ƏLIYEV İLHAM MÜZƏFFƏR OĞLU

 

Əliyev İlham Müzəffər oğlu 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda müxtəlif sahələrdə çalışmışdır. 1983-cü ildə DİN-nin təyinatı ilə İsmayıllı rayon Polis Şöbəsinə işə qəbul edilmişdir. Az sonra Gədəbəy rayon Polis Şöbəsinin mühafizə şöbəsinə dəyişilmişdir. İ. Əliyev 1985-ci ildə Bransk Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər Polis Şöbəsində sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifəsində çalışmışdır. Yüksək xidmətə görə görə "Milis əlaçısı" döş nişanına layiq görülmüşdür. 19 avqust 1990-cı ildə leytenent İ.Əliyev torpaqlarımızın müdafiəsinə göndərilmişdir. Qazax rayonunun Əskipara kəndində gedən döyüşdə İlham Əliyev qəhrəmancasına həlak olmuşdur.
Gədəbəy rayonunda dəfn edilmişdir.
"Qırmızı ulduz " ordeninə layiq görülmüşdür..
Ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev İlham Müzəffər oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı " fəxri adı verilmişdir.
Gədəbəy rayonundakı orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur


  •