,insan əməyinə və istedadına ehtiram, ataya, anaya, müəllimə ümmumiyətlə böyüklərə hörmətdən yazdığını bildirirdi. Tədbirdə məktəblilərin ifasında şairənin şerlərindən parçalar söyləndi. Tədbirə dəvət olunmuş qonaqlar Xanımana Əlibəyli haqqında öz fikirlərini söylədilər.
Tədbirin sonunda məktəblilər və tədbir iştirakçıları şairənin yaradıcılığından bəhs edən sərgi ilə tanış oldular.
 
 
 
 
Gəlin kitab oxuyaq aylığına start verildi.
Hamınızı mütaliyəyə dəvət edirik.

Azərbaycanın əfsanələr paytaxtı titulunu qazanmış Gəncənin ictimai-siyasi həyatı bu ildə əlamətdar hadisələrlə zəngindir. Qarşıdan Azərbaycan elminə böyük töhfələr vermiş aqrar elm və təhsil məbədi Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi gəlir. Bu münasibətlə ADAU və mərkəzi şəhər kitabxanası birlikdə aprelin 20-dən mayın 20-dək Gəlin kitab oxuyaq aylığı keçirir.
Bu gün 20.04.2010-cu il saat 14:00 da Mərkəzi Kitabxananın oxu zalında Gəlin kitab oxuyaq aylığının açılışı oldu. Bu münasibətlə Sizi gözləyən xəzinə başlığı altında müxtəlif mövzularda ədəbiyyatları əks etdirən ədəbiyyata açıq-baxış keçirildi.
Tədbirdə ADAU-nin dosentləri Əsgərov Əlövsət, Vəliyev Şakir, İsmayılov Ceyhun, baş müəllim Muxtarova Pərvin, Novruzova Bəsti və Aqrar iqtisadiyyat fakültəsinin tələbələri iştirak edirdi.
Tədbiri Gəncə şəhər MKS-nin direktoru Əliyeva Elmira xanım açdı və gənclərə intellektual səviyyələrini artıqmaq üçün informasiya mərkəzi olan kitabxananın geniş imkanlarından istifadə etməyi tövsiyyə etdi.
Sonra məlumat-biblioqrafiya şöbəsinin müdiri Məmmədova Tamella Sizi gözləyən xəzinə başlığı altında təşkil olunmuş sərgidəki ədəbiyyatların xülasəsini verdi. Professor, folklorşünas, əməkdar mədəniyyət və təhsil işçisi Sədnik Paşa Pirsultanlı çıxış etdi və gənclərə geniş dünyagörüşünə malik olmaq üçün çoxlu kitab oxumağı tövsiyyə etdi və özünün qazandığı bütün uğurlara görə kitablara borclu olduğunu vurğuladı.
Mövzu ilə əlaqədar silsilə tədbirlərimiz ay ərzində davam edəcək. Maraqlananlar iştirak etsin.
 
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva