Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document













Untitled Document
 
T Ə D B İ R L Ə R

 

Bu gün ümummilli liderimiz Heydər Əliyevin anım günüdür.  


sl

Bu gün Mərkəzi kitabxananın Oxu zalında "Ulu öndər Heydər Əliyevin" anım günü keçirildi.
2003-cü il dekabr ayının 12-si... Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkisaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığıbir məmləkəti əmanət qoyub getdi.
12 dekabr - Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir, çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyəvin əməlləri ilə bəzənib. "Gərək nəbzin vətənin nəbzi ilə vursun" -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.
ALLAH RƏHMƏT ElƏSIN


 

Ilyas Əfəndiyev və Azərbaycan dramaturgiyası 


sl

MKS- nin 6 saylı Gənclər kitabxana filialında 19.XI.2014- cü il tarixdə Ilyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı "Ilyas Əfəndiyev və Azərbaycan dramaturgiyası" başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə kitabxananın müdiri Məmmədova Məryəm xanım Ilyas Əfəndiyevin yaradıcılığından danışdı və əsərləri haqqında ətraflı məlumatlar verdi. O bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı Ilyas Əfəndiyevin məşhur "Geriyə baxma qoca", "Üçatılan", "Xan çinar", "Mahnı dağlarda qaldı" , "Sarıköynəklə Valehin nağılı" və s. romanları gənc nəslin tərbiyyəsində mühüm rol oynayan əsərlərdəndir . Tədbirdə iştirak edən 1 saylı orta məktəbin ədəbiyyat müəlliməsi Aybəniz Abdullayeva Ilyas Əfəndiyevin dramaturgiyasından və əsərlərindən hazırlanmiş tamaşalardan danışdı. Dəyirmi masada iştirak edən məktəbin XI sinif şagirdləri mövzu ətrafında öz fikirlərini bildirdilər. Tədbir iştirakçilarışairin yubileyi münasibəti ilə hazırlanmış sərgi ilə tanış oldular.

 
  "Uşaq dünyası" 


sl

19 noyabr tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 20 noyabr-Beynəlxalq Uşaq Günü ilə əlaqədar “Uşaq dünyası” başlığı altında sərgi keçirildi. Kitabxananın əməkdaşı Vüsalə Mustafayeva uşaqları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi və sərgidəki 30-a yaxın uşaq ədəbiyyatı – nağıllar, dastanlar, hekayələr, şeirlər haqqında qısa məlumat verdi.Tədbirin keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatını təbliğ etmək, uşaqların kitablara olan marağını artırmaqdır.

 
  "17 noyabr - Milli Dirçəliş Günü" 


sl

17 noyabr 2014 -cü il tarixində Mərkəzləşdirilmiş kitabxana sisteminin 19 saylı kitabxana filialında 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Qalx ayağa, Azərbaycan!” adlı ədəbi-bədii gecə keçirilmişdir. İlk öncə Azərbaycanın dövlət himni səsləndirilmiş, milli bayrağımız səhnəyə gətirilmişdir. Gecədə 27 saylı məktəbin tarix müəllimi Akif Məmmədov çıxış edərək əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının öz müstəqilliyini bərpa etmək uğrunda apardığı mübarizənin nəticəsi olmasından danışmışdır. Məmmədov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimizin dönməz və əbədi xarakter aldığını bildirmişdir. Tədbirdə " Milli Qürur hissi doğuran gün" başlıqlı  sərgi nümayiş olunub. Sərgidə Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyev cənablarının müstəqilliyimiz uğrunda əvəzsiz xidmətlərini özündə əks etdirən  kitablardan ibarət sərgi nümayiş etdirilmişdir.


 
  "Seminar - trening" 


sl

  Gəncə şəhər  İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Mədəniyyət və Turizm, həmçinin Təhsil İdarələrinin təşkilatçılığı ilə 15 noyabr 2014-cü il tarixdə Mərkəzi kitabxananın oxu zalında , orta ümumtəhsil məktəblərində işləyən kitabxana işçiləri üçün seminar - trening təşkil olundu.  Treninqdə məqsəd müasir məktəb kitabxanalarının vəzifələi və onların qarşısında  qoyulan  tələblərdən bəhs edilmişdir.  Sonda Gəncə şəhər Mərkəzləşdirilimiş kitabxana sisteminin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu,  həmçinin kitabxana işinin təkmilləşdirilməsi və təşkili il bağlı sualllar da cavablandırıldı. Tədbirin sonunda  Mərkəzi kitabxana ilə məktəb kitabxanalarının birgə layihələr və tədbirlər  planı hazırlanıb,   davamlı olması  nəzərdə tutuldu.

 
  "Gəncə Yazıçılar birliyi üzvlərinin  görüşü." 


sl

13 noyabr 2014 –cü il tarixdə Mərkəzi kitabxananın oxu zalında  Gəncə Yazıçılar birliyi üzvlərinin  görüşü keçirildi. Görüşdə yazıçı və şairlər Qərib Mehdi, Rübail, Bahadur Fərman, Həsən Göyçəli, Mikayıl Yanar, Oruc Goyçəli, İnqilab İsax, Aydın Murovdağlı, Aləmzər Əlizadə, Xəzangül  Hüseynova və başqaları iştirak edirdi. Görüş iştirakçıları əvvəlcə   Yazıçılar birliyinə   yeni  sədr seçilmiş Xəzangül xanımı  təbrik etdilər, işində uğurlar arzuladılar. Şair Həsən Göyçəli yazıçılar birliyində gənclərin sayının az olmasını, onların birliyə cəlb edilməsinin  zəif olduğunu qeyd etdi. Şair İnqilab İsaq  gələcək planlarından danışdı, ədəbi əlaqələrin güclənməsini, mətbuat xidməti yaradılması təklifini irəli sürdü. Şair qeyd etdi ki, mükafatlar təsis olunsun məsələn, “Məhsəti “ mükafatı. Şair Bahadur Fərman  Xəzangül xanımı təbrik edərək qeyd etdiki, işə yüksək enerji və yeni ideyalarla başlayın, həyata keçməyi işin gedişində özünü göstərəcək. Yazııçılardan Qərib Mehdi, Rübail, İman Aslanov  yazıçıların öz jurnalının nəşr olunması, bu jurnalda  Gəncəbasar yazarlarının əsərlərinin çap olunması fikrini irəli sürdü. Sonda  yeni sədr Xəzangül xanım təbrik və xoş arzulara görə təşəkkürünü bildirdi.deyilən təklif və arzuların  iş prosesində mütləq nəzərə alınacağını, ədalət prinsipinin qorunacağına söz verdi. Bu arzuların həyata keçməsi üçün yaşlı nəslin təcrübəsindən, gənclərin qüvvəsindən istifadə edəcəyik

 

 
 

"Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq – öz yurduma öz hakimliyim.
"
 


sl

MKS-in 6,8,9,17,20 saylı kitabxana-filiallarında 9 noyabr - Dövlət Bayrağı günü münüsibətilə  şeir gecələri keçirildi.
“Dalğalansın bayrağım, azad   olsun torpağım” adlı silsilə tədbirlərdə müstəqilliyimizin rəmzlərindən olan Azərbaycan Bayrağı,onun yaranma tarixi və inkişaf mərhələləri , Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin 17 Noyabr 2009-cu il tarixli “Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncamı haqqında tədbir iştirakçılarına məlumat verildi və  bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışıldı.
Tədbirdə Azərbaycanda bu günün təntənə ilə qeyd edilməsinin gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyi vurğulandı.
Kitabxanada keçirilən tədbirlərdə şagirdlərin ifasında bədii kompozisiya tədbir iştirakçılarına təqdim edildi: Əhməd Cavadın “Bayraq”, C.Cabbarlının ”Azərbaycan bayrağına”, R.Yusifoğlunun“Üçrəngli bayraq”mahnısı,“Dalğalan, ey Bayrağım! “şerirləri səsləndirildi.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə həsr olunmuş kitab sərgisi haqqında işrirakçılara məlumat verildi. “Göylərin qoynuna ucalan bayraq” adı altında təşkil olunmuş sərgidə mövzu çərçivəsində kitablar və dövri mətbuat nümunələri nümayiş etdirilmişdir.

 
 

"Kitab mənəvi xəzinədir" 


sl

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 13 saylı kitabxana filialında 29.10.2014 cü il tarixdə “ Kitab mənəvi xəzinədir” başlığı altında yeni kitabların sərgisi təşkil olunmuşdur.
Sərgidə Azərbaycan və xarici yazıçıların maraqlı kitabları o cümlədən elm və mədəniyyətə dair yeni kitablar,həmçinin uşaq kitabları nümayiş olunmuşdur.
Tədbirdə Humanitar Kollecin tələbələri, 22 və 16 saylı orta məktəbin şagirdləri iştirak etdilər.
13 saylı kitabxana filialın böyük kitabxanaçısı Svetlana Bağırova kitabxanaya daxil olan yeni kitablar  haqqında məlumat verdi.
Nümayiş edilən kitablar oxucuların böyük marağına səbəb olmuşdur.
Tələbələrin və şagirdlərin sərgi haqqında verdikləri sualllara cavab verən Svetlana xanım bildirdi ki, kitab mənəvi xəzinədir, kitaba və mütaliəyə hər bir oxucu maraq göstərməlidir, bu  günkü dövrdə gənclər internet və sosial şəbəkələrdən istifadə etməklə yanaşı kitablardan da geniş istifadə etməlidirlər.

 
 

"Yeni kitablar" 


sl

MKS- nin 6 saylı Gənclər  kitabxana filialında  27.10.2014- cü il tarixində  “Yeni kitablar”  başlığı altında fonda daxil olmuş yeni ədəbiyyatlarla bağlı  sərgi keçirildi.
Kitabxananın müdiri Məmmədova Məryəm burada sərgilənən kitablar haqqında ümumi məlumat verib, bu kitabların oxucuların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında rolundan danışıb. Bildirilib ki, belə tədbirlərin keçirilməsi oxucuların dünyagörüşünün formalaşması ilə yanaşı, onların kitabxanalara olan marağını da artırır.

 
 

"18 oktyabr - Milli azadlıq mücadiləsinin qələbəsi" 


sl17 oktyabr 2014 -cü il tarixində Mərkəzləşdirilmiş kitabxana sisteminin oxu zalında, həmçinin 7, 15, 25 saylı filiallarda Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə “Arzularımızın Zirvəsi-18 Oktyabr” , “Müstəqilliyimiz fəxrimizdir”, “18oktyabr - Milli azadlıq mücadiləsinin qələbəsi” “Mən onsuz da əbədiyəm” adlı ədəbi- bədiı gecələr keçirilmışdır.
Gecədə müstəqilliyimizin keşmə - keşli tarixinindən söhbət açılmış, müstəqiliyyimizə həsr olunmuş musiqilər səslənmiş və  , müstəqilliyimizin tarixini Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyev cənablarının müstəqilliyimiz uğrunda əvəzsiz xidmətlərini özündə əks etdirən  kitablardan ibarət sərgi nümayiş etdirilmişdir.

 
 

" Keçəçioğlu  Məhəmməd-150" 

4d

Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm  yer  tutan ustad  sənətkar Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi ilə əlaqədar 13 oktyabr  2014-cü il tarixdə  Mərkəzi kitabxananın   Musiqi- not fonoteka  şöbəsində  “Keçəçioğlu  Məhəmməd-150”   adlı  söhbət  keçirildi. Söhbətdə  şöbənin  böyük  kitabxanaçısı  Nabat  Şükürova  klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsirlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş  Keçəçioğlu Məhəmmədin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbirin sonunda   xanəndənin  ifasında  “Qarabağ xanəndələri” albomundan  “Yeri, dam üstə yeri”  mahnısı səsləndirildi.

 


 
 

"III Beynəlxalq Şərab Festivalı" 

sss

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadi İnkişaf və Sənaye, həmçinin Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən festival iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanına gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.Tədbirə Azərbaycan, Fransa, Almaniyan, İtaliya, Rusiya, Moldova, Gürcüstan və bir sıra digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçılarıqatılıblar. Qonaqlar Gəncənin görməli yerlərini gəzib və Azərbaycanın milli mətbəxi ilə tanış oldular. Daha sonra tədbir iştirakçıları və qonaqlar şəhərin qədim Cavadxan küçəsində keçirilən Şərab Festivalına qatıldılar.
Qeyd edək ki,dünya şərabçılarının bu mötəbər məclisinin əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

 
 
 

"Şer gecəsi" 

Gəncə şəhəri Mərkəzləşdirilmiş   Kitabxana Sisteminin Uşaq şöbəsində 25.09.2014 –cü il tarixdə saat 11-00-da Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin  “Yüz il sonra sorsan, bəs o  haradadır?    Hər beyti səslənər burda buradadır”-    başlığı altında şer gecəsi keçirildi.
Tədbirdə 27 saylı lisey məktəbinin 7 ci sinif şagirdləri və kitabxananın fəal oxucuları  iştirak etdilər.
MKS-nin Uşaq şöbəsinin müdiri Cəfərova Atlaz tədbir iştirakçılarını salamladı və öz çıxışında bildirdi ki, 8 əsrdir ki, dünya poeziyasının səmasında Nizami ulduzunun şəfəqi saçır, sönmək bilmir  və heç vaxt da sönməyəcəkdir.     
Sonra söz Gəncə şəhər 27 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Bağırova Təranə xanıma verildi. O, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Sevda Əliyeva “N.Gəncəvi Dünya ədəbiyyatının korifeyidir”, MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva “N.Gəncəvinin  sənət aləmi” mövzusunda  çıxış etdilər.
Şagirdlər N.Gəncəvinin şerlərini söylədilər.Tədbirin sonunda kitabxanada təşkil olunan “Azərbaycan poeziyasının  sönməz günəşi” başlığı altında sərgiyə baxış keçirildi.

 
 

"Azərbaycan Xalqı Sülhsevərdir" 

sl

19 sentyabr tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 21 Sentyabr Beynəlxalq Sülh günü münasibətilə GDU, ADAU-nun tələbə və gəncləri, həmçinin kitabxananın fəal oxucuları ilə birgə “Azərbaycan Xalqı Sülhsevərdir”adlı dəyirmi masa keçirildi.
Tədbiri MKS-nin direktoru Elmira xanım Əliyeva açaraq tədbir iştirakçılarını salamlayıb qeyd etdi ki, Beynəlxalq Sülh Günü – 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayramdır. Beynəlxalq Sülh Günü atəşkəsə və zorakılığa qarşı qlobal çağırış günüdür.
Beynəlxalq Sülh Günü BMT – nin 30 noyabr 1981 – ci il qərarı ilə bütün dünyada qeyd olunur.
       Tədbirdə iştirak edən gənclər, tələbələr mövzuyla bağlı müxtəlif çıxışlar etdilər.

 
 

"Azərbaycan musiqisinin bayramı" 

123

Ümummilli lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il fərmanına əsasən hər il 18 sentyabr  Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi qeyd olunur. Bu məqsədlə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “Azərbaycan musiqisinin bayramı” başlığı altında anım günü keçirildi. Tədbirdə 7 saylı kitabxananın müdiri Natella Hacıyeva, Bülbül adına 3 saylı musiqi məktəbinin müəllimləri Zemfira Əhmədova,Yaşar Məlikov və s.bu bayram münasibətilə musiqisevərləri təbrik etdilər,Üzeyir Hacıbəylinin milli musiqimizin Inkişafındakı  rolundan,bir bəstəkar,pedaqoq,musiqişünas alim kimi daim xalqına xidmətindən,  ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasından danışdılar. Çıxışlardan sonra 3 saylı musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında bəstəkarın musiqi nümunələri təqdim olundu.

 

 
 

"MUSİQİ ƏSİL ÜMUMBƏŞƏRİ DİLDİR" 

sl

17 Sentyabr  2014 cü- il tarixdə MKS-nin  Oxu zalında  “18 Sentyabr- Milli  Musiqi  günü”  ilə bağlı  “Musiqi əsl ümumbəşəri dildir”başlığı altında sərgi təşkil olunmuşdur.  Musiqi not fonoteka şöbəsinin böyük kitabxanaçısı Nabat Şükürova  “18 Sentyabr – Milli Musiqi günüilə  bağlı genişməılumat verərək  tədbir iştirakçılarını sərgiilə yaxından tanış etdi:  “  Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın.  1995-ci ildə  Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi  ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır...”
        Sərgidə Azərbaycan professional musiqimizin banisi Üzeyir Hacıbəyovla yanaşı görkəmli musiqiçilər Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,  Arif  Məlikov, Bülbül, Rəşid Behbudov, Tofiq Quliyev, Vasif Adıgözəlov və  digər dünya şöhrətli bəstəkarlarımızın, musiqiçilərimizin, müğənnilərimizin haqqənda nəşr olunmuş əsərlər, audio kasetlər, CD disklər  nümayiş etdirilmişdir.

 
 

"Bilik günü" 

123

14 sentyabr 2014-cü il tarixdə Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin 7 saylı kitabxana filialı Bilik Günü münasibətilə şəhərimizin Kəpəz rayonundakı “ Fikrət Əmirov” adına parkda, açıq havada “Şən, əyləncəli mütaliə” başlığı altında sərgi keçirtdi. Kitabxananın müdiri Natella Hacıyeva tədbirdə iştirak edən uşaqları bu bayram münasibətilə təbrik etdi və yeni dərs ilində onlara uğurlar arzuladı. Sərgidə kitablar mövzulara uyğun başlıqlar altında düzülmüşdü. Sərginin “Sizin sevimli   yazıçılarınız”, ”Azərbaycan - yurdum mənim”, ”Bilikdən nur alıram mən” və s. mövzulu bölmələrində müxtəlif kitablar nümayiş olunmuşdu.Tədbiri keçirtməkdə məqsəd uşaqların kitablara, kitabxanaya maraqlarını artırmaq və mütaliəni gücləndirməkdir.

 
  Qəbələdə keçirilən II mürəbbə festivalı. 

Bu gün Qəbələ şəhərində növbəti mürəbbə festivalı keçirilib. Festivalda Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub.

Festivalın açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmraslanov çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycan mədəniyyəti və kulinariyasını təbliğ etmək məqsədi daşıyan festivalda şirniyyatçıların ən gözəl əl işləri sərgiləməklə yanaşı, satış yarmarka da təşkil olunub. Gələn ildən bu festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

Festivalda ilk dəfə təqdim edilən pomidor və badımcan mürəbbələri hamının, xüsusən xarici qonaqların böyük marağına səbəb olub. İşləri qiymətləndirmək üçün 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Sevda Baxşıyeva (Gəncə şəhəri, çiyələk mürəbbəsi) birinci yeri tutub-qızıl medal təqdim edildi , Fizzə Mahmudova (Zaqatala rayonu, ərik mürəbbəsi) və Natavan Musayeva (Goranboy rayonu, gül mürəbbəsi) ikinci yeir tutublar -gümüş medal təqdim edildi , Səyyarə Quliyeva (Qəbələ rayonu, heyva mürəbbəsi), Jalə Qədirova (İsmayıllı rayonu, gilas mürəbbəsi), Xəyalə Mikayılova (Oğuz rayonu, gilas mürəbbəsi) üçüncü yeri tutublar - bürünc medal təqdim edildi .

 
  "Nəslin və nəşrin əfəndisi"

iv

23 avqust 2014 cü il tarixdə 24 saylı kitabxana filialında xalq yazıçı İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı “ Nəslin və nəşrin əfəndisi“ mövzu gecəsi keçirildi. Tədbiri giriş sözü ilə filialın müdiri Aslanova Təranə açdı. T.Aslanova dövlətimizin başçısı tərəfindən ölkəmizdə elm və mədəniyyət xadimlərinə göstərilən yüksək diqqət və qayğını önə çəkərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
           Fəal oxucu Məhəbbət Abdullayeva çıxışında qeyd etdi ki, İlyas Əfəndiyev əhatəli və rəngarəng yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər oçerk və məqalələr də ərsəyə gətirib. Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşən İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. əsərlərin müəllifidir.
Kitabxananın  fəal oxucusu Şəhla Əliyeva çıxışında qeyd etdi ki, İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır.
        Tədbirdə xalq yazıçısının yaradıcılığına ətraflı nəzər salınmış, yazıçının ədəbi irsi, yaradıcılıq axtarışları, obrazlarda yaşadılan fikir və düşüncələri, ədəbiyyata müasir roman tipi gətirməsi, yeni dövr gəncliyinin tipik obrazlarla ifadəsi, milli dramaturgiyamızda yeni üsluba imza atması, əsərlərində mənəvi-əxlaqi dəyərlərə xüsusi önəm verilməsi kimi məsələlərdən əhatəli söhbət açılmışdır.
 Tədbir məktəblilərdə xoş təəssurat yaratdı.
         Sonda  tədbir iştirakçıları kitabxanada tərtib olunmuş  “İlyas Əfəndiyev - 100”  adlı sərgi  ilə yaxından tanış oldular.

 
  Ana dilimizi sevək, sevdirək. 

1 avqust 2014 cü il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü  münasibətilə “Ana dilimizi sevək, sevdirək” başlığı altında şeir saatı keçirildi. Şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildirdilər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitədir. Tədbirdə şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə  xidmət etdiyi vurğulandı.Yarışda məktəblilərin ifasında Vətənə, anaya aid şeirlər və mahnılar səsləndirildi. Qaliblərə kitab hədiyyələri verildi.

 
  "Gəlin Əlifbanı öyrənək"

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi  01.08.2014-cü il tarixdə  “Gəlin Əlifbanı öyrənək” başlığı altında Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə  Gəncə şəhər  24 və 31 saylı Uşaq bağçalarının   iştirakı ilə viktorina keçirdi.
Viktorinada Gəncə şəhər 24 saylı Uşaq bağçasının  “Günəş” komandası ilə Gəncə şəhər 31 saylı Uşaq bağçasının  “Göyərçin “komandası  yarışdılar. Tədbirdə  31 saylı Uşaq baxçasının”Göyərçin” komandası qalib gəldi.  Viktorinada fərqlənən uşaqlarıa 31 saylı Uşaq bağçasının müdiri İşmayılova Günay xanım  hədiyələr verdi.  Viktorina bağça uşaqlarının böyük  sevincinə səbəb oldu.

 

 
  "Yaralı yurdun harayı"

4d

Mərkəzləşdirilmiş kitabxana sisteminin 4 saylı kitabxana filialı 21 iyul 2014-cü il tarixdə saat  15:00-da  Ağdam rayonunun işğalı ilə əlaqədar  “Yaralı yurdun harayı” başlığı altında dəyirmi masa keçirdi.
    Tədbirdə 2 saylı Mədəniyyət evinin kollektivi, 8 saylı orta məktəbin müəlliməri,  şagirdləri və digər oxucular iştirak edirdi.
    Tədbiri açıq elan edən 4 saylı kitabxana filialının kitabxanaçısı Aytəkin Cəfərova qeyd etdi ki, Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. Bu gün hər birimiz bu amalla yaşayırıq ki, mütləq Ağdam və başqa bu kimi rayonlarımız  qəsbkarlardan azad olunacaq və biz işğal günlərini deyil, qələbə günlərini qeyd edəcəyik.

 
  Beynəlxalq Milli Şirniyyat festivalı4d  

20.07.2014-cü il tarixdə Şəki şəhərində Beynəlxalq Milli Şirniyyat festivalı keçirilmiş, festivalda Gəncə mətbəxinin şirniyyat növləri: Gəncə paxlavası, nazik, Gəncə kətəsi, mürəbbələr və s. nümayiş etdirilimişdir. Festivalda Gəncə şəhərinin qənnadıçıları III yeri tutaraq diploma, bürünc medala layiq görülmüşdür.

 
  "Nəğməyə dönmüş ömür."

4d“Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Prezident  İlham Əliyevin 2014-cü il 3 fevral tarixli sərəncamından irəli gələn vəzifələri çərçivəsində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında görkəmli şair və mütəfəkkirə həsr olunmuş sərgi keçirildi. Kitabxananın böyük kitabxanaçısı Mirxudayeva Könül sərgi ilə tanışlıqdan əvvəl şairin dünyaya gəldiyi  Gəncənin ədəbi mühitindən,onun maarifçi və pedaqoq kimi fəaliyyətindən dövrünün sayılıb-seçilən şairləri ilə tanışlığından, şeirlərinin Fridrix Bodenştedt tərəfindən oğurlanmasından geniş söhbət açdı. Qeyd olundu ki, Mirzə Şəfinin əsərləri 1851-ci ildən Avropa dillərinə tərcümə edilərək, şairə dünya şöhrəti qazandırmışdır.

Tədbirdə iştirak edənlər Mirzə Şəfi Vazehin 220 illiyi münasibətilə kitab və jurnallardan hazırlanmış sərgi ilə tanış oldular.

 

 
 

20140711_104236.jpg

Gəncə şəhəri Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin uşaq şöbəsi 11.07.2014-cü il tarixdə 24 saylı uşaq bağçasında nağıl saatı keçirdi. Tədbirdə  “Çınqıdı-çınqıdı bala sərçə”, “Məlikməmməd’”, “Qızıl qazın nağılı” nağılları oxundu.
Uşaq şöbəsinin təşkil etdiyi nağıl saatı kiçik qrup uşaqlarının çox xoşuna gəldi. Onların böyük maraqla verdiyi sualları şöbə müdiri Atlas Cəfərova cavablandırdı.
 Kitabxana kollektivinin təşkil etdiyi nağıl saatını uşaqlar maraq və diqqətlə  dinlədilər.

 
 

4dGəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında 1 İyul tarixində şair, dramaturq Fəridə Əliyarbəylinin 90 illik yubileyi qeyd edildi.
Yubiley tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.Tədbirdə  Fəridə Əliyarbəyli yaradıcılığını sevənlər, şəhərimizin bir çox ziyalı təbəqəsi, oxucular , yazarlar  və ailə üzvləri iştirak etdi..
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Məmməd Alim açaraq şair, dramaturq Fəridə Əliyarbəylinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdi.
Tədbirdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında Fəridə Əliyarbəylinin yaradıcılığından şerlər səsləndi.
İştirak edənlərin hər biri şairin necə incə bir ruhlu insan, əsil Azərbaycan xanımı, qayğıkeş  ana, sədaqətli həyat yoldaşı olmasını xüsusi vurgulayaraq Fəridə xanıma əbədi rəhmət dilədilər. Ruhu şad olsun!

 
   "Öz həyatını zəhərləmə, yaşamaq üçün “HƏ” de."

4d23 iyun 2014-cü il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar olaraq “Öz həyatını zəhərləmə, yaşamaq üçün “HƏ” de” mövzusunda oxucu konfransı keçirildi. Kitabxananın müdiri Natella Hacıyeva bu bəlanın gənclər və yeniyetmələr arasında geniş yayıldığını və buna qarşı təbliğatın gücləndirilməsini vurğuladı.Narkoloji dispanserin təqaüdçü həkimi Nəbi Abdullayev narkomaniyanın bir  çox xəstəliklərə yol açdığını,HİV-ə, hepatitə yoluxma hallarının baş verdiyini bildirdi. 3 saylı musiqi məktəbinin müəllimi Yaşar Məlikov, Gəncə  Dövlət Universitetinin tələbəsi Əfqan Hacıyev narkomaniyanın cəmiyyətdə törətdiyi neqativ hallardan danışdılar. Sonda narkomaniya mövzusu ilə əlaqədar toplanmış nəşr nümunələri sərgiləndi.

   
 
  "Milli Kinomuzun Qızıl Mirvarisi"

4d

19 İyun 2014-cü il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın oxu zalında Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Lütfəli Abdullayevin anadan olmasının 100 iliyi münasibətilə “Milli Kinomuzun Qızıl Mirvarisi” adlı dəyirmi masa təşkil edildi.
Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq Azərbaycan kinosunun sönməz ulduzu Lütfəli Abdullayevin həyatından danışdı.  Tədbirdə mərhum sənətkarın çəkildiyi müxtəlif və maraqlı filmlərdən fraqmentlərə tamaşa edildi və aktyorun  məharətlə ifa etdiyi kino rolları ilə bağlı geniş müzakirələr aparıldı.

           

 
  "Gəncəli Müdrik" 4d

13 Iyun  2014-cü il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında  görkəmli Azərbaycan şairi, mütəfəkkiri Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə
“Gəncəli Müdrik” adı altında musiqili ədəbi-bədii gecə keşirildi.
            Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru  Elmira Əliyeva  iştirakçıları salamlayaraq gecəni açıq elan etdi. Sonra söz Mərkəzi kitabxananın Kitabxanalararası abonement və vahid fondun təşkili şöbəsinin müdiri Vüsalə Hüseynova tədbir iştirakçılarına Mirzə Şəfi Vazehin həyat və yaradıcılığından geniş məlumat verdi.
            Tədbirdə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, yerli şairlərdən Sahib İbrahimli , İnqilab İsaq, Bahadur Fərman, Ramiz Təmkin, Zaur Həkim, İmam Cəmilli, Respublikanın Əməkdar artisti Məmməd Cəfərov, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları, Qəmbər Hüseynli adına Musiqi Kollecinin musiqi qrupu və tələbələri, 5 saylı orta məktəbin şagirdi Ayşən Əsgərova və kitabxananın fəal oxucuları iştirak edirdilər.
             Tədbirin bədii hissəsində Musiqi Kollecinin tələbələri və Ayşən Əsgərova M.Ş.Vazehin qəzəllərinə bəstələnmiş nəğmələri  ifa etdilər və Dram Teatrin aktyorlari və şairlərin ifasinda şairin qəzəlləri ifa olundu.
Sonda oxu zalında tərtib olunmuş “Gəncəli Müdrik” başlıqlı sərgiyə baxış keçirildi.

 
   "Fonda daxil olan yeni kitablar"

4d

11.06.2014-cü il tarixda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  7 saylı kitabxana filialında fondumuza daxil olan yeni kitabların sərgisi keçirilmişdir. Kitabxananın böyük kitabxanaçısı Mirxudayeva Könül oxuculara nümayiş etdirilən 5 cildlik “Böyük İqtisadi Ensiklopediya”, yaradıcılığı Xalq Çalğı Alətləri Orkestrinin inkişafı ilə bağlı olan Xalq artisti, professor Ağaverdi Paşayevin 60 illik yubileyi münasibətilə Səadət Təhmirazqızının “Sənətə bağlı ömür”, dahi müğənni Müslüm Maqomayevin parlaq xatirəsinə həsr olunmuş Vaqif Bəhmənlinin “Maqomayev planeti”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və   Azərbaycan Respublikası Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının  Xalq Rəssamı, Şöhrət ordenli Salhab Məmmədova həsr olunmuş , 3 dildə  çap olunmuş “Salhab Məmmədov”, Azərbaycan Respublikasının Xalq artisti bəstəkar Cövdət Hacıyevin 95 illik yubileyi münasibətilə rus dilində nəşr edilmiş Adilə  Yusifovanın “Джевдет Гаджиев” və s.kitablarının biblioqrafik icmalını etmişdir.

         

 
   "Azərbaycan kinosunun mahir gülüş ustası"

4d02.06.2014-cü il tarixdə saat 12 - 00 da MKS-nin 2 saylı kitabxana filialında Azərbaycanın xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi ilə əlaqədar”Azərbaycan kinosunun mahir ustası” başlığı altında mövzu gecəsi keçirildi.
Tədbirdə kitabxananın oxucuları iştirak edirdilər.
Tədbiri filialın müdiri Firuzə Yunusova açdı. Xalq artisti Lütfəli Abdullayevin həyatı, səhnə fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonra sözü aktyor Oqtay Abbasova verdi. Aktyor Azərbaycan kinosunun mahir ustasının oynadığı rollardan danışdı.O, dedi: Lütfəli Abdullayevin musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. O,"Beş manatlıq gəlin,"Toy kimindir","Gözün aydın","Durna", Ulduz","Bizə bircə xal lazımdır" və s.komediyalarda uğurlu obrazlar yaratmışdır. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. O,"Arşın mal alan       - Vəli, Əhməd haradadır- Zülümov, Ulduz- Məhəmməd və s.filmlərə çəkilib.Onun yaratdığı obrazlar çox maraqlı və yaddaqalan olub. Tədbirin sonunda xalq artistinin oynadığı filmlərdən parçalar nümayiş etdirildi.           

 
   "Həyatın himni-ömrün sevinci"

1 iyun  2014-cü il tarixdə - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar MKS-nin 7 saylı kitabxana filialı  3 saylı musiqi məktəbi ilə birlikdə “Həyatın himni-ömrün sevinci” adlı səhərcik keçirtdi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Hacıyeva Natella  açaraq uşaqları bayram münasibətilə təbrik etdi, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətləri nəticəsində ölkəmizdə yetişməkdə olan nəslə göstərilən diqqət və qayğıdan söhbət açdı. Sonra söz tədbirin aparıcıları, fəal oxucular Gülçin və İlkinə verildi. Balaca fidanların hazırladığı bayram ovqatlı çıxışlarda Vətənə, anaya, xoşbəxt  uşaqlara həsr olunmuş şən mahnılar, şeirlər,səhnəciklər, məharətlə ifa olunmuş milli və dünya xalqlarının rəqsləri tədbirə toplaşanlara xoş təsir bağışladı.
Təşkil olunmuş “Balacaların nağıl dünyası” başlıqlı kitab sərgisində nümayiş etdirilmiş yüksək tərtibatlı nağıl kitabları uşaqların böyük marağına səbəb oldu.
Tədbir uşaqların rəqsi ilə başa çatdı.  

 

 
   "Uşaqlar ölkənin gələcəyi, işıqlı sabahıdır"

82

Mərkəzləşdirilmiş kitabxana sisteminin 24  sayli kitabxana filialında 2 İyun 2014-cü il tarixdə 1 Iyun – Uşaqları Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 44 saylı uşaq bağcası ilə birlikdə “Uşaqlar ölkənin gələcəyi,işıqlı sabahıdır” adlı səhərcik keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın müdiri  Aslanova Təranə açaraq, uşaqları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi.
      44 saylı  Uşaq bağçasının   müəllimi İsmayılova Aynur qeyd etdi ki, Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir. Ölkəmizdə bütün uşaqlar bərabər hüquqa malikdirlər və hər bir uşağın yaşamaq, təhsil almaq, hüququ var. Dövlətimiz tərəfindən cəmiyyətin gələcəyi olan uşaqların hərtərəfli inkişafı məsələsinə xüsusi qayğı ilə yanaşılır.
         Balaca fidanların ifasında sözləri Rafiq Rüstəmova, musiqisi isə Rəfiq Zəkaya aid olan “Anacan”mahnısı dinlənildi. Uşaqların ifasında şeirlər səsləndi, A.Səhhətin ”Tülkü və meymun”təmsilinin səhnəciyi ifa edildi. Onlar lətifələr, yanıltmaclar söylədilər, tapmacaları cavablandırdılar.
       Sonra uşaqlar öz şən mahnıları, rəngarəng rəqsləri,  vətən, ana, bayraq, məktəb haqqında şeirlər və səhnəciklər ilə tədbiri davam etdirdilər. 

        Tədbirdə “Dünyanı verək uşaqlara” başlıqlı sərgidə nümayiş edilən kitablar  və kitab “qəhrəmanları”haqqında məlumat verildi.
 
  "Çiçəklərə Günəş, Uşaqlara Sülh! "



 

01.06.2014-сü il saat 15.00-da Gəncə şəhəri MKS-nin 1 saylı kitabxana filialında 1 iyun Usaqların  müdafiəsi günü ilə əlaqədar “Çiçəklərə Günəş, Uşaqlara Sülh” başlığı altında tədbir keçrildi.
        Tədbirdə 4 və 6 saylı orta  məktəblərin bir qrup müəllimi, V-VI sinif şagirdləri, MKS-nin direktor müavini Qədimova Fəridə xanım, metodika şöbəsinin müdiri İradə Abbasova, böyük metodist Şahnaz Əhmədova, metodist Rəqibə Rüstəmova,  4 saylı orta məktəbin ədəbiyyat müəllimi  Məmmədova Kəmalə ,  Gənc Vətənpərvərlər Birliyinin  sədri Elçin Axundov və kitabxananın orta  yaş qurupundan olan oxucuları iştirak edirdiər.  Tədbiri giriş sözü  ilə  Gənc Vətənpərvərlər Birliyinin  sədri Elçin Axundov  açaraq dedi: “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü” bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. Indiki dövrümüzdə uşaqların düzgün tərbiyələnməsində valideynlərin rolunun böyük olduqunu qeyd etdi.   Daha sonra söz  orta məktəb şagirdlərinə verildi. Məmmədov Fərid ulu öndərimiz Heydər Əliyev haqqında “Ulu bir sərkərdə, ulu bir öndər”şeri , Şıxəliyeva Günel “Ulduzların nağlı”, Hüseynov Anar “Cox qiymətli incidir” və Nəbiyeva Aytac “Onu zaman seçib” şerlərini söylədilər. Uşaqlar bizim gələcəyimizdir. Ona görədə  ölkəmizdə uşaqlar yalnız bayram günü deyil, ilin bütün günlərində qayğı və diqqətlə layiqdirlər. Hər bir uşağın qayğısız böyüməsinə şərait yaratmaq dahi şair Nizami demişkən “Yer üzünün əşrəfinə çevirmək” dünyadakı bütün insanların borcudur. Tədbirin sonunda uşaqlar hazırladığı rəqsləri qonaqlara təqdim etdilər. MKS-in direktor müavini Qədimova Fəridə uşaqları müxtəlif hədiyyələrlə mükafatlandırdı. Sonda isə Uşaqlar MKS-in tərtib etdiyi “Çiçəklərə Günəş, Uşaqlara Sülh”başlıqlı sərgi ilə tanış oldular.

 
  "Çiçək ətirli balalar"

Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Gəncə şəhər 31 saylı Uşaq bağçası ilə birlikdə 30.05.2014-cü il tarixində "Çiçək ətirli balalar” başlığı altında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  səhərcik keçirdi . Tədbiri  giriş sözü ilə Uşaq şöbəsinin müdiri  Atlaz Cəfərova açaraq bildirdi ki, uşaqlar ömrümüzün bəzəyi, sevincimiz, fərəhimizdir. Ona görə də uşaqlara diqqət, xeyirxahlıq və mərhəmət bu günümüzün, gələcəyimizin etibarlı təminatı deməkdir. Ölkəmizdə də uşaqların firavan yaşaması, sağlam böyüməsi üçün hər cür şərait mövcuddur. Buna görə də Vətənimiz Odlar yurdu Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxt və bəxtəvərdirlər. Sonra  sözü  Gəncə şəhər 31 saylı Uşaq bağçasının müəlliməsi Elmira xanıma verdi. O, "Uşaqlar bizim gələcəyimizdir"  mövzusunda, MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva "Dünyanı verək uşaqlara" mövzusunda möhtərəm prezidentimiz İlham Əliyevin,onun xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısından  danışdı. Nağıl  “qəhrəmanları” Cırtdan, Tıq-tıq xanım, Məlikməmməd və Təpəğözün gəlişi uşaqların böyük sevincinə səbəb oldu. Onlar birlikdə rəqs etdilər, mahnı oxudular. Uşaqlar Azərbaycana, Vətənə aid şerlər və mahnılar ifa etdilər. Səhərcik 31 saylı Uşaq bağçasının  kollektivi tərəfindən rəğbətlə qarşılandı.

 
  "Kitab xülasəsi"

2014-cü il mayın 30-də  MKS –nin 7  saylı  kitabxana filialında xalq yazıçısı İlyas Əfəndiyevin   anadan olmasının 100 illik yubileyinə həsr olunmuş kitab xülasəsi keçirilmişdir.
Tədbirdə  3 saylı məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Xülasəni böyük kitabxanaçı Mirxudayeva Könül açaraq Prezident İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamını xatırladıb. O, dövlətimizin başçısının Sərəncamının görkəmli yazıçı-dramaturqun bədii irsinin öyrənilməsi, bütövlükdə Azərbaycan ədəbiyyatının təbliği baxımından əhəmiyyətindən söhbət açıb, İlyas Əfəndiyevin çağdaş Azərbaycan bədii nəsrinin və dramaturgiyasının inkişafındakı xidmətlərindən danışmışdır.Sonra yazıçının “Geriyə baxma, qoca”, “Üç  roman”, “Üçatılan” romanlarının  qısa xülasəsindən bəhs edilmişdir.

 
  "Respublika günün mübarək - Azərbaycan! " 1

Mayın 27-də Mərkəzləşdirilmiş kitabxana sisteminin 25 saylı kitabxana filialında “Respublika günün mübarək Azərbaycan!” adlı musiqili ədəbi-bədii gecə keçirildi. Gecəni filialın böyük kitabxanaçısı Rahilə Qasımova açıb bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bizim də müqəddəs borcumuz bu müstəqilliyimizi qoruyub saxlamaqdır. Sonra söz məruzəçilərə verildi. Məruzələrdən sonra gecənin bədii hissəsində şəhərin 5,20,24,27,32.44 saylı otra məktəblərin şagirdlərinin ifasında mövzu ilə bağlı ədəbi kоmpozisiya nümayiş olundu. Gecənin sonunda MKS-nin direktor müavini Fəridə Qədimova tədbir iştirakçılarını Respublika günü münasibəti ilə təbrik etdi və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

 

 
  "Can ürəyim Azərbaycan" 1

Mərkəzləşdirilmiş kitabxana sisteminin  8 saylı kitabxana filialında 27 may 2014 cü il tarixdə saat 15 -00 da 28 may- Respublika  günü münasibətilə  “Can ürəyim Azərbaycan “ başlığı altında şeir gecəsi keçirildi.
      Tədbirdə 4 saylı musiqi məktəbinin müəllimləri, 8 saylı orta məktəbin müəllim və şagirdləri 6 saylı klub , musiqi evi iştirak edirdi.

     Tədbirdə aparıcılıq edən 8 saylı kitabxana filialının böyük kitabxanaçısı Nahidə Əliyeva  tədbiri açıq elan edərək,  tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik etdi, bu bayramın mahiyyəti, yaranması və Azərbaycan üçün əhəmiyyəti barədə iştirakçılara məlumat verdi.
 
  "İstiqlalımızın şərəfli yolu"145

Mərkəzləşdirilmiş kitabxana sisteminin  21 saylı kitabxana filialında 26 may 2014 cü il tarixdə saat 15 -00 da 28 may- Respublika  günü münasibətilə  “İstiqlalımızın şərəfli yolu “ başlığı altında məruzə keçirildi.
Tədbiri 21-saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova açaraq qeyd etdi ki, Azərbaycan Xalq Cümhüriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti Avropanın demokratik dəyərlərini özündə birləşdirən yeni bir dövlət nümunəsi olmuşdur.
Odur ki, yubieiyini qeyd etdiyimiz cümhüriyyət tarixi, onu yaradan insanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Biz bu gün də Azərbaycan Xalq Cümhüriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhüriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcəyik, onu qoruyub saxlayacaq, dönməz , sarsılmaz və əbədi edəcəyik.”
Sonda Sahilə Şabanova Respublika günü münasibətilə iştirakçıları təbrik etdi.
Tədbirdə Uşaq Rəssamlıq məktəbinin şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdi.

 

 
  "İlyas Əfəndiyev-100"1

 

24.05.2014-cü il  tarixdə saat 12-00-da Mərkəzləşdirilmış Kitabxana sisteminin 12 saylı filialında Azərbaycanın xalq  yazıçısı, dramaturq İlyas  Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə    “Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi” başlığı altında sərgi - söhbət keçirildi.  Tərdbirdə 16 saylı orta məktəbin X sinif şagirdləri və bir neçə müəllimi, 5 saylı Kəlbəcər məktəbinin VII  sinif şagirdləri, 4 saylı musiqi məktəbinin şagirdləri və kitabxananın fəal oxucuları  iştirak edirdi.
         Sərgi haqqında  kitabxanaçı Verdiyeva Xatirə   içtirakçılara məlumat verdi. Sonra sözü 16 saylı məktəbin ədəbiyyat müəllimi Lətafət xanıma verdi.  O,yazıçının yaradıcılığı, səhnəyə qoyulmuş əsərləri haqqında danışdı.  İlyas Əfəndiyev çoxsahəli yaradıcılığa malik sənətkarlardandir. Əgər biz onun  həyat və yaradıcılığına nəzər salsaq görərik ki ,yazıçı eyni bir dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərmiş, iri həcmli roman və povestlərlə yanaşı, oçerklər uzərində də işləmişdir.  İ. Əfəndiyevə hekayədən faciəyə,romandan komediyaya, məqalədən pyesə keçmək heç də çətinlik törətməmişdir.  İlyas Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki,bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından,dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
         Yazıçının sərgidə nümayiş olunan  əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

 

 
  "Fonda yeni daxil olan kitablar"

45t19.05. 2014-cü il tarixdə Mərkəzi kitabxananın Oxu zalında Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə bu il daxil olan yeni kitabların  açıq- baxış sərgisi keçirilmişdir.  Mərkəzi kitabxananın Məlumat-biblioqrafiya şöbəsi-nin müdiri Məmmədova Tamella oxuculara sərgidə nümayiş etdirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Heydər Əliyev adına fotoalbom”, 5 cildlik "Böyük iqtisadi ensiklo-pediya", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rafael Hüseynovun   Məhsəti Gəncəvinin 900 illik yubileyi  münasibətilə 13 dildə nəşr edilmiş “Məhsəti Gəncəvi” portret-oçerkı və “Söztək gözəl” monoqrafiyasının, Xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illiyi münasibətilə nəşr edilmiş  “Həyatım ağrıyır”, Elçinin “Romanlar”,  Məhsəti Gəncəvi “Rübaidən rübaiyə” və s. kitabların biblioqrafik içmalını vermişdir.


          

 
  "Nəğməyə dönmüş ömür"

19.05. 2014-cü il tarixdə Gəncə şəhər MKS-nin 6 saylı kitabxana filialında  Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair  M. Ş.Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş “Nəğməyə dönmüş ömür” adlı mövzu gecəsi  kecirildi.     
Tədbirdə 1 saylı orta məktəbin 11-ci sinif şagirdləri, GDU-nun tələbələri, kitabxananın fəal oxucuları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan 6 saylı kitabxana filialının müdiri Məryəm Məmmədova elm, mədəniyyət beşiyi olan qədim Gəncə şəhərinin yetişdirdiyi dühalardan danışdı. Bildirdi ki, onların arasında "Gəncəli müdrik" kimi tanınan M.Ş.Vazehin ədəbi fəaliyyəti xüsusi önəm kəsb edir. Onun ədəbiyyata verdiyi töhfələr nəinki Azərbaycanda, eyni zamanda, dünyanın müxtəlif ölkələrində, rus, fars, sanskrit, çin, fransız, ingilis, italyan, latın, polyak, alman, yunan, rumın, macar, ərəb və başqa dillərə tərcümə olunaraq yayılıb.
Sonra Mirzə Şəfinin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənildi.
"Mirzə Şəfi Vazeh poeziyası " mövzusu ilə ətraflı çıxış edən GDU-nun tələbəsi Rəhimov Fərid Mirzə Şəfi Vazehin həyatı, yaradıcılığı  haqqında tədbir iştirakçılarına  ətraflı məlumat verdi.
Tədbir ilə bağlı suallar cavablandırıldı.
 Məktəblilər  M.Ş Vazehin şeirlərindən parçalar söylədilər.

Tədbirin sonunda iştirakçılar “ Mirzə Şəfi Vazeh-220” başlığı altında tərtib olunmuş sərgi ilə tanış oldular.


 

 
  "Ailə səmanın yer üzündəki kiçik hissəsi olmalıdır"

45t

Gəncə şəhər  Mərkəzi Kitabxananın Oxu zalında 15 May Beynəlxalq Ailə günü münasibətilə
“Ailə səmanın yer üzündəki kiçik hissəsi olmalıdır”
başlığı  altında debat təşkil edildi.
Tədbiri kitabxananın direktoru Elmira Əliyeva açaraq ailənin cəmiyyətdəki rolundan, xoşbəxt ailənin sirlərindən danışdı.
Debatda iştirak edən bir qrup ailə başçıları, nümunəvi ailələrin nümayəndələri ailənin məsuliyyət və çətinliklərindən, kişi-qadın, qaynana-gəlin, valideyn və uşaq münasibətlərindən maraqlı çıxışlar etdilər.
Tədbirdə ailə problemlərinə, xoşbəxt və qeyri-xoşbəxt ailələrə, ailənin uşaq tətbiyəsində və cəmiyyətdə apardığı aparıcı rolları, ailə tərbiyəsinin geniş imkanları, ailə ünsiyyətinin uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rolu ilə bağlı geniş müzakirələr aparıldı.

 
  "Uşaqların tərbiyəsində valideynlərin rolu"

Şəfi

14.05.14 –ci il tarixində MKS-nin Uşaq şöbəsi “Uşaqların tərbiyəsində valideynlərin rolu” başlığı altında mövzu gecəsini Gəncə  şəhər 27 saylı  məktəblə birlikdə keçirdi.
Tədbirdə 27 saylı orta məktəbin müəllim və şagirdləri, kitabxananın fəal oxucuları iştirak edirdi.
MKS-nin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova  “Ailədə tərbiyə və uşağın inkişaf etməkdə olan bacarığı” başlığı altında çıxış etdi. O,bildirdi çagdaş dövrümüzdə  hər bir Azərbaycan vətəndaşının öz hüquqlarını-yaşamaq, sağlamlıq,mülkiyyət və digər hüquqlarını bilməsi,  onların ugrunda mübarizə aparması vacib məsələdir.
 Uşaq şöbəsinin  kitabxanaçısı Elza Əliyeva öz çıxışında  qeyd etdi ki, müasir dövrdə hüquq insan azadlıgının ölçüsü kimi qəbul olunur,insan öz hüquqları çərçivəsində azaddır,uşaq öz  valideynləri ilə yaşamaq hüququna malikdir. O,uşaqların müdafiəsi və ahəngdar inkişafı üçün valideynlərin əməyinin böyük olmasından və uşaqların valideynlərlə yanaşı dövlətin himayəsində  olduğunu bildirdi.
Tədbirdə iştirak edən valideynlərdən Məmmədova Mənzər, Nəcəfova Səbinə, Yusifzadə Pərvanə və başqaları    mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Gələcəyimiz olan uşaqların  həyata öz baxışlarının azad ifadə etmək hüququna malik olmaları, valideynlərlə əlaqə saxlamaq hüququna malik olmaları  bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbir uşaqlara belə bir müraciət ilə başa çatdı:”Uşaqlar, bizim hər birimiz ,biz öz hüquqlarımızı bilməli və onların ugrunda mübarizə aparmalıyıq.”   


 
  "Nəğməli ömrün nəğməli hekayəsi"

Şəfi12.05. 2014-cü il tarixdə Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialında  Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair  M. Ş.Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş “Nəğməli ömrün nəğməli hekayəsi” adlı ədəbi- bədii gecə  kecirildi.     
Tədbirdə 18 saylı orta məktəbin müəllim və şagirdləri , GDU-nun tələbələri, AMEA- nın  Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri,  Gəncə şəhər MKS-nin  rəhbərliyi, metodistlər və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə 2 saylı kitabxana filialının müdiri Firuzə Yunusova açdı və dünya şöhrətli şairin həyat və yaradıcılığı  haqqında danışmaq üçün sözü  Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Əməkdar İncəsənət  xadimi, şair Məmməd Alimə verdi.  O, Mirzə Şəfi Vazehin həyatı, yaradıcılığı  haqqında tədbir iştirakçılarına  ətraflı məlumat verdi. Mirzə Şəfi Vazehin  fars və rus dilindən tərcümə etdiyi şeirlərini oxudu . Tədbirdə 18 saylı orta məktəbin şagirdlərinin ifasında “Divani-hikmət” məclisi adlı kompozisiya  göstərildi.  Kompozisiyada  N.Gəncəvi, M. Gəncəvi , Ş.İ. Xətai,  M. Füzuli, X. Natəvan və b.şairlərin ruhən şeir məclisi  ” təşkil olundu”.   Sonra Gəncə şəhər musiqi kollecinin tələbələrinin ifasında şairin qəzəllərindən ibarət muğam parçaları səsləndirildi, məktəblilər  M.Ş Vazehin şeirlərindən parçalar söylədilər. Tədbirin sonunda iştirakçılar “ Mirzə Şəfi Vazeh-220” başlığı altında tərtib olunmuş sərgi ilə tanış oldular.
          

 

 
  "Azərbaycan ailəsi dinamik inkişafdad?r"

12.05.2014 cü il saat 12 00-da MKS-nin 1 saylı kitabxana filialında “Azərbaycan ailəsi dinamik inkişafdadır” başlığı altında söhbət keçrildi. Tədbirdə 4 , 6 saylı orta məktəbin müəllimləri, X-XI sinif şagirdləri, MKS-nin direktor müavini Qədimova Fəridə, metodist Şahnaz Əhmədova, Rəqibə Rüstəmova, komplektləşdirmə şöbəsinin müdiri Gülnaz İsgəndərova , kitabxananın fəal oxucuları iştirak edirdilər. Tədbiri giriş sözü ilə 4 saylı orta məktəbin dil və ədəbiyyat müəllimi Məmmədova Kəmalə açdı. O qeyd etdi ki, ailə mövzusu bütün dövrlərin ən aktual müzakirə predmeti olaraq hər zaman cəmiyyətin maraq dairəsindəndir. Azərbaycan ailəsi dünya xalqları arasında nümunəvi davranış normaları ilə seçilməklə gələcək nəsillər üçün örnək rolunu oynamaqdadır. Metodist Şahnaz Əhmədova isə müasir dövrdə ailə dəyərlərinin qorunmasının və gənc nəsil arasında onun təbliğindən danışdı. O qeyd etdi ki, Konstitusiyasının 17-ci maddəsinə görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Tədbirin sonunda 1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa qeyd etdi ki, bütün uğur və problemlərlə birlikdə Azərbaycan ailəsi ölkəmizin dinamik inkişaf prosesinin fəal iştirakçısı kimi yeni minilliyin çağırışlarına uğurla cavab verir. Biz bir azərbaycanlı ailəsi kimi hər zaman dinamik inkişafdayıq.

 
  " Gəncəlilər ulu öndər Heydər Əliyevə öz ehtiram və məhəbbətlərini nümayiş etdirdilər "1

Mayın 10-da ulu öndərin şəhərin Mərkəzi meydanında ucalan abidəsi önünə minlərlə insan toplaşmışdı. Əllərində qızıl güllər tutmuş şəhər sakinləri sanki bu xoşbəxt günləri onlara bəxş edən dahi bir insana minnətdarlığa gəlmişdilər. Onlar bütün ömrü boyu xalqının xoşbəxtliyi üçün çalışan bu əvəzolunmaz insanın gördüyü işlərdən danışır, Gəncəyə etdiyi tarixi səfərlərin xoş xatirələrini yada salırdılar. Meydanda görkəmli dövlət xadiminin şərəfinə səslənən mahnılar isə insanlarda xoş ovqat yaradırdı.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Dövlət Himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başda olmaqla şəhərin idarə, müəssisə təşkilatların rəhbərləri abidəni ziyarət edərək görkəmli dövlət xadiminə ehtiramlarını bildirmişlər. Sonra meydana toplaşanlar növbə ilə abidə önünə tər güllər qoyaraq xalqın xilaskarı olan ulu öndərə öz məhəbbətlərini ifadə etmişlər. Bayram tədbiri beləcə bütün gün davam etmişdir.

 

 
  "Gəncədə keçirilən Gül Bayramı"

Parkda yaşanan xoş əhval-ruhiyyə xalqın əsl xilaskarı olan dahi şəxsiyyətə el məhəbbətinin təzahürünə çevrildi. Şəhərin müəssisə və təşkilatları, mədəniyyət, təhsil və səhiyyə oсaqları, idman idarələrinin kollektivləri, musiqi kollektivləri hazırladıqları gül sərgilərini təqdim ediblər.

Gül bayramına həsr edilən şənliyə “Zəfər tağı”ndan start verilib. Gənсlər və İdman Baş İdarəsinin hazırladığı “Flaşh-mob 91”in təqdimatı bayram şənliyinə xüsusi rəng qatıb. Gənсə Şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri və şəhər sakinləri sərgilənən əl işlərinə baxış keçirib, şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirləri dinləyib.
Gənсə şəhər İсra Hakimiyyətinin başçısı Elmar Vəliyev şənlik iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-сi ildönümü və Gül bayramı münasibəti ilə təbrik edib. İсra başçısı bildirib ki, möhtəşəm park-kompleksinin güllərlə bəzədilməsi üçün pavilyonların hazırlanmasında istifadə edilən güllər Türkiyə, Hollandiya və Ekvadordan gətirilib.
Ümumilikdə dekorasiyaların hazırlanması zamanı 600.000 güldən istifadə edilib. Onlar içərisində qızılgüllər, gerber, fion çitgülü, qərənfil, çobanyastığı və s. güllər var.  Elmar Vəliyev bildirib ki, elan olunmuş xüsusi nominasiyalar üzrə 1-сi, 2-сi və 3-сü yerləri tutan təşkilatlara xüsusi mükafatlar da veriləсək. 
Qeyd edək ki, gül bayramında şəhərin 50-dən çox idarə, müəssisə və təşkilatı təmsil olunub. Gənсə Musiqi Kolleсinin xor kollektivinin ifası, Gənсə Dövlət Filarmoniyasının “Qaytağı” rəqsi, Kamera Orkestrinin çıxışı, 2 nömrəli “Uşaq Musiqi Məktəbi”nin nəfəs alətləri ansamblının çıxışı, sazçalanlar, gitaraçalanlar və nağaraçalanlar ansamblının çıxışları, bağça uşaqlarının rəqsi bayramda iştirak edənlərdə xoş ovqat yaratmışdır.

 
  "Türk dünyasının tarixi şəxsiyyəti"

45t

9.V-2014-cü il tarixində  saat 13-00 da Gəncə şəhər MKS-nin  9 saylı kitabxana filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 ci il dönümü münasibətilə “Türk dünyasının tarixi şəxsiyyəti” başlığı altında şer gecəsi keçirildi.   Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə 37  saylı orta məktəbin bir neçə müəllimi, X-cu sinif şagirdləri və kitabxananın fəal oxucuları  içtirak etdilər.Tədbiri giriş sözü ilə açan filialın müdiri İsgəndərova Məsmə tədbir iştirakçılarını salamladı və çıxış etmək üçün sözü 37 saylı orta məktəbin tarix müəllimi Könül Əliyevaya verdi. Könül müəllimə öz çıxışında qeyd etdi ki, Mayın 10 Ümummilli Lider Heydər Əliyevin doğum gününün 91-ci il dönümü Respublikamızın hər yerində çox böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tarixi şəxsiyyət, dövlət xadimidir.  Bu günkü bu tədbirimiz də xalqımızın ümummilli liderinə həsr olunmuşdur. Tədbirdə çıxış edənlər Heydər Əliyevın Azərbaycanın suverenliyi, müstəqilliyi və xalqımızın xoşbəxt və firavan yaşaması üçün gördüyü işlərdən söz açdılar  Məktəblilərin ifasında ulu öndərə həsr olunmuş şeirlər dinlənildi. Tədbirin sonunda iştirakçılar kitabxanada “Xalqa həsr olunmuş ömür" başlığı altında tərtib olunmuş sərgi ilə yaxından tanış oldular.

 
  1"Şuşa bir Günəşdi, Şuşa  bir Aydı, Parisə bənzərdi Dağılmasaydı "

8 May tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 8 May Şuşa şəhərinin və 18 May Laçın rayonunun erməni işğalçıları tərəfindən işğalı ilə bağlı “Şuşa bir Günəşdi, Şuşa  bir Aydı, Parisə bənzərdi Dağılmasaydı” başlığı altında məruzə edildi.
         Azərbaycanımızın səfalı guşəsi olan Şuşa şəhəri və Laşın rayonunun işğalı ilə bağlı məruzə ilə ilk öncə Gəncə Dövlət Universitetinin Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov, Azərbaycan tarixi kafedrasının doktorantı Azər Topciyev çıxış etdi. Tədbirdə həmçinin Gəncə şəhər Qarabağ əlilləri, veteranları  və şəhid ailələri ictimai birliyinin gəncə bölməsinin sədri Almaz Aşurov, GDU və ADAU-nun tələbələri, İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri, fəal oxucular iştirak edirdi.
         1 saylı orta məktəbin şagirdləri  “ŞUŞAM” adlı kompozisiya ilə çıxış etdilər. Tədbirdə iştirak edən tələbə və gənclər müharibə illərində Azərbaycana dəyən maddi və mənəvi zərərlərdən, torpaq uğrunda şəhid olmuş Azərbaycan övladlarının mərdlik və cəsarətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının müdrik siyasəti və Azərbaycan Ordusunun geniş imkanları və gücü sayəsində QARABAĞ adlı əvəzsiz elimizi-obamızı, torpaqlarımızı geri qaytaracağımız günün yaxında olmasına tam əminlik hissi ilə çıxışlar etdilər.

 

 

 
  "Kitab Bayramı"

7 may 2014-cü il tarixdə Gəncədə keçirilən möhtəşəm gül bayramına Mərkəşləşdirilmiş Kitabxana Sistemi də öz maraqlı, geniş kitab bayramı ilə qoşuldu. Kitab bayramında 800 dən artıq kitab nümayiş etdirilmiş.  Kitab sərgisi bayram iştirakçılarının geniş marağına səbəb oldu. Həm yaşlı nəsil, həm gənc nəsil kitablarla maraqlanırdı. Məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevə , dahi Nizami Gəncəviyə , doğma vətənə həsr olunmuş şerlər söyənildi. Bayramda kiçik səhnəciklər,  kompozisiyalar göstərildi. Rəqs qruplarının mahnı ifaçılarının çıxışları alqışlarla qarşılandı. Tədbirdə şəhər ictimaiyyəti və şəhər rəhbərliyi iştirak etdi və onlar bizim bayram töhfəmizi yüksək qiymətləndirdi.

 

 

 
  "Uşaqların sevimlisi Heydər baba"

Gəncə şəhər MKS-nin Uşaq  şöbəsi 06.05.2014-cü il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91-illiyi münasibəti ilə “Uşaqların sevimlisi Heydər baba” başlığı altında 31 saylı Uşaq Baxçasında səhərcik  keçirdi. Tədbir  31 saylı Uşaq baxçasının böyük yaş qrupunun  himnin  ifası ilə açıq elan edildi.  Uşaq şöbəsinin müdiri   Atlaz Cəfərova  Dahi şəxsiyyətin  keçdiyi həyat yolundan, Azərbaycan Respublikasının ilk memarının böyük işlərindən uşaqlara  geniş məlumat verdi.  Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva Dahi şəxsiyyətin uşaqlara böyük diqqət və qayğısından danışdı.  31 saylı Uşaq Baxçasının böyük yaş qrupunun müəlliməsi Elmira xanım H.Əliyev şəxsiyyətinin bu gündə qəlblərdə yaşadığını bir daha vurğuladı. 31 saylı Uşaq baxçasının uşaqları Banu, Səbinə,  Maral,  Ayxan,  Murad, Aydan , Yaşar,  Camal,  Nicat, Rövşən  və  başqaları  Heydər Əliyev şəxsiyyətini tərənnüm edən şerlər, mahnılar ifa etdilər.

 

 
  " Əbədi yaşar dahi"

Mərkəzləşirilmiş Kitabxana  Sisteminin 15 saylı kitabxana filialında 7 May 2014-cü il tarixində saat 11.30-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Əbədi yaşar dahi” başlığı altında dəyirmi-masa   keçirildi.
         Tədbiri kitabxanaçı Elnarə Rəcəbova açaraq, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdı. Kitabxanaçı vurğuladı ki, Ümummilli lider dünya siyasəti tarixində dərin iz buraxmış dahi şəxsiyyətlərdən biri olmuşdur. Dahi şəxsiyyət 1993-cü il iyunun 9-da Bakıya gəldi və xilaskara çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali sovetinin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmuş, ölkədə vətəndaş müharibəsinin qarşısı alınmışdır.
         “Dahi şəxsiyyət müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda  ADAU-nun III kurs tələbəsi Fariz İmamverdiyev danışdı. Dəyirmi-masa ətrafında təşkil olunmuş mövzularla bağlı  ADAU-nun  Mühasibatlıq fakultəsinin III kurs  tələbələri  ətraflı danışdılar.
 Tədbirin sonunda iştirakçılar  “Əbədiyaşarlıq   zirvəsində” başlığı  altında sərgi ilə tanış oldular. 

 

 
  "Abbasqulu ağa Bakıxanovun-220"

28.04.2014-сü il saat 1400-da MKS-nin 1 saylı kitabxana filialında marifpərvər dövlət xadimi, Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş mövzu gecəsi keçirilib.
        Tədbirdə 4 və 6 saylı orta  məktəblərin bir qrup müəllimi, X-XI sinif şagirdləri, MKS-nin direktor müavini Qədimova Fəridə xanım, metodika şöbəsinin müdiri İradə Abbasova, böyük metodist Şahnaz Əhmədova, metodist Rəqibə Rüstəmova və kitabxananın böyük yaş qurupundan olan oxucuları iştirak edirdiər. Gecəni giriş sözü ilə 1saylı kitabxna filialının  böyük kitabxanaçısı   Ülkər xanım açaraq  bildirib ki, 12 fevral 2014-cü ildə “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.  2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri olmuşdur. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

 

 
  1"Hüquq müasir anlamda "

Çagdaş dövrümüzdə  hər bir Azərbaycan vətəndaşının öz hüquqlarını-yaşamaq, sağlamlıq,mülkiyyət və digər hüquqlarını bilməsi,  onların ugrunda mübarizə aparması vacib məsələdir. Bu məqsədlə 7saylı kitabxana 25saylı orta məktəbin  vıı-ci sinfində “Hüquq müasir anlamda” başlıgı altında söhbət keçirtdi. Tədbiri  tarix müəllimi Rəfiqə Məmmədova apardı. Müəllimə söhbət əsnasında qeyd etdi ki, müasir dövrdə hüquq insan azadlıgının ölçüsü kimi qəbul olunur,insan öz hüquqları çərçivəsində azaddır. Söhbət müəllimənin uşaqlara belə bir müraciəti ilə başa çatdı:”Uşaqlar, bizim hər birimiz öz hüquqlarımızı bilməli və onların ugrunda mü-barizə aparmalıyıq.   

 

 
  "Beynəlxalq Kitab və Müəllif Hüquqları günü "

Gəncə şəhər Mərkəzi kİtabxananın Oxu zalında 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları günü münasibəti ilə Gəncə şəhərinin bir qrup tanınmış yazıçı, şair və ziyalıları ilə görüş keçirildi.
Görüşü Mərkəzi Kitabxananın kollektivi təşkil etmişdir. Qonaqları salamlamaq üşün tədbiri oxu zalının kitabxanaçısı Sulaxbin Elçi Aynurə açaraq Kitab və Müəllif Hüquqları günü ilə bağlı qısa məlumatla tədbiri açıq elan etdi: 1995-ci ilin bu tarixində Parisdə YUNESKO-nun baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəslənməsinə çağırdı...” Tədbirdə iştirak edən şair, yazıçı və ziyalılar müxtəlif mövzularda yazılan kitablarlar ətrafında geniş və maraqlı müzakirələr apardılar.

 

 
  1"İyas Əfəndiyev-100 "

15.IV-2014-cü il tarixində saat 15-00 da  Gəncə  şəhər MKS-nin 9 saylı  kitabxana filialında Görkəmli nasir, dramaturq , yazıçı İlyas Əfəndiyevin anadan olmasının  100 illiyi münasibəti ilə “Xalq yazıçısı İlyas Əfəndiyev” başlığı  altında  həyat və yaradıcılığı ilə bağlı   məruzə keçirildi. Tədbirdə 37 saylı orta məktəbin   7-8 ci sinif şagirləri və kitabxananın fəal oxucuları   iştirak etdilər. Tədbiri giriş sözü ilə açan  filialın böyük kitabxanaçısı Həsənova Təranə tədbir iştirakçılarını salamladı və məruzə etmək üçün sözü 37 saylı məktəbin dil-ədəbiyyat müəllimi Zərifə Əliyevaya verdi. Zərifə müəllimə öz çıxışında qeyd etdi ki, görkəmli  Xalq yazıçısı, dramaturq  İlyas Əfəndiyev xalqımıza zəngin  bədii irs qoyub getmişdir. O, Azərbaycan nəsrinin və dramaturgiyasının  inkişafında böyük xidməti olan sənətkarlardandır. İlyas Əfəndiyev  yarım əsrdən çox bir dövrü əhatə edən yaradıcılığı ərzində yüksək sənət nümunəsi olan romanlar, povestlər, hekayələr, oçerk və xatirələr yazmışdır.İlyas Əfəndiyevin bir sıra səhnə əsərləri tarixi mövzudadır.”Xur-şidbanı Nətavan”, “Şeyx Xiyabanı”,”Mahnı dağlarda qaldı” əsərləri sənətkarın xalqımızın tarixi ,taleyi ilə bağlı düşüncələrini əks etdirir. İ.Əfəndiyevin yaradıcılığı Azərbaycan teatrında çox mühüm yer tutur.
Tədbirin sonunda   iştirakçılar kitabxanada tərtib olunmuş  “İlyas Əfəndiyev - 100”  adlı sərgi  ilə yaxından tanış oldular.

 
  " Gördüm şeriyyətdə həqiqətimi,
Tapdım həqiqətdə şeriyyətimi."

56

Azərbaycan Respublikasının Prezidenti  cənab İ.Əliyevin  2014-cü il 3 fevral tarixli sərəncamına əsasən MKS-nin 7 saylı kitabxana filialında böyük Azərbaycan şairi və filosofu M.Ş.Vazehin 220 illik yubileyi ilə əlaqədar “  Gördüm şeriyyətdə həqiqətimi, tapdım həqiqətdə  şeriyyətimi ” başlığı altında şer gecəsi keıirildi.
Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri N.Hacıyeva doğma yurdu, sənət ocağı Gəncə olan,öz şerlərini, nəğmələrini təranələrim adlandıran şairin həyat və  yaradıcılığı haqqında danışdı.
         Tədbirdə ədəbiyyat sevərlər şairin yaradıcılığından söz açdılar və qeyd etdilər ki,lirik hisslərin rəngarəngliyi,səmimiliyi,intonasiya parlaqlığı M.Şəfi poeziyasını musiqidə uğurla tərənnüm edir.Tədbirdə iştirak edən şagird və tələbələr ardıcıl olaraq şairin şerlərini söylədilər.
         Tədbirin sonunda iştirakçılar kitabxananın əməkdaşları tərəfindən şairin yaradıcılığına həsr olunmuş “M.Ş.Vazeh-220” adlı sərgi  ilə tanış oldular.

 

 
  "Ucadan oxu"

23

11.04.2014-cü il tarixində  Gəncə şəhər 27 saylı Lisey məktəbində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Uşaq şöbəsi  XIX əsrin görkəmli alimi, şair və maarifpərvər  Abbasqulu Ağa Bakıxanovun  “Nəsihətləri”  kitabından  ucadan oxu keçirdi. Tədbirdə MKS-nin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova   A.A.Bakıxanovun  həyat və yaradıcılığı  haqqında geniş məlumat verdi. Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. Sonra  Uşaq şöbəsinin kitabxanaçısı   Elza Əliyeva   Abbasqulu Ağa Bakıxanovun “Nəsihətlər “ kitabından  ucadan oxu  etdi və bildirdi ki,  A.A.Bakıxanovun  əsərləri  kitabxanamızda oxucular  tərəfindən maraqla oxunur. MKS-nin Uşaq şöbəsinin keçirdiyi tədbir məktəblilər tərəfindən rəğbətlə qarşılandı.

 

 
  "O, həmişə  müasirdir"

56

09.04.2014-cü il tarixində Gəncə şəhər 27 saylı Lisey məktəbində MKS-nin Uşaq şöbəsi  Azərbaycanın xalq yazıçısı, nasiri, dramaturqu İ.Əfəndiyevin 100 illiyi ilə əlaqədar “O, həmişə  müasirdir” başlığı altında dəirmi masa keçirdi. Tədbiri  MKS-nin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova açaraq iştirakçıları salamladı və xalq yazıçısı İ.Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. 27 saylı Liseyin  ədəbiyyat müəllimələri Sevda xanım Əliyeva “İ.Əfəndiyev XX-əsrin yetirdiyi klassiklərdən biridir” mövzusunda, T. Bağırova “İ.Əfəndiyev milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuşdur” mövzusunda,  Xanım Əliyeva  “İ.Əfəndiyevin bənzərsiz  nəsr ustası və dramaturq kimi” mövzusunda çıxışlar  etdilər. Uşaq yaradıcılıq birliyinin  rəhbəri Qəmər Həsənova   İ.Əfəndiyevin Orta məktəb dərsliklərində olan  əsərlərindən tədbir iştirakçılarına məlumat verdi. Tədbir məktəblilərdə xoş təəssurat yaratdı.

 
 

"Beynəlxalq uşaq kitabı günü" 

12302.04 2014-cü il tarixdə Gəncə şəhər 31 saylı uşaq baxçasında Gəncə şəhər MKS nin Uşaq şöbəsi ilə birgə “Beynəlxalq uşaq kitabı günü”  ilə bağlı  nağıl saatı keçirildi. Tədbiri  MKS-nin Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova açaraq,  uşaqları salamladı və nağıllar haqqında geniş məlumat verdi.  Tədbirdə       Azərbaycan xalq nağıllarından - “Qəddar ovçu haqqında nağıl”, “Yalançı pəhləvanın nağılı” , “İki qardaşın nağılı” adlı  nağıllar söylənildi.     MKS-nin Uşaq şöbəsinin təşkil etdiyi nağıl saatı   uşaqlarının çox xoşuna gəldi. Kitabxanaçısı Elza Əliyeva  hər bir  nağılın qəhrəmanları  haqqında  uşaqlarla  söhbət apardı. 

 
  1"2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü "

Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.
Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. 1953-cü ildə Yella Lepman uşaq ədəbiyyatı üzrə nobel mükafatı olan “Hans Xristian Andersen” mükafatının təsis edilməsini təklif edib.Həmin ildə təsis olunan mükafat uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub. Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib.
XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayıb. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.
Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub. Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur.

 
 

1

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

Bu gün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar “Bəşəriyyətə və insanlığa qarşı cinayət-31 Mart” başlığı altında dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitbaxana Sisteminin direktoru Elmira Əliyeva açdı. O,qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin Azərbaycanlılara qarşı zaman – zaman törətdikləri soyqırım haqqında danışdı..Tədbirdə yazıçılar birliyinin sədri, Respublikanın Əməkdar İncəsənət Xadimi Məmməd Alim, “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Almaz Aşurov və s. iştirak edirdi.

 
 

1"Novruz bayramı" 

19 Mart Gəncə şəhərində Novruz bayramı münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Tədbirlər Cavad Xan küçəsində, Qala kompleksinin qarşısında keçirilmişdir.Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, sazan balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

1

1

1

 
 

1"İlaxır çərşənbə" 

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur və məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər. Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Ununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatrıladır, paxlava isə mərkəzinə qoyulmuş funduqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, funduq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət vəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.

 
 

1"Ana nəfəsli dünyam"

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  şöbəsi “Ana nəfəsli dünyam” başlığı altında 07.03.14-cü il tarixində  8 Mart Beynəlxalq  Qadınlar bayramı günü münasibəti ilə 31 saylı Uşaq bağçasında  səhərcik  keçirdi.  Tədbiri  giriş sözü ilə Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova  açaraq sözü Gəncə şəhər 31 saylı  Uşaq bağçasının   müəllimi İsmayılova Təranə  xanıma verdi. O,”Ana müqəddəsdir”başlığı altında çıxış etdi.    “Adın şərəflidir, sənin ey qadın!”  mövzusunda Uşaq kitabxanasının kitabxanaçısı  Elza Əliyeva, tərbiyəçi  Musayeva İlahə “Anadan əziz yenə anadır” başlığı altında çıxış etdilər.  Uşaq kitabxanasının kitabxanaçıları ilə birlikdə körpələrlə hazırlanan rəqs nömrələri,  mahnı və şerlər səsləndi. Gəncə şəhər 31 saylı Uşaq Bağçasında keçirilən səhərcik iştirakçılarda  xoş təssurat yaratdı.

 
  1"8 Mart Beynəlxalq Qadınlar Bayramı gününüz Mübarək!"
Bu gün dunyanın qadinları qarşısında bas əydiyi gündür. Hər kəs varlığı üçün size borcludur. 8 Mart bayraminiz mubarek!





 
  1"Od çərsənbəsi"

Od çərşənbəsi və hər birinin olduğu kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. En əsası diger Novruz çərşənbələrində olduğu kimi, Od çərşənbəsində də tonqal yandırmaq mütləqdir. İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "İkinci çərşənbə" və ya "Üsgü çərşənbə" də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın günəşə, odu qoruyub-saxlamağın vacibliyinə inamı ilə bağlıdır. Od çərşənbəsində odu teəizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. Odla bağlı da bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar, tapmacalar bu günə qədər yaşamaqdadır. Məsələn, inanca görə, Od çərşənbəsində ocaqdan od vərməzlər.

 
 

1"Su Çərşənbəniz mübarək!

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir.

Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

 
  "Xocalı-İnsanlığa qarşı bəşəri cinayət"

1

21 Fevral tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında  26 Fevral Xocalı Soyqırımının 22-ci il dönümü ilə əlaqədar olaraq “Xocalı-İnsanlığa qarşı bəşəri cinayət” başlığıaltında dəyirmi masa təşkil olundu.
                Tədbirdə ilk öncə Xocalı şəhərində həlak olmuş soydaşlarımıızın ruhu bir dəqiqəlik sükutla yad edildi.  
                Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva açdı: “Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı qüvvələri tərəfindən Rusiyanın 266-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini  işğal edərkən , etnik  azərbaycanlılara qarşı soyqırımdır...”
                Tədbirdə bir sıra Gəncə ziyalıları-Azərbaycan Respublikası Qarabağ Əlilləri, veteranları  və şəhid ailələri ictimai birliyi Gəncə şəhər bölməsinin sədri , ADAU-nun dosenti Almaz Aşurov, GDU-nun Azərbaycan tarixi kafedrasının doktorantı Azər Topşuyev, filologiya elmləri namizədi, şair Sahib İbrahimli,Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin diplomatı, şair , Zaur həkim, şair Nadir Ovçu, Oruc Göyçəli, yazıçı  Mürsəl İrəvanlı, GDU və ADAU-nun tələbələri, MKS-nin Direktoru Elmira Əliyeva və kollektivi iştirak edirdi.
Şair Nadir Ovşu, kitabxanaçı Esmira Rəcəbli Xocalıya həsr olunmuş şeirlərini ifa etdilər.
Azərbaycan Respublikası Qarabağ Əlilləri, veteranları  və şəhid ailələri ictimai birliyi Gəncə şəhər bölməsinin sədri , ADAU-nun dosenti Almaz Aşurovun tarixi faktlara əsaslanan, erməni vəhşiliyini açıq-aydın gorməyə şərait yaradan çıxışı iştirakçıların, gənc nəslin –tələbələrin  baçımıza gələn müsibətlərə bir daha əmin olmağa, erməni vəhşilik vəamansızlığını duyaraq, bilərək onlara qarşı tükənməz nifrətini  daha da artırdı.

 
 

“BİR  GECƏNİN  HARAYI”

21.02.2014-cü il tarixində saat 12-00-da Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şəbəsi   27 saylı  Lisey məktəbində  Xocalı soyqırımı günü ilə əlaqədar “BİR GECƏNİN HARAYI“-  başlığı  altında  şer gecəsi   keçirdi.
Xocalı soyqırımına həsr edilmiş  tədbirdə  kitabxana işçiləri, 27 saylı Lisey məktəbinin müəllim və şagirdləri iştirak etdilər.
      Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova açmış,  Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermişdir.O.ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti bir daha tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
     Tədbirdə 27 saylı Lisey məktəbinin  tarix müəllimi Bayramov Akif, Bayramova Qonçə, Sadıqova İradə  Uşaq birliyinin rəhbəri Əsgərova Tamella mövzu ətrafında çıxış etdilər.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir.
Uşaqların böyük həyacan və  kədərlə    baxdıqları Xocalı soyqırımından görüntülər  hamını kədərləndirdi. Şagirdlərin  söylədikləri şerlər və  bayatılar gecəyə xüsusi rəng qatdı. Tədbirin sonunda  şöbə müdiri Atlaz Cəfərova xalqımıza  qələbə ,azad səma , firavan həyat  arzuladı və bildirdi ki torpaqlarımız düşmən işğalından tezliklə azad olunsun.          

569423

 
 

“Cəlil Məmmədquluzadə və milli ideya”

21.02.2014-сü il MKS-nin 1 saylı kitabxana filialında Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyi ilə əlaqədar “Cəlil Məmmədquluzadə və milli ideya” başlığı altında dəyirmi masa keçrildi.

Tədbirdə 4 və 6 saylı məktəbin müəllim və şagird kollektivi, tələbələr, MKS-nin direktor müavini Qədimova Fəridə, metodika şöbəsinin müdiri İradə Abbasova, metodist Şahnaz Əhmədova, Rəqibə Rüstəmova iştirak edirdilər.
  1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa xanım tədbir iştirakçılarını salamladıqdan sonra  sözü 4 saylı orta məktəbin ədəbiyyat müəllimi Xuraman Abbasovaya verdi.  Xuraman müəllimə çıxışında bildirdi ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokratik ədib, vətəndaş, milli yazıçı kimi daxil olmuşdur. Özünə qədərki çoxəsirlik ədəbi fikirdə yaranıb formalaşma prosesi keçirmiş milli ideyalar Cəlil Məmmədquluzadənin yaradıcılığında yüksək səviyyəyə çatmışdır.

MKS-nin direktor müavini Fəridə xanım Qədimova öz çıxışında Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatına təkcə milli istiqlal ideyalarını gətirməklə kifayətlənməyən, şəxsən millətin və məmləkətin istiqlalı yolunda hər cür fədakarlıq göstərmiş bir yazıçı olduğunu qeyd etdi.
      1 saylı kitabxana filialın müdiri Məlikova Züleyxa Cəlil Məmmədquluzadə haqqında cənab prezidentimiz İlham Əliyevin sərəncamı əsasında 2014-cü ildə il boyu davam edəcəyini söylədi.
   Tədbirin sonunda tədbir iştirakçıları “Cəlil Məmmədquluzadə -145” adlı sərgi ilə tanış oldular.

 
  “Bu ayrılıq nədən oldu”

20140212_103630

20 fevral  2014-cü il tarixində Mərkəzi kitabxananın Abonoment  şöbəsində yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyi  ilə əlaqədar olaraq  “Cəlil Məmmədquluzadə-145” adlı geniş tərtibatda kitab sərgisi təşkil edilmişdir.
   Tədbiri kitabxanaçı Bağırova Afaq açaraq bildirdi ki , Cəlil Məmmədquluzadə bənzərsiz nasir, kiçik hekayənin böyük ustadı qüdrətli dramaturq,vətəndaş-publisist, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin”ədəbi məktəbinin, tənqidi realizminin banisi kimi şöhrət qazanmış görkəmli yazıçı  və tanınmış ictimai xadimdir. Bütün fəaliyyətində mütərəqqilik duyulan C.Məmmədquluzadəni nəinki dövrünün ədəbi-bədii mühitində, həmçinin Azərbaycanın ictimai fikri və fəaliyyət tarixində böyük demokrat adlandırsaq heç də səhv etmərik.
   Sonra iştirakçılar  ictimai xadimin müəllifi olduğu əsərlər, haqqında yazılmış kitab və dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış oldular.  Sərgidə müəllifin təzə çapdan çıxmış  “Cəlil Məmmədquluzadə Seçilmış əsərləri I, II cild, “Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə ensiklopediyası” , C. Məmmədquluzadə “Usta Zeynal”, C.Məmmədquluzadə “Felyetonlar, məqalələr, məktublar”, C.Məmmədquluzadə “Həyat və yaradıcılığı” və s. kitabları  GDU-nin  , ADAU-nin tələbələrinə və kitabxananın  fəal oxucu kütləsinə  nümayiş etdirildi.

 

 
 

1

20 YANVAR FACİƏSİ AZƏRBAYCAN XALQINA VƏ İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ DƏHŞƏTLİ CİNAYƏTDİR.

18 yanvar tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında 20  Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq “Hüzn və Şərəf günü” başlığı altında anım günü keçirildi. İlk öncə tədbir iştirakçıları tərəfindən 1990-cı il 20 Yanvar tarixində şəhid olmuş Azərbaycan övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva acdı: “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100 - dən artıq silahsız insanı qətlə yetirdi...”
Sonra 24 il bundan öncəki Qanlı tariximizlə bağlı çıxış üçün söz Gəncə Dövlət Universitetinin Tarix kafedrasının  baş müəllimi Yəhya Süleymanova verildi: “Faciə törədildi, günahsız insanlar şəhid oldular... Heç zaman unudulmayacaq o gündən 24 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi. M.Ə.Sabir adına tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlə çıxış etdilər.
Tədbirdə GDU, ADAU və Azərbaycan Müəllimlər İnstitunun tələbə və gəncləri, Gənc Vətənpərvərlər Birliyinin bir neçə üzvləri, MKS-nin kollektivi iştirak edirdi.  Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsini əks etdirən “Hüzn və Şərəf günü” adlı sərgiylə tanış oldlar.

 
  “Bu ayrılıq nədən oldu”

1

14.01.2014-cü il tarixdə MKS-nin Musiqi-not fonoteka şöbəsində     Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 90 illiyi ilə əlaqədar “Bu ayrılıq nədən oldu” adlı musiqi saatı keçirildi.
           Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkar Şəfiqə Axundovanın həyat və fəaliyyətindən geniş söhbət acdı: “ Şəfiqə Axundova 1924-cü ildə Azərbaycanın ən qədim mədəniyyət  mərkəzlərindən biri olan Şəki şəhərində anadan olmuşdur. Ş. Axundova müntəzəm musiqi təhsili almış, ”Azərbaycan xalq musiqisinin əsasları” fənnini  Üzeyir Hacıbıyovun sinfində öyrənmişdir. Bir çox mahnı və romansın, digər müsiqi əsərlərinin,”Gəlin qayası” operasının müəllifidir ...”
       Tədbirdə bəstəkarın “Bu ayrılıq nədən oldu” adlı CD albomundahn mahnılar  səsləndirildi       
     Tədbirdə  kitabxananın oxucuları iştirak etdi.

 
 

“GƏNCƏDƏN GÜC ALDI AZƏRBAYCAN”
Gəncə işğalı  -210

1

7 yanvar tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın Oxu zalında Gəncə şəhərinin işğalının 210 illiyi ilə bağlı “Gəncədən güc aldı Azərbaycan” söhbət-sərgi keçirildi.
 Kitabxanaçı Aytən Əliyeva tədbiri açıq elan edərək çıxış etdi:  “Özünəxas memarlığı və tarixi abidələri ilə zəngin tarixi keçmişə sahib Gəncə dahi şəxsiyyətlər vətənidir. Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik respublika olan AXC-nin ilk paytaxtıdır. Bir sözlə Azərbaycanı tanımaq üçün Gəncəni görmək şərtdir…”
Tədbirdə Kitabxananın kollektivi ilə birgə GDU və ADAU-nin tələbə oxucuları, bir qrup şəhər ziyalıları, GDU-nun Tarix kafedrasının müəllimləri və MKS –nin direktoru Elmira Əliyeva iştirak etdi.
Tədbir iştirakçıları Gəncənin tarixi keçmişi və bu günü ilə bağlı maraqlı çıxışlar etdilər.

 

 

 
 

"Canım mənim məmləkətim Azərbaycan" 

u7y

18 avqust 2015-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında “Canım mənim məmləkətim Azərbaycan” adlı sərgi və guşə yaradılmışdır.
Sərgidə Azərbaycanın tarixi və mədəniyyət abidələrininə, turizm obyektlərinə, dair kitablar, jurnallar,bukletlər nümayiş etdirilmişdir.
Guşədə Gəncənin tarixi, turizm potensialı, turizm marşrutları, tarixi və mədəniyyət abidələri, turizm və təbiət gözəllikləri və s. materiallar öz əksini tapmışdır.

 
 

"Ağ ölümə yox deyək" 

u7y

24.06.2015-ci il tarixdə   MKS-nin 25 saylı kitabxana filialında 26 iyun Narkomaniya və narkobiznesə qarşı  Beynəlxalq  Mübarizə gününə aid  “Ağ ölümə yox deyək” adlı  söhbət keçirildi. Tədbiri kitabxanaçı Sevil Əliyeva açdı və tədbir iştirakçılarına narkomaniyanın  ziyandan və törətdiyi ağır fəsadlardan danışdı. O, qeyd etdi ki, ağ ölüm adlandırılan bu ümumbəşəri  bəla  insan həyatı və sağlamlığı üçün çox  təhlükədir və ondan daim uzaq durmaq lazımdır. Hamı bu ölüm saçan kabusa qarşı mübarizə aparmalıdır.
Tədbirdə iştirak edən məktəbliləri narahat edən bir çox suallar kitabxanaçı tərəfindən cavablandırıldı.

 
 

"Yurd həsrəti" 

u7y

21.07 2015-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialında  vətənpərvərlik mövzusunda Ağdam rayonunun işğalına aid “Yurd həsrəti” adlı söhbət keçirildi. Kitabxanaçı Sevil Əliyeva tədbiri açaraq qeyd etdi ki, bu il Ağdamın işğalından 22 il ötür. Kitabxanaçı tədbir iştirakçılarına Ağdam torpağının strateji cəhətdən nə qədər əhəmiyyətli olduğundan, tarixi və mədəni irsinin erməni işğalçıları tərəfindən  talan edilməsindən, Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olmasından danışdı. Daha sonra o, qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə günü-gündən qüdrətlənən ölkəmizin üçrəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Ağdam şəhərində dalğalanacaqdır.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdilər

 
 

"Istiqlal şairi Bəxtiyar Vahabzadə - 90" 

u7y

16.07.2015-cü il tarixdə  MKS-nin 25 saylı kitabxana filialında   Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə “Istiqlal şairi Bəxtiyar Vahabzadə - 90” adlı sərgiyə baxış keçirildi. 
Sərgidə şairin müxtəlif illərdə çap edilmiş əsərləri, həmçinin onun haqqında yazılmış kitabar və  dövrü mətbuatda çıxan  materiallar nümayiş etdirildi. Kitabxanaçı Sevil Əliyeva tədbir iştirakçılarına  Bəxtiyar Vahabzadənin  həyat və yaradıcılığı haqqında  məlumat verdi. 24 saylı məktəbin şagirdləri  Ülviyyə Əhmədova  və Kənan Babayev şairin   “Məktəb yollarında” və “Yazı taxtası” şeirlərini  söylədilər.
Sonda tədbir iştirakçılarını kitabxanaçı sərgidə nümayiş etirilən kitablarla tanış etdi və onları maraqlandıran suallara cavab verdi. 

 
 

"Tap tapmaca" 

u7y

3.07.2015-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialında yay tətilində məktəblilərin asudə vaxtlarının kitabxanalarda səmərəli təşkili və intellektual bilik səviyyələrini inkişaf  etdirmək məqsədilə “Tap tapmaca” adlı tapmaca saatı keçirildi. Tədbiri  böyük kitabxanaçı  Rahilə  Qasımova açaraq  tədbir iştirakçılarına folklorun əsas janrlarından biri olan tapmacanı yaşından asılı olmayaraq hər kəsin sevdiyini söylədi və tapmaca haqqında geniş məlumat verdi. Sonra   oyunun qaydaları ilə oyunçuları tanış etdi və onlara uğurlar arzuladı.
Tapmaca oyununda məktəblilər iki:  “Dəniz” və “Sahil” komandasında yarışdılar. Tədbir  böyük həvəs və coşqunluqla başladı. Nahəyət  “Dəniz”  komandasının üzvləri daha çox və düzgün cavablarına görə oyunun qalibi elan olundu.
Tədbirdə 19,24 və 39 sayli orta məktəbin şagirdləri iştirak etdilər.

 
 

"Xalq  şairi Nigar Rəfibəylinin poeziya gününə həsr olunmuş  sərgi təşkil olunmuşdu. " 

u7y

22.07.2015-cü il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı filialında Xalq  şairi Nigar Rəfibəylinin poeziya gününə həsr olunmuş  sərgi təşkil olunmuşdu.
Tədbirdə kitabxananin fəal oxucuları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan kitabxanaçı Verdiyeva Xatirə  qeyd etdi ki, çoxsahəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan Nigar Rəfibəyli oxunan və həm də çox sevilən şairlərdən biri olmuşdur. Poeziyası ilk oxunuşdan insanın qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. O, qeyd etmişdir ki,şeirlərində vətən torpağının gözəlliyi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləmi öz əksini tapmışdır. Nigar xanım Azərbaycan poeziyasının elə işıqlı ulduzlarındandır ki, o, həmişə sənət aləmində görünəcəkdir.
Tədbirdə şairənin əsərləri və onun haqqında olan 17 adda kitabları və dövrü mətbuat məqalələri nümayiş olunmuşdur. İştirakçılar sərgidə nümayiş olunan  kitablarla yaxından tanış oldular.

 
 

"Mənim hüquqlarım məni qoruyur" 

u7y

İyunun 18- də Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 18 İyun- İnsan Hüquqları Günü ilə əlaqədar “Mənim hüquqlarım məni qoruyur” adlı oxucu konfransı keçirdi. Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq mövzuya dair məruzə ilə çıxış etdi. 39 saylı məktəbin tarix müəllimi Yaqub Hüseynov və 25 saylı məktəbin tarix müəllimi Atlas Tağıyeva, GDU-nin tarix fakultəsinin məzunu Lalə Əliyeva və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirdilər. İnsan hüquqlarının tarixi ,respublikamızda Konstitusiya hüququ və Ombudsman aparatının insan haqlarının müdafiəsi üzrə gördüyü işlər, uşaq hüquqları və onların xoşbəxt böyümələrini təmin etmək barədə diskussiya aparıldı. İştirakçılar mövzu ilə əlaqədar sərgi ilə tanış oldular.

 
 

"Müstəqil Azərbaycanda insan hüquqları davamlı inkişafdadır" 

u7y17.06.2015-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialında 18 iyun- İnsan Hüquqlarının Müdafiəsi günü ilə əlaqədar“Müstəqil Azərbaycanda insan hüquqları davamlı inkişafdadır”adlı dəyirmi masa   keçirildi. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Rahilə Qasımova açdı və 18 iyun Milli İnsan Hüquqları gününün ölkəmizdə keçirilmə tarixi haqqında məlumat verdi . Tədbirdə iştirak edən Kəpəz rayon İH-nın  hüquqşünası Vurğun Səmədov, Kəpəz rayon Bələdiyə  komissiyasının sədri Elşad Məmmədov, GDU-nin tələbəsi Fidan Vəliyeva və Cəmilə Namazova Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışdılar. Sonra hüquqşünas Vurğun Səmədov 24 saylı  məktəbin şagirdlərinin insan hüquqlarının müdafiəsinə dair  verdiyi çoxsaylı sualları cavablandırdı. 

 
 

"Bakı -2015" 

u7y

13.06.2015-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialıalında I Avropa oyunlarının  Azərbaycanda  keçirilməsinə həsr olunmuş “Bakı -2015” başlıqlı sərgi nümayiş etdirildi.   Filialın müdiri Firuzə Yunusova tədbir haqqında ətraflı məlumat verdi: Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir- Birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir. Bu , tarixi hadisədir. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü inkişaf edən bir ölkə kimi təqdim edib. Azərbaycan dünyada çox etibarlı tərəfdaş və dost kimi tanınır.  Bu tədbirin Azərbaycanda keçirilməsində idmançılarımızın  uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır.  Azərbaycanda ilk Avropa Oyunları uğurla keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 

 
 

"Müstəqil Azərbaycan  Heydər  Əliyevin şah əsəridir" 

u7y

08.06.2015- ci il  tarixdə Gəncə  şəhər  MKS-nin 5 saylı kitabxana filialında 15 – İyun  Milli Qurtuluş günü  münasibəti ilə   “Müstəqil Azərbaycan  Heydər  Əliyevin şah əsəridir ”  başlığı  altında  sərgi  nümayiş   etdirildi. Tədbiri giriş sözü ilə kitabxanaçı Şahzadə Hüseynova açdı. O, qeyd etdi ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi Vətənini, xalqını sevən, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ümummilli lider Heydər Əliyevdir. Sonra o, sərgidə Milli Qurtuluş günü  və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran kitablarla  tədbir iştirakçılarını tanış etdi.

Tədbirdə  13 sayli  məktəbin müəllim  və  şagirdləri  iştirak edirdilər.

 
 

"Dünyanı verək uşaqlara" 

u7y

01.06.2015-ci il tarixdə Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Gəncə şəhər 31 saylı Uşaq bağçasında "Dünyanı verək uşaqlara” başlığı altında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  səhərcik keçirdi . Tədbiri  giriş sözü ilə Uşaq şöbəsinin müdiri  Atlaz Cəfərova açaraq bildirdi ki, uşaqlar ömrümüzün bəzəyi, sevincimiz, fərəhimizdir. Ölkəmizdə uşaqların firavan yaşaması, sağlam böyüməsi üçün hər cür şərait mövcuddur. Buna görə də Vətənimiz Odlar yurdu Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxt və bəxtəvərdirlər. Sonra  sözü  Gəncə şəhər 31 saylı Uşaq bağçasının müəlliməsi Elmira xanıma verdi. O, "Uşaqlar bizim gələcəyimizdir"  mövzusunda, MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva "Çiçək ətirli balalar" mövzusunda  tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Tədbirin sonunda uşaqlar Azərbaycana ,Vətənə  aid şerlər və  mahnılar  ifa etdilər.  

u7tu7r u7r
 
 

"Çiçək ətirli balalar" 

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 1 iyun 2015-ci il tarixində saat 11-00 da “u7yÇiçək ətirli balalar” başlığı altında səhərcik keçirildi. Tədbiri filial müdiri Əsmər Zeynalova açdı. O bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hər-tərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.

Səhərcikdə məktəblilər doğma vətənimiz Azərbaycana həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Tədbirdə 1,16,23 saylı məktəblərin I,IV,V,VI sinif şagirdləri iştirak etdilər.

u7tu7ru7r
 
 

"Uşaq dünyası kitablarda" 

9x

 

1 Iyun 2015-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 1 Iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar şəhərimizin Kəpəz rayonundakı “Fikrət Əmirov” adına parkda, açıq havada “Uşaq dünyası kitablarda” başlıqlı sərgi keçirtdi. Kitabxananın müdiri Natella Hacıyeva bu bayram münasibətilə uşaqları təbrik etdi və qeyd etdi ki, sərginin təşkilində əsas məqsəd uşaqları son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsi artırmaq, milli dəyərlərimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı yaşatmaqdır. Sərgidə son illərdə nəşr olunan uşaq ədəbiyyatı nümunələri “Azərbaycan – yurdum mənim”, “Təbiəti sevək və qoruyaq”, “Nağıllar aləmində” , “Sevimli uşaq yazıçılarımız”, “Tap görüm” və s. başlıqlar altında nümayiş olundu. Həmçinin 12-28 iyun tarixində paytaxtımızda keçiriləcək I Avropa oyunlarına həsr olunmuş nəşrlər də sərgiləndi.  

9x9x
 
9x
 

"Nağıllar aləminə səyahət" 

9x

 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialında 01.05.2015-ci il tarixində  1İyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə “Nağıllar aləminə səyahət” başlığı altında  nağıl saatı keçirildi.
Nağıl saatını  giriş sözü ilə kitbaxananın kitabxanaçısı Esmira Rəcəbli açdı. Tədbirdə 22 və 16 saylı məktəbin şagirdləri iştirak etdilər. Kitabxanaçı oxuculara müxtəlif mövzuda nağıllar oxudu.Uşaqlardan Samirə Rzayeva,Rufan Əliyev, Solmaz İsmayılova kitablardan  müxtəlif nağıllar oxudular.
Sonda iştirakçılar uşaqların əl işindən ibarət sərgiyə baxdılar.

9x9x9x
 
 

"Bir kərə yüksələn bayraq ,bir daha enməz"  9x

27.V-2015-ci il tarixində saat 13-00 da 9 saylı kitabxana filialında 28 may Respublika  günü münasibətilə “Bir kərə yüksələn bayraq ,bir daha enməz” başlığı altında sohbət keçirildi. Tədbirdə 37 saylı orta məktəbin IX-cu sinif şagirdləri kitabxananın fəal oxucuları iştirak etdilər.Tədbiri giriş sözü ilə açan filialın müdiri İsgəndərova Məsmə tədbir iştirakçılarını salamladı. O,çıxışında  qeyd etdi ki,1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının  96 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olmuşdir. Müstəqillik qazandıqdan sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı,sonda mözuya həsr olunmuş sərgiyə baxdılar.

 
 

"Türk dünyasının dahi söz ustadı" 

9x

 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı  29.05.15 - ci il tarixdə Azərbaycanın  xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik  yubileyi  münasibətilə “Türk dünyasının dahi söz ustadı”başlığı altında şeir gecəsi keçirdi.

     Tədbirdə kitabxananın fəal oxucuları, 1 saylı klubun müəllim və tələbələri, 15 saylı orta məktəbin şagirdləri iştirak edirdi.  

Gecədə  15 saylı məktəbin şagirdləri Məmmədova Nuriyyə,Həsənov Elbəy,Ələkbərov Xaliq, İsmayılova Səkinə və başqaları  şairin şerlərini söylədilər.Sonda iştirakçılar  şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.


 

 
 

"28 may milli iftixar və milli qürur günümüzdür"  9x

MKS-nin 25 saylı kitabxana filialı 24 saylı orta məktəbdə 27.05.2015-ci il tarixdə Respublika günü münasibətilə “28 may milli iftixar və milli qürur günümüzdür” adlı ədəbi-bədii gecə keçirdi. Tədbiri böyük kitabxanaçı Rahilə Qasımova açaraq qeyd etdi ki, 28 may tarixi bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki 28 may Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdi.

Tədbirdə iştirak edən 24 saylı orta məktəbin direktoru Şərafət Məmmədova, dərs hissə müdiri Qiymət Süleymanova, tarix müəllimləri Qumru Məmmədova, Rəsmiyyə Hacıyeva, Xanımzər Tabıyeva və İlqar Süleymanov öz çıxışlarında qeyd etdilər ki, 1918-çi ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi xatırlandığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifəsidir. Onlar tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik etdilər və üç rəngli bayrağımızın əbədi dalğalanmasını arzuladılar.

Tədbirdə məktəblilərdən Zeynəb Abdullayeva, Nərgiz Məmmədova, Səbinə Mustafayeva və başqaları müstəqilliyimizı, istiqlalımızı tərənnüm edən şeirlər söylədilər və mahnılar ifa etdilər.

 
 

"28 May Respublika gününə həsr olunmuş geniş kitab sərgisi keçirildi" 

9x

Bu gün 27 may 2015 ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında 28 May Respublika gününə həsr olunmuş geniş kitab sərgisi keçirildi. Kitab sərgisində Müstəqil Azərbaycanımızın yaranma tarixindən bu günə kimi keçdiyi istiqlal yollarını əks etdirən kitablar nümayiş etdirildi. MKS- nin direktor müavini Fəridə Qədimova tədbir iştirakçılarını salamlayaraq istiqlal günümüzün yaranma tarixi haqqında məlumat verdi.Qeyd etdi ki, bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.

Sərgidə nümayiş etdirilən kitablar haqqında oxu zalının müdiri Əliyeva Günel və məlumat biblioqrafiya şöbəsinin biblioqrafı Əhmədova Ayşən oxuculara qısa xülasə verdi.

 
 

Tarixdən boylanan gün" 

9x

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 21 saylı kitabxana  filialında 26 may 2015-ci il tarixdə “Tarixdən boylanan gün”28 may-Respublika gününə həsr olunmuş tədbir (məruzə) keçirildi.
Tədbiri 21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova  açaraq bildirdi ki, 28 May bütün Azərbaycan, özünün ilk Milli dövlət quruluşunun yaradılmasının  ildönümü kimi qeyd edir. 1918-ci ilin 28 Mayı həm də xalqımızın azadlığa və müstəqilliyə qovuşduğu gündür. Kitabxanaçı qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Müstəqilliyinə qovuşdu və yaranmış yeni Respublika özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi.
  1 saylı məktəbin tarix müəlliməsi Mehdiyeva Mənzər may ayında bir neçə əlamətdar bayramların   qeyd edildiyini, bu  tarixi günlərin ən mühümü  isə 28 May-Respublika Günü olduğunu  vurğuladı. Çünki bu gün Vətənin bayramıdır.

 

 
 

"Başdan– başa bənzərsiz" 

9x

MKS-nin 20 saylı  kitabxana filialında 26.05.2015-ci il tarixdə “Başdan– başa bənzərsiz” başlığı altında Xalq şairi Bəxtiyar Vahabzadənin  90 illik yubileyi ilə bağlı sərgi keçirildi.
    Sərgini  kitabxananın müdiri Zeynəb Məmmədova açıq elan edərək şairin həyat və yaradıcılığı haqda iştirakçılara qısaca  məlumat verdi. 16 avqust 1925-ci il. Bu, onun-sənətimizin, millətimizin iftixarı olan Bəxtiyar Vahabzadənin doğum günüdür. Bəxtiyar yaradıcılığının əsas məzmunu Vətən eşqi, vətən məhəbbəti idi. Öz ana dilində yazan,müstəsna istedada malik olan şair  xalqımıza öyrətdi ki, hər millətin ana dili o millətin namusudur. Vətən dərdinə şərik olan, onun naminə yazıb-yaradan şair böyük şəxsiyyət Məmməd Əmin Rəsulzadənin qaldırdığı üçrəngli bayrağa işarə edərək “Bu bayraq altında  yaşamaq qədər, torpağa getmək də şərəfdir” demişdir.
     Sonra O, sərgidə nümayiş olunan kitabların qısa xülasəsini oxuculara çatdırdı və iştirakçılar tərəfindən maraqla qarşılandı.

.

 
 

"Azadlıq yağışında doğan göy qurşağı"  9x

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteinin 13 saylı kitabxana filialında 25.06.2015- ci il tarixində 28 May Respublika Günü ilə əlaqədar olar “Azadlıq yağışında doğan göy qurşağı“başlığı altında söhbət keçirildi. Tədbirdə Gəncə Humanitar kollecin II-III kurs tələbələri iştirak etdilər. Tədbiri kitabxananın kitabxanaçısı Esmira Rəcəbli açaraq tədbir iştirakçılarını salamladı və Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma tarixindən,keçdiyi inkişaf yolu haqqında  məlumat verdi.  Söhbətdə Gəncə Humanitar Kollecin Tarix müəlliməsi Aybəniz Əliyeva Respublika günü haqqında geniş məlumat verdi.Aybəniz müəllimə öz çıxışını “Bir kərə yüksələn bayraq,bir daha enməz”şüarı ilə sona çatdırdı. Humanitar Kollecin tələbələri Aygün Hüseyinquluyeva və Aytən Bayramova Respublika günü ilə bağlı öz fikirlərini bildirdilər. Tələbələr öz çıxışınlarında bildirdilər ki,biz tələbələrin borcudur ki,bütün Respublikamızda gedən tarixi hadisələrlə maraqlanaq və belə tədbirlərdə fəal iştirak edək. Sonda tədbir iştirakçıları kitabxanada tədbirin mövzusu ilə əlaqədar  tərtib edilmiş sərgi ilə tanış oldular.

 
  "Qəlblərə işıq, nur saçan sənətkar" 

9x

22.05.2015-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Musiqi - not fonoteka şöbəsində SSRİ-nin xalq artisti, müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Qəlblərə işıq, nur saçan sənətkar” başlığı altında söhbət keçirildi. Tədbirdə şöbənin böyük kitabxanaçısı Nabat Şükürova müğənninin həyat və yaradıcılığından iştirakçılara geniş məlumat verdi. Müğənninin "Canın Bakı, qanım Bakı" CD albomundan musiqilər səsləndirildi. Tədbirin sonunda iştirakçılar Rəşid Behbudovun haqqında yazılmış kitablarlardan, dövrü mətbuat səhifələrində çap olunmuş materiallardan, müğənninin musiqi vallarından, CD albomundan təşkil olunmuş sərğiylə yaxında tanış oldular .

 
 

"Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin xatirəsi Gəncədə böyük ehtiramla yad edilib" 

9x

Gəncə şəhərində Heydər Əliyevin 92 illiyi ilə bağlı keçirilən tədbirdə böyük izdiham müşahidə olunub. Şəhər rəhbərliyi və ziyalılar, dövlət qurumlarının kollektivləri, eləcə də şəhər sakinlərinin iştirak etdiyi tədbir fenomenal şəxsiyyət Heydər Əliyevin adını daşıyan park-kompleksdə baş tutub.

 
 

Gəncədə 9 May-faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilib

9x

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisə kollektivləri və şəhər sakinləri iştirak edib. Əvvəlcə məktəblilərin faşizm üzərində qələbənin 70-ci ildönümü və Ümummilli Lider Heydər Əliyevin 92 illiyinə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgilərinə baxış keçirildikdən sonra bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi önündə davam etdirilib.

 


9x9x9x  

 
 

"Gül Bayramı"  9x

May ayının 7-i 2015-ci il tarixdə  Gəncə şəhər Heydər Əliyev adına parkda Ümummilli lider Heydər Əliyevin 92  illik yubileyinə  həsr edilmiş Gül Bayramı keçirildi.

 


9x9x9x  

 
 

"Sən sönməz bir günəşsən , parlayacaqsan"  9x

06.05.2015-ci il tarixdə Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci illiyi münasibəti ilə “Sən sönməz bir günəşsən , parlayacaqsan” başlığı altında Gəncə şəhər 27 saylı Lisey məktəbinin şagirdləri ilə birlikdə şer gecəsi keçirdi.
Uşaq şöbəsinin müdiri Atlaz Cəfərova Dahi şəxsiyyətin keçdiyi həyat yolundan, Azərbaycan Respublikasının ilk memarının böyük işlərindən uşaqlara geniş məlumat verdi. Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva Dahi şəxsiyyətin uşaqlara böyük diqqət və qayğısından danışdı. Gəncə şəhər 27 saylı Lisey məktəbinin müəllimləri İsgəndərova Kəmalə , Gülsüm Əhmədova Heydər Əliyev şəxsiyyətinin bu gündə qəlblərdə yaşadığını bir daha iştirakçıların nəzərinə çatdirdılar .Gəncə şəhər 27 saylı Lisey məktəbinin şagirdləri Həsənova Ləman, Məmmədova Gülşən, Səfərov Nicat və başqaları Heydər Əliyev şəxsiyyətini tərənnüm edən şerlər söylədilər. Tədbirin sonunda MKS-nin Uşaq şöbəsinin “Heydər Əliyev-92” başlığı altında təşkil etdikləri kitab sərgisinə baxiş keçirdilər.


 9x9x

 
 

"Tarixin azərbaycanlı dahisi"  9x

05.2015-ci il tarixdə MKS-nin 10 və 25 saylı kitabxana filialları 24 saylı orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92  illik  yubileyi münasibətilə “Tarixin azərbaycanlı dahisi” adlı sərgi keçirdilər. Tədbirdə 24 saylı orta məktəbin direktoru Şərafət Məmmədova Heydər Əliyevin həyatı, Azərbaycanda yaradıcı, quruculuq işlərindən, siyasi arenadakı  fəaliyyəti haqqında geniş məlumat verdi.  25 saylı kitabxana filialının böyük kitabxanaçısı  Rahilə Qasımova isə sərgidəki kitablar haqqında  tədbir iştirakçılarını məlumatlandırdı.
Kitabxanaçı Ulu öndərin böyük yaradıcı irsini,  kitabxanada olan kitab və dövrü mətbuatdan yeniyetmə və gənclərə oxumaq tövsiyyə etdi. Tədbirdə  Ulu öndərə həsr edilmiş şeirlər söylənildi.
 9x9x

 
 

"Əbədiyaşar lider"  9x

Mayın 4-də 2015-ci il tarixdə MKS- nin 2 saylı kitabxana filialı 18 saylı orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Əbədiyaşar lider“ adlı kitab sərgisi nümayiş etdirdi. Tədbirdə müəllimlər, şagirdlər iştirak edirdilər. Tədbirdə çıxış edənlər Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, Vətəninə, xalqına sədaqətlə xidmətindən, Azərbaycanı dünyaya tanıtmasından, xalqın qəlbində həmişə yaşayacağından danışdılar. Sərgidə Ümummilli liderin əsərləri və haqqında yazılmış ədəbiyyatlar sərgiləndi. Filialin müdiri Firuzə Yunusova sərgidəki kitablar haqqında ətraflı məlumat verdi.

 

9x
 
 

"VIII Ümumrespublika Kitab bayramını"  9x

2 may 2015-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialında "Ümummilli lider Heydər Əliyevin" 92 illik yubileyinə həsr olunmuş VIII Ümumrespublika Kitab bayramını keçirildi. 
Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira xanım Əliyeva açdı. O,qeyd etdi ki, kitab bayramının açıq səma altında keçirlməsində məqsəd Gəncə sakinləri, yeniyetmələr üçün rahat və sərbəst şəkildə kitabdan istifadə etmək imkanı yaratmaq və gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirmək, kitaba məhəbbət aşılamaqdır.
Tədbir iştirakçıları “Dünya şöhrətli siyasətçi - Heydər Əliyev”, “Hüquqi ədəbiyyat”, ”Yüksələn iqtisadiyyatımız”, ”Mənim doğma şəhərim – Gəncə”, “Gəncəli yazarların əsərləri”, “Bədii ədəbiyyat”, “Mədəniyyət və incəsənətə dair ədəbiyyat”, “Heydər Əliyev fondunun nəşrləri”, ”Bədii sözün işığında”, ”Şifahi xalq yaradıcılığı”, “Klassik ədəbiyyat”,”Dünya ədəbiyyatı”,“Məlumat nəşrləri”, “Nağillar aləmində”, ”Yeni nəşrlər”rublikalarında sərgilərlə yaxından tanış olmuşlar. 
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kitaba, kitabxanalara dair müdrik kəlamları, eləcə də onun haqqında deyilmiş fikirlər məktəblilərin ifasında səslənmişdir.

Tədbirdə Gəncənin orta ümumtəhsil məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirib. Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbirdə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilib.

9x9x
 
 

"Avropa Oyunları məşəli Gəncəyə gətiriləcək."  9x

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli may ayının 15-də təntənəli şəkildə Gəncə şəhərinə gətiriləcək.”Alovötürmə” səyahəti tanınmış idmançıların müşayiəti ilə Gəncə şəhərini də əhatə edəcək.
Məşəl proqram çərçivəsində 47 gün ərzində tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın 60 şəhər və rayonuna səyahət edəcək. 15 bölgədə rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı ilə “ Alov”  festivalı təşkil olunacaq. ”Alovötürmə” səyahəti Azərbaycanın bütün regionlarından keçərək, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıda başa çatacaq.
Qeyd edək ki, Olimpiya Oyunlarının bir çox  maraqlı ənənələri var. Olimpiya Oyunları məşəlin yandırılması və əldən-ələ ötürülərək gəzdirilməsi ilk mərasimlərdəndir. Tarixi mənbələrə əsasən Yunanıstanın Afina şəhərinin yaxınlığında yerləşən Olimpiya məbədindən götürülən alovu idmançılar  qaça-qaça bir-birlərinə ötürərək irəliləyirlər. Son anda məşəl tanınmış idmançıya verilir. O, da öz növbəsində stadiona daxil olur, məşəli yandırır.Yarış başa çatana kimi məşəl yanır. 

 
 

"Sən elə bir zirvəsən ki.."  9x

1 may 2015 - ci il tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Nəriman Nərimanov adına 25 saylı orta məktəblə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Sən elə bir zirvəsən ki...” adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbir ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən ki...” musiqisinin sədaları altında başladı. Məktəbin direktoru Səmadil Əliyeva tədbiri açaraq iştirakçıları salamladı və ənənəvi olaraq keçirilən belə tədbirlərin əhəmiyyətindən danışdı. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin dosenti, YAP-nın sədr müavini Hüseyn Budaqov, Təhsil idarəsinin metodisti Yasin Məmmədov, məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Sonra məktəbin 71 sinif şagirdləri “Heydər dünyası” adlı kompozisiyanı, I –II sinif şagirdləri “Heydər babam” adlı kompozisiyanı nümayiş etdirdilər. X sinif şagirdi Fuad Əliyev sazda “Azərbaycan” mahnısını ifa etdi. Tədbirin sonunda tədbir iştirakçıları kitabxana işçiləri tərəfindən mövzu ilə əlaqədar təşkil olunmuş sərgi ilə tanış oldular. Gəncə şəhər Təhsil idarəsinin metodisti Yasin Məmmədov tədbirdə əməyi olan kitabxana və məktəb kollektivinə öz təşəkkürünü bildirdi.

9x9x9x

 

 

 
 

"Bakı – 2015 I Avropa oyunları"  9x

Gəncə şəhər Mərkəzi kitabxanada istifadəçilər üçün “ Bakı – 2015 I Avropa oyunları”na həsr olunmuş sərgi –stend təşkil edilmişdir. Monitor quraşdırılmış və Avropa oyunları haqqında gündəlik məlumatlar nümayiş etdirilir.

 

 
 

"Kitab sərgisi"  9x

Mərkəzləşdirimiş Kitabxana Sisteminin 1 № li kitabxana filialı 26 .04.2015 –ci il tarixdə, Gəncə şəhər 4 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 –ci ildönümünə həsr olunmuş kitab sərgisi təşkil etmişdir. Sərgidə ulu öndərin həyat fəaliyyətini əks etdirən kitablar nümayiş etdirildi Kitablar haqqında 1 nömrəli kitabxana filialının müdiri Züleyxa Məlikova şagirdlərə məlumat verdi. Kitab sərgisi şagirdlərin böyük marağına səbəb oldu.

 

 
 

"Xalqın Bəxtiyarı"  9x

24.04.2015-ci il tarixdə MKS-nin 2 saylı kitabxana filialında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xalqın Bəxtiyarı” adlı şeir gecəsi keçirildi.
Tədbirdə MKS-nin rəhbərliyi, müəllimlər , tələbələr iştirak edirdilər. MKS-nin direktor müavini Fəridə Qədimova Bəxtiyar Vahabzadənin yaradıclılığından geniş məlumat verdi və vurguladı ki, Azərbaycan şairləri içərisində poema janrına ən çox müraciət edən və daha böyük müvəffəqiyyət qazanan şairlərdən biri də Bəxtiyar Vahabzadə olmuşdur. Onun “Yollar - oğullar”,”Etiraf”, “Şəbi-Hicran”,”Atılmışlar” və s. poemaları çağdaş Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur və əsərləri yüzlərlə, minlərlə oxucunun stolüstü kitabına çevrilmişdir. Sonra kitabxananın oxucuları şairin “Ana dili”,”Bir salama dəymədi”, ”Muğam”, ”Şəhid anası” və s. şerlərini söylədilər, serlərinə bəstələnmiş mahnılar ifa etdilər. Tədbirin sonunda “Bəxtiyar Vahabzadə-90” adlı sərgi nümayiş olundu.

 

 
 

"Heydər Əliyev Azərbaycan Müstəqilliyinin memarıdır"  9x

21.04.2015-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialında “Heydər Əliyev Azərbaycan Müstəqilliyinin memarıdır” adlı kitab sərgisi keçirildi.
Sərgidə Gəncə Dövlət Humanitar Kollecin 2 –ci kurs tələbələri və kitabxanaçıları iştirak etdi. Sərgidə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar -“Heydər Əliyev Müstəqilliyimiz əbədidir”, “Milli mənəvi dəyərimiz”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”və başqa kitablar nümayiş etdirildi. Kitabxana filalının böyük kitabxanaçısı Svetlana Bağırova sərgidəki kitablar haqqında məlumat verdi.

 

 
 

"Hərb tariximizin salnaməsindən-Əliağa Şıxlinski"  9x

21.04.2015-ci il tarixdə MKS-nin 25 saylı kitabxana filialı 19 saylı orta məktəbin 9 sinif şagirdləri ilə hərbi xadim, artilleriya generalı Əliağa Şıxllinskinin anadan olmasının 150 illiyi münasibətilə “Hərb tariximizin salnaməsindən-Əliağa Şıxlinski” adlı dəyirmi masa keçirdi. Tədbiri böyük kitabxanaçı Rahilə Qasımova açaraq ,hərb tariximizdən nəsillərə nümunə olan general Əliağa Şıxlinskinin həyat və fəaliyyəti haqqında məlumat verdi. Məktəbin müəllimləri Aygün Salmanova, Sədaqət Həsənova, Məlahət Əhmədova Əliağa Şıxlinskinin hərbi texnikanın sirlərini dərindən bilməsindən, müəllimlik fəailiyyətində bilik və bacarığını gənclərə böyük həvəslə öyrətməsindən danışdılar. Onun hərbidə xidməti əvəzsiz olmuş və hər zaman yüksək qiymətləndirilmiş hətta onu rus artilleriyasının allahı adlandırmışlar. Əliağa Şıxlinski bir çox qiymətli dərs kitablarının müəllifi olub. O, hər iki rus və Azərbaycan dillərində şeir yazmaq, tərcümə etmək qabiliyyətinə malik olub. Tədbirdə iştirak edən məktəblilər general haqqında yeni öyrəndikləri məlumatların çox maraqlı olduğunu və onlarda hərbə məhəbbət hissini oyatdığını söylədilər.

 
 

"Tarix yaşadan şəxsiyyət"  9x

20.04.2015-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar Gəncə şəhər MKS-nin 6,8,9,15.20,21 kitabxana filiallarında orta məktəblərlə birgə təşkil etdikləri “Tarix yaşadan şəxsiyyət” adlı kitab sərgilərindən görüntülər.

 
 

"Tarix yaşadan şəxsiyyət"  9x

20.04.2015-ci il tarixində Gəncə şəhər MKS-nin 8 saylı kitabxana filialı 8 saylı məktəblə birgə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar “Tarix yaşadan şəxsiyyət” adlı kitab sərgisi təşkil etdi.

Tədbirdə çıxış edən 8 saylı məktəbin direktoru Lətifə Quliyeva ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sərgidə nümayiş olunan kitablarla tədbir iştirakçılarını kiitabxana işçisi Nahidə Əliyeva tanış etdi.

Sərgidə ümummilli lider Heydər Əliyev haqqında müxtəlif adda kitablar nümayiş etdirilmişdir. Tədbirdə 8 saylı məktəbin müəllim və şagirdləri və kitabxana işçiləri iştirak edirdi.

 
 

"Musiqidə əbədiləşən ömür"  9x

14.04.2015-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın Musiqi –not fonoteka şöbəsində SSRİ-nin xalq artisti, müğənni Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Musiqidə əbədiləşən ömür” başlığı altında sərgi təşkil edildi. Sərgidə dünya şöhrətli Rəşid Behbudovun haqqında yazılmış kitablar, musiqi valı, CD albomu, dövrü mətbuat səhifələrində çap olunmuş məqalələr nümayiş etdirilmişdir.

Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova sərgi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir: ”Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. O, özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir...”

 
 

"Yaddaşlarda yaşayan lider"  9x

10.04.2015-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalı və Abonoment şöbəsi M.Ə.Sabir adına 5 saylı pilot orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar "Yaddaşlarda yaşayan lider" adlı kitab sərgisi nümayiş etdirmişdir.

Tədbirdə çıxış edən şöbə müdiri Hüseynova Vüsalə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur. Buna görə də dahi liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Sərgidə ümummilli lider Heydər Əliyev haqqında müxtəlif adda kitablar nümayiş etdirildi.Hüseynova sərgidəki kitablarla iştirakçıları yaxından tanış etdi.

 
 

"Hüququnu bil və faydalan"  9x

10.04.2015-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsi Hüquqi biliklərin təbliğinə aid “Hüququnu bil və faydalan “ başlığı altında sual cavab gecəsi keçirdi. MKS-nin Uşaq şöbəsinin müdiri Cəfərova Atlaz bildirdi ki, ölkəmizdə uşaqların firavan yaşaması, sağlam böyüməyi üçün hər cür şərait mövcuddur. Buna görə də Vətənimiz Odlar yurdu Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər bir mənada xoşbəxt və bəxtəvərdirlər. MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı Elza Əliyeva Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli və 236 saylı qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmasını məktəblilərin diqqətinə çatdırdı.Sual-cavab gecəsində Gəncə şəhər 27 saylı Lisey məktəbinin VII sinif sagirdləri iştirak etdilər.Tədbirin sonunda “Mənim Hüquqların , məni qoruyur “ başlığı altında sərgiyə baxış keçirildi.

 
 

"Böyük ömrün dastanı"  9x

08.04.2015-ci il tarixində Gəncə şəhər MKS-in 1 saylı kitabxana filialında ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Böyük ömrün dastanı” başlığı altında sərgi təşkil edildi. Sərgidə dahi fenomen Heydər Əliyevin Müstəqil Azərbaycan dövlətinin yaranmasında siyasi və dövlətçilik fəaliyyətini hərtərəfli əks etdirən kitablar və dövrü mətbuat məqalələri nümayiş etdirildi. 4 saylı məktəbin müəllimi Kəmalə Abbasova sərgidə nümayiş olunan dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsindən, onun həyat və fəaliyyətindən bəhs edən ədəbiyyatlar ilə tədbir iştirakçılarını tanış etdi. Tədbirdə 4 və 27 saylı məktəbin şagirdləri iştirak edirdi.

 
 

"Nağıllar aləmində"  9x

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 1 aprel 2015-ci il tarixində Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş “Nağıllar aləmində”başlığı altında nağıl saatı keçirildi. Tədbiri filial müdiri Əsmər Zeynalova açdı. O, 2 aprel Beynəl-xalq Uşaq Kitabı gününə dair uşaqlara məlumat verdi və bu günün Danimarka yazıçısı Hans Andersenin adı ilə bağlı olduğunu bildirdi. Nağıl saatında uşaqlar Azərbaycan və Dünya xalqlarının nağılları ilə tanış oldular. Məmmədov Ramal Hans Andersenin “Kralın təzə libası”, Tahirov Həsən “Buynuzlu balıq”, Rəfiyeva Jalə “Tıq-tıq xanım” nağıllarını oxudular. Tədbir uşaqlar tərəfindən maraqla qarşılandı. Nağıl saatı kitabxananın nağıl otağında təşkil olunmuşdur. Tədbirdə 23 saylı məktəbin I sinif şagirdləri və ibtidai sinif müəlliməsi Arzu Ağayeva iştirak etdilər.

 
 

"Qan yaddaşımızın silinməz səhifəsi"  9x

1918- ci il mart ayının 31-i tariximizin ən acı səhifələrindən biridir – Azərbaycanlıların Soyqırımı Günüdür.Bu məqsədlə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı “Qan yaddaşımızın silinməz səhifəsi” adlı söhbət keçirtdi. Mövzu ilə əlaqədar söhbəti 7 saylı kitabxananın müdiri Natella Hacıyeva apardı.Söhbət əsnasında xanım Hacıyeva soyqırımın tarixindən,həmin günlərdə törədilən cinayətlərdən,erməni terrorundan danışdı və qeyd etdi ki, 31 mart günü tariximizin qan yaddaşıdır və bu gün Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. İştirakçılar tədbirlə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “31 mart -Azərbaycanlıların Soyqırımı Günüdür” başlıqlı sərgi ilə tanış oldular.

 
 

"Qanlı səhifənin salnaməsi "  9x

 30 mart 2015 ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında Azərbaycanlıların soyqırım günü ilə əlaqədar “Qanlı səhifənin salnaməsi“ adlı dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları 31 mart soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə oxu zalının müdiri Səidə Museyibova açaraq Ermənilərin Azərbaycanlılara qarşı zaman – zaman törətdikləri soyqırım haqqında çıxış etdi. Mövzu ilə əlaqədar GDU-nun tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov soyqırımın tarixindən, onun günahsız qurbanlarından, erməni terrorundan söhbət açaraq, xalqımızı bu genosidi unutmamağa, düşmənə qarşı mübariz olmağa səslədi. Tədbirdə iştirakçılarından Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şöbəsinin sədri Almaz Aşurov, Gənc Vətənpərvərlər Birliyinin Qərb regionu üzrə nümayəndəsi Elçin Axundov “Böyük Ermənistan” yaratmaq xülyası ilə azərbaycanlılara qarşı uzun illər erməni xəyanətinin tarixi köklərindən, bunun nəticəsi olaraq Azərbaycanın regionlarının, əhalinin, təbii sərvətlərinin amansızcasına məhv edilməsindən danışdılar. Tədbir dəyirmi masa iştirakşılarının “Sərhəd tanımayan erməni vəhşiliyi” adlı sərgiyə baxışı ilə yekunlaşdı.Sərgidəki materiallarla tədbir iştirakçılarını böyük kitabxanaçı Rəsmiyyə Bayramova tanış etdi.

 
 

"Üzeyir dünyası"  9x

29.03.2015-ci il tarixdə Gəncə Şəhər Mərkəzi Kitabxananın Musiqi Not şöbəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə bağlı “Üzeyir dünyası” adflı kitab sərgisi təşkil olundu. Sərgidə əsasən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanin təşəbbüsü ilə “Üzeyir dünyası” başığı altında nəşr olunmuş kitablar çoxluq təşkil edir.

Şöbənin böyük kitabxanaçısı Şükürova Nabat sərgi barədə iştirakçılara ətraflı məlumat verdi.O,Üzeyir Hacıbəyovun Azərbaycan və Dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olduğunu ,elmi musiqişünaslığın , musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etdiyini qeyd etdi. Tədbir iştirakçıları dahi bəstəkarın yazdığı kitablarla, eləcə də bəstəkar haqqında dərc olunmuş kitab, qəzet və jurnalda dərc olunmuş yazılarla, tanış oldular.

 
 

"Günəşin,torpağın və ürəklərin bayramı-Novruz"  9x

17 mart 2015- ci il tarixdə Mərkəşləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Novruz bayramı münasibətilə “Günəşin,torpağın və ürəklərin bayramı-Novruz” adlı ədəbi-bədii gecə keçirildi.Tədbir Fikrət Əmirovun “Gülür ellər”nəğməsinin sədaları altında başlandı. Kitabxananın müdiri Natella Hacıyeva və 3 saylı musiqi məktəbinin şöbə müdiri Svetlana Əsgərovaqeyd etdilər ki,Novruz bizim ümummilli bayramımızdır və müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram yoxdur.Sonra tədbir musiqi məktəbinin hazırladığı konsert proqramıilə davam etdi.Uşaqların ifasında Cavanşir Quliyevin “Novruz gəlir,yaz gəlir”nəğməsi səsləndirildi, “Səməni” rəqsi nümayiş etdirildi,Novruz səhnəcikləri,inancları,bayatıları söylənildi,nağara,tar,qarmonda “Azərbaycan ritmləri” ifa olundu.

   
 

"Bu gün Novruzun çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə” qeyd olunur"  9x

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatununyeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Sonuncu, həm də “ilaxır çərşənbə”də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. 

Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. 

Axır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir. Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayılır. Yekun rəqəm qızın həmin yaşda gəlin gedəcəyi anlamına gəlir. Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür. Niyyət tutan bu zaman qorxsa niyyətin baş tutmur.

 

 
 

"Anne Annem” adlı kitabının imza günü keçirilmişdir"  9x

10.03.2015 – ci il tarixi saat 1100-da Gəncə şəhər Məhsəti Gəncəvi adına Mərkəzin Oxu zalında tanınmış jurnalist, “Qafqazinfo” portalının rəhbəri Elbrus Ərudun “Anne Annem” adlı kitabının imza günü keçirilmişdir. Tədbir YAP təşkilatının dəstəyi ilə təşkil olunmuşdur.Tədbiri Gəncə şəhər YAP təşkilatının sədri Naqif Həmzəyev açmış və jurnalistin yaradıcılığından söz açdı. Sonra söz müəllifə verildi. Müəllif tədbir iştirakçılarını salamladı və kitabın yaranma tarixçəsinnən söhbət açdı. Tədbirdə şəhər ictimayyəti, ali məktəb tələbələri, ali məktəb müəllim heyyəti və şair və yazıçılar iştirak etdilər. Daha sonra isə müəllif öz kitabını tədbir iştirakçılarına imzalayaraq hədiyyə etdi. Tədbirin sonunda isə müəllif öz təşəkkürünü bildirdi.

 
 

"Gəncə Dövlət Dram Teatrında “Unuda bilmirəm” tamaşası göstərilib"  9x

Gəncə Dövlət Dram Teatrın direktoru Əli Qasımovun sözlərinə görə, İlyas Əfəndiyevin eyni adlı pyesi əsasında səhnələşdirilən “Unuda bilmirəm” tamaşasında 7 nəfərdən ibarət aktyor heyəti rol alıb.Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın əsas sujet xəttini sevgi, həsrət, qisas, azadlıq və qəhrəmanlıq motivləri təşkil edir. Səhnə əsərində, həmçinin, Gürcüstan ərazisində qalmış qədim Borçalı mahalı xəritədə Azərbaycanın hüdudları daxilində nümayiş etdirilir. Nasir, dramaturq, AYB-nin üzvü, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev “Unuda bilmirəm” adlı pyesi 1968-ci ildə qələmə alıb.

 

 
 

"Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir."  9x

Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. 
Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, ”Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”. 

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. 

Çərşənbəniz mübarək! 

 
 

"Süleyman Rəhimov -115"  9x

Azərbaycan xalq yazıçısı,ictimai xadim,roman janrının diqqətəlayiq nümayəndəsi Süleyman Rəhimovun anadan olmasının 115-ci ildönümü ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 06.03.15-ci il tarixdə ədibin 4 cildlik “Şamo”, 3 cildlik “Qafqaz qartalı” romanlarının, eləcə də “Mehman” , “Yaxşılıq”, “Kəsilməyən kişnərti” povestlərinin xülasəsi keçirildi.Xülasəni filialın kitabxanaçısı Vüsalə Mustafayeva apardı.O, əvvəlcə ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Sonra qeyd olunan kitabların xülasəsini etdi. O, qeyd etdi ki,”Şamo”romanı 1917-20-ci illərdə Azərbaycanda xalq hərəkatını,yoxsullarla varlılar arasındakı mübarizəni əks etdirir.”Qafqaz qartalı” romanı isə Qaçaq Nəbi ilə onun arvadı Həcərin həyat və mübarizəsindən bəhs edir.”Mehman” povesti prokuror Mehmanın həyat və mübarizəsini təsvir edir,bu povestdə qanunçuluq,hamının qanun qarşısında bərabərliyi yazıçının oxucuya çatdırdığı əsas fikirdir. “Yaxşılıq”povestində yazıçı adi kəndli balası Mümtaz Niyazzadənin simasında öz müsbət qəhrəmanını yaratmış,onun keşməkeşli həyat yolundan nazir müavini vəzifəsinə qədər yüksəlməsini əks etdirmişdir. “Kəsilməyən kişnərti” əfsanəvi povestində yazıçıatla insan arasındakı qarşılıqlı sədaqəti,onların ölümünə səbəb olan qara qüvvələri qələmə almışdır.Tədbirdə Süleyman Rəhimovun yaradıcılığını əks etdirən “Süleyman Rəhimov-115” başlığı altında sərgi düzənlənmişdi.

 

 
 

"Bu gün Novruzun dörd çərşənbəsindən ikincisi - Od çərşənbəsi qeyd olunur"  9x

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu, süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.

 
 

"Gəncədə şair-publisist Azadə Taleh Abbasqızının 50 illik yubileyi qeyd edilib"  9x

Tədbirdə şairənin yeni çapdan çıxmış seçilmiş əsərlərinin birinci cildinin təqdimatı da keçirilib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şairə Xəzangül tədbirdə çıxış edərək Azadə Taleh Abbasqızının həyat və yaradıcılığından danışıb. Bildirib ki, həkimliklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olan Azadə Hüseynova çoxlu şeirlər yazaraq ətrafına minlərlə pərəstişkar toplayıb. 1995-ci ildən Respublika Jurnalistlər Birliyinin, 2003-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Azadə yaradıcılığının əhatə dairəsini genişləndirib,

“Qafqaz press” informasiya agentliyini və “Borçalı” qəzetini təsis edib. O, “Qafqaz media” İctimai Birliyinin sədri, eyni zamanda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşıdır.
Tədbirdə digər çıxış edənlər bacarıqlı həkim, xeyirxah insan Azadə Taleh Abbasqızını yubiley münasibətilə təbrik edib, ona ən xoş arzularını bildiriblər.
Azadə Taleh Abbasqızı onu sevən, yaradıcılığına hörmətlə yanaşmaqla yubiley tədbirində iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.


 

"XOCALI SOYQIRIMI" 

9x

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə XOCALI SOYQIRIMI ilə bağlı tədbir keçirildi. Tədbir Gəncədə məskunlaşan XOCALI sakinlərinin məskunlaşdığı yeni qəsəbədə keçirildi. Anım gününü giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev xalqımızın qan yaddaşına hopmuş XOCALIDAN əvvəl baş vermiş soyqırımlardan danışaraq XOCALI SOYQIRIMININ daha dəhşətli olduğun vurğuladı. E.Vəliyev XOCALI ŞƏHİDLƏRİNİN  xatirəsinin əbədiləşdirilməsi üçün Gəncədə böyük kompleksin inşası üçün işlərin surətləndiyini və yaxın zamanlarda şəhər sakinlərinin və ərazidə məskunlaşmış məcburi köçkünlərin and yerinə çevriləcəyinə iniandığını bildirdi. Sonda İHB-sı XOCALI ŞƏHİDLƏRİNƏ UlU TANRIDAN rəhmət dilədi.
Daha sonra XOCALI hadisələrinin canlı şahidləri söz alaraq faciənin böyüklüyündən danışaraq ŞƏHİDLƏRİN QANININ yerdə qalmayacağı  günün yaxında olduğuna inandıqlarını dedilər. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.  Gəncə şəhər Mərkəzi kitabxanasının  Xocalı soyqırımı haqqında sərgiyə baxış keçirildi. Sonda XOCALI ŞƏHİDLƏRİNİN ruhuna dualar oxunaraq ehsan süfrəsi açıldı.

 

 

 
 

“Xocalıya ədalət, Qarabağa azadlıq!”

9x

24.02.2015-ci il tarixdə Gəncə Şəhər Mərkəzi Kitabxananın Oxu zalında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalıya ədalət, Qarabağa azadlıq” mövzusunda anım günü keçirildi. Tədbiri giriş sözü ilə Metodika şöbəsinin müdiri İradə Abbasova açaraq Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş ən qəddar və amansız terror hadisələrindən biri olduğunu qeyd etdi. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova, KKA şöbəsinin müdiri Hüseynova Vüsalə, kitabxananın gənc oxucuları, Əhmədova Ziba və Cəlilova Dünya Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı törətdiyi amansız soyqırım siyasəti haqqında çıxış etdilər. Məlumat-biblioqrafiya şöbəsinin biblioqrafı Ayşən Əhmədova Xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” adlı şeirıni söylədi və Xocalı müsibətinə dair hazırladığı slayda və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi video-çarxlara baxış oldu. Məlumat-biblioqrafiya şöbəsinin müdiri Məmmədova Tamella “XX əsrin faciəsi- Xocalı soyqırımı” adlı kitab sərgisində nümayiş etdirilən kitabların biblioqrafik xülasəsini verdi. Sonra Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva tədbiri yekunlaşdıraraq qeyd etdi ki, Xocalının qisası yerdə qalmayacaq, Azərbaycanın haqq işi gec-tez xalqımızın qələbəsi ilə başa çatacaq.

 


 

"Xocalı - susmayan yaddaşım" 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialında fevralın 23-də Xocalı soyqırımı ilə bağlı “Xocalı - susmayan yaddaşım” adlı anım mərasimi keçirildi.
      9x   Tədbirdə 37 saylı orta məktəbin şagirdləri iştirak edirdilər.
         Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Anım mərasimini giriş sözü ilə açan 37 saylı orta məktəbin tarix müəllimi Gülnarə Nəbiyeva qeyd etdi ki,Xocalı soyqırımı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir.Bu faciə təkcə Azərbaycan xalqına deyil,bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir.
         Kitabxanaçı Həsənova Təranə  tədbirin əhəmiyyətindən danışaraq bildirdi  ki,hər bir kəs bu tarixi həqiqəti təbliğ etməli,tariximiz unudulmamalı,daha geniş miqyasda təbliğ olunmalıdır.
  Tədbirdə  şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirildi.

 


 

"Xocalı!- Daşı,torpağı qanlı,tarixi həyacanlı" 

   

Bu il tariximizin ən faciəli səhifəsi olan Xocalı soyqırımından 23 il ötür.Bu məqsədlə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında fevralın 20- də “Xocalı!- Daşı,torpağı qanlı,tarixi həyacanlı” adlı anım günü keçirildi.Tədbirdə çıxış edənlər qeyd etdilər ki,XX əsrin sonunda baş verən bu qətliman təkcə Azərbaycan tarixinin faciəli səhifəsi deyil,bütün bəşəriyyətin vicdanına həkk olunan qara ləkədir,illər ötsədə bu ləkə qan yaddaşımızdan silinməyəcək.Tədbir boyu saz və kamançanın müşayiəti ilə kitabxananın fəal iştirakçıları tərəfindən Xocalı soyqırımına həsr olunmuş şeirlər lirik notlarla söylənildi.Tədbir çərçivəsində iştirakçılar “Tarixin Xocalı dərsi” adlı sərgi ilə tanış oldular.Bu gün tələbələrin Xocalının anım günü ilə bağlı təsirli təqdimatları deməyə əsas verir ki,bu faciə unudulmayacaq və unutmağa haqqımız yoxdur. Bugünki tədbirimiz də bu məqsədi daşıyır.

 

 
 

"Dil insanlar arasında ünsiyyət vasitəsidir adlı dəyirmi masa" 

    18.02.2015-ci iltarixdə MKS- nin 25 saylı kitabxana filialında  21 fevral beynəlxalq ana dili günü münasibətilə “Dil insanlar arasında ünsiyyət vasitəsidir adlı dəyirmi masa keçirildi.    Dəyirmi masanı böyük kitabxanaçı Qasımova Rahilə açaraq qeyd etdiki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. 1999-cu ildə YUNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında qərar verilib.
24 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi    Dürdanə   Quliyeva “Ana dilimlz-milli təsdi-qimiz, qürurumuzdur” adlı mövzuda geniş məlumat verdi. Sonra dil ədəbiyyat müəllimi Afaq Seyidova “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda ulu öndər Heydər Əliyevin   Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq müna-sibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük xidmətləri olduğundan söhbət açdı. 
 Tədbirdə24 saylı orta məktəbin 10 sinif şagirdləri iştirak etdilər və Azərbaycanın görkəmli şairlərinin dilimiz haqqında yazmış olduğu şeirlər söylədilər.
      Tədbiri kitabxanaçı Şah  İsmayıl Xətainin bu dəyərli söz-ləri ilə tamamladı:     Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dili-mizin bir sözünü ləl-cəvahirata dəyişməyin!

 

 
 

"Ana dili qeyrətimizdir" 

123

Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialında 16 fevral 2015-ci il tarixdə Beynəlxalq “Ana  dili” günü münasibətilə  “Ana dili qeyrətimizdir! ”  başlığı altında sərgi təşkil edildi.
     Təşkil olunmuş sərgidə  Azərbaycan dili  haqqında nəşr olunmuş 20-yə yaxın  kitablar,  dövri mətbuat nəşrlərindən də istifadə edilmişdir.
        Tədbirdə kitabxananın fəal oxucuları,4 saylı  musiqi məktəbinin müəllim və tələbələri, 16 saylı orta məktəbin 9 cu sinif şagirdləri iştirak edirdi..
       12 saylı kitabxana filialının kitabxanaçısı  Verdiyeva Xatirə  tədbiri açıq elan edərək, qeyd etdi ki, Azərbaycan dili zənginliyi ilə bütün dillərdən fərqlənir. Bu dildə yazılan əsərlər,  bu dillə yaradıcılığını zənginləşdirən şairlər və yazıçılar bütün dünyada məhşurdur.  Azərbaycan dilinin səlisliyi, axıcılığı poeziya aləmində nadir əsərlərin, poemaların yaranmasına səbəb olub. Nizami, Fizuli, Xətai və bir çox məşhurdur şairlərimiz bu dildə dünya şöhrətli əsərlər yaratmışlar.


 

"Azərbaycanın Bəxtiyarı" 

123

Fevralın 13 də Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 6 ili tamam olur.Bu məqsədlə Mərkəzi

Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “Mən Bəxtiyar oldum o zamandan ki,sevildim”

başlığı altında şeir saatı keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açdı və sevimli şairimizə Ulu Tanrıdan qəni-qəni rəhmət dilədi və qeyd etdi ki, xalqımız ona görə bxtiyardır ki,onun Bəxtiyarı var.Tədbir şairin poema və şeirlərindən nümunələrin ifası ilə davam etdi və şairə həsr olunmuş “Azərbaycanın Bəxtiyarı” adlı sərgiyə baxışla başa çatdı.

 


 

"Bülbülün ən ğözəl nəğməsi Polad Bülbüloğlu" 

123

04 fevral 2015-ci il tarixdə MKS-nin Musiqi-not fonoteka şöbəsində Azərbaycanın Xalq Artisti, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkar Polad Bülbüloğlunun 70 illik yubileyi münasibəti ilə əlaqədar “Bülbülün ən ğözəl nəğməsi Polad Bülbüloğlu” adlı mövzu gecəsi keçirilib. Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkarın həyatandan bəhs edərək bildirib ki, xalqını, Vətənini, xalqının incəsənətini sevən Polad Bülbüloğlu Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb, Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. Şükürova bildirib ki, Polad Bülbüloğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. Tədbirdə bəstəkar, müğənni Polad Bülbüloğlunun mahnılarından ibarət olan "Bu mahnının sonu yoxdur..." filmi nümayiş olunaraq 70 illik şərəfli bir ömür yolunun səhifələri canlandırılıb.

 
 

"Sağlam gənclik-sağlam gələcəkdir" 

12302.02. 2015-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialı 18 saylı orta məktəbdə Gənclər gününə həsr olunmuş “Sağlam gənclik- sağlam gələcəkdir” adlı tədbir keçirdi. Tədbirdə gənc oxuculara pis vərdişlərdən ən təhlükəlisi olan narkomaniya haqqında , narkotik vasitəçilərinin geriyə dönüşünün olmadığı, bu girdabdan cəmiyyətə yenidən normal insan kimi qayıda bilməmələri haqqında danışıldı. Narkomanların zaman içində heç bir mənəvi dəyərlərinin olmamasına gətirib çıxaran, sonu vaxtsız ölümlə nəticələnən aqibəti haqqında gənclərə məlumat verildi, asudə vaxtın səmərəli və faydalı təşkili ilə bağlı məsləhətlər verildi. Narkotik istifadəçilərinin çox təhlükəli olan immun xəstəliklərinə yoluxmaları , islam əxlaqında Allahın əmanətinə-insanın öz bədəninə ziyan verməsinə münasibət, siqaret və onun orqanizmə təsiri və s. ziyanlı vərdişlər haqqında ümumi maarifləndirmə işləri aparıldı. Tədbir bu sözlərlə sona yetdi” Sağlam gənclik-sağlam gələcəkdir”. Tədbirdə yuxarı sinif şagirdləri iştirak edirdilər



 

"Azərbaycan poeziyasının incisi" 

28.01.2015-ci il MKS-nin 1saylı kitabxana filialında Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 65 illiyi münasibətilə mövzu gecəsi keçirildi. Tədbirdə 4 sayli orta məktəbin ədəbiyyat müəllimi Hüseynova Raida, Kərimova Mənzər, 6 saylı orta məktəbin müəllimləri Abbasova Rəqibə, Ələkbəroba Gülmira, həmən məktəblərin VII- VIII sinif şagirdləri və kitabxananın fəal oxucuları iştirak edirdilər. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun əvəzedilməz bir şair olduğu haqqında 1saylı kitabxanannın müdiri Məlikova Züleyxa danışdı. Zəlimxan Yaqubun əsərləri haqqında tədbir iştirakçılarını 4saylı orta məktəbin ədəbiyyat müəllimi Hüseynova Raida tanış etdi. Şairin əsərlərində son illərin yaradıcılıq uğurları ilə yanaşı, şairin ömrü boyu yaşadığı duyğuların, keçirdiyi hisslərin, getdiyi səfərlərin, gördüyü mənzərələrin misralara çevrilən, nəğmələrə dönən, varaqlara hopan şəkli, rəngi və ahəngidir. Şair yaradıcılıq ənənələrinə sadiq qalaraq ilahi eşqdən, insan sevgisindən, təbiət gözəlliklərindən, doğma torpağa vurğunluğundan, həyatımızın ağrılı –acılı tərəflərindən,ulu ozanlarımız və böyük şəxsiyyətlərimizlə baglı müqəddəs duyğulardan kövrələ -kövrələ, durula –durula söhbət açır, bizi də duruldur, saflaşdırır. 1 saylı kitabxana filialının kollektivi və tədbir iştirakçıları sazın-sözün xiridarı, sinədəftər sairimiz Zəlimxan Yaquba uzun ömür və can sağlığı arzuladılar. Sonda tədbir iştirakçıları şairin əsərlərindən ibarət sərgiyə baxdılar.


 

"Fonda daxil olan yeni kitablar." 

123

26.01.2015-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 7 saylı kitabxana filialında fonda daxil olan yeni kitabların sərgisi keçirildi. Kitabxananın böyük kitabxanaçısı Könül Mirxudayeva oxuculara sərgilənən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”(Genişləndirilmiş və yenidən işlənmiş 6-cı nəşr); ali məktəb tələbələri,magistrlar üçün nəzərdə tutulan ilk sanballı dərslik olan,Arif Tağıyev və Hüseyn Məmmədov tərəfindən yazılmış və nəşr edilmiş “Antropologiya” dərsliyi; əsasən dedektiv pomanları ilə saysız-hesabsız oxucu qəlbini fəth edən yazıçımız Elxan Elatlının psixoloji janrda qələmə aldığı “Mərtəbələr” romanı; tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin “Qorxulu oyun” və “Vahimə” romanları; kitabları oxucular tərəfindən maraqla oxunan yazıçı Varisin “Son məktub” ,”Bir ovuc torpaq” , “Sonuncu ümidlər” və s.kitabların biblioqrafik icmalını etmişdir.


 

"Həzi Aslanov - 105" 

123

22 yanvar 2015-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında“Xalqın Şanlı oğlu”Sovet İttifaqı Qəhrəmanı,tank qoşunları qvardiyasının general mayoru Həzi Aslanov anadan olmasının 105 münasibətilə xatirə gecəsi keçirildi. Oxu zalının şöbə müdiri S. Museyibova qeyd etdi ki, adı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan, dünya şöhrətli sərkərdə, mahir tankçı və cəsarətli komandir kimi keçmiş ittifaqın hər yerində tanınan general mayor Həzi Aslanovun anadan olmasının 105 illik yubileyinin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə vətəndaşlıq, vətənpərvərlik duyğularını formalaşdırmaq, vətənpərvərlik hisslərinin təbliğ olunmasıdır.Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin leytmotividir. Çıxış edənlər 105 yaşlı əbədiyaşar qəhrəmanın xatirəsinin Azərbaycanda daim əziz tutulduğunu, xatirəsinin anıldığını bildiriblər. Çıxışlarda qəhrəman sərkərdənin keçdiyi həyat və döyüş yolu bir daha xatırlanıb. Tədbirdə sənədli və bədii filmlərdən fraqmentlər nümayiş olunub.


 

"20 yanvar - əsarətin son gecəsi" 

12319.01.2015-ci  il tarixdə  MKS-nin  25 saylı kitabxana filialında  20 yanvar  faciəsinin 25 ci il dönümü münasibətilə   “20 yanvar - əsarətin son gecəsi” adlı ədəbi –bədii  kompazisiya   keçirildi. Tədbiri giriş sözü ilə  böyük kitabxanaçı Qasımova  Rahilə açaraq dedi : Azərbaycan  xalqı  bu gün  20 yanvar faciəsinin 25-ci il dönümünü dərin hüzünlə, ehtiram və iftixarla qeyd edir.
Tədbir iştirakçıları o qaranlıq müdhiş gecədə şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükütla yad  etdilər.
Tədbirdə  24 saylı orta məktəbin tarix müəllimi Şəhla “20 yanvar faciəsi  matəm, həm də qürur  günümüz dür” adlı başlıqla çıxış etdi.
Sonra tədbirdə  19,24 saylı orta məktəbin  şagirdləri  20 yanvar şəhidlərinə həsr edilmiş şeirlər və kompazisiya ilə çıxış etdilər.


 

"Acı həqiqətin güzgüsü" 

16.01.2015-ci il Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında 20 Yanvar faciəsinin 21235-ci ildönümü ilə əlaqədar “Acı həqiqətin güzgüsü” adlı dəyirmi masa keçirildi.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Gəncə Şəhərinin Yazıçılar bölməsinin sədri Xəzəngül xanım açaraq 20 Yanvar hadisələrindən,Vətənimizin müstəqilliyi,suverenliyi,azadlığı uğrunda canını qurban vermiş Şəhidlərimizin ruhu qarşısında qələm adamlarının onlara həsr etdikləri povestlər,hekayələr,poemalar və şeirlərlə öz bacarıqlarını yerinə yetirdiklərini vurğuladı. MKS-nin direktoru Elmira Əliyeva,direktor müavini Fəridə Qədimova,Gəncə ədəbi mühitinin üzvlərindən Qərib Mehdi,Aləmzər Əlizadə,İnqilab İsaq və sair fəal oxucularimiz 20 Yanvar hadisələri ilə bağlı çıxış edərək xalqımızın qürur mənbəyi olan Şəhidlərimizin heç vaxt unudulmayacağını və gələcək nəsillər tərəfindən daim hörmətlə anılacağını qeyd etdilər. “20 yanvar əsarətin son gecəsi”,”Azadlığa gedən yol”,”Unutmaq olarmı sizi şəhidlər?” və s. mövzularda çıxışlar oldu.

 
 

"Ölümləri ilə azadlığa yol açanlar" 

123

16.I.2015- ci il tarixdə Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialının fəal oxucuları, o cümlədən 16 saylı məktəbin 9-cu sinif şagirdləri, 3 saylı texniki peşə məktəbinin ,4 saylı musiqi məktəbinin şagirdlərinin iştirakı ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Ölümləri ilə azadlığa yol açanlar” adlı anım günü keçirildi.

Tədbirdə azadlıq uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxanaçı Verdiyeva Xatirə çıxış edərək, bildirdi ki, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi- hüquqi qiymət verildi. Həmin gün tariximizə faciə kimi daxil olsa da, həm də xalqımızın həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu.Qeyd edildi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir.

16 saylı məktəbin tarix müəlliməsi Afaq Məmmədova 1990- cı il qanlı yanvar hadisələrinin baş vermə səbəblərindən, qəhrəmancasına həlak olmuş şəhidlərin şücayətindən danışdı, onların bu igidliyinin qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacağını vurğuladı.

Məktəblilər 20 Yanvar faciəsinə aid şeirlər söylədilər. Tədbirin sonunda tədbir iştirakçıları “Tarixin qan yaddaşı” başlığı altında təşkil olunmuş sərgi ilə tanış oldular.

 

 
 

 

 
 
 

   
  Arxiv...1. .2. .3. .4. .5. .6. .7. .Əvvələ
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva