Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Untitled Document  
 
T Ə D B İ R L Ə R
 

131 Dekabr - Dunya Azərbaycanlilarinin Həmrəylik gunu - Azərbaycan millətinin birlik shuarinin simvolik gunudur. Bu bayram ayri-ayri olkələrdə yashayan azərbaycanlilarla əlaqələr qurmaq, onlar arasinda birlik və həmrəylik yaratmaq ishində muhum rol oynayir. Dunya Azərbaycanlilarinin Həmrəylik gununun qeyd edilməsi butun dunya azərbaycanlilari tərəfindən artiq bir zərurətə və mənəvi ehtiyaca cevrilmishdir.
Azərbaycanlilarin yashadiqlari, fəaliyyət gostərdikləri və coxluq təshkil etdikləri Avropa olkələrində bu tendensiya ozunu yuksək səviyyədə gostərir. Bu da ondan irəli gəlir ki, Avropadaki Azərbaycan diaspor təshkilatlari oz quvvələrini səfərbər etməkdə ardicildirlar və bu ayri-ayri cəmiyyət uzvləri ucun bir araya gəlmək, cəmiyyət və qurumlar halinda birləshmək baximindan dunyanin sivil noqtələrindən biri olan Avropada muhum əhəmiyyət kəsb edir.

 
 

116 Dekabr 2013 - cü il tarixdə Qırğız Xalq yazıçısı Çingizin Aytmatovun anadan olmasının 85 illiyi münasibət ilə Gəncə şəhər Mərkəzləşmiş Kitabxananın "Oxu zalında" Türk dünyasının görkəmli söz ustadı” adlı kitab sərgisi təşkil edilmişdir. Sərgidə yazıçının əsərləri, həyat və yaradıcılığından bəhs edən kitablar və elmi-tədqiqat əsərləri Azərbaycan, qırğız, rus və tük dillərində nümayiş olunurdu.
Tədbirdə şair, əməkdar incəsənət xadimi Sahib Axundlu, Mikayıl Yanar, Aləmzər Əlizadə, İradə Aytel və bir çox Gəncə yazarları, Gənc Vətənpərvərlər Birliyinin Gəncə bölməsinin nümayəndəsi Elçin Axundov, GDU və ADAU-nun tələbələri, Mərkəzləşmiş Kitabxananın kollektivi iştirak edirdi.

 
 

1

12 Dekabr tarixdə Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Xalqın Böyük Hamisi” başlığı altında anım günü keçirildi.
Tədbirdən öncə Kitabxana kollektivi  xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstəsi qoyaraq yad etdi.
Tədbiri Mərkəzləşdirilmiş Kitabxananın müdiri Elmira Əliyeva açdı: “ Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır...”
Tədbirdə kitabxana kollektivi ilə birgə şəhər ziyalılarından bir qrup yerli şair və yazıçılar, jurnalistlər, GDU və ADAU-nun fəal oxucu- tələbələri iştirak edirdi.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən sənədli film təqdim olundu.

 

 
 

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

1Dünya miqyaslı siyasətçi

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

 
 

1

03 dekabr tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında 3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Gəncə şəhər Qarabağ əlilləri və şəhid ailələrinin bir neçəsi  ilə kitabxana kollektivinin görüşü keçirildi.
            Tədbirdə həmçinin  Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət  xadimi, şair  Məmməd Alim, yazıçılar birliyinin bir qrup şair və yazıçıları, fəal oxucular və şəhər ziyalıları iştirak edirdi.
           Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva  tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi: Bu gün dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Dekabrın 3-nün əlillər günü kimi qeyd olunmasıyla bağlı qərar Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə BMT-nin baş məclisində qəbul edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Hazırda dünyada 150 milyondan çox xüsusi qayğıya ehtiyacı olan əlil uşaq var. Azərbaycanda isə bu gün 462 min 672 nəfər əlil var. Bunların müəyyən hissəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlə dolanır”.
            Görüşdə əlillərin ictimai problemlərindən, onlar üçün dovlət tərəfindən yaradılmış geniş imkanlardan,  dövlət dəstəyindən, əlilləri maraqlandıran digər məsələlərlə bağlı geniş diskussiya aparıldı və əlillərin fikirləri dinlənildi.
            Sonda görüşdə iştirak edən Gəncə şəhər Qarabağ əlilləri və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə tədbir təşkilatçılarına öz minnətdarliqlarını bildirdilər.

 
  Siz  hüquqlarınızı bilirsinizmi?

1

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisiteminin 13 saylı kitabxana filialında 20.XI.2013-cü il  tarixdə M.Füzuli adına 22 saylı  orta məktəbin  4 sinif şagirdləri  ilə birlikdə Beynəlxalq uşaq hüquqları günü münasibətilə “ Siz  hüquqlarınızı bilirsinizmi?” başlıqda  sual-cavab  keçirildi.
   Əvvəlcə uşaqlara    1924-cü ildə ilk dəfə olaraq qəbul edilmiş uşaqların hüquqlarını təmin edən bəyannamə  haqqında məlumat verildi. Bu bəyannamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyannamənin qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür...
     Tədbiri 22 saylı məktəbin sinif müəlliməsi  İlhamə Rəcəbova  və  kitabxanaçı Rəcəbli Esmira keçiridi. Şagirdlərdən Rzayev Fərid, Məmmədova Gülnar, Məmmədov Hikmət, Zeynalov Tellan, Cəfərli Lətifə, Abbasov Elvin  sual-cavabda fəal iştirak etdilər.
Sonda sinfin müəlliməsi İlhamə Rəcəbova uşaqlara  öz hüquqlarını bilmək haqqında geniş tövsiyələr verdi.

 
  12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

11995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə Respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

 
  "Bir kərə yüksələn bayraq,bir daha enməz!"

1

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisiteminin 13 saylı kitabxana filalında 08.11.2013-cü il tarixində Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı söhbət keçirildi.
Tədbiri giriş sözü ilə kitabxanaının böyük kitabxanaçısı Bağırova Svetlana açaraq tədbir iştirakçılarını salamladı. Tədbirdə Gəncə Dövlət Humanitar kollecinin tələbələri və kitabaxananın oxucuları iştirak etdilər.
Kitabxanaçı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabırın 17-də Azərbaycan Respublikasının  Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi əhəmiyyətli sərəncamı imzaladı. Sərəncama görə, hər il noyabr  ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105- ci maddəsinə də əlavə edildi.
Sonda iştirakçılar kitabxanada olan sərgilərlə tanış oldular.

 
  "Dalğalan bayrağım, ucal bayrağım!"

1

Mərkəzlkəşdirilmiş kitabxana sisteminin 4 və 8 saylı filialları 8 noyabr 2013-cü il tarixdə  9 noyabr – Azərbaycan Respublikasının  Dövlət Bayrağı günü  münasibətilə “Dalğalan bayrağım, ucal bayrağım!” başlığı altında şeir saatı keçirdi.
  Tədbirdə 4 saylı musiqi məktəbinin müəllim və tələbələri, 8 və5 saylı məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın  şagirdləri iştirak edirdi.
    Tədbirdə Xarici Dillər Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Şirinova Lalə aparıcılıq edirdi.   
    8 saylı filialın böyük kitabxanaçısı Nahidə Əliyeva “Bayraq günü” ilə əlaqədar  çıxış etdi və iştirakıları təbrik etdi. 
    Məktəblilərdən Məmmədova Aytac, Novruzov Kamran, Zeynallı Gülşən, Əhmədov Sərxan  Azərbaycana, Vətənə, bayrağa aid şeirlər söylədilər.
    4 saylı musiqi məktəbinin tələbələri Cəfərli Beyrək, Verdiyev Abdulla vətənpərvərlik  mahnıları ifa etdilər.

 
  "Şairəm, eşqimdə öz qəlbim kimi mərdanədir"

1

28.10.2013-cü il tarixdə saat 1500-da Mərkəzləşdirilmiş kitabxana sisteminin  1 saylı kitabxana filialında Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq “Şairəm, eşqimdə öz qəlbim kimi mərdanədir” adlı şer gecəsi keçrildi.
        Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Məlikova Züleyxa xanım qeyd etdi ki, Məmməd Araz Azərbaycan poeziyasını parlaq nümayəndələrindən biri olmuşdur. Məmməd Araz öz yaradıcılığında poema janrına tez-tez müraciət etmiş və eyni zamanda uzun illər bədii tərcümə ilə də məşğul olmuşdur. Xalq şairi Məmməd Arazın əsərləri hər zaman sevilə-sevilə oxunmuş və bu gundə oxucular tərəfindən oxunan əsərlərdir.
    MKS-nin direktor müavini Qedimova Fəridə xanım çıxış edərək tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Sonra 4 və 6 saylı orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri dinlənildi və sozlərinə yazılmış mahnılardan nümunələr dinlənildi. Tədbirin sonunda iştirakçılar şairin 80 illik yubileyi ilə bağlı tərtib olunmuş “Məmməd Araz 80” adlı sərgi ilə tanış oldular.

 

 

 
  "Dövlət Müstəqilliyi Xalqımızın tarixi nailiyyətidir"

1

18 Oktyabr tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında 18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə “Dövlət Müstəqilliyi Xalqımızın tarixi nailiyyətidir” başlığı altında dəyirmi masa təşkil edildi.
Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva açıq elan edərək Dövlət Müstəqilliyi günü ilə bağlı çıxış etdi: “
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür...”
Tədbirdə MKS-nin direktoru və kollektivi, GDU-nun Gənclər Təçkilatının fəal tələbələri, M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri, Gənc Vətənpərvərlər Birliyinin bir neşə üzvləri iştirak edirdi.
Tədbirin sonunda Əbədi Müstəqilliyimizin banisi, əbədiyaşar prezident, ümummilli lider Heydər Əliyevin Azərbaycanın suveren inkişafi, müstəqilliyi uğrunda apardığı siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.

 

 
  “Mənim sirli - sehrli nağıl dünyam”

1

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 12.10.2013-cü il tarixində “Mənim sirli - sehrli nağıl dünyam”- (Azərbaycan nağıllarından seçmələr) nağılları əsasında Gəncə şəhər 31 saylı Uşaq baxçasında nağıl saatı keçirdi.
MKS-pin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova 31 saylı Uşaq baxçasının böyük yaş qrupunun rəhbəri Əliyeva Elmira xanımın köməkliyi ilə nağıl saatı keçirdi.
MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva “Təpəgöz”, “Məlikməmmədin nağılı”, “Sehirli üzük” nağıllarını ifadəli şəkildə balaca oxucuların diqqətinə çatdirdı. Tədbir 31 saylı Uşaq baxçasının rəhbərliyinin ürəyincə oldu. Belə tədbirlərin vaxtaşırı keçirilməsini kitabxana işçilərinə tövsiyyə etdi.

 

 
  S.S.PİRSULTANLI “QAÇAQ GÜLSÜM”

1

14 Avqust tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında Gəncə Yazıçılar Birliyi və MKS-nin birgə təşəbbüsü ilə  Səyyaf Sədnik oğlu Pirsultanlının “Qaçaq Gülsüm”  adlı kitablarının təqdimat mərasimi keçirildi.
            Tədbiri Gəncə Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət  xadimi, şair  Məmməd Alim açaraq kitab haqqında iştirakçılara məlumat verərək, bu təqdimat mərasimində yazıçının özünün içtirak edə bilməməsini böyük təəssüf hissi ilə vurğuladı.
Alim müəllim  kitab haqqında təəssüratlarını bildirərək kitabın yeni nəşri münasibətilə mərhum yazıçının ailəsini  təbrik etdi.
Tədbirdə Səyyaf Pirsultanlının qələm dostları, yaxınları, yazarlar  iştirak edirdi.
Tədbirdə iştirak edənlər-Ramiz Təmkin, Telman Qəhrəmanlı, Fazil Kazımov, Sədaqət Ələkbərova, Şahmar Göyçəli, Allahverdi Nurai, Nadir Ovçu və başqaları kitab haqqında öz rəylərini bildirdilər.
Sonda MKS-nin direktoru Elmira Əliyeva çıxış edərək oz adından və bütün kiatbxana kollektivi adından “Qaçaq Gülsüm” kitabının təqdimatı münasibətilə yazıçı Səyyaf Pirsultanlının atası yazıçı Sədnik Pirsultanlıya təbrikini çatdırdı.
Kitabla tanış olan bütün tədbir içtirakçıları “Qaçaq Gülsüm”  romanı əsasında film çəkilməsi təklifini irəli sürdülər. Kitabın bütün oxucular tərəfindən müsbət rəylə qarçılanacağını vurğulayaraq müəllifə rəhmət dilədilər.

 
  "Kitab təqdimatı"

1

2 Avqust Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında
Gəncə Yazıçılar Birliyi və MKS-nin birgə təşəbbüsü ilə  Yazıçı Həsən Göyçəlinin “Seçilmiç əsərləri” və həvəskar yazıçı Vəfa Musaqızının “Talesiz qadın”  adlı kitablarının təqdimatı  keçirildi.
            Tədbiri Gəncə şəhər Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair  Məmməd Alim açaraq ilk öncə qədim, ulu şəhər Gəncənin 4 min illik yubileyi və UNESCO-nun baş direktorunun gəncəlilərə göndərdiyi təbrik məktubunun  mətnini oxuyaraq  bütün gəncəliləri və tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə Həsən Göyçəli və Vəfa Musaqızının qələm dostları, yaxınları, yazarları sevənlər, ailə üzvləri iştirak edirdi.

 

  "15 iyun-Azərbaycan Milli Qurtuluş Günü "

1

Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Belə məqamlardan biri də ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyun gününü Azərbaycan xalqının Milli Qurtuluş günü kimi bayram edir.

 

 

  "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü "

1

Mərkəzləşdirilmiş kitabxana sisteminin 15 sayli kitabxana filialında 4 İyun 2013-cü il tarixində saat 14.00-da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Dünyanın sevinci uşaqlar”  başlığı altında səhərcik keçirildi.
Tədbiri giriş sözü ilə filial müdiri Əsmər Zeynalova açaraq, 1İyun Uşaqların Beynəlxalq Müdafiəsindən, ölkəmizdə uşaqlara çox böyük qayğıdan və Ali Qanunumuz olan Konstitusiyamızdan - Uşaqların hüquq və mənafeylərinin  müdafiəsindən danışaraq bildirdi ki, bu diqqət və qayğının nəticəsidir ki, uşaqlar elm, incəsənət, idman və başqa sahələrdə uğurlar qazanırlar. Tədbirdə16, 22, 23 və 36 saylı məktəbin III-VIII sinif şagirdləri şeirlər söyləyərək, doğma vətənimizə həsr olunmuş mahnılar ifa etdilər. 

 

 

  "28 may Respublika Günü"

1

27.05.2013-cü il tarixdə  Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialında 28 may Respublika Günü münasibətilə “Canım, Azərbaycan !” adlı ədəbi-bədii gecə keçirildi. Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan tədbirdə kitabxananın müdiri Natella Hacıyeva Müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu barədə iştirakçılara məlumat verdi.Gecə 3 saylı musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam etdi. Tədbirdə Azərbaycanın müstəqilliyinə həsr olunmuş şerlər və mahnılar, nağaraçalanlar ansamblı və rəqs kollektivinin çıxışları maraqla qarşılandı. Sonra tədbir iştirakçıları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “28 May-Respublika günü ” başlığı altında sərgi ilə tanış oldular.

   
 

  "“5 May 2013 - cü il tarixdə saat 11-00 da Heydər Əliyev Meydanında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Ümumrespublika Kitab Bayramı keçirildi "

1
Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi şəhər ictimaiyyəti ilə birlikdə 5 May 2013-ci il tarixdə Heydər Əliyev Meydanında Ümummilli Liderin anadan olmasının 90 illiyui münasibəti ilə Ümumrespublika Kitab Bayramı keçirildi.
Ənənəvi hala keçmiş bu bayram şəhər ictimaiyyəti tərəfindən çox böyük maraq və razılıqla qarşılandı.

Bayramda müxtəlif mövzularda, 1000 - dən çox kitab nümayiş etdirildi. Kitab sərgiləri diqqəti cəlb edərək, Kitab Bayramını daha da rövnəqləndirdi.

 
 

  "Gəncədə Gül Bayramı"

14 may tarixində Gəncə şəhərində Ümummilli lider Heydər Əlievin anadan olmasının 90 illik yubileyi münasibətilə “Gül Bayramı” təşkil edildi.

 
 

 

125 Aprel  tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın oxu zalnda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gəncəbasar Yazıçılar Birliyi və Mərkəzi Kitabxana ilə birlikdə “Heydər Əliyev və Ədəbiyyat” başlığı altında dəyirmi masa təşkil etdi.
Tədbiri Gəncəbasar yazıçılar birliyinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim açaraq  ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danişdı. M.Alim  həmçinin  ulu öndərin yazıçılarla səmimi görüşləri ilə bağlı xatirələrindən söhbət açdı.
 GDU-nun professoru, filologiya və pedaqoji elmləri doktoru , ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı bir neçə kitabın müəllifi Abbas Səmədov ulu öndərin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığından, Azərbaycan parlamentindəki çıxışlarından danışdı.
M.Ə.Sabir adına  tam orta məktəbin şagirdləri “Heydər ata” şerini kompozisiya şəklində ifa etdilər.
Sonda kitabxananın direktoru Elmira Əliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin təşkil edilməsinin mənəvi və müqəddəs borcumuz olduğunu və belə tədbirlərin davam etdiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.

 

 

124 aprel tarixində Gəncə şəhər  Mərkəzləşmiş Kitabxanada Azərbaycanın əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 105 illik yubileyi münasibətilə    “Mənalı Ömrün Manifesti”başlığı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Elmira Əliyeva açaraq iştirakçıları salamladı və tədbiri açıq elan etdi.
         Tədbirdə şair, əməkdar incəsənət xadimi Sahib Axundlu, Mikayıl Yanar, Aləmzər Əlizadə, İradə Aytel və bir çox Gəncə yazarları, Gənc Vətənpərvərlər Birliyinin Gəncə bölməsinin nümayəndəsi Elçin Axundov, GDU və ADAU-nun tələbələri, Mərkəzləşmiş Kitabxananın kollektivi iştirak edirdi.

 

 

20.04.2013 - cü il tarixdə Mərkəzi Kitabxananın Oxu zalında gəncəli şairə Rəna Teymurqızının " Söz ətri" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimi Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva açaraq qonaqları salamlamış, həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarina məlumat verdi. Sonra söz Gəncə yazıçılar birliyinin üzvlərinə verildi. Şair Bahadur Fərman, Sahib İbrahimli, Mikayil Rəhimli, Rübail, Sabir Həsənzadə, Zaur Quliyev, Xəzəngül, Aləmzər Əlizadə və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini söylədilər. 5 saylı tam orta məktəbin sagirdləri şairənin "Söz ətri" kitabından şerlər, sözlərinə yazılmış mahnılar ifa olundu. Sonda şairə Rəna Teymurqızı öz kitablarını kitabxanaya hədiyyə etdi.

 

 

Aprelin 19-da MKS-nin 7 saylı kitabxana filialında klassik poeziyamızın parlaq nümayəndəsi,məşhur şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş  “Söz sənətimizin zərif dühası” başlığı altında oxucu konfransı keçirildi. Tədbiri açan kitabxananın müdiri Natella Hacıyeva Məhsəti Gəncəvinin milli poeziyamızda, ədəbiyyat tariximizdə bənzərsiz yerindən, zəngin yaradıcılığından danışdı. 25 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əliyeva Səmadil qeyd etdi ki, qədim mədəniyyət mərkəzi Gəncədə dünyaya göz açmış Məhsəti, müasiri Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə öz dövrünün sənətkarlarından heç də geridə qalmamışdır. Onun 200-dən artıq rübaisi var. GDU-nin tələbəsi Lalə Verdiyeva “Məhsəti Gəncəvi eşq şairidir,gözəllik şairidir” , 25 saylı məktəbin dil-ədəbiyyat müəllimi Dürrə Məmmədova “Məhsəti şerinin ənənələri”, GDU-nin dil-ədəbiyyat fakultəsinin tələbəsi Gülzar Məmmədova “Şerimizdə rübai və rübaidə Məhsəti” mövzularında çıxışlar etdilər. Sonra tədbir iştirakçıları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Məhsəti Gəncəvi-900” adlı sərgi ilə tanış oldular. Sonda Natella Hacıyeva vurğuladı ki, əsrlər keçməsinə baxmayaraq, Məhsəti Gəncəvinin şerləri bu gün də sevilə-sevilə oxunur, insanlara yüksək zövq aşılayır. Biz fəxr edirik ki, belə şairəmiz var. Şairənin yaradıcılığının 900 illik yubileyinin qeyd olunması onun ədəbi irsinə diqqət və hörməti ifadə edir.

 
 

  18 aprel Gəncə şəhəri Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Mədəniyyət" mövzusunda sərgi keçirilmişdir. Tədbiri kitabxananın direktoru Elmira Əliyeva açaraq, qonaqları salamlamış, Heydər Əliyevin mədəniyyətə, kitaba göstərdiyi diqqət və qayğısından danışdı.Tədbirdə bir sıra çıxışçıların dəyərli fikirləri, rəyləri səslənmişdir.
    
 
 

 

 Yaddaşlarda yaşayan lider

11 aprel 2013-cü il tarixdə MKS-nin 7 saylı kitabxana filialında zəmanəmizin qüdrətli siyasətçisi, böyük dövlət xadimi , 30 ildən artıq bir dövrdə Azərbaycan xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin  anadan olmasının 90-cı ildönümü münasibətilə “Yaddaşlarda yaşayan lider” başlığı altında kitab sərgisi keçirilib.
Tədbirdə çıxış edən kitabxananın müdiri Natella Hacıyeva müasir Azərbaycan dövlətinin qurucusu , ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.Qeyd olunub ki, ümummilli liderin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur.Buna görə də dahi liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.Sərgidə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən Azərbaycan,rus və ingilis dillərində 40-a yaxın kitab nümayiş olunub.

1

   
 

 

Gəncə şəhəri Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsi 31 saylı bağça ilə birlikdə 07.04.13 –cü il tarixdə  saat 11-00-da “İdman sağlamlığın rəhnidir” başlığı altında söhbət  keçirdi.
      Tədbiri Uşaq kitabxanasının şöbə müdiri Cəfərova Atlaz açaraq tədbir iştirakçılarına  sağlamlıqla bağlı  geniş məlumat verdi. O, uşaqlara məlumat verərək bildirdi ki, sağlamlığın birinci amili gigienik qaydalara əməl etməkdən ibarətdir. O. bildirdi ki, sağlamlıq ən böyük xoşbəxtlikdir, sağlam bədəndə sağlam ruh olar. A. Cəfərova hər birimizin evə qayıdarkən ilk öncə  əllərimizin sabunla yuyulmasının vacibliyini söylədi.  Atlaz xanım bir çox yoluxucu xəstəliklərin insanların bir-biri ilə görüşmələri zamanı yayıldığını  vurğuladı.  Buna görədə o, yoluxucu xəstəliklərdən qorunma yollarinin incəliklərindən danışdı.
Bu məlumatlar iştirakçıların böyük marağına səbəb oldu.

 

   
 
 

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 20 il keçir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov Dağı vasitəsilə həyata keçirilirdi. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib.Artıq 20 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar.

 

 

 

29 mart 2013- cü il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Oxu zalında" “ 31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” başlığı altında kitab sərgisi açılmışdır.
Sərgidə 90 adda Azərbaycan , rus, ingilis dillərində kitablar, qəzet və jurnal materialları nümayiş etdirilir.

   
 

“Bayramların gözəli Novruz !

16.03.13-tarixdə MKS-nin 7 saylı kitabxana filialı, Bülbül adına 3 saylı musiqi məktəbi ilə birlikdə Novruz bayramı münasibətilə  “Bayramların gözəli Novruz “ başlığı altında ədəbi-bədii gecə keçirtdi. Tədbir Fikrət Əmirovun  “Gülür ellər” nəğməsinin sədaları altında başlandı. Sonra söz  musiqi məktəbinin tədris hissə müdiri Svetlana Əsgərovaya verildi. O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Novruz bizim ümummilli bayramımızdır, indi artıq müstəqil  Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də bu bayram bizim xalqımızı eyni dərəcədə həm sevindirməli,həm də birləşdirməlidir. Sonra tədbir musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam etdi. Uşaqların ifasında C.Quliyevin  “Novruz gəlir,yaz gəlir” nəğməsi səsləndirildi, Səməni rəqsi, Novruz səhnəcikləri ifa olundu, Novruz inamları, bayatıları söylənildi, Novruz tapmacaları cavablandırıldı. Uşaqların hazırladıqları bu bayram ovqatlı çıxışlar iştirakçılara xoş təsir bağışladı.

 
 

 

“Novruz gəlir, yaz gəlir!”

Artıq ölkəmizdə baharın nəfəsi duyulur və yazın gəlişinə işarə edən Novruz çərşənbələrinin üçünü - Su, Od, və Yel çərşənbələrini geridə qoymuşuq.Qarşıda isə Torpaq çərşənbəsidir və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası Torpaq çərşənbəsində də tonqal yandırmaq mütləqdir. Novruz çərşənbələrinin sonuncusunda yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır çərşənbə ölkəmizin əksər bölgələrində təmtəraqla qeyd olunur. Bu çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə zəngindir. Çünki həmin günün mərasimləri həm suya, həm oda, həm yelə, həm də torpağa inamı əks etdirir. Torpaq çərşənbəsində insanlar torpaq sahələrinə çıxır, torpağı təmizləyir, bostan və dirriklərdə müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur. Evlərdə tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, arzu və niyyəti olanlar qapı-qapı gəzərək qulaq falına çıxırlar. Yer çərşənbəsi günü hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır, eyni zamanda bu gecədə nəhs söz danışmaq olmaz.
İlaxır çərşənbəsində süfrəyə artan, çoxalan, yəni bərəkətli nemətlər qoymaq lazımdır. Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Məsələn, düyü, yarma, noxud kimi artımlı ərzaqlardan yeməklər hazırlanmalıdır. Bundan əlavə, xalqın inancına görə, Torpaq çərşənbəsində gövdəsi torpağın üstündə, meyvələri torpağın altnda olan nemətlərdən süfrəyə düzülməlidir. Məsələn, yerfındığı, kartof və müxtəlif bu kimi çərəzləri göstərmək olar. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz.

 

 

8 Martın Tarixi
Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz olaraq tə`til etməsi qəbul edilir.
Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı.
1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq qadın ili e`lan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , ölkəmizdə və inkişaf etməkdə olan digər ölkələrdə qadın hüquqlarına münasibət istənilən səviyyədə deyil. Heç olmasa ildə bir dəfə 8 mart münasibəti ilə qadın hüquqlarının ölkəmizdə xatırlanması bizim üçün əhəmiyyət daşıyır.

Bütün dünya səviyyəsində də qadına göstərilən qayğı, yetəri qədər deyil. Dünyadaki ən yoxsul insanların böyük bir qismi qadınlardır. Hər hansı bir təhsil almamış insanların da böyük əksəriyyətini qadınlar təşkil edir. Bu gün ölkəmizdəki qadınlar, qarşı cinsə nisbətdə 25-50 faiz arasında daha az maaşla çalışmaqdadırlar.

Bu günün Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan hadisələri tarixi ardıcıllıqla veririk:
1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa e`tiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı"Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.

1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..
1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.
1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı"çörək və sülh" adlı nümayiş keçirdilər. 8 Martda olan bu tə`til, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1977-ci il: Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi.

Əziz qadınlar 8 Mart Beynəlxalq qadınlar günü bayramınız mübarək!!!!

 

 

“Məhəbbət  bəstəkarı və  gözəllik aşiqi”

07 mart  2013-ci il tarixində Mərkəzi Кitabхanada  Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr edilmiş “Məhəbbət  bəstəkarı və  gözəllik aşiqi" adlı  tədbir keçirilmişdir.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq qonaqları salamlamışdır və sözü əməkdar mədəniyyət işçisi şair Sahib İbrahimliyə verilmişdir. Şair  Azərbaycan ədəbiyyat tarixində Məhsəti Gəncəvinin  özünəməxsus yeri tutduğundan söhbət açmışdır. Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə, Gəncə Dövlət Universitetinin professorı Abbas Səmədov  XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Məhsəti Gəncəvinin həyat və yaradıcılığında ətraflı məlumat vermişdilər.
Çıxışçılar: Gəncəli şairlərdən Bahadur Fərman, Mikayıl Yanar, Zaur Quliyev, İnqilab İsaq, şairə Aləmzər Əlizadə, İradə Aytel, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin baş məsələhtçisi Bəxtiyar Muradov öz çıxışlarında ədəbiyyatımızın inkişafında mühüm rolu şeir məktəbinin yaradıcılarından biri olan  Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar ilə çıxışlar etmişlər.
Tədbirin bədii hissəsində C.Cabbarlı adına Gəncə Dövlət Daram Teatrının aktrisalarının, kitabxananın əməkdaşları və fəalı məktəbli oxucularının ifasında şairənin şeirləri səslənmiş, F.Əmirov adına 1 saylı musiqi məktəb kollektivinin ifasında şairənin sözlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.
Tədbir iştirakçıları " Məhsəti Gəncəvi – 900"  adlı kitab sərgisini ilə tanış olmuşdular.
Sonda MKS-direktoru Elmira Əliyeva bütün tədbir iştirakçılarına tədbirdə yaxından iştirak etdikləri üçün öz minəttadlığını bildirmişdir

 
 
 

 

"Anadan əziz yenə anadı"

06.03.13-ci il tarixixdə saat 12-00-da Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  şöbəsi 31 saylı uşaq bağçası ilə birgə “Anadan əziz yenə anadır” başlığı altında 8 Mart Beynəlxalq  Qadınlar bayramı münasibəti ilə  səhərcik  keçirdi.
 Tədbiri  giriş sözü ilə Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova  açaraq  fidan balaları təbrik etdi.
Tədbirlə bağlı kitabxanaçı Elza Əliyeva, 31 saylı  uşaq bağçasının baş  müəllimi Elmıra Hacıyeva da çıxış edərək Beynəlxalq  Qadınlar günü ilə bağlı uşaqlara məlumat verdilər .
Sonra körpələr analara həsr olunmuş şerlər və mahnılar ifa etdilər.
Gəncə şəhər 31 saylı Uşaq bağçasında keçirilən səhərcik iştirakçılarda  xoş təəsurat yaratdı.

 
 

 

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.
487 nəfər yaralandı.
8 ailə bütövlükdə məhv edildi.
25 azyaşlı uşaq hər iki validəynini itirdi.
130 uşaq validəynlərindən birini itirdi.
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
1000 nəfərdən çox şəhər sakini əlil olub.
1275 nəfər əsir və girov götürüldü.
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum dəyil...

 

 

MKS-16 saylı kitabxana filialında 21 fevral 2013-cü il tarixdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar  “Xocalı ən dəhşətli soyqırımı “adlı anım günü keçirilmişdir.

Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə  filial müdiri L.Axundova açmış, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermiş, ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti bir daha tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Tədbirin sonunda “Xocalı faciəsi-əfsanəvi reallıq” başlığı altında sərgiyə baxış keçirilmişdir. Anım günündə 13 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdi.
Xocalıya həsr edilmiş tədbirlər kitabxananın Uşaq şəbəsi ilə birlikdə  27 saylı Lisey məktəbindədə “SƏNİ DÜNYA TANIDI, XOCALI“-  adlı  anım gecəsi   keçirldi.

 

 
 

 

13.02.13-cü il tarixdə MKS-nin 7 saylı kitabxana filialında Azərbaycanın böyük şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar “Bu dünya bir qızıl kuzəyə bənzər” adlı şer gecəsi keçirildi. Kitabxananın müdiri Natella Hacıyeva tədbiri açaraq qeyd etdi ki, XI əsrin sonları XII əsrin əvvəllərində yaşamış Məhsəti Gəncəvi Azərbaycan şairlərinin parlaq nümayəndələrindən biridir. Onun əsərləri indi də sevilə-sevilə oxunur, insana həyata məhəbbət oyadır. MKS-nin Metodiki işlərin təşkili şöbəsinin müdiri İradə Abbasova şairənin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Kitabxanamızın fəal oxucuları şairənin rübailərindən söylədilər.
  Tədbirin sonunda gecənin iştirakçıları kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Məhsəti Gəncəvi-900” başlığı altında sərgi ilə tanış oldular.

 
 

 

Fevral ayının 11-da 2013-cü ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında Azərbaycanın Milli qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun 25 illik yubileyi ilə əlaqədar “Mübariz xalqının Mübariz oğlu” başlığı altında anım günü keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin böyük metodisti Şahnaz Əhmədova Milli ordumuzun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolundan, onun tutduğu mövqeyindən danışdı.
4 saylı məktəbin müəllimi İradə Abbasova Mübariz İbrahimovun vətənə olan sadiqliyi, onun son məktubu,vətənin ağır günündə dözümsüzlüyündən, vətəni üçün şərəfsizlərin üstünə axıracan gedəcəyindən tədbir iştirakçılarına məlumat verdi.
4 saylı orta məktəbin 8- ci sinif şagirdlərindən:
 Anar Əliyev “Vətən” haqqında, Hüseynova Validə “Şəhidlər” haqqında, Məmmədov Samir Rusif Hüsenovun “Mübariz” adlı şerini söylədi.
 
Halal olsun sənə VƏTƏN çörəyi,
 Halal olsun sənə xalqın əməyi,
Gör necə olarmış igid ürəyi,
Yazdın yaddaşlara silinməz bir iz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

 

Tədbirin sonunda, iştirakçılar “Mübariz xalqının Mübariz oğlu” başlığında hazırlanmış sərgi ilə tanış oldular.

 

 
 

 

MKS-nin 15 saylı kitabxana filialında 8  fevral 2013-cüil saat 11.30-da Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 25 illiyinə həsr olunmuş  “Qəhrəmanlıq səlnaməsi” başlığı altında söhbət keçirildi.Tədbiri giriş sözü ilə kitabxanacı Elnarə Rəcəbova acdı. O,iştirakcılardan Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etməyi xahiş etdi. E.Rəcəbova qeyd etdi ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi hec vaxt unudulmayacaq.   Tədbir iştirakçıları qəhrəmanlarımıza həsr olunmuş kitablarla tanış oldular. Tədbirdə ADAU-nun III kurs tələbələri, 23 saylı məktəbin VII sinif şagirdləri  iştirak etdilər.

 
 
 

"Adını tarixə yazan Qəhrəman"

07.02.2013-cü il tarixdə 2 saylı kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun anadan olmasının 25 illiyinə  həsr olunmuş “Adını tarixə yazan Qəhrəman” adlı əbədi-bədii kompozisiya keçirildi.
Tədbiri 2 saylı kitabxana filialının müdiri Firuzə Yunusova açdı, qonaqları salamladı və Mübariz İbrahimovun həyat və döyüş yolu haqqında məlumat verdi.
Kompozisiyanı Gəncə şəhər 18 saylı orta məktəbin şagirdləri və 1 saylı musiqi məktəbin müəlim və şagirdləri təqdim etdilər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin sədri, Əməkdar İncəsənət xadimi Məmməd Alim, Gəncə şəhəri Qarabağ Əlillər cəmiyyətinin sədri Almaz Aşurov, Filologiya üzrə Fəlsəfə doktoru , Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri Ruziyə Quliyeva,  Gənc vətənpərvərlər  Cəmiyyətinin üzvü Elçin Axundov , MKS-nin direktoru Elmira Əliyeva və başqaları iştirak edirdilər.

 

 
 
 

 

Dahilər bütün dünyaya məxsusdur

05 fevral 2013-ci il tarixdə  MKS-nin  Musiqi-not fonoteka şöbəsində XX əsr Azərbaycan musiqi mədəniyyətimizin inkişafında əvəzsiz rolu olan SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, bəstəkar, ictimai xadim və pedaqoq Oara Oarayevin  anadan olmasının 95 illiyi ilə əlaqədar  “Dahilər bütün dünyaya məxsusdur” başlığı altinda sərgi təşkil olundu.
Sərgi ilə bağlı şöbənin böyük kitabxanacısı N. Şükürova  oxuculara geniş məlumat verdi.O bildirdi ki, sərgidə nümayiş etdirilən  Qara Qarayevin şah əsərləri  “Yeddi gözəl”və “İldırımlı yollarla” baletləri , “Leyli və Məcnun” simfonik poeması və bəstəkarın digər əsərləri Azərbaycanın sərhədlərini aşaraq dünya şöhrəti qazanmışdır. Sərgidə nümayiş etdirilən bəstəkarin əsərləri və onun haqqında yazılmış ədəbiyyatlar oxucular arasında geniş təbliğ olundu. Oxucular bu kitablarla yaxından tanış olaraq öz fikirlərini bildirdilər.

 
 

 

Yazıçı Müşfiq XAN Gəncə şəhərindəki bütün kitabxanalara romanlarını hədiyyə etdi

 

Əsasən detektiv romanlar müəllifi olaraq tanınan Müşfiq XAN Gəncə şəhərindəki bütün kitabxanalara romanlarını hədiyyə etdi. Yazarın romanları bir neçə gün əvvəl Bakıdakı 80-dən çox Mərkəzləşmiş Kitabxana Sistemləri və filallarına verilmişdir. Bu dəfə romanlarla yanaşı Gəncə kitabxanalarına Şəmil Sadiqin “Bu türk daha o türk deyil” şeirlər kitabı da hədiyyə olunmuşdur. Hədəf Nəşrlərinin direktoru, yazar Müşfiq XAN bildirib ki, rəhbərlik etdiyi təşkilat bu ənənəyə sadiq qalacaq və kitabxanalarımızın yeni nəşr olunan kitablarla zənginləşməsində köməkliyini əsirgəməyəcəkdir.
Xatırladaq ki, Müşfiq XAN “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə”, “O” və “Sonuncu hədiyyə” detektiv romanlarının müəllifidir. “Tənha canavar” detektiv romanı 2011-ci ildə “İlin ən yaxşı romanı” mükafatını almışdır. Müəllifin “Ünvansız sevgi” romanı hazırda türk və rus dillərinə tərcümə olunur. Aprel ayında bir çox ölkələrdə nəşr etdiriləcəkdir. Həmçinin bu roman əsasında bədii birseriyalı film çəkilişlərinə də başlanmışdır. Yazıçının Şəmil Sadiqlə birlikdə qələmə aldığı “Ümidlərin izi ilə” romanı ötən il Qarabağ mövzusunda ən çox satılan kitab olmuşdur. Əsas süjet xətti Xocalı faciəsi olmaqla yanaşı, əsərdə müharibənin bir-birini sevən iki yaşatdığı acı həyat, vətənpərvərliyin təbliği və təbii ki, detektiv süjet xətti yüksək peşəkarlıqla əks etdirilmişdir. Bu roman 2012-ci ildə Azərbaycanda nəşr olunan yeni bədii ədəbiyyat silsiləsindən olan kitablar içərisində birinciliyə qədər yüksəlmişdir. Roman bu ilin mart ayında Türkiyədə nəşr olunacaqdır.

Yazar bildirib ki, yaxın günlərdə Abşeron, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir və digər bölgələrdəki kitabxanalara da hədiyyələri olacaqdır. Bunu da öyrəndik ki, Müşfiq XAN hazırda “U geni” adlı yeni detektiv kitab üzərində çalışır. Oxucular yeni kitabla mart ayında tanış olacaqlar.

 

 
 
 
 

 

“2 fevral - Azərbaycan gəncləri günüdür ”

MKS-nin 6 saylı Gənclər filialında “2 fevral - Azərbaycan gəncləri günüdür” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə 6 saylı gənclər kitabxana filialının müdiri Məmmədova Məryam açdı və gəncləri 2 Fevral gənclər günü münasibətilə təbrik etdi. Sonra söz Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradova verildi. O, öz çıxışında qeyd etdiki, bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Tədbirdə GDU-nin, ADAU-nun tələbələri iştirak edirdilər.

Bütün Azərbaycan gənclərini bu gün münasibəti ilə təbrik edirik!

 
 
 

 

“Şəhidsiz bir millətin vətən ruhu dirilməz ”

MKS-nin 1 saylı kitabxana filialında 28 yanvar 2013-cü il tarixində saat 11.00-da “Şəhidsiz bir millətin vətən ruhu dirilməz” adlı söhbət keçirildi. Tədbirdə Azərbaycanın milli qəhrəmanı Mübariz Əlizadə oğlu Əhmədov haqqında danışırılırdı. Tədbiri giriş sözü 1 saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə açdı.  O,Mübariz Əhmədovun keçdiyi həyat yolundan,  onun döyüşlərdə göstərdiyi şücaətlərdən, könüllü döyüş bölgəsinə getməyindən danışdı.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-ci il tarixli 203 saylı Fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı " fəxri adi verilmişdir.
Tədbirdə 4 saylı məktəbin şagirdləri  iştirak edirdi.
Şəhidlik zirvəsi ən böyük zirvədir. Şəhidlər bizim and yerimizdir. Biz hər zaman fəxr edirik ki, bizim mübarizə meydanımızda Mübariz kimi oğullarımız var.
Gün gələcək Mübariz kimi oğullarımızın sayəsində Qarabağ torpaqları geri qaytarılacaq və bütün bir Azərbaycan yaranacaq.
Bu yolun karvanı yox,
Dəvənin sarbanı yox.
Yaram ölüm yarası,
Həkimi, dərmanı yox.

Tədbirin sonunda iştirakçılar Milli Qəhrəmanlara həsr olunmuş sərgi ilə tanış oldular.

 
 

 

“Gəncə qəhrəmanlar yurdudur ”

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filiaında Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xanın ildönümü ilə əlaqədar “Gəncə qəhrəmanlar yurdudur” başlığı altında xatirə günü keçirildi.
 Tədbiri giriş sözü ilə kitabxananın kitabxanaçısı Əliyeva İlhamə açdı.
      Tədbir iştirakçıları Cavad xanın xatirəsini 1 dəqiqiəlik sükutla yad etdilər.
     Sonra çıxış üçün söz 6 saylı orta məktəbin tarix müəllimi Minayə Əliyevaya verildi. Əliyeva Cavad xanın  qəhrəmanlığı, döyüşdəki şücaəti haqqında məlumat verdi. Gəncəlilərin növbəti üsyanından sonra 1786-cı ildə Cavad xanın hakimiyyətə gəlməyindən, onun hakimiyyəti dövründə Gəncənin çiçəklənməsi, ticarətin geniş vüsəti, müxtəlif sənət sahələrinin inkişaf  etməsindən geniş danışdı. O qeyd etdi ki, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, özlərindən sayca xeyli çox olan düşmənin üzərinə yeriyir, gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Şəhəri mühasirəyə alan ruslara Cavad xan belə cavab verir: "Şəhəri verməyə gəlincə, bu niyyətinizdən çəkinin, çünki bu olan iş deyil. Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsiniz."
Tədbirdə  4 və 6 saylı məktəbin şagirdləri  Cavad xana həsr olunmuş şeirlərlə çıxış etdilər.
Elə ki, qara torpaq oldu onun məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan.

 

 

“20  Yanvar Ümumxalq Hüzn günü ”

18 yanvar tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında 20  Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq “Hüzn və Şərəf günü” başlığı altında anım günü küçirildi. İlk öncə tədbir iştirakçıları tərəfindən 1990-cı il 20 Yanvar tarixində şəhid olmuş Azərbaycan övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva acdı: “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100 - dən artıq silahsız insanı qətlə yetirdi...”
Sonra 23 il bundan öncəki Qanlı tariximizlə bağlı çıxış üçün söz Gəncə Dövlət Universitetinin Tarix kafedrasının  baş müəllimi Yəhya Süleymanova verildi: “Faciə törədildi, günahsız insanlar şəhid oldular... Heç zaman unudulmayacaq o gündən 23 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi. M.Ə.Sabir adına tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlə çıxış etdilər.
Tədbirdə GDU, ADAU və Azərbaycan Müəllimlər İnstitunun tələbə və gəncləri, Gənc Vətənpərvərlər Birliyinin bir neçə üzvləri, MKS-nin kollektivi iştirak edirdi.  Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsini əks etdirən “Hüzn və Şərəf günü” adlı sərgiylə tanış oldlar.

 
 

 

“Gəncənin mərd qəhrəmanı Cavad xan”

12.01.2013-cu il tarixində Mərkəzləşmiş kitabxana sisteminin 2 saylı kitabxana filialının təşkil etdiyi "Gəncənin mərd qəhrəmanı Cavad xan"adlı xatirə günü keçirildi. Bu tədbirdə 18 saylı orta məktəbin müəllim və şagirdləri, MKS-nin metodistləri, kitabxananın fəal oxucuları iştirak edirdilər.
Cavad xanın xatirə günü ilə əlaqədar təşkil edilmiş tədbiri 2saylı kitabxana filialının müdiri Yunisova Firuzə açıq élan etdi. O, qeyd ki, Azadlıq mücadiləsi ilə böyük bir qəhrəmanlıq səlnaməsi yazan əfsanəvi sərkərdə, Gəncənin sonuncu xanı Cavad Xanın ölümündən 208 il keçir.
Bu münasibətlə Gəncədə silsilə tədbirlər təşkil olunur. Cavad Xan ehtiramla yad edilir.Bunu qeyd etməkdə məqsədimiz Gəncənin mərd, igid, vətənpərvər, cəsur qəhrəmanı Cavad xanın göstərdiyi qəhrəmanlığı yeniyetmə, gənclərə çatdırmaq və onun həyatını özlərinə örnək seçmələrini tövsiyə etməkdən ibarətdir. Azərbaycan həmişə öz qəhrəman övladları ilə fəxr etmişdir.
Sonra söz tədbir iştirakçılarına verildi. Bir-birinin ardınca Cavad xana həsr olunmuş şerlər söylədi və səhnəcik göstərildi.
Tədbirin sonunda 18 saylı orta məktəbin tarix müəlliməsi Sevil xanım qeyd etdi ki, artıq 208 ildir Cavad Xanın xatirəsi ürəklərdə igidlik, mərdlik mücəssəməsi kimi yaşayır. Gəncə işğal olunduqdan sonra imperiya illəri və sovetlər dönəmində Cavad Xanın adını anmaq belə yasaq olunsa da, xalq qəhrəmanını unutmayıb.
Xalqımız belə qəhrəmanın olmasından fəxr edir və xatirəsinin əziz tutulmasının vacib olduğunu tədbir iştirakçılarına çatdirdı.

 

 

“2013 - Yeni iliniz mübarək!”

İlan – gözəllik, müdriklik və incəsənət nümunəsidir. Güclü işçi qabiliyyətinə malikdir, lakin kinlidir. İlan – ağıllı varlıqdır, heç nədən heç kimə zərər yetirməz. “İlan ili”ndə anadan olmuş insanlar ağıllı, soyuqqanlı və dözümlü olurlar. İlan öz müdrikliyinə, uzaqgörənliyinə və hökmünə görə həmişə seçilib. Bəxti çox şeydə gətirir, istədiyi çox şeyə nail ola bilir.

"2013 cü" Yeni il bayramı və dünya Azərərbaycanlıların "həmrəylik günü" münasibətilə bütün soydaçlarımızı təbrik edirik və hamısına uğurlar arzulayırıq.

 

 

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü”

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvüləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək, baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Hər kəsi bu bayram münasibəti ilə təbrik edirik və 2013-cü ildə daha da ugurlar arzulayırıq!!!

 

 

Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi

Dekabr ayının 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib.  "Park İnn" mehmanxanasında keçirilən müşavirədə hökumət rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan kitabxana-informasiya müəssisələrinin, habelə tabeçiliyində kitabxanalar olan nazirliklərin, komitələrin, idarə və təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.  Gəncə şəhər MKS-in direktoru Elmira Əliyeva "Gəncə şəhər MKS-in innovasiya sahəsində əldə etdiyi nailiyyətlər" haqqında məruzə etdi.

   
 

 

“Vətənimin gözəl diyarı”

MKS-nin 1 saylı kitabxana filialında 21.12.2012-ci il tarixdə saat11.00-da “Vətənimin gözəl diyarı - Gəncə” Gəncə şəhərinin adının qaytarılması ilə əlaqədar sərgi təşkil olundu. Sərgidə 4 saylı orta məktəbin şagirdləri, Mədəniyyət və Turizm idarəsinin inspektorları iştirak etdilər. Bunula yanaşı kitabxanamızın fəal oxucuları da bu sərgi ilə yaxından tanış oldular. Sərgidə Gəncə şəhəri haqqında yazılan kitablardan “İsayev Ə. - Gəncə və gəncəlilər”,  “Şükürov S. - Gəncənin tarixi abidələrindən”, “İsayev Ə. - Gəncə şəhidləri”, “Bayramov X. - Onu Gəncə böyütmüşdür”, “Heydər Əliyev və Gəncə”, “İsayev Ə. - Gəncədən ucalan yol” və başqa kitablar nümayiş olunmuşdur.

 

 
 

 

“Sən sönməz Günəşsən parlayacaqsan”

MKS-nin 1 saylı kitabxana filialında 12.12.2012-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Sən sönməz günəşsən parlayacaqsan” başlığı altında anım günü keçirildi.Tədbirdə 5 və 6 saylı orta məktəbin 10-cu sinif şagirdləri,müəllimləri,kitabxananın fəal oxucuları və Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin inspektorları iştirak edirdi.Anım günündə əvvəlcə söz 1 saylı filialın böyük kitabxanaçısı Əliyeva İ.verildi.O, xanım ümummilli lider H.Əliyevin həyat və yaradıcılığından danışdı. Sonra söz 6 saylı məktəbin onuncu sinif şagirdi Aynur Əliyevaya verildi. ”Uzaqgörənsən “ adlı şerlə çıxış etdi. Çıxışdan sonra söz Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin inspektoru Bəxtiyar Muradova verildi. Bəxtiyar müəllim öz yazdığı “Heydər adlı şəxsiyyət” şerilə çıxış etdi. Anım günündə iştirak edən bütün iştirakçılar Heydər Əliyev haqqında bir-birindən maraqlı söhbətlər etdilər.Mədəniyyət və Turizm idarəsinin inspektoru Rahib Hüseynov Heydər Əliyevin həyatından danışdı.O bildirdi ki, Heydər Əliyev bizim üçün ölməz rəhbər sönməz günəşdir.Bu gün bizimlə bir yerdə olmasa da o, daim bizim qəlbimizdə yaşayacaqdır.Doğma Azərbaycanı üçün canını fəda edən onun yolunda bütün çətin sədlər keçən Heydər Əliyev bizim qəlbimizdə daim yaşayacaqdır.Gəlin Ümummilli liderin bizə yadigarı olan İlham Əliyevin ətrafında sıx birləşək,onun uğurlu siyasətini alqışlayaq deyə öz çıxışını sona çatdırdı.

 
 

 

"Mənim hüquqlarım, məni qoruyur"

20 noyabr 2012-cil tarixdə Gəncə şəhər Dram teatrında Beynəlxalq Uşaq hüquqlarının müdafıəsi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Gəncə şəhər Uşaq kitabxanasının tərtib etdiyi “Mənim hüquqlarım, məni qoruyur” adlı sərgi nümayiş olunmuşdur.       Sərgidə Uşaq hüquqlarından bəhs edən kitab, qəzet və jurnallardan istifadə olunmuşdur.

 
;
 
  12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

   
 
 

08.11.2012-ci il tarixdə Bülbül adına 3 saylı musiqi məktəbində MKS-nin 7 saylı kitabxana filialının təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayrağınla məsud yaşa” adlı ədəbi-bədii gecə keçirildi.Tədbir Dövlət Himninin səslənməsi ilə başlandı.Kitabxananın müdiri Natella Hacıyeva  tədbir iştirakçılarını salamladı və bu doğma,əziz bayram münasibətilə onları təbrik etdi.
            25 saylı məktəbin tarix müəllimi Atlas Tağıyeva Azərbaycanda müstəqilliyin tarixindən söz açdı və Dövlət Bayrağının 1918-ci ilin noyabrın  9-da Bakıda,AXC-nin yerləşdiyi binada qaldırıldığını vurğuladı.Tədbir 3 saylı musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam etdirildi.Tədbirdə iştirak edən 39  və 25 saylı məktəb şagirdlərinin ifasında Azərbaycana,Vətənə,Bayrağa həsr olunmuş şerlər,
musiqi kompozisiyaları  səsləndirildi.Tədbirin sonunda kitabxananın müdiri vurğuladı ki,
Azərbaycan xalqının azadlığını,suverenliyini tərənnüm edən bu Üçrəngli bayrağı qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur.
  Sonda tədbir iştirakçıları  mövzuya həsr olunmuş sərgi ilə tanış oldular.

 
 
 

MKS-nin 15 saylı kitabxana filialı 6 noyabr 2012- ci il tarixində saat 11.00-da 23 saylı orta məktəbdə “Körpələrin nağıl dünyası” başlığı altında nağıl saatı keçirdi.
Tədbiri giriş sözü ilə filialın kitabxanaçısı E.Rəcəbova açdı. O, tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, filialımız uşaq filialı olduğu üçün bu səpkidə tədbirləri mütəmadi keçirməyi nəzərdə tutmuşuq. Bu günkü nağıl saatımızı Gülzar nənənin nağıllarına həsr etmişik.
 Kitabxanamızda Gülzar nənənin “Min bir nağıl”, “İlanlı dərənin sirri”, “Göydə neçə ulduz var?”, “Su pərisi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Tapmacalar”, “Hansı peşəni seçim?”, “Tapmaca məndən , Açması səndən”, “Tənbəlin nağılı ”, “Nağıllar”və s kitabları vardır.
Nağıl saatında 23 saylı məktəbin III sinif  şagirdləri iştirak etdilər.
Nağıl saatında iştirak edən uşaqlar tədbirin sonunda nağıllardan bəhz edən “Körpələrin nağıl dünyası” adlı şərgi ilə tanış oldular.

 
 
 


 
 

 

“Sən elə bir zirvəsən..."

7 may tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən...” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbiri Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov açdı.
Çıxışdan sonra “Heydər Əliyev. Azərbaycan Mədəniyyətinin Hamisi” adlı sənədli film nümayiş olundu.
Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru, fəxri professor, YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov “Ümummilli liderliyin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış etdi.
2010-cu il “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin I yerin qalibi, Aqrar Universitetin I kurs tələbəsi, kitabxananın fəal oxucusu Ənvər Ənvərzadə “Heydər Əliyev” şeiri, “Gənc Heydərçilər” ədəbi-bədii kompozisiya ilə çıxış etdi.
Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının doktorantı, kitabxananın daimi və fəal oxucusu, Azər Topçuyev “Heydər Əliyev Azərbaycan mədəniyyəti” mövzusunda çıxış etdi.
Tədbirdə Q. Hüseynli adına Gəncə Musiqi Kollecinin vokalisti Vasif Bayramlının “Heydər ata” adlı klipi nümayiş etdirildi.
Tədbirin sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən “Dünyanın hər yerindən görünən zirvə” başlığı altında təşkil olunmuş sərgiylə tanış oldular.

 
 
 

 

“Mənalı ömrün manifesti"

26 aprel tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsi və Gəncə şəhər Mərkəzi Kitabxana ilə birgə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, yazıçı-alim Mir Cəlal Paşayevin doğum günü münasibətilə “Mənalı ömrün manifesti” adlı yaradıcılıq gecəsi təşkil etdi.
Gecəni Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim açdı: “Mir Cəlal Paşayev 1908-ci il aprel ayının 26-da Cənub Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. 1924-cü ildə Gəncə Darülmüəlliminə daxil olmuşdur. 1929-1930 cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir...”
Tədbirdə həmçinin Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Bəxtiyar Muradov, MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, M.C.Paşayev adına 39 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Jalə Rüstəmova, 37 saylı məktəbin müəllimi İmamverdi Məmmədov,  kitabxananın daimi və fəal oxucusuları Fazil Kazımov,  Saleh Vəliyev, şair Aləmzər Əlizadə, Səadət Ələkbərova, Nadir Ovçu, Oruc Göyçəli və s. iştirak edirdilər.                                                  
İştirakçılar M.C.Paşayevin həyat və yaradıcılığından, ədiblə bağlı xoş xatirələrindən danışdılar.
Müdrik yazıçının roman və povest, hekayə və oçerkləri-  “Sağlam yollarda”, “Dirilən adam”, “Bir Gəncin Manifesti”, “Yaşıdlarım”, Boy”, “Bostan oğrusu” və s.haqqında geniş danışaraq, əsərdəki  maraqlı məqamları dilə gətirdilər.
Tədbirin sonunda istirakçıların hər biri M.C.Paşayevin həyat və yaradıcılığını əks etdirən “Mənalı ömrün manifesti” adlı sərgiylə tanış oldular.

 
 
 

İdman edək, sağlam olaq

MKS-nin 15 saylı kitabxana filialında  25 aprel 2012- ci il tarixində saat 11.00- da 2012-ci il İdman ilinə həsr olunmuş „İdman edək, sağlam olaq“ başlığı altında söhbət keçirildi. Tədbiri giriş sözü ilə E. Rəhimova açaraq bildirdi ki 2012-ci il İdman ili olduğu üçün filialımızda il ərzində İdmana aid bi neçə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. O, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini qeyd etdi və vurğuladı ki, bu qayğının nəticəsidir ki, ölkəmizdə və onun hüdudlarından kənarda da idmançılarımız yeni- yeni uğurlar qazanaraq, qələbələrlə vətənimizə dönüblər. Tədbirdə ADAU-nun I kurs tələbələri iştirak etdilər. Tədbirdən sonra  iştirakçılar idmana dair kitablarla tanış oldular.

 

 

Məmməd Rahim-105

18 aprel 2012-ci il tarixdə saat 12-00-da, MKS-nin 7 saylı kitabxana filialında Azərbaycanın xalq şairi, Azərbaycan Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı Məmməd Rahimin anadan olmasının 105 illiyinə həsr olunmuş “Məmməd Rahim-105” başlığı altında sərgi təşkil olundu.
         Tədbir İştirakçıları kitab sərgisi ilə tanış oldular.Sərgidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.Rahimin 10-a yaxın kitabları: latın və kiril əlifbası ilə yazılmış “Seçilmiş əsərləri”, “Məhəbbət dastanı” adlı şer kitabı və dövrü mətbuatda M.Rahim haqqında yazılmış məqalələr nümayiş etdirildi.
         Sərgi haqqında kitabxanaçı Mustafayeva Vüsalə məlumat verdi.
Mustafayeva qeyd etdi ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan M.Rahim ədəbi yaradıcılığa “Gördüm” adlı şerlə başlamışdır, şairin  yaradıcılığı poemalar, pyeslər, mənzum dramlar, lirik yumoristik və satirik şerlər, uşaqlar üçün  şerlərlə zəngindir.
         Vüsalə xanım yekun sözü olaraq qeyd etdi ki, M.Rahim yaradıcılığı Azərbaycan poeziyası tarixində maraqlı və məhsuldar bir yer tutur.

 

 

Tarixin daş yaddaşı

2 saylı kitabxana filialının kollektivi 18.04.2012 ci il tarixdə saat 12-00 də  18 saylı orta məktəbdə Tarixi abidələr gününə həsr olunmuş “Tarixin daş yaddaşı” adlı tədbir keçirdi. Tədbiri 2 saylı kitabxana filialının böyük kitabxanaçısı Aygün Hacıyeva açdı və mövzu haqqında məlumat verdi. O dedi: Tarixi abidələr neçə-neçə yüz illərin yadigarıdır. Onları qoruyub bizə çatdırıblar. Biz də Tarixin daş yaddaşı olan tarixi abidəlsərimizi gələcək nəsillərə çatdırmalıyıq. Torpaqlarımız düşmən əsarətindədir. Torpaqlarımızı azad etməli, tarixi sərvətlərimizə  sahib çıxmalıyıq. Sonra 18 №li orta məktəbin müəlliməsi Qumru İbrahimova tarixi abidələrdən, onların bərpasından, onlara göstərilən qayğıdan danışdı və şagirdlərə tarixi abidələri öyrənməyi, onları sevməyi tövsiyə etdi. Tədbirin sonunda “Tarixin daş yaddaşı”adlı sərgiyə baxıldı.

 
 

 

“Ölüm pəncərəmi döydü bu axşam”

14.04.12-ci il saat 13.00-da MKS-nin 1saylı kitabxana filialında Azərbaycanın milli qəhrəmanı Alı Mustafayevin anadan olmasının 60 illiyinə həsr olunmuş “Ölüm pəncərəmi döydü bu axşam” başlığı altında şeir gecəsi keçirildi. Tədbiri giriş sözü ilə 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa açdı. O tədbir iştirakçılarını salamladıqdan sonra Alı Mustafayevin keçdiyi qisa, lakin şərəfli ömür yolu haqqında geniş çıxış etdi. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri şair Məmməd Alimə verildi. Məmməd Alim öz çıxışında vətən borcu və lirikanın vəhdətindən  yaranan Alı Mustafayev yaradıcılığının gənclər tərəfindən sevildiyini vurğuladı. Bildirdi ki, Ali Mustafayev yaradıcılığı xəfif məhəbbət, vətənə sevgi, həsrət, zəriflik kimi duyğular üzərində qurulmuşdur. Sonda tədbirdə iştirak edən 4 və 6 saylı məktəbin şagirdləri Alı Mustafayevin şeirlərini söylədilər.

 
 
 

“Kəlbəcər rayonunun işğalı

2 Aprel 2012-ci il tarixdə MKS-nin 1 saylı kitabxana filialında Kəlbəcər rayonunun işğalının ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri filial müdiri Z. Məlikova bütün Azərbaycan şəhidlərinin ruhunun yad edilməsi təklifi ilə açdı.
         39 saylı orta məktəbin dərs hissə müdiri A. Cəmilova erməni işğalçılarının vəhşiliyindən, Azərbaycan torpaqlarının qəddarcasına işğalından, yerli, dinc əhalinin qədim ata-baba yurdlarından didərgin salınmasından danışdı.
         Gənc Vətənpərvərlər Birliyinin nümayəndəsi Elçin Axundov, MKS-nin direktor müavini F.Qədimova çıxış etdilər. 39 və 4 saylı məktəbin şagirdlərinin ifasında şerlər səsləndi.
         Tədbirdə mövzuya həsr olunmuş kitab sərgisi nümayiş etdirildi.

 
 

 

“Beynəlxalq Uşaq kitabı günü”

Gəncə şəhəri Mərkəzləşdirilmiş kitabxana sisteminin Uşaq şöbəsində 02.04.12-ci il tarixində Beynəlxalq Uşaq kitabı günü ilə əlaqədar “Küllücənin əhvalatları” nağılı əsasında nağıl saatı keçirildi.
Tədbirdə Gəncə şəhər 27 saylı Lisey orta məktəbinin şagirdləri iştirak etdilər.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Beynəlxalq  Uşaq kitabı günü ilə əlaqədar geniş kitab sərgisinə baxış keçirildi.

 
 

 

“1 aprel - Gülüş günü”

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi.

Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.

 

 

“31 mart - Azərbaycalıların Soyqırım günüdür.”

30 mart 2012-ci il tarixdə saat 14-00 da Mərkəzi kitabxananın oxu zalında ‘’31 mart - Azərbaycanlıların Soyqırım günüdür” adlı dəyirmi masa keçrildi . Tədbiri Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Elmira Əliyeva açaraq iştirakçıları soyqırımda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Elmira Əliyeva öz çıxışında o ağrılı günləri bir daha yada salmış və bu soyqrımın heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etmişdir. Daha sonra Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin [Ombusmanın] Gəncə Regional mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Gəncə Dövlət Universitetinin baş müəllimləri Yəhya Süleymanov, Əziz Məmmədov və fəal oxucu Azər Topçuyev çıxış edərək son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azəbaycanlılara qarşı məqsədyönlü soyqırım yə deportasiya siyasətinin Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olduğunu qeyd etdilər. Tədbirin sonunda iştirakçılar mövzu ətrafında öz fikir və rəylərini bildiriblər.
Sonda tədbir iştirakçıları Mərkəzi kitabxananın hazırladığı kitab, jurnal və qəzet materiallarından ibarət “Bəşəriyyətə və insanlığa qarşı Qanlı cinayət – 31 mart” adlı kitab sərgisi ilə tanış olmuşlar.

 
 

 

“Novruz bayramı bu il Gəncədə də təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.”

Novruz uzaq keçmişimizdən bizim günlərə qədər əzizlənən, yaşadılan ən gözəl bayramlarımızdan biridir. Gəncədə Novruz meydanının açılışı olub. Baharın gəlişi münasibəti ilə meydanda keçirilən tədbirdə “Novruz şou” adlı proqram nümayiş etdirilib.
Sonra Novruz bayramına Cavad xan küçəsindən start verilib. Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrini Dədə Qorqud və Bahar qız salamlayıb. Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi tamaşada Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad Xanın obrazları canlandırılıb.
Cavad xan küçəsində meydan tamaşası nümayiş olunub. Dahi bəstəkarımız Üzeyr Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan” və “Hacı Qara” əsərlərindən ayrı-ayrı səhnələr böyük sənətkarlıqla təqdim olunub. Xalq tətbiqi sənət nümunələrinin və rəsm əsərlərinin sərgisi gəncəlilərin peşəkarlığının nümayişinə çevrilib. Kütləvi səhnələr, Keçəllə Kosanın şən zarafatları, bayram oyunları tədbir iştirakçılarına yaddaqalan anlar bəxş edib. Bayram tədbiri daha sonra Gəncənin baş meydanında davam edib. Novruz şənliyində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər əhalisini təbrik edərək xeyir, bərəkət və bolluq arzu edib.
“Bu gün Gəncə sözün əsl mənasında intibah dövrünü yaşayır. Cənab prezidentin  gəncəlilərə olan sevgisi göz qabağındadır. İnsanların üzünə baxanda bu əmin-amanlığı, bu gözəlliyi görəndə, sözsüz ki, hər bir adam sevinir. Hər bir vətəndaşımızı təbrik edirik, qoy bu bahar bayramı elimizə, obamıza səadət, sülh bəxş etsin”.
Bayramınız mübarək!

 
 
 

“Torpaq çərşənbəsi”

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Onunla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar

Torpaq çərşənbəniz mübarək!

 

 

“8 Mart Beynəlxalq Qadınlar günü - Bayramınız Mübarək”

8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.
Beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edir, həyatda onlara uzun, sağlam ömür, müfəffəqiyyət, həqiqi qadın xoşbəxtliyi arzu edirik !

 
 
 

“Yel çərşənbəsi”

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibariləqədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Yel çərşənbəniz mübarək!

 
 

“Yazıçı M.S.Ordubadinin anadan olmasının 140 illiyi”

Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxananın Uşaq şöbəsində nasir, dramaturq, yazıçı M.S.Ordubadinin anadan olmasının 140 illiyi münasibətilə kitab xülasəsi keçirildi. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Cəfərova Atlas açaraq yazıçının həyat və yaradıcılığı ilə bağlı geniş mövzuda çıxış etdi.
            Tədbirdə 27 saylı lisey məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər.
            27 saylı məktəbin ədəbiyyat müəllimi Əliyeva Sevda yazıçının “Qılınc və qələm”, ədəbiyyat müəlliməsi Mehdiyeva Xanım  “Dumanlı Təbriz”, Məmmədova Könül müəllimə “Gizli Bakı” romanlarının xülasəsini etdilər. Sonda Uşaq kitabxanasında M.S.Ordubadinin həyat və yaradıcılığını, əsərlərini əks etdirən sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirildi.

 

 
 

 

“Od çərşənbəsi”

Novruz bayramı – baharın xəbərçisidir. Bu bayramı iran və türk xalqları qeyd edir. Azərbaycanda bu ən sevimli bayramdır. Kainat dörd ünsürdən yaradılıb: su, od, torpaq və yel. Əfsanədə deyilir ki, Allah insanı torpaq və sudan (gil) yaradıb, buna görə də bu çərşənbələr müqəddəs hesab edilir. Adətə görə 4 çərşənbə qeyd edilir və hər birinin öz adəti var. Birinci çərşənbə “su çərşənbısi” adlanır və fevral ayının son həftəsinə təsadüf edir. Sabah artıq ikinci çərşənbə, “od şərşənbəsi”dir. Od çərşənbəsi od, günəş, təbiətin isti nəfəsi ilə bağlıdır. Azərbaycanda od çərşənbəsində ilk tonqallar qalanır və hər kəs bu tonqallardan tullanmalıdır ki, bəla və uğursuzluqlar ötən ildə qalsın. Od çərşənbəsində mütləq paxlalı plov hazırlanır, çünki paxla məhz odun simvoludur.

Od çərşənbəniz mübarək!

 

 

“Xocalı soyqırımı və erməni zorakılığı”

MKS-nin 25 saylı kitabxana filialında 25.02.2012-ci il tarixdə  Xocalı soyqırımına aid “Xocalı soyqırımı və erməni zorakılığı” adlı ədəbi-bədii kompazisiya keçirildi. Tədbir iştirakçıları Xocalı soyqırımında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri 25 saylı kitabxananın böyük kitabxanaçısı Qasımova Rahilə açdı.
    Sonra söz 24 saylı məktəbin tarix müəllimi Qocayeva Naziləyə verildi. Nazilə xanım öz çıxışında  bildirdi ki,   faşist erməni və rus qəsibkarları bu yerın əliyalın, dinc sakınlərini vəhşicəsinə gülləbaran edib Xocalını yer üzündən sildilər.  .
    Tədbiri keçirməkdə məqsədimiz illərdən bəri qarı düşmənimiz olan bədnam qonşularımızın 1992-ci il 25-dən 26-na keçən fevral gecəsində törətdikləri insan qanunlarına sığışmayan Xocalı soyqırımında həlak olanların xatirəsini anmaq və gənc nəsli vətənpərvər ruhda tərbiyə etməkdir.
 Tədbirdə 24 saylı məktəbin şagirdləri N. Kəsəmənlinin “Xocalı” və Qabilin “Ümüd sənədir ancaq” şerinə kompazisiya qurmuşdular.
    Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış oldular.

 
 
 

 

“Xocalı-unudulmayan yaddaşım”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında fevralın 24-də, saat 13.00-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Xocalı-unudulmayan yaddaşım”adlı anım mərasimi keçirildi.Tədbirdə 33 nəfər iştirak edirdi.
Məktəblilərin çoxluq təşkil etdiyi tədbirdə şəhərimizin 25 saylı, 39 saylı, 46 saylı və 3 saylı musiqi məktəbinin şagird və müəllim kollektivləri, GDU-nin tələbələri iştirak edirdilər. Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Anım mərasimini giriş sözü ilə açan 25 saylı orta məktəbin tarix müəlliməsi Rəfiqə Məmmədova qeyd etdi ki, Xocalı soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Kitabxananın müdiri N. Hacıyeva tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, hər bir kəs bu tarixi həqiqəti təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır.Tədbir çərçivəsində iştirakçılar “Xocalı - bu gənc faciə qocalır”adlı sərgi ilə tanış oldular. Tədbir boyu şagird və tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər lirik notlarla müşayiət olundu.   

 

 

“Tarixin bagışlamayacağı cinayət - Xocalı faciəsi"

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş anım günü keçirildi. Anım gününü Gəncəbasar Yazıçılar birliyinin sədri Məmməd Alim açaraq, Xocalının zəbt olunmasından bir gün qabaq, ziyalılarla birlikdə Ağdama getdiklərindən və həmin gün faciənin törədilməsi səhnəsi ilə üzləşərək, gördükləri dəhşətlərdən danışdı. O, dəhşətli səhnələr heç vaxt unudulmayacaq, tarixin qan səhifəsi kimi yadda qalacaqdır.
Tədbirdə 5 saylı orta məktəbin 4- cü sinif şagirdləri “Xocalı soyqrımını” əks etdirən ədəbi kompazisiya ifa etdilər.
Tədbirdə şair Səadət Ələkbərova, Nadir Ovçu, Sabir Binnətoğlu, Oktay Abdulla, Gənc Vətənpərvərlər cəmiyyətinin təmsilçisi Elçin Axundov və veteran müəllim Fazil Kazımov iştirak etdilər.
Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradov Xocalı soyqrımına aid  sərəncəmlardan irəli gələn tapşırıqların yerinə yetirilməsindən danışdı və öz yazdığı “Xocalı ağılarını” oxudu.
    Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Qədimova Fəridə Azərbaycan xalqının mübarizliyindən, gələcəkdə öz torpaqlarımızı geri alacağımızdan danışdı.

 
 
 

“Xocalı soyqırımı - 20”

    Bu gün 22.02.2012 il tarixində Gəncə şəhər Baş Polis idarəsində Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş anım günü keçirildi. Tədbirdə şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Xocalı sakinləri iştirak edirdi. Anım günündə Gəncə şəhər Mərkəzi kitabxananın kollektivi Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab sərgisi nümayiş etdirdi. Sərgidə 1988- ci il Qarabağ hadisələri, Xocalı faciəsini əks etdirən müxtəlif ədəbiyyatlar, Qarabağ uğrunda şəhid olanlar, Milli qəhrəmanlarımız, Soyqrım haqqında məlumatlar, dövrü mətbuatda işıqlandırılan materiallar əks olunmuşdur.
    Sərgidə uşaq rəssamlıq məktəbinin Xocalı soyqrımına aid çəkdikləri rəsm əsərləri də nümayiş etdirildi.

 
 
 

 

“Tarixin qanlı yaddaşı-Xocalı”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Xocalı soyqırımının 20 illiyi münasibətilə  22.02.2012-ci il tarixində  saat  11:00-da “Tarixin qanlı yaddaşı-Xocalı” başlığı altında ədəbi-bədii kompozisiya  keçirildi.
Ədəbi-bədii kompozisiyada 27 saylı lisey məktəbinin müəllim və 6-7-ci sinif şagirdləri iştirak etdilər.
 Tədbiri Uşaq şöbəsinin müdiri Cəfərova Atlaz açaraq, tədbir iştirakçılarını  salamladı. Sonra şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etdilər. Daha sonra məktəbin tarix müəllimi Bayramov Akif  “Əsrimizin qanlı faciəsi “ mövzusunda , Könül müəllimə isə “İnsanlığa, bəşəriyyətə, humanizmə qəsd” adlı mövzularla çıxış etdilər. Məktəbin şagirdlərindən Nəsirova Fatima, Məmmədov Ruslan, Balakişiyeva Zenfira, Mustafazadə Nail ,Əliyeva Tacirə, Ələkbərova Aysel, Musayeva Xədicə və başqalrı Xocalı faciəsinə həsr olunmuş şerlər söylədilər.

 
 

 

“Dil xalqın namusu, tarixi, vicdanı deməkdir”

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 17.02.12-ci il tarixində, saat 12:00-da Ana dilimizin gözəlliklərini, zərifliyini bir daha oxuculara aşılamaq üçün Beynəlxalq ana dili gününə həsr olunmuş “Dil xalqın namusu, tarixi, vicdanı deməkdir” başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə 28 nəfəriştirak edirdi. Kitabxananın müdiri Hacıyeva Natella tədbir iştirakçılarını salamladı və bu bayram münasibətilə onları təbrik etdi.O,qeyd etdi ki, Beynəlxalq ana dili günü hər bir xalqın öz dilini əziz tutduğu gündür. 25 saylı orta məktəbin, ədəbiyyat müəllimi Dürrə Məmmədova öz çıxışında Ümummilli lider H.Əliyevin “Hər bir azərbaycanlı vətəndaşı, öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir” sözü ilə başladı və qeyd etdi ki, hər bir millətin dili onun varlığını sübut edən, onu yaşadan abidədir. O, çıxışını R.Rzanın “Ana dili” şeri ilə bitirdi. Tədbirin iştirakçıları kitabxanaçılar tərəfindən hazırlanmış sərgi ilə tanış oldular, T.Bayramın, R.Rzanın, S.Rüstəmin, Sabir Rüstəmxanlının, Z.Yaqubun dilimiz haqqında yazdıqları şerlər oxucuların ifasında dinlədilər. Tədbir boyunca Azərbaycan dilinin gözəlliyi, zənginliyi haqqında şerlər söylənildi, mahnılar səsləndi, şair və yazıçılarımızın, elm xadimlərimizin ana dilimiz haqqında söylədikləri sitatlar iştirakçılara çatdırıldı.  

 
 

 

5 fevral 2012-ci il tarixdə  MKS-nin 22 nömrəli kitabxana  filialında nağıl saatı keçirildi . Nağıl saatında  filialın  böyük kitabxanaçısı Tünzalə İsmayılova  yazıçı Gülzar İbrahimovanın İlanlı dərənin sirri  adlı kitabından   nağıllar oxudu . Tədbirdə iştirak edən kitabxananın  kiçik yaşlı oxucuları  nağılları diqqətlə dinlədi və nağılda  onlara maraqlı olan   suallar verdilər. Sonda tədbir iştirakçıları arzu etdilər ki, belə tədbirlər kitabxanada tez- tez keçirilsin.

 
 

 

“2 Fevral Gənclər günü ”

2 Fevral tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 2 Fevral Gənclər günü münasibətilə  “Gələcəyi quranlar” adlı söhbət keçirildi. Tədbirin icraçısı oxu zalının kitabxanaçısı Əliyeva Aytən gənclər günü münasibətilə bütün gəncləri təbrik edərək çıxış etdi: “Azərbaycan Gəncləri günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib....” Tədbirdə Gəncə Dövlət Universitetinin, Aqrar Universitetin tələbə və gəncləri, kitabxananın fəal oxucuları, Gənc Vətənpərvərlər Birliyinin üzvləri iştirak edirdilər. Tədbirdə gənclər arasında onları maraqlandıran bir sıra mövzularla bağlı maraqlı diskusiya keçirildi. Sonda iştirakçılar 2 Fevral Gənclər Günü münasibətilə “Gələcəyi quranlar” başlığı altında təşkil olunmuş sərgiylə tanış oldular. Bu il Gəncə şəhəri 13,1% səslə “Gənclər Paytaxtı” elan edildi. Bu möhtəşəm xəbər münasibətilə bütün Gəncə Gənclərini təbrik edir, onlara Müstəqil Azərbaycanın tərəqqisi və inkişafı yolunda əzmlə, mətin addımlarla irəliləməyi, Əbədi Müstəqiiliyimiz naminə əllərindən gələni əsirgəməməyi arzu edirik.

 

 

“Köhnəlmis pestisidlərə dair maarifləndirmə”

28 yanvar 2012-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında “Köhnəlmiş pestisidlərə dair maarifləndirmə” başlığı altında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi və ECORES Ekoloji Analtik İnformasiya agentliyi  ilə birgə kənd təssərrüfatı ərazilərində qalıq və köhnəlmiş pestisidlər barədə maarifləndirmə və onların qısa müddətdə açıq anbarlardan təmizlənməsi məqsədi ilə inventarlaşma layihəsini əsasında həyata keçirilirdi. Tədbirə Gəncə şəhər ADAU, ATU, 10 saylı Ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin, Gəncə baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya mərkəzinin, Gəncə Aqrobiznes Assosiasiyasının və Qərb regionunun kənd təssərrüfatı mütəxəssisləri dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə MKS-in direktoru Elmira Əliyeva açaraq tədbir iştirakçılarını salamladı və sözü Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Fitosanitar nəzarəti xidmətinin müdiri Xoşqədəm Ələsgərovaya verdi. Xoşqədəm xanım öz çıxışında qeyd etdi ki, inkişaf etməkdə olan ölkələrdə köhnəlmiş, lazımsız və qadağan olunmuş pestisid anbarları ətraf mühit və insan sağlamlığına ciddi zərər vurmaqda davam edir. Bütün dövlətləri qayğılandıran bu problem Azərbaycan üçün də aktualdır. Hazırda dövlətin bu sahədə gördüyü işlər sırasına maarifləndirmənin gücləndirilməsi də daxildir. Xanım hazırladığı təqdimatda Respublikamızda bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verdi. Sonda tədbir iştirakçıları ilə bu mövzu ətrafında diskussiya aparıldı və X. Ələsgərova iştirakçıları maraqlandıran sualları cavablandırdı. 

 
 
 

“20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı “Onlar Vətəni, Torpağı, Milləti və Dövləti canından artıq sevməyin simvollarıdır” adlı dəyirmi masa ”

17 Yanvar tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı “Onlar Vətəni, Torpağı, Milləti və Dövləti canından artıq sevməyin simvollarıdır” adlı dəyirmi masa təşkil edildi.
İlk öncə Qanlı 20 Yanvar Şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri MKS-nin direktoru Elmira Əliyeva açaraq dünyamızın 20 Yanvar faciəsindən  danışdı: “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Məhz həmin gün doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.....”
Tədbirdə Gəncə Dövlət Universitetinin Tarix fakultəsinin baş müəllimi Yəhya Süleymanov, Gənc Vətənpərvələr Birliyinin Gəncə nümayəndəsi Elçin Axundov, birliyin üzvləri Mikayıl Əlizadə, Elnur Rüstəmov, kitabxananın fəal oxucularından Mübarək Hacıyev, Pərvin Hüseynov, Sevinc Axundova, GDU-nun “Tələbə və gənclər” təşkilatının üzvləri, kitabxananın direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova və işçi kollektivi iştirak edirdilər.
İştirak edənlərin hər biri Azərbaycanda, xüsusilə də Bakıda  misli görünməmiş faciədən, itkilərdən, günahsız insan olümündən ağrılı sohbətlər etdilər.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirildi.
Oxu zalının müdiri Aidə Abdullayeva Bəxtiyar Vahabzadənin “Şəhidlər” şerini ifa etdi.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı təşkil olunmuş sərgiylə tanış oldular.

 

 

“Xudadad bəy Rəfibəyli – 135 ”.

MKS- nin 25 saylı kitabxana filialında 16.01.2012- ci il tarixdə görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin anadan olmasının 135 illiyi münasibətilə “Görkəmli dövlət xadimi, cərrah - Xudadat bəy Rəfibəyli” adlı söhbət keçirildi. Tədbirdə 19 və 24 saylı məktəbin şagirdləri, digər fəal tələbə oxucularımız iştirak etdilər. Tədbirdə iştirak edən 24 saylı məktəbin dil-ədəbiyyat müəllimi Dürdanə xanım  Xudadat bəy Rəfibəylinin həyat və fəaliyyətindən söhbət açdı. O  Xudadat bəy Rəfibəylinin Gəncədə xalqa göstərdiyi yardımlardan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə özünün nüfuz və yüksək peşakarlığı ilə tutduğu vəzifələrdə Azərbaycan xalqı üçün çox böyük işlər gördüyündən danışdı.
Sonra kitabxanaçı Əliyeva Sevil diyarımızın tanınmış adamlarının həyat və faliyyətinin gənc nəsillərə tanıtmasını  kitabxanaçıların ən ümdə vəzifəsi olduğunu söylədi. Həmdə belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd etdi.
         Sonda tədbir iştirakçıları Xudadat bəy Rəfibəyliyə həsr edilmiş sərgi ilə tanış oldular.

 
 


 

 
  Arxiv...1. .2. .3. .4. .5. Əvvələ  
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva