T Ə D B İ R L Ə R
 
 
 
 
"Şəmkirdə Kitab bayrami"
Bu gün Şəmkir rayon mərkəzində Əhməd Cavad adına şəhər Mədəniyyət evinin ətrafındakı Kitab bayramı keçirildi. Bayram tədbirində rayon icra hakimiyyəti başçısının Humanitar sahə üzrə müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və başqa məsul şəxslər, rayonun Füzuli, Nizami, Əhməd Cavad, Cahangir Rüstəmov adına məktəbləri, 2 saylı şəhər uşaq bağçası, səhiyyə işçiləri, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, musiqi məktəbinin kollektivləri və digər təşkilatlar iştirak etmişlər.
Bayram tədbirini rayon Mədəniyyət Turizm şöbəsinin müdiri Qüdrət Əliyev açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sonra rayon MKS-nin direktoru Sahibə Əmiraslanova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev çıxış edərək respublikada əldə olunmuş nailiyyətlərin məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində reallaşdırıldığını bildirdi.
O çıxışında Şəmkirin respublikanın ən abad rayonlarına çevrildiyini və son zamanlar rayonda xeyli quruculuq işlərinin aparıldığını qeyd etdi. Nizami adına şəhər orta məktəbinin müəllimi Hacı Məmmədov, rayon Heydər Əliyev Muzeynin direktoru Fəxri Yusifov çıxış edərək tədbir iştirakçılarını təbrik etdi. Tədbirdə “Şəmkir yazarları”, “Muğam dünyasına səyahət” “Biri vardı biri yox, Azərbaycan poeziyası,” “Dilimiz – ruhumuz mənəvi dünyamız”, “Uşaqların sevimli yazıçıları”, “Xalım- xalçam dünyam mənim”, “Dünya ədəbiyyatı”, “Mənəvi paklığımız”, “Azərbaycan tarixini öyrənirik” və digər mövzularda da sərgilər nümayiş etdirildi.
Kitab bayramında rayonun 1, 2, 3, 4 saylı orta məktəblərinin şagirdləri fəal iştirak etdi, onlar maraqlı şeirlər söylədi, səhnəciklər nümayiş etdirdilər.