SƏMƏDOV PƏRVIZ ƏBDÜLƏHƏD OĞLU

 

5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1985-ci ildə səkkizinci sinfi bitirərək, təhsilini 15 saylı texniki - peşə məktəbində davam etdirmiş, avtomobil çilingəri ixtisasına yiyələnmişdir. 1988-ci ildə ordu sıralarına çağırılaraq iki il Çita şəhərində xidmət edir və 1990-cu ildə doğma yurdu Gəncəyə qayıdır. 1992-ci ildə könüllü olaraq, Ağdam bölgəsinə gəlir və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. P. Səmədov Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşdə misilsiz xidmət göstərib. 1992-ci ldə 15 mayda Ağdamın Gülablı kəndində gedən qızğın döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmiş, döyüş yoldaşlarına yardım etmişdir. Həmin döyüşdə Pərviz qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Bir oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhərində dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.