Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
   
 

Sədnik Paşa Pirsultanlı

Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular (Pirsultan köyü hissəsində) kəndində anadan olmuş, 1949-cu ildə Dəstəfur kənd orta inernat məktəbini bitirmişdir. 1954-cü ildə Gəncə Dövlət Universitetinin (Keçmiş Gəncə Dövlət Pedoqoji İnstitutunun) dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra rayon və şəhər qəzetlərində xüsusi müxbir, ədəbi işçi, məsul katib və redaktor vəzifələrində çalışmışdır. S. X. Paşayev uzun illər «Yeni Daşkəsən», «Mübariz» (Goranboy rayonlararası) və «Yenilik» (Kəlbəcər) qəzetlərinin redaktoru işləmişdir.
1960-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilmişdir. 1970-ci ilin may ayının 5-də Azərbaycan Respublikası Jurnalistlər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1970-ci il oktyabr ayının 19-dan etibarən hal-hazıradək Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru kimi əmək fəaliyyətini davam etdirir. O, müntəzəm olaraq televiziyada, radioda, mərkəzi və yerli mətbuatda çıxış edir. Azərbaycan Dövlət Televiziyası (Aztv) onun həyatı və fəaliyyəti haqqında «Pirsultanlı» adlı sənədli film çəkmişdir.
1970-ci ildə «Ağdabanlı Qurban və onun müasirləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1982-ci ildə İnstitutda və şəhərin ictimai həyatında fəal iştirak etdiyini və mavi ekranda müvəffəqiyətli çıxışlarını nəzərə alaraq Sədnik Xəlil oğlu Paşayevin bədii rəhbərliyi və böyük zəhməti sayəsində «Çeşmə» folklor teatrının kollektivinin 15 nəfər üzvünə «TƏŞƏKKÜR» elan edilmişdir. O, belə təşəkkürlərə: 1987-ci ildə «Çeşmə» folklor ansamblının Gəncə rayonu üzrə keçirilən bədii-özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsində qalib gəlməsinə, həmin ilin avqust ayında keçirilən Nizami poeziya günlərində «Çeşmə» folklor teatrının müvəffəqiyətli çıxışlarına, iri həcmli dərslik, dərs vəsaiti və kitab nəşr etdirdiyinə görə isə 1989-cu ildə və 1990-cı ildə layiq görülmüşdür.
22 dekabr 1982-ci ildə Ali Attetasiya Komissiyasının qərarına əsasən, ona dosent elmi adı verilmişdir.
1990-cı ildə «Azərbaycan xalq əfsanələri və onun tədqiqi problemləri» mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
17 sentyabr 1992-ci ildə S. Paşayev professor elmi adı almışdır. Təhsil Nazirliyi tərəfindən «Fəxri fərman»la təltif olunmuşdur.
Hal-hazırda qırxdan artıq kitabın, yüzə yaxın elmi əsərlər toplusunda və jurnallarda, mərkəzi qəzetlərdə çap olunmuş məqalələrin müəllifidir.
S.Paşayev həmişə mütaliə edən, qayğıkeş, xeyirxah, humanist xarakteri ilə başqalarına nümunə olan tədqiqatçı alim və müəllimdir.
Prof. S.X.Paşayevin elmi tədqiqatının əsas məqsədi Azərbaycan xalq əfsanələrinin folklorun müstəqil canrı kimi öyrənilməsi, o cümlədən onun epik ənənələrinin (eposların, dastanların) formalaşmasında və yazılı ədəbiyyatda klassiklərin yaradıcılığında rolunu müəyyən etməkdir.
Ozan-aşıq yaradıcılığınının tədqiqi ilə ardıcıl məşğuldur, səkkiz şeir kitabının müəllifidir. Respublikanın Əməkdar mədəniyyət işçisidir. Türkiyədə nəşr edilən «Dost-dost» və «Milli folklor» jurnallarının Azərabycan təmsilçisi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən «Pirsultan» nəşriyyat-poliqrafayası, «Yurddan səslər» jurnalı, «Xalq ozanı» qəzetinin təsisçisidir. Yazıçılar Birliyinin üzvüdür, Əmək və Müharibə veteranıdır. Respublikanın Fəxri Ziyalılar Diplomuna layiq görülmüşdür.
AMEA folklor institutunun müdafiə şurasının üzvüdür.
Gəncliyində bədii yazılarını «Qoşqardağlı» imzası ilə yazmasına baxmayaraq, sonralar bu imzanı dəyişərək həm Pirsultan dağı ətəyində dünyaya gəldiyinə, həm də Pirsultan nəsil-soyundan olduğuna görə, «Pirsultanlı» təxəllüsünü seçmişdir. Həmin nəsil-soy şair-aşıq Pirsultan Abdalı özlərinin ulu əcdadı hesab edir.

Sədnik Pasa Pirsultanli

Sədnik Paşa Pirsultanlı haqqqında sənədli filimlər:


 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva