Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Untitled Document
 
 
 
 

 
 
T Ə D B İ R L Ə R
 
 

“Vətəndən kənarda xoşbəxtlik yoxdur”.
29.12.11-ci il saat 12.00 - da MKS-nin 1 saylı kitabxana filialında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Vətəndən kənarda xosbəxtlik yoxdur” başlığı altında söhbət keçirildi. Tədbirdə 4 və 6 saylı məktəbin  müəllim və şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü iə 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Kəmalə Həsənova açaraq “Həmrəylik Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Həmrəylik günü haqqında geniş məlumatla çıxış etdi. O bildirdi ki, “Həmrəylik Günü” 1992–ci ildən dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən xüsusi təntənə ilə qeyd edilir, Azərbaycan Respublikasında isə bu tarix dövlət bayramıdır. K.Həsənova çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü  münasibəti ilə hər il xalqa müraciət etməsini xüsusilə qeyd etdi.
Tədbirdə iştirak edən şagirdlərin vətənimizin bölünməzliyinə. xalqımızın birliyinə, həmrəyliyinə aid söylədiyi şeirlər tədbir iştirakçılarına xoş təəssuratlar bəxş etdi.
Sonda  1 saylı kitabxana filialının müdüri Züleyxa Məlikova  çıxış edərək  öz sözlərini Dövlət başçısı İlham Əliyevin: “Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir” –      sözlərilə bitirdi.

 
 

 
 


21 Dekabr tarixdə Gəncə şəhəri Mərkəzi kitabxananın oxu zalında Mərkəzi kitabxana və “İlham” ədəbi birliyinin birgə təşkil etdiyi şəhid-şair Nizami Aydının 50 illik yubileyi və şairin həyat yoluna həsr olunmuş yazıçı Qərib Mehdinin “Nizami Aydın şəhidliyi” kitabının təqdimat mərasimi keçirildi.
Yazıçı Qərib Mehdi şəhid-şair Nizami Aydının keçmiş olduğu  qısa, lakin şərəfli həyat yolundan danişaraq tədbiri açdı.
Tədbirdə şairin ailə üzvləri, qızı, bacıları yaxın dostları, şair dostları olan şairə Nüşabə, Xəzangül xanım, Aydın Murovdağlı, şairə Aləmzər Əlizadə, Hüseyn Əsgəroğlu, Ramiz Təmkin, Bahadur Fərman, Firəngiz İdrisqızı, Ümbülbanu xanım və s. iştirak edirdilər.
İştirakçılar şəhid-şair Nizami Aydın haqqında ürək dolusu, göz yaşları ilə müşahidə edilən xoş xatirələrdən, qısa, ancaq yaddaqalan yaradıcılığından xoş sözlərlə çıxış etdilər, ona həsr etdikləri şeirlərini oxudular. Onun ailə üzvlərinə, həyat yoldaşı, oğul və qızına Allahdan səbr,şairin ruhuna rəhmət  diləyərək çiçək dəstələrini qızı Səidə xanıma təqdim etdilər.
Mərkəzi Kitabxananın direktor müavini Fəridə xanım Qədimova çıxış edərək tədbirin təşkilində və keçirilməsində yaxından kömək etdiyinə görə yazıçı Qərib Mehdiyə, səmimi və hörmətlə iştirak etdiklərinə görə bütün iştirakçılara öz minnətdarlığını  bildirdi.
Sonda yazıçı Qərib Mehdi şairin həyat və yaradıcılığından bəhs edən “Nizami Aydın şəhidliyi” kitabından bir neçə nüsxə şəhid-şairin  50 illik yubileyinin işığına toplaşanlara, onun ailə üzvlərinə və Mərkəzi Kitabxanaya təqdim etdi.

 
 
 
 

 
 


12 dekabr 2011 ci il tarixdə Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə Gəncədə də anım tədbirləri keçirildi.
Gəncənin mərkəzində Heydər Əliyevin adını daşıyan meydanda ilk olaraq şəhər rəsmiləri onun şərəfinə ucaldılan abidəni ziyarət edərək, önünə tər güllər düzüblər. Daha sonra şəhər içtimaiyyəti nümayəndələri abidə üzərinə gül-çiçək dəstələri qoyaraq H.Əliyevə öz ehtiramlarını bildiriblər.

 
 

 
 


ABŞ-lı xanım biznesmenlər Gəncəyə səfər edib.

05-06 dekabr 2011-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə səfər edən sahibkar qadınlar məsələləru üzrə ABŞ mütəxəssisi xanım  Alisia Morqa  Gəncə şəhər Mərkəzi Kitabxanada yerləşən Amerika Mərkəzində  görüş keçirib.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi xüsusən regionlarımızda biznes fəaliyyətilə məşğul olmaq arzusunda olan qadınların maraqlarından danışıb. Belə ki,  internet marketinqi sahəsində uğur qazanmış xanım iş adamı Alisia Morqa səfirliyin dəstəyi ilə Azərbaycanın bölgələrində olaraq öz biznes uğurları haqda təcrübəsini bölüşdü.Buradakı çıxışında amerikalı xanım biznesmen öz həyatı və karyera addımları barədə ətraflı məlumat verib. Latın Amerikalı mənşəli xanım Morqa bildirib ki, doğulduğu çoxuşaqlı ailədə bir sıra maddi çətinliklərlə üzləşib. Bununla belə, sərbəst həyata atılarkən öz çalışqanlığı sayəsində tez bir zamanda uğur qazanaraq kifayət qədər varlı bir insana çevrilib. Nüfuzlu Stanford universitetində təhsil almağa müvəffəq olan xanım Morqa təhsil və biznes  sahəsində uğurlar haqda hekayəsini gənclərlə bölüşüb.

 
 
 
 

 
 


03.11. 2011 ci il tarixdə saat 15 - 00 da Mərkəzi Kitabxananın Oxu zalında "Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu" adlı maarifləndirici aksiyanın keçirilməsinə start verildi.
İlk öncə İcra hakimiyyətinin məsul işçisi Bədəlov Yadigar tədbir iştirakçılarını salamladı və nəsillərarası münasibətlərdən danışdı. Bədəlov qeyd etdi ki, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütamadi olaraq ailədə və cəmiyyətdə milli dəyərələrin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətinin tərənnümü istiqamətində maarifləndirmə kampaniyası həyata keçirilir.
Maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə komitə tərəfindən "Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu" adlı aksiya  başladı.
   Sonra çıxış üçün söz  iştirakçılara verildi.
.        Tədbirdə Azərbatcan Texnologiya Universitetinin, GDU-nin, Müəllimlər institutunun, Uşaq yaradıcılıq , Rəssamlıq və İncəsənət məktəblərinin tələbələri, həmçinin veteranlar, yeniyetmələr iştirak edirdilər. Tədbirdə rəsm sərgisi və rəqslər nümayiş etdirildi. Yaxşı cıxış edən iştirakçılara hədiyyələr verildi. Bu tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

 
 
 
 

 
 


“QİCS-ə qarşı yox de!"

01 Dekabr tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın oxu zalında QICS-ə qarşı Umumdunya Mübarizə günü ilə bağlı “QİCS-ə qarşı yox de" adlı məruzə edildi.
Məruzəni oxu zalının kitabxanaçısı Aytən Əliyeva etdi. “QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəifliyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar.
Bu xəstəliklər ölümlə nəticələnir.”Məruzəni dinləmək üçün GDU-nun bir sıra tələbələri, M.C.Paşayev adına 39 saylı tam orta məktəbin şagirdləri, Gəncə Mədəniyyət və Turizm idarəsinin inspektoru Bəxtiyar Muradov, Gənc Vətənpərvərlər Birliyinin Gəncə nümayəndəsi Elçin Axundov, birliyin üzvlərindən Elnur Rüstəmov, Mikayil Əlizadə, Sevinc Əliyeva, Samirə Dadaşova, kitabxananın bir neçə əməkdaşı iştirak etdi.

 
 


"Bütün uşaqlar bərabər hüquqlara malikdir”

”Bütün uşaqlar bərabər hüquqlara malikdir” 28 noyabr tarixdə Gəncə səhər Mərkəzləsdirilmis Kitabxana Sisteminin Uşaq şöbəsi Beynəlxalq uşaq hüquqlarının müdafiəsi günü ilə bağlı “Körpələr evində” görüş keçirdi. Görüşdə İcra hakimiyyətinin nümayəndəsi Bədəlov Yadigar Gəncə Mədəniyyət və Turizm idarəsinin inspektoru Bəxtiyar Muradov və kitabxananın bir neçə əməkdaşı iştirak etdi.
İlk öncə Uşaq şöbəsinin müdiri Əliyeva Məhəbbət tədbir iştirakçılarını salamladı və sözü İcra hakimiyyətinin nümayəndəsi Bədəlov Yadigar müəllimə verdi.
Y.Bədəlov bildirdi ki, “Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın böyüyüb tərbiyə olunmasının, təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilmişdir”.
Sonra söz Mədəniyyət və Turizm idarəsinin inspektoru Bəxtiyar Muradova verildi. B.Muradov uşaqların hansı hüquqlara malik olmalarından danişdı. O, qeyd etdi ki, hər bir uşağın yaşamaq, həyat və sağlamlığının mühafizə edilməsi, azadlıq və şəxsi toxunulmazlıq, vicdan, fikir və söz azadlıq hüququ vardır.
Tədbirin sonunda kitabxana tərəfindən körpələr evinə 233 ədəd kitab hədiyyə olundu. Sonda uşaqlarla birgə xatirə şəkilləri çəkildi.

 
 
 
 

 
 


“Heydərbabaya salam” əsərinin müzakirəsi keçirildi."

Noyabr 2011-ci il 23 tarixdə Mərkəzi Kitabxananın “İntellektual mütaliə mərkəz”ində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinin müzakirəsi keçirildi.
Tədbiri Metodiki işlərin təşkili şöbəsinin müdiri Abbasova İradə açdı və sözü 5 saylı məktəbin müəllimi Nafilə Cəfərovaya verdi.Nafilə xanım ilk öncə Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı, “Heydərbabaya salam” poemasının yazılması, poemanın Azərbaycan ədəbiyyatında “Ədəbi hadisə” olması, poemanın hər sətrində anaya, doğma yurda tükənməz məhəbbət tərənnüm edildiyindən ətraflı danışdı.
Sonra İradə Abbasova iştirakçılara müraciət edərək onlarlı müzakirədə fəal olmağa çağırdı. Məktəbli oxucular bir-bir söz alıb cıxış etdilər. 5 saylı məktəbin 8-ci sinif şagirdi Nigar Əliyeva öz fikrini söylədi: “Heydərbabaya salam” poeması Şəhriyarın şah əsəridir.
Bu əsər Şəhriyarın ölməzlik heykəlidir. Mehdiyev Xaqani: Məni “Heydərbabaya salam”əsərinin sadəliyi, xəlqiliyi valeh edir. O, xalqı birliyə, mübarizəyə, əsarət zəncirini qırmağa çağırır. Hüseynov Elnur: Böyük şairimiz M.Şəhriyarın “Heydərbabaya salam” poeması xalqımızın epopeyasıdır. Bu əsər milli birlik, milli ruh, özünəqayıdış, milli ləyaqət kimi keyfiyyətlər tərbiyə edir.
Tədbirdə 5 saylı məktəbin müəllimləri və 8-ci sinif şagirdləri iştirak edirdilər. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əliyeva Elmira tədbir iştirakçılarına müzakirədə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və milli şüur və milli ləyaqəti formalaşdıran belə əsərləri tez-tez mütaliə etmələrini tövsiyə etdi.

 
   
 

 
 


“Nagil saati"

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialında 30.12.11.-ci il tarixində saat 11:00-da Gülzar İbrahimovanın “İlanlı Dərənin sirri, Bir zalım şah var idi ”adlı nağıl saatı keçirildi.
Nağıl saatında Gəncə Avtomobil Zavodunun qəsəbəsində yerləşən uşaq bağçasının fidanları və qəsəbənin balaca sakinləri iştirak edirdilər. Tədbiri filialın böyük kitabxanaçısı İsmayilova Tünzalə açaraq, uşaqları salamladı.Daha sonra isə uşaqlar” İlanlı Dərənin sirri” nağılı ilə yaxından tanış oldular.
Nağıl dinlənildikdən sonra isə nağıl və nağıl qəhrəmanları haqqında balacalarla sual-cavab keçirildi.
Tədbir bütün balacalar tərəfindən maraqla qarşılandı.

 
   
 

 
 


“ 15-19 noyabr - Prezident Kitabxanasında kitabxanaçıların respublika treninqi keçirilmışdır"

15-19 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı, Gəncə, Quba və Hacıqabul şəhərlərinin kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi sahəsinə məsul olan bir qrup mütəxəssislərinin respublika treninqi keçirilmişdir.
Treninqdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq respublika kitabxanalarının dünya informasiya məkanına inteqrasiyası işini sürətləndirmək məqsədilə onlarda müasir tələblərə cavab verən elektron kataloq, elektron resurs və web saytın təşkili, internetə çıxışı və sair mövzullarda təlimlər keçirilmiş, qabaqcıl təcrübə nümünələri təhlil edilmiş, kitabxana-informasiya xidmətinin müxtəlif aspektləri üzrə müzakirələr aparılmışdır.
Treninqin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və Prezident Kitabxanasının birgə sertifikatları təqdim olunmuş, belə təlimlərin faydalı olduğu vurğulanmış və mütəmadi olaraq keçirilməsi qərara alınmışdır.

 
 
 
 

 
 


“12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür"

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 14 ildir ki, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.

 
 

 
 


“9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı günüdür"

04.11.2011- ci tarixdə saat 12-00 - da Mərkəzi Kitabxananın “İntellektual mütaliə mərkəz”ində “Dalğalan üçrəngli bayrağım, enməyən qürurum” adlı viktorina keçirildi. Tədbirdə 27 saylı litseyin məktəbin şagird və müəllimləri iştirak edirdilər. Tədbiri Metodiki işlərin təşkili şöbəsinin müdiri Abbasova İradə açaraq tədbir iştirakçılarını salamladı və bayraq günü münasibətilə iştirakçıları təbrik etdi.Viktorinanı başlamaq üçün iki komanda təşkil olundu. Hər iki komandaya sualları məktəbin müəllimi Bayramov Akif verdi. “Kəpəz” və “Şimşək” komandaları viktorinanın sualalrına yetərincə cavab verdilər. Sonda “Kəpəz” komandası qalib oldu. Məktəbin şagirdlərindən Əhədli Fəridə, İmanov Ruslan, Quliyev Turqay, Qurbanov Ruzigar, Cəlilzadə Rəvan, Ələkbərov Tural, Quliyev Sənan, Mustafayev Cavadxan, Həsənli Tural, Quliyeva Gülmin, Hüseynov Nəriman və digərləri suallara ətraflı və dolğun cavab verdilər. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Qədimova Fəridə tədbir iştirakçılarına viktorinada fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi, təhsillərində uğurlar arzuladı, şagirdlərin Azərbaycana layiqli övlad və vətəndaş kimi yetişmələrində mühüm rolu olan məktəb müəllimlərinə minnətdarlıq bildirdi. Sonda Abbasova İradə Mərkəzin kitab fondundan bəhrələnməyə və mütaliə dairələrini genişləndirmək üçün mərkəzın imkanlarından istifadə etməyi tövsiyə etdi.

 
 
 
 

 
 
“Qurban bayramınız mübarək olsun!"
Əziz Müsəlman bacı və gardaşlar, sizi Qurban Bayramı münasibəti ilə təbrik edirik , Allah bütün qurbanlarınızı, ibadətlərinizi və dualarınızı qəbul etsin! Bayramınız mübarək!
 
 

 
 
“"Haqq nurundan yaranmış şair"
24 oktyabr 2011-ci il tarixdə MKS-in 16 saylı kitabxana filialında Dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə münasibətilə "Haqq nurundan yaranmış şair" mövzusunda musiqili ədəbi-bədii kecə keçirildi.Tədbiri kitabxananın filial müdiri Axundova L. açıq elan etdi və Nizami Gəncəvinin yaradəcələğə haqqında qısa məlumat verdi. 13 və 24 saylı məktəbin şagirdləri A.Nicat "Sənsiz", C.Nailə, M. Aysel və A.Ayşən tarın sehirli səsi altında N.Gəncəvinin qəzəllərini ifa etdilər.
 
 

 
 


20 Oktyabr tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Respublikasının Müstəqilliyinin bərbasının 20-ci ildönümü münasibətilə “Dövlət Müstəqilliyimiz Tarixi Nailiyyətimizdir” adlı dəyirmi masa təşkil edildi.
Tədbir M. Maqomayevin “Azərbaycan” mahnısı ilə başladı. Tədbiri Mərkəzi Kitabxananın müdiri Elmira Əliyeva açaraq qonaqları və iştirakçıları bayram münasibətilə təbrik etdi. Sonra çıxış ucun “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurova söz verildi.
Dəyirmi masada həmçinin Gənc Vətənpərvərlər Birliyinin Gəncə nümayəndəsi Elçin Axundov, GDU-nun Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, şair Bahadur Fərman, Sahib Axundov, Aləmzər Əlizadə, GDU və ADAU-nun tələbə və gəncləri iştirak edirdi.
Məlumat Biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova tədbir iştirakçılarına müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı təşkil olunmuş sərgidəki kitabların H.Əliyev “Müstəqillik yollarında” I, II, II c., “Azərbaycan” Milli Ensiklopediya, “Azərbaycan”, A. Məmmədov “Prezident imzası, prezident qayğısı”, İ. Hüseynova “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, İ. Quliyev “Müstəqil Azərbaycan”, “Azərbaycan Xalq Cumhuriyyəti” ensiklopediya və s. xülasəsini etdi.
Tədbirin sonunda Z. Xanbabayevanin ifasinda “Azərbaycan” mahnisi diskdə səsləndirildi. İştirakçilar sonda sərgiylə yaxından tanış oldular. Oktyabrın 14 tarixindən etibarən oxu zalında Universitet tələbələrinə “Məlumat Günü” adlı xülasə edilir.

 
   
 

 
 


Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 19.X.11-ci il tarixində,saat 1200-da “Bədii sözün tanrısı, poeziyamızın günəşi,ölməz Nizami” başlığı altında sərgi keçirildi.
Əlçatmaz sənət zirvəsi sözün qüdrəti ilə, şerin sehri ilə peyğəmbərlərdən sonra yer tutan, Gəncə şəhərinin iftixarı olan - Şeyx Nizami Gəncəvi.
Bu ilin sentyabr ayında şairin 870 illiyi tamam olur. Ölməz şairin adı ilə şöhrət tapan şəhərdə əlamətdar yubileyə geniş hazırlıq işləri görülür. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə ali və orta təhsil müəssisələrində, bütün elm və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Bu məqsədlə bizim kitabxanada sərgi təşkil olundu. Sərgi oxuculara böyük kitabxanaçı Mirxudayeva Könül tərəfindən təqdim olundu.
Burada Dahi Nizaminin məşhur “Xəmsə”si-“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi beş əvəzsiz incisi, poemaları, qəzəlləri, müxtəlif illərdə çar olunmuş kitabları, habelə Nizamişünas alimlərin müxtəlif mövzuda ölməz şairə həsr etdikləri əsərlər nümayiş etdirildi.O cümlədən onun haqqında dövrü mətbuatda çıxan yazılar, onun əsərlərindən nümunələr nümayiş etdirildi. Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Çünki dahi şair Gəncənin adını bütün dünyada məşhur edibdir, bu torpaqda yaşayıb-yaradıbdır. Gəncə deyilən də dahi Nizami, Nizami deyiləndə qədim Gəncə göz önünə gəlir. Bir sözlə ölməz Nizami Gəncədə, Azərbaycanda, bütün türk elinin hər bir qədirbilən insanın qəlbindədir.

 
 
 
 

 
 


“Azadlığın çətin yolu”.

17.10.11-ci il saat 13.00-da MKS-nin 1 saylı kitabxana filialında Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar “Azadlığın çətin yolu” başlığı altında söhbət keçirildi. Tədbirdə 4 və 5 saylı məktəbin şagirdləri iştirak edirdilər. Söhbəti 1saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə açdı.
O, “Azadlığın çətin yolu” başlığı altında söhbətində 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası ali sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstututsiya Aktının qəbul olunmasından,bu mühüm tarixi sənədlə xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmasından və Azərbaycanın tarixində yeni dövrün başlanğıcının qoyulmasından danışdı.
Əliyeva İ çıxışında Azərbaycan Respublikasının ilk dəfə 1991-ci ildəTürkiyə Cumhuriyyəti tərəfindən tanınmasını xüsusi vurğuladı və müstəqilliyimizin 1993-cü ilin əvvəllərində 116 dövlət tərəfindən tanındığını qeyd etdi.
Tədbirin sonunda Əliyeva İlhamə Prezident İlham Əliyevin həmişə öz xalqına arxalandığını və gələcəkdə də daha böyük işlər görəcəyini, dahi siyasətçi Heydər Əliyevin yorulmaz və gərgin yolunu davam etdirəcəyini xüsusi vurğuladı.
Kitabxanada Azərbaycan Respublkası Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı sərgi təşkil olunmuşdur.

 
 
 
 

 
 
“Müstəqil Azərbaycan Respublikasını Heydər Əliyevin şah əsəridir"
18.10.2011- ci tarixdə saat 11-00 - da Mərkəzləşdirilmiş kitabxananın “İntellektual Mütaliə Mərkəz”ində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Heydər Əliyevin şah əsəridir” mövzusunda sual – cavab gecəsi keçirildi.
Tədbirdə 27 sayli litsey məktəbinin 7-ci sinif şagirdləri iştirak edirdilər. Tədbiri “İntellektual Mütaliə Mərkəz”inin işçisi Abbasova İradə açdı və qısa olaraq qeyd etdi ki, müstəqilliyin ilk illərində xalqımız ciddi problemlərlə üzləşmişdir, 1993-cü ildə respublikada siyasi hakimiyyətə qayıdan ulu öndər ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimizin əbədi və dönməz olması üçün möhkəm zəmin yaratmışdır. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.Bir vaxtlar müstəqil Azərbaycanın başı üzərində cəmi 23 ay dalğalanan üçrəngli bayrağımızın ən yüksək nöqtədə, həm də əbədi dalğalanmasını təmin etmişdir. Bu bayraq artıq 20 ildir ki, xalqın qürur mənbəyi kimi dalğalanır və əbədiyyətə qədər dalğalanacaqdır.
Sonra tədbirə dair suallar verildi. • Müstəqil Azərbaycan dövləti nə vaxt yaranmışdır? • Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi nə vaxtdan qeyd olunur? • Müstəqil Azərbaycan dövlətinin qurucusu kim olmuşdur? • Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncam nə vaxt verilmişdir? • Azərbaycan Respublikasının dövlət rəmzləri hansılardı? • Azərbaycan Respublikasının himninin sözlərini və musiqisini kim yazmışdır? və başqa suallara iştirakçılar dolğun cavablar verdilər. Bu tədbir gənc nəsldə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə, bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə hissi aşılayır, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.
 
   
 

 
 
“Müstəqilliyimiz əbədi və dönməzdir - başlığı altında şer gecəsi ”
14.10.2011-ci il tarixdə saat 11-30-da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı Nizami adına kitabxanasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildnümü münasibəti ilə “Azərbaycan doğma diyar” adlı şer gecəsi keçirildi.
Tədbiri kitabxananın böyük kitabxnaçısı Cəfərova Atlaz açdı.Tədbir iştirakçılarını bu yubileylə əlaqədar təbrik etdi və Azərbaycan diyarında günü-gündən gözəlləşən vətənimizin ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirən prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində nail olduğunu vurğuladı, hamiya uğurlar dilədi.
Sonra səz 27 saylı məktəbin tarix müəllimi Akif Əliyevə verildi. Akif müəllim çıxış edərək ulu öndər Heydər Əliyevin Müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərini vurğulamışdır
Tədbirdə 27 saylı məktəbin şagirdləri vətənə, müstəqilliyə dair şerlər söyləmişlər. Şagirdlərdən Balakişiyeva Zenfira” “Azərbaycan”, Nəsirova Fatima “Ayağa dur Azərbaycan”, Ələkbərova Aysel “Vətənim”, Nail Məmmədov “Bayraq” şerlərini ifa etdilər.
Tədbirdən sonra “Müstəqil Azərbaycan” başlığı altında sərgidəki kitablar haqqında Cəfərova Atlaz xülasə verdi.
 
 
 
 

 
 
5 oktyabr 2011-ci il tarixində İİR-nın Gəncədə ilk dəfə rəsmi mədəniyyət həftəsinin açılış mərasimi keçirildi. İlk öncə qonaqlar dahi şairin məğbərəsini ziyarət etdilər. Sonra tədbir Gəncə Dövlət Universitetində davam etdi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, İİR-nın Mədəniyyət və İslami İrşad Naziri Seyyid Muhəmməd Huseyni və rəsmi şəxslər, mətbuat nümayəndələri, ziyalılar, ali və orta təhsil müəssisələrin rəhbərləri iştirak etdilər.
Burada Mədəniyyət və incəsənət sərgisinə baxış keçirildi.
Sərgidə müxtəlif sənətlər üzrə nadir incilər nümayiş olunurdu. Taxta üzərində oyma, şüşə fiqurlar, əl yazmalar, xalçalar və s. sənət əsərləri sərgidə iştirak edənləri valeh etdi.
Tədbir zamanı qonaqlar Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi dahi “ Nizami Gəncəvinin 870” illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
 
 
 
 
 
 

 
  “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür”
Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb.
Bu qərarla təşkilatda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Müstəqil Azərbaycanda bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Əziz müəllimlər peşə bayramınız mübarək!
 
 

 
  “Vətənimə bir çələng hördüm,çiçəyi musiqi,yarpağı şer;”
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 03.10.11-ci il tarixində,saat 1200-da “Vətənimə bir çələng hördüm,çiçəyi musiqi,yarpağı şer”başlığı altında ədəbi bədii-gecə keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın müdiri Hacıyeva Natella Azərbaycanda turizm sahələrinin inkişafı haqqında qısa n məlumat verdi və qeyd etdiki Azərbaycanın şair və bəstəkarlarının öz əsərlərində Vətənimizin dilbər guşələrinin yetərincə tərənnüm etmişlər. Bu gün biz tədbirimizin ədəbi hissəsində həmin şeir və mahnılardan istuifadə edəcik
Tədbirdə GDU-nin, ADAU-nun tələbələri;3 saylı musiqi məktəbinin və 25, 39, 44 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Sonra tədbirdə iştirak edən şagird və tələbələr ardıcıl olaraq, Azərbaycana,yaxud ayrı-ayrı bölgələrimizə həsr olunmuş şerlər söylədilər və nəğmələr ifa etdilər.
Tədbirin sonunda mövzu ilə bağlı tərtib olunmuş sərgiyə baxış keçirildi.
 
 
 
 

 
  "İpək yolu ilə”
30 sentyabr 2011 ci il tarixdə Gəncə şəhərində Azərbaycan dövlətinin müstəqilliyini əldə etməsinin 20 illiyi münasibəti ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Kitab karvanı: İpək yolu ilə" başlığı altında uşaq və yeniyetmələr üçün Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində kitab sərgisi təşkil edildi. Tədbirdə Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova, yazıçı Nüşabə Məmmədli və Rafiq Yusifoğlu iştirak edirdilər.
 
 
 
 
 
 

 
  "Nizaminin hikmət gülüstanı"
29.09.2011-ci il tarixdə Gəncə şəhər MKS-nin Səyyar şöbəsi 47 saylı Körpələr evi uşaq baxçası ilə birgə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə “Nizaminin hikmət gülüstanı” adlı ədəbi–bədii gecə kecirmişdir. Səyyar şöbə “Nizaminin hikmət gülüstanı” adlı sərgi ilə baxçanın tədbirində iştirak etmişdir. Tədbirdə uşaqların ifasında Nizami Gəncəvinin “Yeddi gözəl”, “Xeyir və Şər”, “Sirlər xəzinəsi” poemalarından səhnələr göstərdilər, dahi şairin bir çox qəzəllərini ifa etdilər, rəqs etdilər.
Tədbirin sonunda Səyyar şöbənin təşkil etdiyi sərgiylə tədbirdə iştirak edən qonaqlar və uşaqlar tanış oldular.
Tədbir dahi şair Nizami Gəncəvinin “Sənsiz” romansı ilə sona çatdı.
 
 
 
 

 
  "Sigismazsan qaranliq, dar zindana Nizami!”
27 sentyabr tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Dünya ədəbiyyatı korifeylərindən biri, Azərbaycan xalqının böyük mütəfəkkir şairi Nizami Gəncəvinin 870 illik yubileyi münaibətilə “Sığışmazsan qaranlıq, dar zindana Nizami!
Günəş kimi işıq saç bu cahana Nizami!” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
Tədbiri oxu zalının müdiri Aida Abdullayeva açıq elan edərək, sözü Gəncə Dövlət Universitetinin professoru, Nizamişünas Xəlil Yusifliyə verdi. Xəlil Yusifli dahi şair Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında geniş məzmunlu çıxış etdi.
Çıxışdan sonra söz musiqiyə verildi. Gəncə şəhər Qəmbər Hüseynli adına Musiqi Texnikumunun vokal müəllimi, əməkdar artist Sevinc İbrahimova N.Gəncəvinin sözlərinə yazılmış “Qəmər nə lazım” və lirik mahnı ifa etdi. Sonra söz fəlsəfə doktoru, Nizamişünas Sabir Həsənzadəyə verildi.
Tədbirdə həmçinin Gəncə Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradov, Gənc Vətənpərvərlər Birıiyinin Gəncə nümayəndəsi Elçin Axundov, şairlərdən Sahib Axundov, Bahadur Fərman, Nadir Ovçu, Aləmzər Əlizadə, Ramiz Təmkin, “Xocalının səsi” qəzetinin baş redaktoru, şair-jurnalist Qasım Qırxqızlı, M.Ə.Sabir adına 5 saylı pilot tam orta məktəbin şagirdləri, GDU-nun tələbələri iştirak edirdilər.
Nizami Gəncəvi gecəsində şairin qəzəllərinə yazilmış Qəmbər Hüseynli adına Gəncə Musiqi Musiqi Texnikumunun vokal müəllimi Mehbarə Cəfərovanın ifasında “Gülüm” romansı,
Vokalçı Vasif Bayramovun ifasında “Yenə tövbə evimi” Rahib Qəribovun ifasında sazda “Ruhani” ifa olundu. Gəncə Uşaq evinin direktoru Nazilə İsmayılova və dərnək rəhbəri Kəmalə Ramazanovanın rəhbərlik etdiyi uşaqlardan ibarət kollektiv Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından bir səhnə və şairin hikmətli sözlərində ibarət kompozisiya ilə çıxış etdilər.
Sonda Rüstəm Cəfərovun ifasında şair Nizami Gəncəvinin “Sənsiz” romansı gecədə ifa olundu.
MKS-nin direktoru Elmira Əliyeva gecənin qonaqlarına və bütün iştirakçılara öz minnətdarlığını bildirərək tədbiri bağlı elan etdi.
Tədbirin sonunda iştirakçıkar Azərbaycan xalqının böyük mütəfəkkir şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə bağlı təşkil olunmuş geniş kitab sərgisi və Gəncə şəhər Rəsm qalereyasının işçisi Məhbubə xanımın N. Gəncəvinin əsərlərindən ibarət hazırlanmış əl işləri ilə tanış oldular.
 
 
 
 
 
 

 
  "Üzeyir dünyası"
27 Sentyabr 2011-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Musiqi not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü və 18 sentyabr Milli Musiqi günü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, UHESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanin təşəbbüsü ilə nəşr olunmuş “Üzeyir dünyası”kitabları kolleksiyasının xülasəsini iştirakçılara çatdırdı.
“Üzeyir dünyası” layihəsi üzrə aşağıdakı 7 kitab nəşr edilib:
1. Üzeyir Hacıbəyli “ Ömür salnaməsi”. Baki, “Şərq-Qərb” 2008, 392 səh.
2. Üzeyir Hacıbəyli Ensiklopediyası. Bakı. “Şərq-Qərb” 2008, 240 səh.
3. Üzeyir Hacıbəyli “Bədii və publisistik əsərlər”. Bakı, “Şərq-Qərb”2008, 544səh
4. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” .Bakı, “Şərq-Qərb” 2008, 232 səh.
5. Üzeyir Hacıbəyli “O olmasın bu olsun”. Bakı, “Şərq-Qərb” 2008, 144 səh.,br> 6. Üzeyir Hacıbəyli “Arşın mal alan”. Bakı, “Şərq-Qərb” 2008, 168 səh.
7. Üzeyir Hacıbəyli “Koroğlu”, Bakı, “Şərq-Qərb” 2008, 472 səh.
 
 
 
 

 
  "Dünya klassik ədəbiyyatının güzgüsü”
22.09.2011-ci il tarixdə saat 11-00-da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami adına kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı “Dünya poeziyasının sönməz günəşi” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir dahi Nizaminin “Sənsiz” romansının səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Gəncə şəhər MKS-nin direktoru Əliyeva Elmira açaraq Nizami poeziyasının işığına yığışanları salamldı və öz çıxışında Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı respublikanın mədəniyyət müəssisələrində ,eləcə də Gəncədə təşkil olunmuş tədbirlərin davamlı olacağından danışdı. Sonra söz Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alimə verildi.O , XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof - şair dahi Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmasından ətraflı danışdı və dahi şairə həsr etdiyi yeni şerini oxudu. Tədbirdə şairlərdən: Kərəm Həsənov, Arzu Paşayev, Nadir Ovçu, Sabir Həsənzadə, Aləmzər Əlizadə iştirak edirdilər. F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin kollektivinin çıxışlları tədbiri daha canlı və maraqlı etdi.Abbasov Hüseyn dahi bəstəkar Ü.Hacıbəyovun dahi Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan”,”Sənsiz” romanslarını ifa etdi. Tədbirdə Zirvə tədris mərkəzinin tələbələrindən Əjdərzadə Şəhanə, Şahbazlı Türkan, Musayeva Şəlalə, İbrhimova Firuzə, Kazımova Gülnarın ifasında dahi şairin “Ay üzlü nigarım kimə mehman olacaqsan?”, “Mümkündür məni qurban edəsən” ,”Qöncə kimi min dərdə könül doldu cəfandan” ,”Diləyirdim mənə sən bir gecəlik yar olacaqsan “,“Baxsan cəmali- yarə, bir laləzar görərsən”, “Vaxtı gəlmiş fələyin zərləri heyrətdə olar” qəzəlləri dinlənildi. Tədbirin sonunda şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Muradov Bəxtiyar tədbir iştirakçılarına : ziyalılara, şairlərə , F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin kollektivinə, Zirvə tədris mərkəzinin müəllim və tələbələrinə iminnətdarlığını bildirdi.
 
 
 
 

 
  "Nizami Gəncəvi - 870”
21 .09.2011-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi münasibətilə “Nizami Gəncəvi - 870” başlığı altında kitab sərgisi təşkil olunmuşdur.
Sərgidə dahi şairin dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") daxil olmaqla ,Hikmət və nəsihətlər, Qəzəllər. Lirika, Miniaturlər və Abdullayev H.B."Nizami Gəncəvinin elm dünyası", Apoyev Bayram "Nizami Gəncəvinin pedaqoji görüşləri", Araslı H. "Nizami və türk ədəbiyyatı", Arzumanlı Vaqif "Nizami Gəncəvinin dünya şöhrəti" kitabları sərgidə əks olunmuşdur.
Kitabxananın müdiri Məmmədova Zeynəb sərgidə nümayiş edilən kitablar haqqında iştirakçılara qısa məlumat verərək bildirdi ki. Nizami Gəncəvi əsərləri bəşəriyyət tarixində özünəməxsus mövqe qazananmış, yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dillərində tərcümə olunmuşdur.
Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Tədbirdə 23 saylı məktəbin şagirdləri iştirak edirdilər
 
 
 
 

 
 
21 Sentyabr tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında dahi Azərbaycan şairi "Nizami Gəncəvinin 870" illik yubileyi münasibətilə görüş keçirildi.
Tədbir giriş sözü ilə Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradov açdı. B.Muradov çıxışında Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı şəhərdə gedən hazırlıq işlərini iştirakçıların nəzərinə çatdıraraq bildirdi ki,Nizami Gəncəvi əsərləri dövrümüzə qədər gələn və bəşəriyyət tarixində özünəməxsus mövqe qazanan, oxunan, tətbiq edilən əsərlər olduğunu bildirdi. Tədbiri Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim açaraq qonaqları salamladı və dahi Nizami Gəncəvinin həyat və yaradıcılıq yolundan danışdı.
Tədbirdə yazıçılar-Səadət Ələkbərova, Kərəm Həsənov, Arzu Paşayev, Nadir Ovçu, Oruc Göyçəli, Sabir Həsənzadə, İlyas Nağıyev, Aləmzər Əlizadə iştirak edirdilər.
Tədbirdə həmçinin aşıqlar İlqar Nəcəfoğlu, Saleh Tağıyev saz havasında rəngarən musiqilərlə çıxış etdilər.
44 saylı orta məktəbin VII sinif şagirdi Sevil Əliyeva Nizami Gəncəvinin “Sultan Səncər və qarı” şerini ifa etdi. Məktəblilər Fidan Məmmədova, Zəhrabəyim Məmmədova, Ellada Məmmədova, Şəhlanə Əjdərzadənin ifasında dahi şairin “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər”, “Sənsiz”, “Ay üzlü nigarım” qəzəlləri ifa olundu.
Tədbirin sonunda MKS-nin direktoru Elmira Əliyeva çıxış etdı. Aşıqların ifası ilə tədbir bağlandı.
 
 
 
 

 
  "18 Sentyabr- Milli Musiqi günü.”
MKS-nin Musiqi not fonoteka şöbəsində “18 Sentyabr- Milli Musiqi günü” ilə bağlı “Musiqi əsl ümumbəşəri dildir” başlığı altında sərgi təşkil olunmuşdur.
Sərgidə Azərbaycan professional musiqimizin banisi Üzeyir Hacıbəyovla yanaşı görkəmli musiqiçilər Müslüm Maqomayev,Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Bülbül, Rəşid Behbudov, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər dünya şöhrətli bəstəkarlarımızın, musiqiçilərimizin, müğənnilərimizin haqqənda nəşr olunmuş əsərlər, audio kasetlər, CD disklər nümayiş etdirilmişdir.
 
 
 
 

 
  Yaşar Nuri-60
16 Sentyabr 2011-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Musiqi Not-Fonoteka şöbəsinin kitabxanaçı Sevda Baxşiyeva Xalq artisti, aktyor Yaşar Nurinin anadan olmasının 60 illiyi münasibətilə “Yaşar Nuri-60” adlı söhbət kecirdi. Söhbətdə S.Baxşiyeva görkəmli aktyorun həyatından, səhnəyə ilk addımlarından və istər teatrda, istərsədə kinoda, teleekranda yaratdığı canlı,təravətli,dadlı-duzlu rolları haqqında iştirakçılara geniş məlumat verdi. Sentyabrın ayının 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan teatr sənətinin inkişafındakı fəaliyyətinə görə xalq artisti Yaşar Nurini “Şöhrət” ordeni ilə təltif edib. Ad gününüz mübarək!
 
 
 
  Azərbaycanda "Bilik Günü"dür.”
2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir. Bundan əlavə, 2004-2005-ci dərs ilindən etibarən Azərbaycanın ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq olunur.
Yeni dərs ilniz mübarək!
 
 
 
 
 
  Dünya poeziyasının sönməz günəşi”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir.
15.09.2011- ci tarixdə saat 11-00 - da Mərkəzləşdirilmiş kitabxananın “İntellektual Mütaliə Mərkəz”ində “Dünya poeziyasının sönməz günəşi”adlı dəyirmi masa keçirildi.
Tədbirdə Bilik Maarifçilik Cəmiyyətinin tələbələri və gənclər iştirak edirdi.Tədbiri MKS-nin direktoru Əliyeva Elmira açaraq dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, 2011-ci il böyük Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyidir. Bununla əlaqədar Gəncədə Nizami Gəncəvi Mərkəzinin açılması planlaşdırılıb.Ölkəmizdə, həmçinin respublikamızdan kənarda, eləcə də bütün türk dünyasında Nizami yaradıcılığına bir daha müraciət olunur, dahi şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bizim kitabxanamızda da silsilə tədbirlər keçirmək nəzərdə turulub.Bu gün Nizami Gəncəvi poeziyasının işığına yığışdığışmışıq.
Sonra GDU-nun müəllimi Nəzakət Əliyeva Nizaminin həyat və yaradıcılığına qısa ekskursiya edərək bildirdi ki, qüdrətli şair bütün əsərlərində həmişə elmə, təhsilə yüksək dəyər verir, ədaləti, gözəlliyi ön plana çəkir, sevginin qüdrətini diqqətə çatdırır və hətta sevginin köməyi ilə hökmdarların ədalətə gəldiyini göstərir.
Dəyirmi masada professor, folklorşünas, əməkdar mədəniyyət və təhsil işçisi Sədnik Paşa Pirsultanlı çıxış edərək bildirib ki, Nizami Gəncəvinin türk və fars olması barədə mübahisələr var. Odur ki, Nizami Gəncəvinin yaradıcılığını daha dərindən təhlil etməklə bizim milli sərvətə sahib çıxmalıyıq. Daha sonra Nizaminin türk xalqları ədəbiyyatları sistemində xüsusi yeri olduğunu bildirən professor S.Paşayev bildirib ki, Nizami Gəncəvi türk şairidir. Nizami Gəncəvi türk dünyasının hadisəsidir. N.Gəncəvini bütün dünyada təbliğ etməliyik. Dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dəyirmi masanın sualları ətrafında tələbələrdən Həsənova Pərvanə, Əliyeva Rima, Qədirova Günel, Bəkirova Gülnara, Baxışəliyeva Tahirə, Seyidova Aysel, Axundova Könül, Rəhimova Çinarə və başqaları maraqlı fikirlər bildirdilər. Metodiki işlərin təşkili şöbəsinin müdiri Abbasova İradə dahi şair Nizami Gəncəvinin Azərbaycan Prezidenti tərəfindən hədiyyə edilmiş latın qrafikalı kitabları haqqında iştirakçılara qəsa məlumat verdi.
Tədbirin sonunda MKS-nin direktoru müavini Qədimova Fəridə xanım tədbir iştirakçılarına dəyirmi masada fəal iştiraklarına görə təşəkkürünü bildirdi və onlara dahi Nizaminin əsərləri ilə mütaliyə dairələrini genişləndirmək üçün mərkəzın imkanlarından istifadə etməyi tövsiyə etdi.
 
 
 
 
 
  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialında 12.09.11-ci il tarixində saat 11:00-da “Sirli dolça” adlı nağıl saatı keçirildi.Nağıl saatında Gəncə Avtomobil Zavodunun nəzdində fəaliyyət göstərən uşaq bağçasının fidanları və qəsəbənin balaca sakinləri iştirak edirdilər. Tədbiri filialın böyük kitabxanaçısı İsmayilova Tünzalə açaraq, uşaqları salamladı.Daha sonra isə uşaqlar “Sirli dolça” nağılı ilə yaxından tanış oldular.Nağıl dinlənildikdən sonra isə nağıl və nağıl qəhrəmanları haqqında balacalarla sual-cavab keçirildi. Tədbir bütün balacalar tərəfindən maraqla qarşılandı.  
 
 
 
 
  MKS-nin 9 saylı kitabxana-filialı 27 avqust tarixində Yazıçı Şamo Arifin anadan olmasının 75 illiyi münasibətilə kitab xülasəsi keçirtdi.Tədbirdə kitabxananın oxucuları iştirak etdilər.Oxuculara Şamo Arifin kitabları haqqında qısa məlumat verildi.”Qınamayın məni “,Anamın yuxusuna girməsin”,”Mənim payız çiçəyim” Ş.Arifin “Qınamayın məni”romanı qan üstündə qurulan totalitar üsul-idarənin cilddən-cildə girərək özünün mütləq hakimiyyətini zorakılıq,vahimə ,hiylələrlə bu gün də qoruyub saxlamasından və başıbəlalı xalqın səbrindən ,ümidlərlə yaşamasından söhbət açır.Romandakı bu deyim xalqın nəyə qadir olduğunu açır:”Tanımırsan bu camaatı sən.Tanımırsan.Nə qədər desən dözəndi.Elə ki,qəzəb dolu,allah o gündən saxlasın,heç nəyə baxmır.”Xalq özü öz dərdini çəkməklə öz işiqlı yolunu axtarıb tapmalıdır.Əlac yalnız xalqın özünədir-öz qeyrətinə,mydrikliyindədir.  
   
 
 
  27.08.2011- ci tarixdə saat 12-00 - da MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana filialında “Azərbaycan gözəlliklər məskənidir” adlı ədəbi-bədii gecə keçirildi.Gecəni giriş sözü ilə 17 sayli kitabxananın böyük kitabxanaçısı Qafarova Laura açdı. Tədbirdə Xocalı rayonunun Kosalar kənd məktəbinin müəllimi Əliyeva Təranə “ Azərbaycanın dilbər guşələri” mövzusunda cıxış edərək Azərbaycanın görməli, gəzməli yerləri haqqında iştirakçılara qısa məlumat verdi. Fəal oxucular “Azərbaycan”.”Göy-göl”, “Şöhrətim Vətən”, ”Gözəlliklər məskəni”, ”Gəncəm” və başqa şerlər söylədilər, mahnılar ifa etdilər.  
 
 
 
 
  18 avqust 2011-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 14 saylı kitabxana filiallarında G.İbrahimovanın “Od xəzinəsi” kitabı üzrə nağıl saatı keçirildi.Tədbiri 14 saylı kitabxananın böyük kitabxanaçısı Quluyeva Gunel açdı. O uşaqları salamladı və nağılı oxudu.Uşaqlar nağıla diqqətlə qulaq asdılar və nağıl ətrafında uşaqlara suallar verildi. Sonda sual-cavabda fəal iştirak edən uşaqlara hədiyyələr verildi.  
 
 
 
 
  26.07.2011-ci il tarixdə saat 11-00-da MKS-nin 19 saylı Nizami Gəncəvi adına kitabxanasında “Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin ...” başlığı altında şer gecəsi keçirildi. Gecəni giriş sözü ilə böyük kitabxanaçı Cəfərova Atlaz açdı, Dil ədəbbiyyat müəlliməsi Həsənova Təranə N.Gəncəvinin həyat və yaradıcılığı , Sevda Əliyeva “ Nizami dünya ədəbiyyatının korifeyidir” , Abbasova Vüsalə “Nizami Gəncəvi dahi şair və mütəfəkkir haqq ədalət carçısıdır” mövzuları ilə çıxışlar etdilər . Tədbbirin bədii hisssindədə Nizami Gəncəvinin lirikasından nümunələr səsləndirildi. Sonda iştirakçılar “Nizami Gəncəvi dünya ədəbiyyatının korifeyidir “ başlığı altında sərgi ilə tanış oldular.  
 
 
 
 
  26 İyun 2011 ci il tarixdə MKS-nin 14 saylı kitabxana filialında “Gəlin kitab oxuyaq” aksiyası ilə əlaqədar “ Kitabla dostluq edən xeyrini görər” adı altında nağıl saatı keçirildi. Tədbiri filialın böyük kitabxanaçısı Bağırova Sveta açaraq tədbir iştirakçılarını salamladı və kitab oxumaqın əhəmiyyətindən danışdı. Filialın kitabxanaçısı Rəcəbli Esmira uşaqlara Gülzar İbrahimovanın “Su pərisi”nağlını oxudu.Uşaqlar nağılı diqqətlə dinlədilər və nağıl bitdikdən sonra nağılın mövzusu ətrafında sual-cavab keçirildi.Sonra kitabxanaçılar uşaqları kitabxanadakı kitab sərgiləri və uşaqların əl işləri ilə tanış etdilər.  
 
 
 
 
  14.07.2011- ci tarixdə saat 12-00- da MKS-nin 6 saylı kitabxana filialında “Azərbaycanın turizm bölgələri” adlı sual cavab gecəsi keçirildi.Sual- cavab gecəsini giriş sözü ilə 6 sayli kitabxananın böyük kitabxanaçısı Mahirə Xəlilova açdı. Filialın kitabxanaçısı Rəcəbli Esmira Azərbaycanın Turizm bölgələri haqqında tədbir iştirakçılarına geniş məlumat çatdırdı.
Sonra söz 14 saylı filialın böyük kitabxanaçısı Svetlana Bağırovaya verildi. Svetlana xanım tədbirin suallarını iştirakçılara yönləndirdi. Suallara düzgün cavab verən iştirakçılar sonda hədiyyələrlə mükafatlandırıldı.
 
 
 
 
 
 

22 İyul tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi 22 İyul Milli Mətbuat günü ilə bağlı “Gəncənin səsi” qəzetinin kollektivi ilə görüş kecirdi.
“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova mətbuatın yaranma tarixi ilə bağlı geniş və məzmunlu çıxış etdi.
Qəzetin əməkdaşlarında Fərruxə Umarova, Füzuli Ruzigar,Məlahət Mirzəqizi, Süsən Tağıyeva və başqaları mətbuatın yaranma tarixi, inkişafı və bu günü ilə bağlı maraqlı söhbətlər apardılar.
Sonda oxu zalının müdiri Aidə Abdullayeva kollektivi Milli Mətbuat günü münasibətilə MKS-nin kollektivi adından təbrik edərək kollektivə genişsahəli iş fəaliyyətində daimi və yeni uğurlar dilədi.
 
 
 
 
 
  Kitab təqdimatı

Gəncə şəhər MKS-nin oxu zalında 01.07.2011- ci il tarixdə şairə Fəridə Əliyarbəylinin 87 illik yubileyi ilə bağlı “Dünya nə qəmlisən”, “Sular bulananda”, “Bahar çiçəkləri” kitablarının təqdimat mərasimi keçirildi.
Tədbiri təbrik sözləri ilə Gəncə şəhər Yazıçılar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Məmməd Alim açdı.
Yubilyarı təbrikə gələnlər onun qələm dostları, kitablarının daimi oxocuları idi. Şairə Aləmzər, yazıçı Nüşabə Məmmədova, Elmar Vüqarlı, Solmaz Şəms, Səadət Ələkbərova, şair Nadir Ovçu, Şəlalə İsayeva, Hüseyn Bəxtiyarov, Fazil Kazımov, Mərkəzləşdirilmiş Kitabxananın direktor müavini Fəridə Qədimova və kollektivi iştirak edirdilər.
Balaca məktəbli Muraz Şahverdiyev və MKS-nin kitabxanaçısı, gənc şairə Esmira Rəcəbli Fəridə Əliyarbəylinin şerləri ilə çıxış etdilər.
Fəridə Əliyarbəylinin oğlu İlham Tağıyev çıxış edərək tədbiri təşkil edənlərə, Fəridə xanımı yad edən hər kəsə dərin minnətdarlığını bildirdi.
Sonda MKS-nin direktor müavini Fəridə qədimova çıxış edərək sevimli şairəni qəlbdən təbrik etdi, ona uzun ömr, yeni kitablarının bundan sonra da ərsəyə gəlməsini arzu etdi.
 
 
 
 
 
  Azərbaycanda Silahlı Qüvvələrin yaranması günü.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Biz də öz adımızdan başda Azərbaycan Ali baş komandanı İlham Əliyev cənabları olmaqla silahlı qüvvələrin bütün zabit və əsgər heyyətini 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edirik.
Hərb sözümüz, Hərb gücümüz
 
 
 
  MKS-nin 25 saylı kitabxana filialında 23.06.2011-ci il tari-xində 26 iyun Silahlı Qüvvələr gününə həsr edilmiş “ Siz vətə-nin fəxrisiniz” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri böyük kitabxanaçı Qasımova Rahilə Ulu öndər Heydər Əliyevin sözləri ilə başladı:”Hər bir gənc vətənpərvər olmalıdır.Vətənpərvərlik böyük bir məhfumdur. Bu, sadəcə olaraq orduya xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik.” O, həm də Milli ordunun əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu söylədi.
Sonra aparıcı 26 İyun-Silahlı Qüvvələr günü münasibətilə hər kəsi ürəkdən təbtik etdi, Azərbaycanımızın yenilməz ordusuna möhkəm iradə və əzmkarlıq arzuladı.Gündən-günə inkişaf edən, müasir dünyanın qabaqcıl ordu sıralarına qatılan Azərbaycan Respublikasının Milli Ordusu dövlət müstəqilliyinin qarantıdir söylədi. Tədbirdə iştirak edən 7,9,19,24 saylı məktəbdən olan fəal oxucularımız orduya, vətənpərvərliyə aid şerlər,mahnılar oxudular, rəqslər etdilər.
Sonda tədbir iştirakçıları Silahlı Qüvvələr gününə aid qoyulmuş sərgi ilə tanış oldular.
 
 
 
 
 
  17 May tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında yazıçı, şair, dramaturq, publisist Qərib Mehdinin 75 illik yubiley gecəsi keçirildi.
Gecəni giriş sözü ilə oxu zalının müdiri Aidə Abdullayeva açar Qərib Mehdinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi .
Yubiley gecəsində Qərib Mehdinin qələm dostları, Qəribsevənlər, yazıçının ailəsi, Gəncəbasar Yazarlar birliyinin üzvləri və digər qonaqlar iştirak edirdilər.
Qərib Mehdini təbrik üçün rəngarəng musiqi çələngi ilə Gəncə musuqi məktəblərinin bir neçə musuqiçiləri də gecəyə dəvət olunmuşdular.
Gəncə Dövlət Dram Teatrının aktyoru, Gəncə şəhəri üzrə keçirilən şeir müsabiqəsinin birincisi, Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində yerləşən “İnamla İrəli” adlı qəzetinin fəxri üzvü Elvin Ümidin ifasında səslənən “Ana” şeri tədbir iştirakçılarının böyük alqışına səbəb oldu. Qəribov Rahib sazda “Ruhani” ifa edərək Dədə Qəribin öz dili ilə desək əsl musiqi təbriki oldu. Bundan başqa Ramin Hüseynovun ifasında “Ay xanım”, Pərviz Məmmədovun “Reyhan” mahnıları, həmçinin ifa olunan muğamlar yubilyara əsl bayram gecəsi hədiyyə etdi. Nəhayət 75 yaşlı Dədə Qərib çıxış edərək tədbirin təşkilatçılarına, onu təbrikə gələn bütün dostlarına öz minnətdarlığını bildirdi. Sonda Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Elmira Əliyeva kitabxana işçiləri adından hədiyyə ilə Qərib Mehdini təbrik edərək ona yaradıcıliq uğurları arzuladı.
 
 
 
  Sən öz hüquqların haqqında nə bilirsən?
Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin 10 və 20 saylı kitabxana filialında Gülüstan incəsənət məktəbinin şagird və müəllim kollektivi ilə birlikdə “Sən öz hüquqların haqqında nə bilirsən?” mövzusunda sual – cavab gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə 10 saylı kitabxana filialının baş kitabxanaçısı Tağıyeva Zöhrə “Azərbaycanda uşaq hüquqları necə qorunur?” mövzusunda danışdı. Məktəbin psixoloqu Əliyeva İradə “Uşaq hüquqlarının pozulmasına nə səbəb olur?” çıxış etdi.
Sual-cavab gecəsində uşaqlar suallara düzgün və dolğun cavab verərək tədbirdə fəal iştirak etdilər.
 
 
 
 
 
  “Ömrümə doğan günəşim- Övladım”
1 İyun tarixdə Gəncə şəhər MKS-nin Oxu zalında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Ömrümə doğan günəşim-Övladım” adlı musiqili ədəbi-bədii gecə keçirildi. Tədbiri uşaqları təbriklə oxu zalının müdiri Aidə Abdullayeva açdı. 31 saylı Uşaq baxçasının uşaqları Elmira müəllimənin rəhbərliyi altında şən mahnılar, rəqslər, rəngarəng şerlərlə maraqlı çıxışlar etdilər. Baxça uşaqlarının ifasında Nizami Gəncəvinin “Yeddi Gözəl” xəmsəsindən bir parça göstərildi. Sonda MKS-nin direktoru Elmira Əliyeva çıxış edərək Elmira müəlliməyə, uşaqlara öz minnətdarlığını bildirdi və uşaqları bayram münasibəti ilə təbrik etdi. Tədbir sonayetdikdən sonra da uşaqlar şən mahnıların sədaları altinda rəngarəng rəqslər edərək şənləndilər. Bu bayram şirin-şəkər balalarındır. Arzu edirik ki, bu məsum balalar sülh və əminamanlıq şəraitində, qorxusuz, kədərsiz, atalı-analı, daimi sevgiylə Müstəqil Azərərbaycanımıza layiqli övlad olaraq böyüsünlər! Bayramınız Mübarək Əziz Uşaqlar!
 
 
 
 
 
  01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü
MKS-in Uşaq şöbəsində 01.06.11-ci il tarixində “01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü “ ilə əlaqədar “Mənim nağıl dünyam “ başlığı altında Səhərcik keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Əliyeva Elza “Azərbaycanda uşaqlara dövlət qayğısı ildən-ilə artır” mövzusunda çıxış edərək dövlətin uşaqlara qayğısından danışdı.
Gəncə şəhər 4 saylı orta məktəbin müəlliməsi Məmmədova Mehriban "Uşaqlar bizim gələcəyimizdir” mövzusunda çıxış etdi. 4 saylı orta məktəbin şagirdlərindən İbrahimov Murad, Gözəlov Elman, Həmzəyeva Zəruşxanım, Lətifov Murad və başqaları öz çıxışları ilə fəal iştirak etdilər.
Sonra tədbir iştirakçıları “Mənim nağıl dünyam” başlığı altında hazırlanmış sərgi ilə tanış oldular və sərginin önündə xatirə şəkli çəkdirdilər.
 
 
 
 
 
 
 
  Ey əziz anam-Azərbaycan!
26 May tarixdə Gəncə şəhər MKS-nin oxu zalında 28 may Respublika günü münasibətilə şer gecəsi keçirildi. Tədbir M.Maqomayevin “Azərbaycan” mahnısı ilə açıldı. Sonra oxu zalının müdiri Aidə Abdullayeva çıxış etdi. Tədbirdə 5 saylı pilot orta məktəbin şagirdləri və müəllim kollektivi, iştirak edirdi. 5 saylı məktəbin şagirdləri “Azərbaycan”, “Heydər Əliyev” “Qarabağ” mövzusunda şerlərlə çıxış etdilər. Kitabxananın fəal oxucuları, ADAU-nun bir neçə tələbələri Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən ətraflı danışaraq tarixə nəzər saldılar. Sonda MKS-nin direktoru Elmira Əliyeva çıxış etdi. İştirakçılar “Ey əziz anam Azərbaycan” adlı sərgiylə tanış oldular.
 
 
 
 
 
  Gəncə şəhər MKS- nin 4-8-13-14 saylı filialları 25 may 2011- ci il tarixdə Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi və 28 may –Respublika günü münasibətilə “Dalğalan üçrəngli bayrağım “ başlığı altında ədəbi- bədii gecə keçirdi.
Tədbirdə 40 nəfər iştirak edirdi.
Tədbirdə 4 saylı kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova aparıcılıq edirdi. 8 saylı filialın oxucuları Məmmədova Aytac şair Tahir Rzayevin “Heydər adlı günəş sönməz “, Şahverdiyev Muraz şair Abdulla Şaiqin “Çağırır Vətən”, 13 saylı filialın oxucusu Əziz Xəyal şair Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam”, 4 saylı filialın oxucuları Kərimova Həbibə və Nəsibova Aytən şair Süleyman Rüstəmin “Azərbaycana gəlsin”, 14 saylı filialın oxucusu Məmmədova Yeganə şair Məmməd Arazın “Azərbaycan deyəndə”, kitabxanaçısı Rəcəbli Esmira şair Zəlıimxan Yaqubun “Sən qalib gələcəksən”şerlərini söylədilər.
8 saylı kitabxananın kitabxanaçısı Əliyeva Risalə 28 may –Respublika günü ilə əlaqədar, 2 saylı Mədəniyyət evinin metodisti Məmmədova Nülufər isə müstəqillik günü ilə əlaqədar çıxış etdilər.
Tədbirdə 4 saylı musiqi məktəbinin şagirdləri Cəfərli Beyrək, Haqverdiyev Ayxan , Zeynalov Tural , Həmidov Firuz, Zeynalov Novruz, İbrahimov İsmayıl Azərbaycana , vətənə, Qarabağa aid mahnılar, “Qarabağ şikəstəsi”və “Heyratı muğamı” ifa etdilər.
 
 
 
 
 
  17-27 may 2011-cu il tarixdə Azərbaycan Respublikası 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planına uyğun olaraq “Respublikanın şəhər (rayon) kitabxanalarının informasiyalaşdırılması, kitabxanalarda yeni informasiya texnologiyaların tətbiqi” mövzusunda treninq keçirilir.Gəncə şəhərində 26 rayonu əhatə edən Mərkəzləşmiş kitabxana sistemi direktor müavinlərinin iştirakı ilə kompyuter kursu təşkil olundu.
Kursun iştirakçıları üçün Gəncə səhərinin görməli yerlərinə, tarixi abidələrinə, muzeylərinə ekskursiyalar təşkil olundu. Onlar üçün Gəncə Dövlət Dram Teatrında “Məhəbbətin qənimi” tamaşası göstərildi, Gəncə Dövlət Kamera Orkestrinin konserti təqdim olundu.
 
 
 
 
 
 
Gəncə şəhər Mərkəzi kitabxanasında 17-21 may 2011-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planına uyğun olaraq “Respublikanın şəhər (rayon) kitabxanalarının informasiyalaşdırılması, kitabxanalarda yeni informasiya texnologiyaların tətbiqi” mövzusunda treninq keçirilir.
Treninqi Azərbaycan Respublikası Mədəniyyət Müəssisələri İşçilərinnin Hazırlıq və İxtisasartırma Mərkəzinin müdiri R. Şabanov açaraq iştirakçıları salamladıqdan sonra treninqin qarşısına qoyulan məqsədlərdən, keçirilməsinin vacibliyindən və bu gün Dövlət Proqramının qarşımıza qoyduğu vəzifələrdən iştirakçılara geniş məlumat verdi.
Treninqdə 26 şəhər və rayon MKS direktor müavinləri iştirak edirlər.
Treninqdə mühazirələri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri aparır.
Treninqin sonunda iştirakçılara sertifikat təqdim ediləcəkdir.
 
 
 
 
 
 
14 may Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 15 may Beynəlxalq Ailə günü münasibətilə “Ailə kiçik dövlətdir” adlı dəyirmi masa təşkil olundu.
Tədbir iştirakçıları əsasən gənclərdən ibarət idi. Tədbirdə qonaq olaraq iştirak edən Gəncəli şair Ramiz Təmkin idi.
Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva açdı. Dəyirmi masa “Ailə xoşbəxtliyinin sirləri”, “Azərbaycan ailəsi: dünənimiz, bu günümüz, sabahımız”, “Ailənin yaşam tərzi: ənənələr və müasirlik”, “Ailədə yadlaşma və stresslər” və s. suallar əsasında təşkil olunmuşdu ki, iştirakçıların hər biri mövzuyla bağlı bu suallar ətrafında çıxış edirdi.
Tədbirdə “Qaynana” filmindən bir neçə fraqmentlər də göstərildi.
Sonda iştirakçılar “Ailə kiçik dövlətdir” başlığı altında təşkil olunmuş sərgiylə tanış oldular.
 
 
 
 
 
 
10.05. 2011 ci il tarixdə MKS- nin 16 saylı kitabxana filialında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Ulu öndərimiz, milli iftixarımız” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dovlət himni ilə başladı. Kitabxananın müdiri Məsimova Şura ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
13 saylı orta məktəbin müəllimi, ədəbiyyat dərnəyinin rəhbəri Qənifə Nağıyeva məktəblilərə və gənclərə məhz Heydər Əliyevin arzularına, ideyalarına layiq, vətənpərvər gənclər kimi yetişməyi tövsiyə etdi.
Sonra məktəblilərin çıxışları başladı. Onlar ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Tədbir iştirakçıları “Sən elə bir zirvəsən”adlı sərgi ilə tanış oldular. Tədbir keçirilən müddətdə üçrəngli bayrağımız əllərdə dalğalandı.
Uşaqların ifasında səslənən “Azərbaycan” mahnısı ilə tədbir başa çatdı.
 
 
 
 
 
  "Heç kim unudulmur,hec nə yaddan çıxmır"
08.05.2011-cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı Nizami adına kitabxana filialında "Heç kim unudulmur,hec nə yaddan çıxmır" başlığı altında Böyük Vətən Müharibəsində qələbə günü münasibəti ilə söhbət keçirildi. Söhbəti giriş sözü ilə 19 saylı Nizami adına kitabxananın müdiri Orucova Rəna açdı. O, öz çıxışında müharibə dövründə böyük döyüş şücayəti göstərmiş qəhrəmanlardan, onların döyüşlərdə göstərdiyi igidliklərdən danışdı.
Sonra çıxış üçün söz kitabxananın böyük kitabxanaçısı Cəfərova Atlasa verildi. Bu Qələbəni qeyd etməkdə məqsədimiz həmin illərdə Azərbaycanın mərd, igid, vətənpərvər, cəsur oğlan və qızlarının göstərdiyi qəhrəmanlığı gənclərə çatdırmaq və onların həyatını özlərinə örnək seçmələrini tövsiyə etməkdən ibarətdir.
Azərbaycan həmişə öz qəhrəman övladları ilə fəxr etmişdir.
Sonda tədbirə həsr edilmiş sərgi ilə tanış oldular.
 
 
 
 
 
 
 

“7 May 2011 - ci il tarixdə saat 11-00 da Heydər Əliyev Meydanında "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 " illiyinə həsr olunmuş IV Ümumrespublika Kitab Bayramı keçirildi
Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi şəhər ictimaiyyəti ilə birlikdə 7 May 2011-ci iltarixdə Heydər Əliyev Meydanında Ümummilli Liderin anadan olmasının 88 – ci il dönümü münasibəti ilə IV Ümumrespublika Kitab Bayramı keçirdi.
Ənənəvi hala keçmiş bu bayram şəhər ictimaiyyəti tərəfindən çox böyük maraq və razılıqla qarşılandı.
Bayramı giriş sözü ilə Gəncə şəhər Mədəniyyət vəTurizm İdarəsinin rəisi M.Məlikova açdı. Sonra söz Gəncə Dövlət Üniversitetinin Prorektoru cənab Nadir İbadova verildi.O, öz çıxışında ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycanın yaranması və inkişafı tarixindəki müstəsna rolundan danışdı.
Mərkəzi kitabxananın fəal oxucuları GDU – nın tələbəsi R.İmamquliyev və 5 saylı pilot məktəbin IX ci sinif şagirdi, “Heydər Əliyev məktəblilərin gözü ilə” 2010 cu il inşa müsabiqəsinin qalibi Ə.Ənvərzadə M.Quliyevin “Heydər Əliyev” şeri ilə çıxış etdilər .
5 saylı orta məktəbin 3-cü sinif şagirdləri kitabxanamızın fəal oxucularının ifasında Azərbaycan nağıl gəhramanları tamaşaçıların “qonağı” oldu. Gəncə Dövlət Dram Teatrın aktyoru, Əməkdar artist İlham Hüseynov Nizami Gəncəvi rolunda şairin “Ərənlər sözünə daim can atdım” qəzəlini səsləndirdi. Qəzəl səsləndikdən sonra səhnəyə Nizami Gəncəvinin “Xəmsə” sini canlandıran Kitab paradı nümayiş olundu.GDU-nun “Gəncəm”, Gəncə Dövlət Göy-Gol ansambılının, uşaq imcəsənət məktəbinin rəqs kollektivinin ifalarında mahnı və rəqslər tamaşaçıların gur alqışlarına səbəb oldu.
Tədbirdə uşaq kitabxanasının oxucuları, 23 saylı orta məktəbin şagirdləri güllərdən ibarət çox gözəl kompozisiya – tamaşa hazırlamışdılar.
Bayramda müxtəlif mövzularda, 1000 - dən çox kitab nümayiş etdirildi. Kitab sərgiləri diqqəti cəlb edərək, Kitab Bayramını daha da rövnəqləndirdi.
Bayramda Samux, Ağstafa, Şəmkir rayon MKS-in direktorları və işçiləri iştirak etdilər.

 
 
 
 
 
 
 
 
 
 
 
  ”Ürəklərdə əbədi yurd salan insan” adlı sərgi təşkil olundu.
Gəncə şəhər MKS-in 20 saylı kitabxanasında 05.05.2011-ci ildə saat 11-00-da Ulu öndər H. Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr edilmiş ”Ürəklərdə əbədi yurd salan insan” adlı sərgi təşkil olundu. Sərgidə Ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablar və məqalələr, dünya siyasi xadimlərinin Ulu öndər haqqında dediyi sitatlar nümayiş etdirildi. Tədbirdə Gəncə Dövlət Universitetinin III kurs və Müəllimlər İnstitutunun II kurs tələbələri sərgi ilə yaxindan tanış oldular.
 
 
 
 
04.05.2011-ci il tarixdə Birləşmiş Ştatların Sülh Korpusunun yaradılmasının 50 İlliyini qeyd etmək üçün, ABŞ Səfiri cənab Metyu Brayza, Sülh Korpusunun Azərbaycanda Ölkə Direktoru xanım Meredit Dalton və KİV nümayəndələri Sülh Korpusunun könüllülərinə və onların xidmət etdikləri azərbaycanlı icmalarına baş çəkmək üçün Gəncəyə səfər etmişdir. Səfər zamanı Səfir Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət görsədən Amerika mərkəzində olmuş və mərkəzin istifadəçiləri ilə görüşmüşdür.
 
 
 
 
 
  “Qəhrəmanlar unudulmur” mövzusunda kitab sərgisi
30 Mart tarixdə Heydər Əliyev meydanında Gəncə şəhər Mərkəzi kitabxanasının kollektivi tərəfindən “Qəhrəmanlar unudulmur” mövzusunda kitab sərgisi nümayiş etdirilmiş
Sərgidə “Şəhidliyin ən uca zirvəsi - Cavadxan”, “41-dən 45-ə od yara yara”, “Azərbaycanın milli qəhrəmanları”, “Gəncə şəhidləri”mövzular əks olunmuşdur.
Mədəniyyət və Turizm idarəsinin təşkil etdiyi bu tədbirdə, uşaq rəssamlıq məktəbi, uşaq incəsənət məktəbi və rəsm qalereyasının kollektivi “Qəhrəmanlar unudulmur” mövzusuna dair rəsm əsərləri nümayiş etdirdilər.
Sərgilərə şəhər əhalisi, 1, 4, 5, 27 saylı orta məktəbin müəllim və şagird kollektivi, ümumiyyətlə müxtəlif oxucu kontingenti iştirak etdi.
Sərgidə nümayiş olunan kitablar oxucuların böyük marağına səbəb oldu. Tədbirdə yerli televiziya çəkiliş etdi.
 
 
 
 
 
  “ Kitab mənəvi xəzinəmizdir ”
17 Aprel tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialında “ Kitab mənəvi xəzinəmizdir” adlı söhbət keçirildi.
Tədbirdə Gəncə Humanitar Kollecinin müəllim və tələbələri, kitabxana işçiləri iştirak edirdi.Tədbiri 13 saylı kitabxana filialının böyük kitabxanaçısı Bağırova Sveta açdı. O, insan həyatında kitabın və mütaliyənin əhəmiyyətindən danışdı və sərgidə nümayiş etdirilən ədəbiyyatların xülasəsini verdi.
Tədbirin sonunda Sveta xanım tədbir iştiraklarına təşəkkürünü bildirdi və onlara öz mütaliyə dairələrini genişləndirmək üçün kitabxananın imkanlarından istifadə etməyi tövsiyə etdi.
 
 
 
 
 
  “Nəğmələrdə döyünən ürək”
Gəncə şəhər Mərkəzi Kitabxanada 15 Aprel tarixdə dünya şöhrətli tanınmış bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 95 illiyi ilə bağlı “Nəğmələrdə döyünən ürək” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
Tədbiri oxu zalının müdiri A. Abdullayeva açaraq Qəmbər Hüseyni yaradıcılığından danışdı.
Sonra söz GDU-nun “Musiqi fənləri” kafedrasında sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyevaya çıxış üçün söz verildi. Sevda zanım həmçinin Q.Hüseynli yaradıcılığını dərindən bilən, onun həyat və fəaliyyətini, yaradıcılığı ilə yaxından maraqlanan, “Qəmbər Hüseynli milli ənənələr kintekstində” kitabının müəllifidir.
Tədbirdə iştirak edən 4 və 5 saylı musiqi məktəbinin musiqiçi kollektivlərinin ifasında Q. Hüseynilin bəstələmiş olduğu “”Gülə-gülə”, “Ömrümün yazısan”, “İnsafsızsan sən yaman”, “Kəndimiz”, “Heyratı” ritmik muğamı səsləndi.
Kitabxananın direktoru Elmira Əliyeva iştirakçılara, qonaqlara təşəkkürünü bildirdi çıxışında. Sonda Q.Hüseynlinin dünya şöhrətli musiqilərindən biri “Cücələrim” musiqi məktəbinin müəlliməsinin müşayəti ilə pianoda səsləndirildi.
Tədbirdə ənənəvi olaraq “Nəğmələrdə döyünən ürək” başlığı altında bəstəkar Q.Hüseynlinin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu.
 
 
 
 
 
  ”Azərbaycanda Turizm sürətlə inkişaf edir” başlığı altında mövzu gecəsi keçirildi.
MKS-in 9 saylı kitabxana filialıın kollektivi, 37 saylı orta məktəbin müəllim və şagirdi kollektivi ilə birlikdə 08.04.2011-cu il tarixdə saat 13-00-da”Azərbaycanda Turizmi sürətlə inkişaf edir” başlığı altında mövzu gecəsi keçirildi. ”Azərbaycanda Turizmi sənayesinin böyük potensilaı var”çıxış üçün söz 37 saylı məktəbin direktoru Əliyev Mehti müəllimə verilir. ”Hansı Turizm ocaqlarını tanıyırsınz”çıxış üçün söz 37 saylı orta məktəbin ədəbiyyat müəlliməsi Xəlilova Nigara verilir. ”Azərbaycanda Turizmi sürətlə inkişaf edir” çıxış üçün söz 9 saylı kitabxana filialının müdiri Məsmə İsgəndərova verilir. Çıxış üçün söz 37 saylı orta məktəbin direktor müavini Əliyeva Gülnarə müəlliməyə verilir. 37 saylı orta məktəbin XI-ci sinf şagirdləri Qurbanov Tural Ramazan oğlu, Poladzadə Rəsul Nahid oğlu çıxış etdilər.
 
 

 
  Qəmbər Hüseynlinin anadan olmasının 95 illiyi ilə əlaqədar “Nəğmələrdə döyünən ürək” başlığı altında sərgi təşkil olundu.
5 Aprel tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Musiqi Not-Fonoteka şöbəsində Əməkdar incəsənət xadimi , dünya şöhrətli bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 95 illiyi ilə əlaqədar “Nəğmələrdə döyünən ürək” başlığı altında sərgi təşkil olundu. Sərgidə bəstəkarın yazdığı əsərlər, onun həyat və yaradıcılığından bəhs edən kitablar və məqalələr, ədəbiyyat və incəsənət xadimlərinin bəstəkar haqqında yazdığı sitatlar nümayiş olunmuşdu.
1. S.Qurbanəliyeva. “Qəmbər Hüseynli yaradıcılığı milli ənənəlkər kontestində” Bakı-2006
2. Q.Hüseynli “Romanslar” Bakı-1960
3. Sədraqızı Z. “Uşaq bağçalarında musiqi məşğələlərinin müntəxəbatı” Bakı-2008
4. “Sevimli nəğmələrimiz” Bakı-1998
5. M. Səməd “İncəsənət ustaları” Bakı-1987
6. Zöhrabov R. “Bəstəkarlarımızhaqqında söz” Bakı-1995
7. İsmayılzadə “Bəstəkar Qəmbər Hüseynli-90"
 
 
 
  Xanəndə, musiqi xadimi Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyi
07.04.2011-ci il tarixdə Musiqi-not fonetika şöbəsində xanəndə musiqi xadimi, xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi ilə əlaqədar « Bayatı-qacar » adlı muğam saatı keçirildi. Tədbirdə Gəncə Dövlət Universitetinin Musiqi fakultəsinin 1 kurs tələbələri də iştirak etdilər.Universitetin tələbəsi Həlimə Əliyeva Xanəndənin həyat və yaradıcılğı haqqında söhbət açdı.Musiqi şöbəsinin fonduna daxil olan Azərbaycan muğamının inkişafı, milli səs irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, milli musiqi xəzinəmizin dunya miqyasında təbliği məqsədilə nəşr olunmuş « Muğam ensiklopediyası »nın Qarabağ xanəndələri albomundan Cabbar Qaryağdıoğlunun ifasında muğam və mahnılar səsləndirildi
 
 

 
  1 Aprel Beynəlxalq Gülüş Günü
Hər birimiz bilirik ki,hər il Aprel ayının biri günü Gülüş günü kimi qeyd olunur.Bu gün hər kəs əylənmək, deyib-gülmək istəyir.Təbii ki, özünə yaxın olan insanlara qarşı ərkyana zarafatlarıyla.Hərə öz aləmində bir cür yaşamaq istəyir bu günü, əyləncəli zarafatlar, məzəli əhvalatlarla dolu gün yaşamaq istəyir hər kəs.Ən gözəli də odur ki,dünyanın ən ciddi insanı belə bu gün ona edilən zarafatı xoş qarşılayır, hətta nəyin ki,ciddi, ən kapris və deyingən insanı belə.
Gülüş üzünüzdən əksik olmasın!
 
 

 
  31 Mart Azərbaycanlıların soyqrım günü
30 Mart tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 31 Mart Azərbaycanlıların Kütləvi Soyqırımı ilə bağlı dəyirmi masa keçirildi. Tədbirdə əsasən tələbə və gənclər, kitabxananın fəal oxucuları iştirak edirdi.
Tədbiri oxu zalının müdiri A. Abdullayeva açaraq soyqırımla bağlı çıxış etdi.
Tədbirdə həmçinin GDU-nun professoru, filologiya və pedoqoji elmlər doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Abbas Səmədov da iştirak edirdi. Abbas müəllim tələbə və gənclərə soyqırım vəhşiliklərindən geniş və əsaslı faktlarla danışdı.
Kitabxananın fəal oxcularında olan Mübarək Hacıyev, Bayramov Niyazi, Quliyeva Sevinc, Məmmədova Zülfiyyə və başqaları 31 Mart Soyqırımı, erməni vəhşiliklərindən, onların törətmiş olduğu qanlı cinayətlərdən söhbət açdılar.
Sonda “Bəşəriyyətə və insanlığa qarşı qanlı cinayət” başlığı altında təşkil olunmuş sərgiylə tədbir iştirakçıları tanış oldular.
 
   
 

 
  Novruz və Poeziya Bayramı
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin şəhər Mərkəzi kitabxanasında keçirdiyi ədəbi-bədii məclis Novruz bayramına və Beynəlxalq poeziya gününə həsr olunmuşdur.
Məclisi ön sözlə açan AYB Gəncə bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi, şair Məmməd Alim tədbirə toplaşanlanları Novruz bayramı münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmiş, ötən ilin ədəbi yekunları, ədəbi mühitin uğurları haqqında yaradıcılıq hesabatı vermişdir.
Ədəbi-bədii məclisdə gənc nasir Nurlan Quliyevanın "Sirli kainat" kitabının təqdimatı olmuşdur. Məmməd Alim, Aləmzər Əlizadə, Ramiz Təmkin, İnqilab İsaq, Nüvər Nəsrullayev, Salman Balakişiyev, Solmaz Şəms, İlyas Nağı və başqaları N.Quliyevanın ilk kitabının uğurlarından danışmış, fantastik mövzuda qələmə aldığı povest və hekayələrin məziyyətlərini açıqlamış, müəllifə yeni yaradıcılıq sevincləri arzulamışlar. Müəllif ilk kitabının təqdimatını keçirdiyi üçün AYB-nin Gəncə bölməsinə təşəkkürünü bildirmişdir.
Filologiya elmləri namizədi Rüziyyə Quliyevanın tərtib etdiyi "Novruz adət-ənənələri" kitabı yenicə işıq üzü görmüşdür. Yeni kitabın bu tədbirdə təqdimatı da maraqla qarşılanmışdır. Çıxış edənlər kitabın əhəmiyyəti üzərində dayanmış, bayram günlərində oxuculara təqdim olunan yeni nəşrin təşkilatçılarının əməyini xüsusi vurğulamışlar. Tərtibçi R.Quliyeva kitab haqqında ürək sözlərini söyləyənlərə minnətdarlığını bildirmişdir.
Beynəlxalq poeziya gününə həsr olunmuş hissə ilə başa çatan ədəbi-bədii məclisdə dünya xalqları poeziyasından nümunələr səslənmiş, şairlər yeni şeirlərini oxumuşlar. Məmməd Alimin poetik tərcümələri, Aləmzər Əlizadənin, İnqilab İsaqın, Solmaz Şəmsin, Ramiz Təmkinin, Ruziyyə Quliyevanın, Misir Fərhadovun, Arzu Paşayevin, Sabir Binnətoğlunun, İlyas Nağinin və başqalarının şeirləri, Validə Quliyevanin, l-ci sinif şagirdi Hüseyn Həsənovun çıxışlan rəğbətlə qarşılanmışdır.
Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Elmira Əliyeva kitablarının təqdimatı keçirilən müəllifləri, şair və yazıçıları Novruz bayramı, Beynəlxalq poeziya günü münasibəti ilə kitabxana işçiləri adından salamlamış, təbrik etmişdir.
Aşıq Afıq Sönməzin sazda çalıb-oxuduğu el havaları ədəbi-bədii məclisi daha da rənqləndirmişdir.
 
 
 
 

 
  Milli Teatr Günü

MKS-nin Musiqi-Not fonoteka şöbəsində"10 Mart Azərbaycan Milli Teatr Günü"-dür başlığı altında sərgi təşkil olunmuşdur.
Sərgidə Azərbaycan teatr tarixini əks etdirən yeni nəşirlər nümayiş etdirilmişdir.
1. Rəhimli İlham.Akademik Milli Dram Teatrı. İki kitabda.Birinci kitab.Bakı, "Qapp-Poliqraf'Korporasiya,2002,-440s.
2. Rəhimli İlham. Akademik Milli Dram Teatrı.İki kitabda.İkinci Kitab.Bakı,"Qapp-Poliqraf'Korporasiya,2002,-464s.
3.Inqilab Kərimov.Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri. Bakı, "Maarif' nəşriyatı, 2002, 576 səh.
4. Rəhimli İlham. Səhnəmizin fədailəri. Bakı, "Qapp-Poliqraf' Koperasiya, 2002, 304 s.
5. Kərimov İnqilab. Azərbaycan teatrı-125, Bakı, "Qapp-Poliqraf' Koperasiya, 2002,-112 s.
6. Rəhimli İlham. Azərbaycan milli teatrının poetikası. Bakı, "Qapp-Poliqraf' Koperasiya, 2002, 224 s.
7. İlham Rəhimli. Həzin ömürün nağılı. Bakı: Çaşıoğlu. 2004. - 128 s.
8. Rafıq Rəhimli. Həmişə təravətli sənət. Bakı. 2005, 350 səh.
9. Rəhimli İlham. Barat Şəkinskaya.Tutu Nəşriyyatı. Bakı.2005, 149 s. 10. Tamilla Təhmasib "Rza Təhmasib", Bakı, "MBM", 2005, 272 səh.
11. İlham Rəhimli.'Aktyor Taleyinin dolayları" Bakı. 1998,160 səh.
 
 

 
 

"Yuxusuz isiq" kitabinin t?qdimati

"İlham" ədəbi birliyi MKS-nin Oxu Zalı ilə birlikdə 26 dekabr 2010-cu il tarixdə Azərbaycan jurnalistlər birliyinin üzvü "Qanun və səlahiyyət" qəzetinin redaktoru, "Fəxri ziyalı", Aydın Murovdağlının "Yuxusuz işıq" kitabının təqdimatı keçirildi. Tədbiri MKS-nin direktoru Elmira Əliyeva açdı. Əməkdar jurnalist H.Zərdabi və M.Araz mükafatları laureatı yazıçı Qərib Mehdi Aydın Murovdağlının yaradıcılığını müxtəlif çalarlardan, onun yazı üslubundan oxuculara məlumat verdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı-publisist, Gəncə şəhər 28 nömrəli orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi Gülafət Bayramova yazıçının "Yuxusuz işıq" kitabını təhlil etdi. Aydın Murovdağlı vətənpərvər şairdir. O, "Qızıl güllər tonqalı", "Dirilən ağrılar", "Qapısız dünya" (1-ci kitab), "Qapısız dünya" (2-ci kitab) adlı şeirlər kitabının, "Əsil insanlıq ölmür", "Həmişə yaşıl meyar", "Salam, 40 yaşlı məktəb", "Gəncənin ziyalı qadınları", "Gəncənin yaradıcı və fəal qadınları" adlı bədii-publisistik kitabların müəllifidir. Tədbirdə Kənd Təsərüffatı Akademiyasının müəllimi, elimlər namizədi şair Sahib İbrahimli şairi ürəkdən təbrik etdi. Tədbirdə şair Fazil Sənan, Hüseyn Əsgəroğlu, İnqilab İsaq, Ramiz Təmkin, Suqra İbrahimqızı, Xəzəngül, Solmaz Şəms, Sabir Binnətoğlu, Sahib Qurbanov, Adil Qarayev, Pərvin Quliyev (oxucu), Abbasov Nicat, İmamverdi Məmmədov, Məsail müəllim, Nizami Verdiyev, Yusif İsaoğlu, Fərman İmanov və s. iştirak edirdilər. Onlar çıxışlarında Aydın Murovdağlının dərin mənalı şerlərindən, ona Xəlil Rza Ulu Türk tərəfındən verilən böyük qiymətdən danışdılar. Tədbirin sonunda söz Aydın Murovdağlıya verildi: O, təşkilatçılara , Qərib Mehdiyə, Gülafət xanıma, Mərkəzi kitabxananın kollektivinə öz dərin minnətdarlığını bildirdi. Yazdığı yeni şerlərindən oxudu.Yeni çap olunmuş "Yuxusuz işıq" kitabı kitabxanaya hədiyyə etdi.
 
 
 
 

 
 

"Gəncənin baş meydanında uzunluğu 49 metrlik olan tort kəsildi."

Bu il də bu ənənə olaraq Prezident İlham Əliyevin doğum gününə Gəncənin iş adamlarının və gəncəlilərin təşəbbüsü ilə nəhəng tort hazırlanmışdır. Lakin bu dəfə Gəncə şirniyyat ustaları daha böyük- 49 metr uzunluğu və 12 ton çəkisi olan tort hazırlayıblar.
Şəhərin baş meydanında Gəncə şəhərinin rəhbərliyi, ziyalılar və şəhər sakinlərinin iştirakı ilə tort kəsilərək tədbir iştirakçılarına - on minlərlə gəncəliyə və şəhərin qonaqlarına paylanıldı.
49 metrlik nəhəng tortun tərtibatı da öz nəfisliyi ilə seçilib. Onun üzərində dövlət başçısının 49 illiyinə həsr olunan kompozisiya ilə yanaşı Gəncənin tarixi memarlıq abidələri, şəhərin qədim və müasir simasının təsvirləri əks olunub.
Gəncə şirniyyatçıları gələn il prezidentin 50 illik yubileyinə 50 metrlik tort hazırlamaq arzusundadırlar.
 
 

 
 

"Gəlin Kitab oxuyaq"

Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalında 23 Dekabr tarixdə saat 12-00 da “Gəlin Kitab oxuyaq” adlı dəyirmi masa keçirildi.
Tədbirdə kitabxananın fəal oxucu qrupları, GDU-nun tələbə və Gənclər təşkilatının üzvləri, Aqrar Universitetin və Texnologiya Universitetinin tələbələri, 5 və 27 saylı orta məktəbin şagirdləri iştirak edirdilər.
Tədbiri MKS-nin direktoru Elmira Əliyeva açaraq kitabxananın fonduna müxtılif sahələri əhatə edən yeni ədəbiyyatlar haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonra MKS-nin baş bibloqrafı Tamella Məmmədova yeni kitabların bir çoxu barədə xülasə verdi və yeni alınmış ədəbiyyatın siyahısını oxuculara təqdim etdi.
Oxucular onları maraqlandıran kitablar haqqında suallar verdilər, kitab mütaliəsinin yeniyetmə və gənclər həyatında oynadığı müsbət rol haqqında ətraflı çıxışlar etdilər.
Sonda Oxu zalında təşkil olunmuş yeni kitablar sərgisinə baxdılar, yeni kitablarla tanış oldular.


 
 
 
 

 
 

"Kitab xülasəsi"

Musiqi –not fonoteka şöbəsinə daxil olan yeni kitabların xülasəsi.
Görkəmli bəstəkar, Respublikanın xalq artisti, professor T. Bakıxanov 1930-cu ildə Bakı şəhərində görkəmli sənətkar, muğam ustadı-Respublikanın Xalq artisti, tarzən, pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmışdır.
Xalqımızın uzun illər boyu ruhən qidalanaraq mənəvi zövq aldığı muğam sənəti neçə minillik zəngin bir tarixə malikdir. Onu da qeyd etmıliyik ki, muğamlarımız uzun əsrlərdən bəri müxtəlif alim, musiqişünas və həmin muğam sənətinin ifaçıları vasitəsilə sürətli inkişaf yolu keçərək hal-hazırda ən yüksək mərhələsinə çatmışdır.
Muğamlarımızı simfoniyalaşdırmaq ideyası Azərbaycan musiqisində peşəkarlığın formalaşdığı dövrə təsadüf edir. Bu janrın inkişafına layiqli töhvə verən bəstəkarlar arasında Tofiq Bakıxanovun özünəməxsus yeri vardır.
Simfonik muğam yaradıcılığı sahəsində o inamlı addımlar atır, bu inkişaf yolunun məzmunluğu muğamların seçilməsi ilə səciyyələnir. Bəstəkarın marağı az ifa olunan muğamlara-"Nəva" (1978), "Humayun" (1992), "Rahab" (1994), "Şahnaz" (1996), "Dügah" (1998) yönəlmişdir.
 
 
 
 

 
  Bu gün Gəncə şəhər MKS-nin Oxu zalında 02.03.2010-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində "Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı - 2010" elan olunması ilə əlaqədar olaraq, Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin və Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin təşkil etdiyi “Gəncə Əfsanələr Paytaxtı-2010” başlığı altında dəyirmi masa keçirildi.
Tədbirdə Mədəni irs şöbəsinin müdiri Məmməd Məmmədov, elmi katib vəzifəsinin icraçısı, fəlsəfə doktoru Rasim Nəbioğlu, mədəniyyət idarəsinin inspektoru B. Muradov, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin tabeliyində olan klub, musiqi məktəbləri, texnikumları, kitabxana və muzey işçiləri və bir çox oxucu qrupu iştirak etdilər.
Tədbiri giriş sözü ilə B.Muradov açdı. Sonra söz qonaqlara verildi. Onlar “Gəncə- Əfsanələr paytaxtı 2010” başlığı altında, il ərzində keçirilən silsilə tədbirlərdən danışdılar.
Iştirak edən qonaqlar həmçinin Gəncənin qədimiliyindən, tarixi yaddaşından, qədim abidələrindən, Gəncə folklorundan, bu torpaqda yetişən şair və yazıçılardan söhbət açaraq Gəncəyə bu adın –Gəncə Əfsanələr Paytaxtıdır” adının doğru ünvan tapdığını bildirdilər.
Sonda iştirakçılar ənənəvi olaraq təşkil olunmuş Gəncəylə bağlı sərgiylə tanış oldular.
 
 
 
     
 
 
 

 
 

"Kitabxanaların elektron resurslarının idarə olunması"

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın Tədbirlər Planının II bölməsinə uyğun olaraq “Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda treninq kursun açılışı olmuşdur. Treninq 13 dekabr tarixindən 17 dekabr 2010-cu il tarixinə kimi davam etmişdir.
Treninqdə Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin bu sahə üzrə mütəxəssisləri, habelə respublikanın bir sıra ali məktəb kitabxanalarının mütəxəssisləri iştirak etmişlər. Treninqi giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova açmışdır.
Sonradan söz Yazıçılar Birliyinin üzvi Ə.Eyvazova verilmişdir. L. Məmmədova “İnformasiya Cəmiyyətinin Tələbləri və Kitabxanalar”, “Kitabxanaların Elektron Resursları: Problemlər və Perspektivlər”, kitabxananın baş kitabxanaçısı G.Həsənova “Kitabxanaların informasiyalaşması sahəsində Respublika Gənclər kitabxanasının təcrübəsi”, kitabxanın kitabxanaçısı S. Osmanova “İRBİS – 64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin Administrator və oxucu modulları ilə iş” mövzularında çıxışlar etmişlər.
Tədbirdə Prezident Kitabxanasının, Gəncə və Sumqayıt şəhər Mərkəzi Kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət təcrübəsi və bu mövzularda hazırlanmış təqdimatlar nümayiş etdirilmişdir.
Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim edilmişdir.
 
     
 
 
 

 
 

“Sən elə bir zirvəsən”

Gəncə səhər Mərkəzləşdirilmis Kitabxana Sisteminin 22 saylı kitabxana filialında 9.12 2010-cu il tarixdə saat 11-00 da Ümummilli lider Heydər Əliyevin ildönümü ilə əiaqədar “Sən elə bir zirvəsən” başlığı altında xatirə günü keçirildi.
Tədbiri giriş sözu ilə 22 saylı kitabxana filialının böyük kitabxanaçısı İsmayılova Tünzalə açdı. O,ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında qısa məlumat verdi.
Sonra 28 sayli orta məktəbin tarix muəlliməsi Abdullayeva Çimnaz “Xalq uçun yaşayanlar ölmurlər” başlığı altında çıxış edərək qeyd etdi ki,Heydər Əliyevi xalqa sevdirən, yaxınlaşdıran ən muhum cəhətlərdən biri də onun doğma Azərbaycana olan munasibətidir, o,doğma Azərbaycanı böyük məhəbbətlə sevirdi və bu dildə təmiz, aydın danışmağı xoşlayırdı.
Tədbirdə 28 saylı məktəbin tarix muəlliməsi İsgəndərova Qənirə “Tarixin Azərbaycanlı dahisi” mövzusunda çıxış etdi.
Tədbirdə fəal oxuculardan: Sarıyeva Rəksanə, Xəlilov Yusif, Cəfəri Ayxan,Verdiyeva Ayşən, Abdullayev Ramin ulu öndər haqqında şeirlər söylədilər. Sonda iştirakçılar “Sən elə bir zirvəsən” başlığı altında sərgi ilə tanış oldular.
 
 
 
 

 
  Bu gün MKS-nin 24 saylı kitabxana-filialında Beynəlxalq Əlillər günü münasibətilə “Torpaq uğrunda ölən varsa vətəndir” mövzusunda görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Aslanova Təranə açdı.
Sonra çıxış üçün söz verildi Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyi Gəncə şəhər şöbəsinin müdiri Almaz Aşurova, o çıxışında ,döyüş qəhrəmanlıqlarından danışdı.O,yekunda qeyd etdi ki,qeyrətinə arxalandığımız ,ümidimizi bağladığımız igid ogullarımız bizi bu bəladan xilas edəcəkdir.Şad günü həsrətlə gözləyən,qələbə sevincini yaşamaq istəyi gerçəkləşəcək.
2-ci qrup Qarabağ əlili Rasim Hüseynov öz çıxışında qeyd etdi ki,Qarabağ bizim ən ağrılı yerimizdir.Bu gün Qarabağımız darda,düşmən əlindədir.İndi bu diyar bizi intiqama,köməyə çağırır.
Ə.Cavad adına 2 saylı orta məktəbin təşkilatçı müəllimi Kəmalə Tağıyeva məktəb kollektivi adından Beynəlxalq Əlillər günü münasibətilə Əlilləri ürəkdən təbrik etdi,onlara uzun ömür can sağlığı arzu etdi. Sonda VI-cı sinif şagirdi Hüseynov Röyal “Igid əsgər möhkəm dayan” və V-ci sinif şagirdləri Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirlərini söyllədilər.
 
 

 
  28.11.10 - tarixdə şair-pedaqoq Hüseyn Əsgəroğlunun 60 illik yubileyi keçirildi.  
 
 
 

 
 

Azərbaycan cəmiyyətində mütaliə problemləri.

Bu gün Gəncə şəhər Mərkəzi Kitabxanasında “Azərbaycan cəmiyyətində mütaliə problemlərinin həllində kitabxanaların rolu” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na əsasən keçirilmişdır. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirildi.
Tədbirdə respublikamızın Qərb regionunun kitabxana direktorları ilə yanaşı, Gəncə şəhər Mədəniyyət və Turizm Idarəsinin rəisi Mina Məlikova, Gəncə şəhərinin ali və orta məktəb kitabxana rəhbərləri, müəllimlər və s. mütəxəssislər, bunlarla yanaşı Sumqayıt, Qusar, Quba, Ağdaş MKS-lərinin direktorları iştirak edirdi.
Giriş sözü ilə Mədəniyyət və Turizm Nasirliyinin kitabxana işi sektorunu müdiri Lətifə Məmmədova çıxış etdi. Dəyirmi masada mövzu ətrafında müzakirələr olundu , çıxış edənlər qeyd etdilər ki, problem çox aktual və hər birimiz bu problemin həllində təşəbbüs göstərməliyik.
Tədbirin sonunda Gəncə şəhər Mərkəzi kitabxanasında “ Regional mütaliə mərkəzinin” yaradılması barədə fikir irəli sürüldü.
 
 
 
 

 
  Novruz Bayramınız mübarək !

Bakıda keçirilən Novruz Bayramından fotoşəkillər
 
 
 
 
 
 
 
 

 
  Torpaq çərşənbəniz mübarək!

"İlaxır çərşənbə" - sonuncu "Yer çərşənbəsi"
Bu gün isə Torpaq çərşənbəsidir və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası Torpaq çərşənbəsində də tonqal yandırmaq mütləqdir.
Novruz çərşənbələrinin sonuncusunda yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər.
Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
 
 

 
 
Əziz xanımlar!

Sizləri 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!Daima gözəlliyinizi qoruyub saxlamağı və diqqqət mərkəzində qalmağınızı arzulayırıq!

 
 

 
  Yel çərşənbəniz mübarək!
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibariləqədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. A Yel baba, Yel baba,
 
 

 
 
Kitabxanaçnın uğuru!

Bu günlərdə Gəncə şəhərinin kitabxanaçılarının sevincinin həddi-hüdudu yoxdur.
MKS-nin komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri İsgəndərova Gülünaz Respublikamızda Dövlət Proqramı çərçivəsində kitabxanaların cəmiyyətin həyatında rolunun artırılması, kitabxana işçilərinin peşə ustalığının qiymətləndirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, kitabxanaçı peşəsinin nüfuzunu artırılması və s. işlərin həyata keçirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı – 2010” respublika müsabiqəsinin qalibi elan olmuşdur.
Bu təkcə Gülünaz xanımın deyil, Gəncə şəhər kitabxanaçıların uğurudur. Biz hamımız kitabxanaçı adını yüksəltiyinə görə, Gülünaz xanımla fəxr edirik!
Onu kollektivimiz adından ürəkdən təbrik edirik, ona can sağlığı və gələcək işlərində uğurlar arzu edirik!
 
 

 
 
Od Çərşənbəniz mübarək!
İlaxır çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar.
Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
 
 

 
  MKS-nin 23 saylı filialında 25 fevral 2011-ci il tarixində saat 11 “Xocalı faciəsi” başlığı altında anım günü keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi B.Muradov, MKS-nin direktoru E.Əliyeva, Gəncə şəhər YAP Gənclər təşkilatının sədri R.İbrahimov , ADAU-nun tarix müəllimi, Qarabağ Veteranlar şurasının sədri A.Aşurov, ADAU-nun müəllimi M.Hacıyev, 23 saylı məktəbin müəllimi İsmayılova Məhsəti, ADAU-nun tələbələri və 23 saylı məktəbin şagirdləri iştirak etdilər.
Anım günündə çıxış edenlər ermənistan təcavüskar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsi, yüzlərlə günahsız insanların qətlə yetirilməsindən ürək ağrısı ilə danışaraq Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladılar.
Tədbirin sonunda Xocalı faciısini özündə əks etdirən kadrlar nümayiş etdirildi, tələbələr və şagirdlər xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər.
 
 
 
 

 
  24 saylı kitabxana filialında Abdulla Şaiqin 130 illiyi ilə əlaqədar “Uşaq dramaturgiyasının banisi” mövzusunda şeir saatı keçirildi.Şeir saatını giriş sözü ilə filialın müdiri Aslanova Təranə açdı.Abdulla Şaiq XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutur. O,mahir uşaq yazıçısı,müəllim və maarif xadimi kimi şöhrətlənmişdir. Abdulla Şaiq yaradıcılığı boyu öz kiçik dostlarını unutmamış, onlar üçün müxtəlif janrlarda çoxlu əsərlər yazmışdır. Onun “Tıq-tıq xanım” ,”Tülkü həccə gedir” ,”Yaxşı arxa”, Şələ quyryq”kimi mənzum hekayələri ,”Xoruz”,”Keçi”,”Uşaq və dovşan”,”Səhər”, ”Təmizlik”, “Quzu”,”Oyan oğlum”və s. şeirlər yazmışdır. Şeir saatında Ə.Cavad adına 2 saylı orta məktəbin şagirdləri iştirak edirdi.Hüseynov Röyal Rauf oğlu “Zəfər nəğməsi”şeirini söylədi.  
 

 
 


16 fevral 2011-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sistemində direktoryanı şura üzvülərinin iclası keçirildi. İclasda 2011- ci ilin 21 yanvar tarxində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin bərpasının iyirminci ildönümü haqqında” imzalanmış Sərəncamla bağlı Mədəniyyət və Turizim Nazirliyindən daxil olmuş 192/03 saylı məktubdan irəli gələn vəzifələrin yerinə yetirməklə bağlı plan tərtib edilməsi haqqında MKS-nin struktur bölmələrinə tapşırıq verilmişdir.
 
     
 

 
 


07.02.2011-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxanada Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun doğum günü ilə bağlı “Vətənin uğrunda mərd Mübarizim” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
Tədbir M.maqomayevin “Azərbaycan” mahnısı ilə açıq elan olundu.
MKS-nin direktoru Elmira Əliyeva tədbiri açaraq sözü oxu zalının müdiri Aidə Abdullayevaya verdi. O, M.İbrahimovla bağlı, onun qəhrəmanlıq şücaəti ilə bağlı çıxış etdi. Sonra Mübariz İbrahimovun fotoşəkillərindən yığılmış təqdimat göstərildi.
Tədbirdə iştirak edən qonaqların hər biri – Gəncə Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradov, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, Əmiraslan Rüstəmli, M.C. Paşayev adına “Bahar” uşaqlara qayğı ictimai birliyinin sədri, 39 saylı orta məktəbin dərs hissə müdiri Afət Cəmilova, GDU-nun tarix fakultəsinin baş müəllimi Yəhya Süleymanov, “Azəri dünyası” qəzetinin redaktoru Rövşən Məmmədov, şair publisist Ramiz Təmkin qəhrəman vətən oğlu Mübariz İbrahimov haqqında fikirlərlə çıxış etdilər.
Gəncə Musiqi Kollecinin tələbəsi, vokalist Vasif Bayramlı, 5 saylı Uşaq Musiqi məktəbinin musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənildi.
39 saylı orta məktəbin şagirdləri kompozisiya ilə çıxış etdilər.
Sonda tədbir “Azərbaycan” mahnısı ilə bağlı elan olundu.
 
     
 

 
 

“Adini tarixə yazan Qəhraman"

4.02.2011-ci il tarixdə saat 12 00 MKS-nin 2 saylı li kitabxana filialında Milli Qəhraman Mübariz İbrahimovun anadan olması gününə həsr olunmuş ədəbi-bədii kompazisiya keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradaov, Gənc Vətənpərvərlər Birliyinin Qərb Regionu üzrə nümayəndəsi Elçin Axundov, ədəbiyyat müəlliməsi Dilşad Tağıyeva, MKS-in baş metodisti Şahnaz Əhmədova və başqaları iştirak edirdilər.
Tədbiri 2 saylı filialın müdiri FiruzəYunusova açdı. Milli Qəhraman Mübariz İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Tədbirdə filialın fəal oxucuları, 18 saylı orta məktəbin VIII sinif şagirdləri Milli Qəhraman haqqında şeirlər söylədilər, kompazisiya təqdim etdilər.
Tədbirin sonunda qonaqlar Milli Qəhraman haqqında düzəldilmiş sərgi ilə tanış oldular. Tədbir “Qələbə” mahnısının sədalar altında sona yetdi.
 
 
 
 

 
 

“Gənclik-Vətən torpağının səhəridir”

Fevralın 2-də saat 15.00-da 7 saylı kitabxana,N.Nərimanov adına 25 saylı orta məktəblə birlikdə Azərbaycan Gənclər gününə həsr olunmuş “Gənclik-Vətən torpağının səhəridir”başlığı altında ədəbi-bədii gecə keçirildi.
Tədbirdə XI sinif şagirdləri və müəllim kollektivləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin tədris hissə müdiri Nailə xanım Məmmədova açdı.O,gəncləri bu bayram münasibətilə ürəkdən təbrik etdi. Sonra söz kitabxananın müdiri Natella Hacıyevaya verildi. N.Hacıyeva tədbirdə iştirak edən gəncləri və onların timsalında bütün Azərbaycan gənclərini bu bayram münasibətilə təbrik etdi,onların gələn il bu vaxtı gənc tələbə kimi tədbirdə iştirak etmələrini arzuladı.Sonra böyük kitabxanaçı Könül Mirxudayeva “Gənclik-Vətən torpağının səhəridir”mövzusunda çıxış etdi.
Bundan sonra söz verildi gənc nəslə:Haciyev Mirzəli Xalidə Hasilovanın “Gənclikdən günəş istədim”şeirini söylədi. Məmmədova Türanə Səməd Vurğunun“Cavanlara xitab”şeirini söylədi. Sonra gənclər musiqi sədaları altında rəqs etdilər.
Məktəbin ədəbiyyat müəllimi Səmadil Bayramova Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş şeirlər söylədi və gənc nəsli mübariz olmağa çağırdı. Tədbirin bütün iştirakçıları bir dəqiqəlik sükutla milli qəhrəmanı yad etdilər.Yenə söz musiqiyə verildi və tədbirin sonuna qədər gənclər rəqs etdilər.
Tədbirin sonunda məktəbin müəllim heyyəti və 7 saylı kitabxananın işçiləri iştirakçılara tədbirdə iştirak etdiklərinə görə öz minnətdarlıqlarını bildirdilər.
 
 
 
 

 
 

“Gənclik və Zaman ”

MKS-nin 6 saylı Gənclər filialında “Gənclik və Zaman” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə 6 saylı gənclər kitabxana filialının müdiri Məmmədova Məryam açdı.
Gəncləri 2 Fevral gənclər günü münasibətilə təbrik etdi. Sonra söz Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradova verildi.
Tədbir iştirakçıları dəyirmi masanın gündəliyində olan suallar ətrafında müzakirə etdilər. Tədbirdə Tibb texnikumunun tələbələri, Gəncə Elm mərkəzinin Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Ruziyə Quliyeva, Bakı Slavyan Universitetinin tələbəsi Yeni Gənclik tələbə birliyinin baş katibi Musavi Şahin və digər gənclər iştirak etdilər.
Tədbirin sonunda MKS-nin direktoru Elmira Əliyeva 6 saylı Gənclər filialının kollektivinə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
 
 

 
 

“Nəriman Fərmanoğlunun kitab təqdimatı ”

Bu gün Gəncə çəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Nəriman Fərmanoğlunun "Dünya göz dikibdir Azərbaycana" kitabının təqdimatı keçirildi.
Tədbirdə Nəriman Fərmanoğlunun həyat və yaradıcılığı haqda Azərbaycan Qadınları Respublika Cəmiyyətnin sədri, filologiya üzrə fəlsəfə doktoru Ruziya Quliyeva danışdı. Sonra söz Türkiyənin Azərbaycandakı baş konsulu hörmətli Haluk Ağca bəyə verildi.
Tədbirdə Nəriman Fərmanoğlunun şeirlərinə bəstələnmiş mahnılar ifa olundu. Tədbirdə Mədəniyyət və Turizm idarəsinin inspektoru B.Muradov, 4 saylı orta məktəbin derektoru Ə.Səfərəliyev, şairiin qələm yoldaşları, tələbələr və s. iştirak etdilər.
Tədbirin sonunda MKS-nin derektoru E.Əliyeva şairə öz minnətdarlığını bildirdi və sənətində uğurlar arzuladı.
 
 
 
 

 
 

“Kitab xülasəsi”

MKS-nin Amerika Mərkəzində 9 saylı kitabxana-filialı birgə bu gün Amerika yazıcısı Cek Londonun anadan olmasının 135 illiyi münasibə-tilə müəllifin ”Oyun”, ”Dəmir daban”,”Martin Iden”, “Povest və hekayələr”kitablarının xülasəsi keçirildi.
 
 
 
 
 
 

“Ağla qərənfil ağla”

19.01.2011-ci il tarixində saat 12:00-da MKS-nin 2 saylı kitabxana filialında 20 Yanvar Matəm günü münasibətilə anım günü keçirildi.
Tədbirdə 34 saylı, 18 saylı orta məktəblərin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbirdə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri 2 saylı filialın müdiri Yunusova Firuzə açdı və sözü qonaqlara verdi.
Tədbirin sonunda şagirdlərin ifasında "Ağla qərənfil ağla" adlı ədəbi bədii kompozisiya göstərildi.
 
 
 
 

 
 

“Milli Azadlıq mübarizəsi”

Bu gün Gəncə şəhər MKS-nin Oxu zalında 20 Yanvar Ümumxalq hüzn günü ilə bağlı “Milli Azadlıq mübarizəsi” adlı anım günü keçirdi.
Tədbirdə Gəncə şəhər “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov, GDU-nun Tarix fakultəsinin baş müəllimi Yəhya Süleymanov, Gəncə şəhər İcra Hakimiyətinin nümayəndəsi Elçin Veysov, M.C.Paşayev adına 39 saylı orta məktəbin direktor müavini Afət Cəmilova, Gəncə AMEA-nın şöbə müdiri Ruziyyə Quliyeva, MKS-nin bir sıra oxucu qrupu iştirak etdilər.
Tədbirdə “Qanlı Yanvar” adlı sənədli film nümayiş etdirildi. 39 saylı otra mıktəbin şagirdləri 20 Yanvar faciəsilə bağlı kompozisiya təqdim etdilər.
Tədbirirn sonunda iştirakçılar “20 Yanvar faciəsinə həsr olunmmuş “Milli azadlıq mübarizəsi” adlı sərgi ilə tanış oldular.
 
 
 
 

 
 

“Ömrü günü yurda baglı şairə”

14.01.2011-cu il tarixdə saat 12-00 da Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7- saylı kitabxana filialında şair, əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 85 illiyi ilə əlaqədar “Ömrü günü yurda baglı şairə”adlı sərgi-söhbət keçrildi.
Sərgidə şair M.Gülgünün seçilmiş əsərləri,ayri-ayrı əsərləri, şairin haqqında yazilmış əsərlər nümayiş olunmuşdu.
Tədbiri 7 saylı kitabxana filialının müdiri Hacıyeva Natella açdı. O, şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verərək, onun sərgidə olan kitabları haqqında danışdı.
O, qeyd etdi ki,şairin poeziyası ildən-ilə, kitabdan-kitaba zənginləşərək, əhatə dairəsi genişlənmişdir.
Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı", Savalanın ətəklərində, Sülhün səsi ,Təbriz qızı,Dünyamızın sabahı , Dünya şirin dünyadır ."Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni", "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur.
Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirləri və mahnıları dillər əzbəridir.
Tədbirdə 25 saylı məktəbin şagirdləri, GDU-nun tələbələri iştirak edirdilər.
 
 
   
 
 

 
 

"Gəncənin mərd qəhrəmanı Cavad xan"

12.01.2011-cu il tarixində saat 11-00-da Mərkəzləşmiş kitabxana sisteminin 3 saylı kitabxana filialının təşkil etdiyi "Gəncənin mərd qəhrəmanı Cavad xan"adlı xatirə günü keçirildi. Bu tədbirdə 15 saylı orta məktəbin müəllim və şagirdləri, MKS-nin metodistləri, kitabxananın fəal oxucuları iştirak edirdilər.
Cavad xanın xatirə günü ilə əlaqədar təşkil edilmiş tədbiri 3 saylı kitabxana filialının böyük kitabxanaçısı Məmmədova Zeynəb açıq élan etdi. O, qeyd ki, Azadlıq mücadiləsi ilə böyük bir qəhrəmanlıq səlnaməsi yazan əfsanəvi sərkərdə, Gəncənin sonuncu xanı Cavad Xanın ölümündən 206 il keçir.
Bu münasibətlə Gəncədə silsilə tədbirlər təşkil olunur. Cavad Xan ehtiramla yad edilir.Bunu qeyd etməkdə məqsədimiz Gəncənin mərd, igid, vətənpərvər, cəsur qəhrəmanı Cavad xanın göstərdiyi qəhrəmanlığı yeniyetmə, gənclərə çatdırmaq və onun həyatını özlərinə örnək seçmələrini tövsiyə etməkdən ibarətdir. Azərbaycan həmişə öz qəhrəman övladları ilə fəxr etmişdir.
Sonra söz tədbir iştirakçılarına verildi. Bir-birinin ardınca Cavad xana həsr olunmuş şerlər söylədi və səhnəcik göstərildi.
Tədbirin sonunda 15 saylı orta məktəbin tarix müəlliməsi Sevil xanım qeyd etdi ki, artıq 206 ildir Cavad Xanın xatirəsi ürəklərdə igidlik, mərdlik mücəssəməsi kimi yaşayır. Gəncə işğal olunduqdan sonra imperiya illəri və sovetlər dönəmində Cavad Xanın adını anmaq belə yasaq olunsa da, xalq qəhrəmanını unutmayıb.
Xalqımız belə qəhrəmanın olmasından fəxr edir və xatirəsinin əziz tutulmasının vacib olduğunu tədbir iştirakçılarına çatdirdı.
 
 
 
 
     
 
 
 
 

"Yaraların sağalacaq, zaman – zaman Azərbaycan" 

123

Gəncə şəhəri Mərkəzləşdirilmiş kitabxana sisteminin Uşaq şöbəsində 15.01.2015-cü il tarixdə 20 Yanvar faciəsinin 25-ci il dönümü münasibəti ilə “Yaraların sağalacaq, zaman –zaman Azərbaycan” başlığı Bir dəqiqəlik sükutla vətən torpağı uğrunda qəhrəmancasına həlak olmuş mərd şəhidlərimiz yad edildi. MKS-nin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova 20 yanvar Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. Həmin faciə imperiyanın tək azərbaycan xalqına qarşı yox, həmdə bəşəriyyətə, insanlığa qarşı yönəldilmiş soyqırım siyasəti idi. Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva çıxışında bildirdi ki, 20 yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olmasına baxmayaraq Azərbaycan xalqı bu hadisədə öz qürurunu itirmədi, iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına dünyada görünməmiş faciə kimi həkk olunmuş 20 yanvar tarixi Azərbaycanın taleyinə XX əsrin növbəti qəhrəmanlıq səhifəsi kimi yazıldı. Tədbirdə çıxış edən 27 saylı Lisey məktəbinin müəlliməsi Zenfira Aslan bildirdi ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzm və iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. 20 yanvar hadisələrini xalqımızın azadlıq uğrunda mübarizə tarixinin qanlı səhifəsi kimi heç vaxt unudulmayacağını bir daha vurğuladı. 27 saylı orta məktəbin şagirdləri milli azadlıq uğrunda mübarizədə qəhrəmanlıq göstərən şəhidlərə dair ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirdə fəal oxucular və Gəncə şəhər 27 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Tədbirin sonunda iştirakçılar MKS-nin Uşaq söbəsində “Yazılsın tarixə qoy qara xətlə” başlığı altında təşkil olunan sərgiylə tanış oldular.

 

"Sərgi - söhbət" 

123

07.01.2015-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialında “Fonda daxil olan yeni kitablar ” adlı sərgi -söhbət keçirildi. Sərgidə “Azərbaycan dilinin orfoq-rafiya lüğəti”, “Azərbaycan tarixi, “XX əsr Azərbaycan tarixi”, Z.H.Eminov”Coğrafiya”, Kotler F.“Marketinq menecment”, E.Quliyev “Şərq xalqları ədəbiyyatı”, ZeynalovV.Z.“Beynəlxalq maliyyə”, A.Tağıyev “Antropologiya”, Azərbaycan və dünya ölkələrinin yazıçı və şairlərinin əsərləri sərgiləndi. Yeni alınmış kitablar haqqında filialın müdiri Firuzə Yunusova oxuculara ətfaflı məlumat verdi. Tədbirdə kitabxananın oxucuları iştirak edirdilər

 

"Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür." 

123

Dekabrın 31 Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı - bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.


 
 

"Gəncə Şəhər  Mərkəzləşdirirlmiş Kitabxana Sisteminin 21 saylı kitabxana filialı 28.12.2014-cü il tarixdə 23 saylı Uşaq Bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “ Yeni ilimiz, yeni arzularımız” başlığı altında səhərcik keçirdi." 

yn

Tədbiri giriş sözü ilə, 21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova açaraq, uşaqları salamladı və dünya Azərbaycanlılarının həmrəylik günü, eyni zamanda yeni il münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi və qeyd etdi ki,
Ulu öndərimizin vaxtı ilə dediyi bu sözlər yaxşı xatirimizdədir: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır”.

Tədbirdə 23 saylı Uşaq bağçasının  müdiri Svetlana Balıyeva, müəllimə Esmira Teymurova və tərbiyəçi  Gülmira Cəfərova yeni il münasibəti ilə körpələri təbrik etdi. Uşaqlar Şaxta baba və Qar qızla yolka ətrafında şənlənərək, döğma Azərbaycanımıza və Yeni ilə həsr olunmuş mahnılar,şeirlər söylədilər


 

 

 
 

"Xalq üçün həmişə Gəncə-Gəncədir" 

123

25.12.2014-cü il tarixində MKS-nin 2 saylı kitabxana filialında Gəncə şəhərinin adının qaytarılmasının 25 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirildi. Gecədə MKS-nin rəhbərliyi, AMEA-nın Gəncə bölməsinin şöbə müdiri, Filologiya üzrə Fəlsəfə doktoru Ruziyə Quliyeva, müəllimlər, tələbələr iştirak edirdilər.Tədbiri giriş sözü ilə filialın müdiri Firuzə Yunusova acdı və çıxış üçün sözü Ruziyə xanıma verdi. Ruziyə xanın Gəncənin tarixi, zaman-zaman şəhərin adının dəyişdirilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi . Tədbirin bədii hissəsində Gəncə şəhər Musiqi kollecinin tələbələri və 18 saylı orta məktəbin şagirdlərinin ifasında yazıçı- dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesindən, şair Zeynal Xəlilin Mirzə Şəfi Vazehi oxuyarkən şeirindən bir parça səhnəciklər göstərildi, seirlər söylənildi, Gəncəyə həsr olunmuş mahnılar ifa olundu. Tədbirin sonunda MKS-nin direktoru Elmira Əliyeva çıxış etdi, tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirdi  

 

 

 
 

"BU GÜN ÜMUMILLI LIDERIMIZ HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜDÜR" 

123

Bu gün Mərkəzi kitabxananın Oxu zalında "Ulu öndər Heydər Əliyevin" anım günü keçirildi.
2003-cü il dekabr ayının 12-si... Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkisaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığıbir məmləkəti əmanət qoyub getdi. 
12 dekabr - Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir, çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyəvin əməlləri ilə bəzənib. "Gərək nəbzin vətənin nəbzi ilə vursun" -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu. 
ALLAH RƏHMƏT ElƏSIN

 

 
 

Xülasə

12.12.2014-cü il tarixdə Mərkəzi kitabxananın oxu zalında fonda yeni daxil olan kitabların açıq-baxış sərgisi təşkil edilmişdir. Oxu zalının böyük kitabxanaçısı ilin ikinçi yarısında fonda daxil olan yeni kitablar barədə ümumi məlumat və sərgidə nümayiş etdirilən kitabların biblioqrafik icmalını vermişdir.Sonda oxucuların sistem kitabxanalarının fonduna daxil olan yeni kitablar haqda daha geniş məlumat əldə etməsi üçün Məlumat-biblioqrafiya şöbəsinin tərtib etdiyi “2014-cü ilin III və IV rübündə Gəncə şəhər MKS-nin fonduna daxil olmuş kitabların annotasiyalı biblioqrafik göstəricisi”ni təqdim etmişdir.

 

 
 

"Kitab təqdimatı" 

123

13 Dekabr tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın oxu zalında şair Elşən Əzimin “İllərin o tayı” ktabının təqdimat mərasimi keçirildi. “İllərin o tayı” kitabı şair Elşən Əzimin “Könlümə yağan yağış” və “Yuxu danışıram” adlı kitablarından sonra oxucularla üçüncü görüşüdür. Kitabda şairin son on il ərzində rəngarəng mövzularda yazdığı şeirlər toplanıb. Təqdimat mərasimində Gəncə şəhər Yazıçılar Birliyinin sədri, şair Xəzangül xanım, şairlərdən Qərib Mehdi, Aləmzər Əlizadə, Bahadur Fərman, Sahib Axundlu, Ümbülbanu, İradə Aytel, Ramiz Təmkin, Çiçək Mahmudqızı və bir çox tanınmış yazıçı və şairlər iştirak edirdi.

 

 
  3 dekabr Beynəlxalq Əlillər günü. 

03 dekabr tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında 3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Gəncə şəhər Qarabağ əlilləri və şəhid ailələrinin bir neçəsi ilə kitabxana kollektivinin görüşü keçirildi.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim, yazıçılar birliyinin bir qrup şair və yazıçıları, fəal oxucular və şəhər ziyalıları iştirak edirdi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi: Bu gün dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Dekabrın 3-nün əlillər günü kimi qeyd olunmasıyla bağlı qərar Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə BMT-nin baş məclisində qəbul edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Hazırda dünyada 150 milyondan çox xüsusi qayğıya ehtiyacı olan əlil uşaq var. Azərbaycanda isə bu gün 462 min 672 nəfər əlil var. Bunların müəyyən hissəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlə dolanır".
Görüşdə əlillərin ictimai problemlərindən, onlar üçün dovlət tərəfindən yaradılmış geniş imkanlardan, dövlət dəstəyindən, əlilləri maraqlandıran digər məsələlərlə bağlı geniş diskussiya aparıldı və əlillərin fikirləri dinlənildi.
Sonda görüşdə iştirak edən Gəncə şəhər Qarabağ əlilləri və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə tədbir təşkilatçılarına öz minnətdarliqlarını bildirdilər.

 
 

"Şaxta baba şaxtacan, hardasan bu vaxtacan"

27.12.2010 MKS-nin Səyyar şöbəsi 47 saylı körpələr evində 3-4 yaşlı qrupda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti “Şaxta baba şaxtacan, hardasan bu vaxtacan" başlığı altında ədəbi-bədii gecə keçirdi.Tədbir uşaqların ifasında Azərbaycanın himni ilə acıq elan oldu. Yeni ilə aid şeirlər söylənildi, rəqslər ifa olundu. Şənliyin axarında körpələr Şaxta Babanı səslədilər.Şaxta Babanın gəlişı uşaqların böyük marağına səbəb oldu. Körpələr əl-ələ verib doyunca rəqs etdilər. Sonda Şaxta Baba öz hədiyyələri ilə balacaları sevindirdi. Tədbirdə Səyyar şöbəsinin kitabxanaçısı Hüseynova Elnarə cıxış etdi, uşaqları təbrik etdi, və körpələr evinin müdiriyyətinə tədbirin kecirilməsinə köməklik etdiyinə görə dərin təşəkkürünü bildirdi. Tədbirdə bağçanın müəllim kollektivi, uşaqlar və valideyinlər iştirak edirdilər.
 
     
     
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva