Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
     
 

Turizm və istirahət mərkəzləri

Şəhərdə Hacıkənd - Göy-göl milli parkı, Xan bağı parkı, Heydər Əliyev parkı, Qələbə parkı, Dəmiryolçular parkı, Səməni parkı, Füzuli parkı, İstiqlal parkı kimi böyük parklarla yanaşı digər kiçik park və xiyabanlarda mövcuddur.
Şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət yerlərindən biri olan “Xan Bağı” 1700-cü ildə salınmışdır. Ümumi sahəsi 6 hektardır. “Xan Bağı” Gəncə hökmdarı Ziyad xanın adı ilə bağlıdır. Burada 100-dən artıq ağac növləri və cinsləri vardır.
1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Heydər Əliyev parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir.
Böyük Vətən Müharibəsində alman faşistləri üzərində qələbənin 40 illiyi münasibətilə yaradılmış Qələbə parkı 1 hektara yaxın ərazini əhatə edir.
Dəmiryolçular parkı 1910-cu ildə yaradılmışdır və parkın ərazisi 1,5 hektardır. Parkda çinar, şam, küknar, vələs, cökə, akasiya və başqa ağaclar var.
Səməni Parkı 1994-cü ildə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramının şərəfinə yaradılmışdır.
Füzuli Parkı şəhərin Alüminiumçular qəsəbəsində yerləşir. Park vaxtı ilə Alüminium zavodunun işçiləri üçün istirahət zonası kimi salınmışdır.
İstiqlal bağı Gəncənin Gülüstan qəsəbəsində yerləşir. 1991-ci ilin 28 May günü əhalinin istifadəsinə verilmişdir.
“Cırtdan” Uşaq Əyləncə Mərkəzi “Xan Bağı” Mədəniyyət və İstirahət Parkının tərkibindədir. “Cırtdan” Uşaq Əyləncə Mərkəzinin ümumi sahəsi 1 ha-dır.
Hacıkənd – Göygöl milli parkı Kiçik Qafqazın Şimal-Şərq yamacında, Murovdağ silsiləsinin Kürəkçay hövzəsində yerləşir. Rayonun ərazisi Kür-Araz ovalığı ilə, Şərqdən Gorançayla, Cənubdan Murovdağ silsiləsi, Qərbdən Gəncəçayla həmsərhəddir. İnzibati bölgüdə Gəncə şəhəri və Göygöl rayonu onun tərkibinə daxildir. Kurort rayonunda mineral sulu bölgülər arasında Hacıkənd yaxınlığında yerləşən çox debitli Turşsu mühüm yer tutur. Turşsu sahəsində tapılmış mineral su mənbələri dəniz səviyyəsindən 1450 metr hündürlükdə yerləşir. Hacıkənd – Göygöl milli parkının ərazisində Göy Göl, Maral Göl, Quş Gölü, Qara Göl, Ağ Göl, Şamlı Göl, Turist Gölü kimi göllər vardır.
Gəncə Olimpiya İdman Kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı nəticəsində inşa olunmuş və ümummilli liderin iştirakı ilə 12 sentyabr 2002-ci ildə istifadəyə verilmişdir. Gəncə Olimpiya İdman Kompleksinin böyük zalı 950, kiçik zalı isə 250 yerlikdir. Kompleksdə idmanın 9 növü ilə (mini futbol, voleybol, basketbol, həndbol, cüdo, sərbəst güləş, karate-do, taekvando, poverliftinq) 700 nəfərə yaxın yeniyetmə və gənc məşğul olur. Gəncə Olimpiya İdman Kompleksinin nəzdində Üzgüçülük hovuzu inşa edilmiş və 2006-cı ilin oktyabrın 31-də istifadəyə verilmişdir. Üzgüçülük hovuzunun eni 15 metr, uzunu 25 metr, tamaşaçı tutumu 200 nəfərlikdir. Təsərrüfat hesabı ilə fəaliyyət göstərən üzgüçülük hovuzunun xidmətindən gün ərzində 70-80 nəfərə yaxın yeniyetmə və gənc istifadə edir.

İstirahət kəndləri
Toğana kəndi. Göy Göl ərazisində, göldən 1 km. 500 metr məsafədə yerləşir. Əzgilli kəndi, Çay kənd. Ərazisində olan nadir quşlar – ağbaş kərkəz, dağ hinduşqası (uar), tetra.

Xoşbulaq Daşkəsən rayon mərkəzindən 17 kilometr aralıda yerləşən Xoşbulaq kəndi Gəncəbasarın ən səfalı guşələrindən biri hesab olunur. Kənddə təxminən 4800 sakin və 1000-ə yaxın yaşayış evi var. Buranın iqlimi əsasən sərin keçir. Əraziyə il ərzində təxminən 500 millimetr yağıntı düşür. Çəmən otlaqlardan ibarət sahələr aprelin əvvəllərindən oktyabrın ortalarınadək yaşıl olur. Bəzi ərazilərdə isə süni Şamlıq meşə zolağı salınıb. Əkinə yararlı torpaqlar tünd şabalıdı olduğundan burada əsasən kartof, alma, gavalı, göyəm, quşarmudu yetişdirilir. Kənddə əsasən arıçılıq, qoyunçuluq və maldarlıq inkişaf etdirilib. Buradan irili-xırdalı təxminən 50-yə yaxın bulaq (məs: Pört-pört, Qiblə, Qırx bulaq və sair) və Qaracəfər çayı axır. Bundan başqa öz genişliyi və göz oxşayan mənzərəsi ilə görənləri sehirləyən Zağalı gölü də var (50 metr eni, 110 metr uzun). Göl Xoşbulağın 3 kilometrliyində yerləşir. Bir sözlə gələrsiz görəsiz!
 
   
 
 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva